Məhkəmə qərarları › İş №2(102)-2421/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2421/2020

09.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2421/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və x4 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili x6 iştirakı ilə, İddiaçı Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh1 qarşı payın miras əmlak kimi faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tar ixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh1 qarşı payın miras əmlak kimi faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-646/2019) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi 11 saylı evin Həsənov x7 miras qalmış 1/8 hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Şirinov, iş № 2(103)-10325/2019) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstrəmişdir ki, işin halları düzgün araşdırılmamışdır. Cavabdeh2 işdə cavabdeh kimi göstərilsə də iddia ərizəsindən müəyyən edilir ki, iddia cavabdeh 46 saylı notariat ofisinə qarşı verilmişdir, Cavabdeh2 üçüncü şəxs kimi işə cəlb edilmişdir. Ancaq məhkəmə işin hallarına hüquqi qiymət verən zaman üçüncü şəxsi cavabdeh kimi qələmə vermişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı mərhum miras qoyanın 5-ci növbə vərəsənin vərəsəsidir. Bu zaman məhkəmə miras kütləsinə daxil olan əmlakın paylı mülkiyyət olmasını və payçıların adını qətnamədə qeyd edir ancaq nədənsə həmin payçıların iddiaçıdan əvvəl qanun üzrə vərəsələr ol masını, hətta 3 və 4-cü sıradan vərəsələr olmasını nəzərə almır və belə qənaətə gəlir ki, 5-ci sıradan olan vərəsənin həyat yoldaşı olmuş şəxs mübahisəli mənzilə vərəsə ola bilər. Halbuki məhkəmə özü müəyyən edir ki, iddiaçının həyat yoldaşı olmuş 5-ci sıradan vərəsə olmaqla paylı mülkiyyətdə olan özünə məxsus olan payda yaşamışdır və heç bir mirası qəbul etmədən ölmüşdür. Həmin şəxsin mübahisəli mənzili 5-ci sıradan vərəsə kimi qəbul etməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir Məhkəmə isə irsi transmisiya halının olmasını əsas gətirmişdir. Qeyd edilməlidir ki, üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh2 mərhumun oğludur və birinci sıradan vərəsədir. İddiaçı öz həyat yoldaşının qəbul etmədiyi əmlaka dair vərəsə olmasını əsaslandırmağa cəhd edir. Halbuki miras qoyanın birinci növbədə v ərəsəsi qeyd edilən əmlakı atası rəhmətə gedəndən dərhal sonra faktiki qəbul etmiş, miras əmlak açılan zaman həmin evdə qeydiyyatda olmaqla istifadə hüquqlarına malik olmuşdur. Evə dair öz hüquqlarını həyata keçirmək istədikdə isə hazırkı iddiaçının qanunsuz hərəkətləri ilə qarşılaşmışdır. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı və vəkili x13 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəx slər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etm əməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli ev vaxtilə iddiaçının əri Həsən-zadə Mənsur Fətulla oğlunun babası x8 məxsus olmuş, Ağa Həsənovun vəfatından sonra həmin ev və rəsəlik qaydasında bir neçə vərəsənin adına payları müəyyən edilməklə qeydə alnmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.08.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, ümumi sahəsi 105,7 kv.metr olan həmin fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında 1/8 hissədə Həsənov Böyükağa Ağa oğlunun, 1/8 hissədə Həsənov x9, 1/8 hissədə Quliyeva Şərəbanı xanımın, 4/8 hissədə x1 və 1/8 hissədə İddiaçı adına qeydə alınmışdır. Paylı mülkiyyətçilərdən x2 26 iyun 2006-cı ildə, Həsən-zadə Mənsur Fətulla oğlu isə 23 dekabr 2014-cü ildə vəfat etmişdir. Mübahisə predmeti olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evin 1/8 hissəsinə mülkiyyət hüququ əvvəllər Həsən-zadə Mənsur Fətulla oğluna məxsus olmuş, hazırda Həsən-zadə Mənsur Fətulla oğluna m əxsus pay qanun üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçının əri x3 ilə Həsənov x15 əmioğludur. Həsən-zadə Mənsur Fətulla oğlu cavabdehin atası Həsənov x9 beşinci növbədə vərəsəsidir. İddiaçı isə öz növbəsində əri Həsən-zadə Mənsur Fətulla oğlunun qanun üzrə vərəsəsidir. İddiaçının əri əmisi oğlundan miras qalmış əmlakı faktiki qəbul etsə də, bu hüququnu rəsmiləşdirmədən ölmüş, bu hüququ irsi transmissiya qaydasında qanun üzrə vərəsəsi olan iddiaçıya keçmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh mərhum atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyini bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh2 Bakı şəhəri Səbail rayon 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evdə pasport qeydiyyatında olması onun miras əmlak ı faktiki olaraq qəbul edilməsini təsdiq etmir. İş materiallarından görünür ki, o, həmin ünvanda yaşamamış, Bakı şəhəri Yasamal rayon M.F.Axundov küçəsində yerləşən 13 saylı evdə yaşamışdır. Cavabdehin atası Nadir Həsənov da həmin ünvanda yaşamış, orada vəfat etmiş və onun hüzr mərasimi həmin evdə keçirilmişdir. İşə əlavə edilən Bakı şəhər Səbail rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli qətnaməsindən, həmin qətnaməni dəyişdirilmədən saxlayan Bakı Apelyasiya Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli qərarından, habelə hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş x11 və İbrahimov x14 ifadələrindən görünür ki, Bakı şəhəri Səbail rayon 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəl i evdə iddiaçı Sevil Həsənzadə, onun əri, uşaqları, qayınanası və qayınatasından başqa heç kim yaşamamışdır. O cümlədən cavabdeh həmin evdə yaşamamış, cavabdehi atası Həsənov x15 Bakı şəhəri Yasamal rayon x18 küçəsi ev 13 ünvanında yaşamış, Nadir Həsənovun özü və qızı Sübhiyyə həmin evdə vəfat etmiş, yas mərasimləri həmin evdə təşkil edilmişdir. İş materiallarında olan x5 miras qalmış Bakı şəhəri Səbail rayon 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evin miras əmlak kimi qəbul edilməsi barədə Həsənov x15 tərəfindən Bakı şəhəri 1 saylı Dövlət Notariat kontoruna verilmiş 18 sentyabr 1987-ci il tarixli ərizədə onun Bakı şəhəri Zevin küçəsi ev 7 mənzil 7-də yaşadığı göstərilmişdir. Həmçinin işdən görünür ki, Bakı şəhəri Səbail rayon 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli ev ümumi paylı mülki yyətdə olsa da, həmin evdə faktiki olaraq iddiaçı, onun əri, uşaqları, qayınanası və qayınatası yaşamış, iddiaçı və onun ailə üzvləri evin bütün yaşayış sahəsindən istifadə etmişlər. Apelyasiya instansiya məhkəməsi işin halları baxımından belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 ünvan 3 ünvanda qeydiyyatda olması miras əmlakı faktiki qəbul etmə anlamını vermir. Cavabdeh2 miras əmlakı qəbul etmək barədə notariat kontoruna müraciət etməmişdir. İddiaçı isə miras əmlaka sahiblik etmiş və həmin əmlakı faktiki olaraq idarə etməklə miras əmlakı qəbul etdiyini aşkar şəkildə nümayiş etdirmişdir. İddiaçının cavabdehi Bakı şəhəri Səbail rayon 1ci Qəsr döngəsində yerləşən 11 nömrəli evə buraxmaması səbəbindən mirası faktiki qəbul edə bilməməsi ilə bağlı iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillər inə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh atasının ölümündən sonra həmin evə daxil olmaq istədiyini, lakin iddiaçı və onun əri Mənsur Həsən-zadənin buna maneələr yaratdığını əsas gətirsə də, bu cür maneələrlə qarşılaşması ilə bağlı hər hansı bir dövlət orqanına müraciət etməsi və qeyd edilən halların qarşısının alınması ilə bağlı hər hansı tədbirlər görməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, Cavabdeh2 mübahisəli miras əmlakı qəbul edibetməməsi məsələsi hazırkı iddia daxilində həll oluna bilməz. Ona görə ki, işdə olan materiallarla mübahisəsiz olaraq müəyyən olunur ki, cavabdeh miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq notariat kontoruna ərizə ilə müraciət etmiş, (halbuki apelyasiya məhkəməsinin müəyyən etdiyinə görə belə müraciət mövcud deyil) onun ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin hazırkı işin icraatı daxilində iddianın təmini tədbirinə dair verilmiş ərizə əsasında vərəsəlik işinin icraatı faktiki olaraq dayandırılmış və nəticələnməsinin qarşısı alınmışdır. Hər bir halda həmin vərəsəlik işi üzrə müvafiq olaraq nəticə əldə olunduqdan (yəni mirasın qəbulu haqqında şəhadətnamə verilməsi, müddətin keçməsi və ya hər hansı əsasla imtina olunmasından) sonra hazırkı iş üzrə iddiaçının iddia etdiyi əsaslar mövcuddursa və miras əmlak üzərində digər hər hansı vərəsənin hüquqların müəyyən olunması üçün əsaslar mövcud olmadığı təqdirdə notariat kontoruna müraciət edərək mirasın qəbulu haqında şəhadətnamə ala və ya bunun mümkün olmadığı təqdirdə isə müvafiq subyektiv hüququna malik olduğu təqdirdə məhkəmədə iddia tələbi irəli sürmək hüququna malik ola bilər. Digər tərəfdən iş materialları ilə müəyyən olunmur ki, iddiaçı qəbul etmiş olduğu və irsi transmisiya qaydasında hüquq əldə etdiyi əmlakla bağlı mirasın qəbul edilməsinə dair müvafiq notariat kontoruna müraciət etmiş, ona imtina olunmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının iddia ərizəsində cavabdeh qismində cəlb etdiyi şəxslərin onun hansı hüquqlarını pozması və ümumiyyətlə məhkəmə mübahisənin mövcud olması müəyyən edilməmiş vəziyyətdə qalmışdır. İddiaçı ilkin olaraq notariat kontoruna qarşı tələb irəli sürərkən müvafiq olaraq artıq açılmış vərəsəlik işinin qeyri-qanuni hesab edilməsi və vərəsəlik işinin ləğv olunm asını xahiş etmişdir. Bundan sonra isə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad edərək iddia tələbinin artırılması hüququndan istifadə edərək faktiki olaraq ilk iddia tələbi ilə fərqli əsas və predmetə malik olan yeni iddia tələbi irəli sürmüşdür. Məhkəmələr isə işə baxılarkən bu qaydada iddia tələbinin həcminin artırılmasının mümkünlüyü ilə bağlı heç bir münasibət bildirməmişlər. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər nor mativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən y alnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarı) Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmələr cavabdehin mirası faktiki qəbul etmədiyini və iddiaçının mərhum həyat yoldaşının mirası faktiki qəbul etdiyini göstərmiş olsa da faktiki olaraq nəzə rə almamışlar ki, miras qoyan Həsənov x15 26 iyun 2006-cı il tarixdə, mirası faktiki qəbul etməsi iddia olunan Mənsur Həsən-zadə isə 23.12.2014-cü ildə vəfat etmişdir, buna qədər isə Mənsur Həsən-zadə öz atasından qalmış miras əmlakı rəsmi olaraq qəbul etmişdir. Həmin vaxt iddiaçının göstərdiyi kimi miras əmlak faktiki olaraq mərhum Mənsur Həsən-zadə tərəfindən faktiki qəbul olunmuşdursa onun hazırkı mübahisələndirilən hissə üzrə miras əmlakın qəbul edilməsi labüd ola bilərdi. Lakin apelyasiya məhkəməsi işin göstərilən halını araşdırmamış və faktiki olaraq digər tərəfin miras əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyi nəticəsinə gəlmişdir. İş üzrə cavabdeh tərəf miras əmlakı miras qoyanın vəfatından sonra faktiki qəbul etdiyini, orada yaşadığını və hazırkı iş üzrə iddiaçı tərəfindən hər əkətləri nəticəsində yaşamağın davam etdirilməsinin mümkün olmamasını göstərmişdir. İşin digər halları ilə aşkar olaraq müəyyən olunur ki, miras əmlak müvafiq olaraq paylı mülkiyyətinin bir hissəsidir və həmin payçılar da müvafiq olaraq vərəsə olmaq hüquqlara malikdirlər. Belə olan halda məhkəmə işə baxarkən həmin şəxslərin və onların vəfat etməsi halında onların vərəsələrini hazırkı işin icraatına cəlb etməmiş və açılmış mübahisəyə onların münasibətini öyrənməmişdir. Məhkəmə cavabdehin faktiki olaraq mirası qəbul edib idarə etməməsi qənaətinə gələrkən bu qənaətinin təsdiqi kimi iddiaçının hansı mötəbər sübutlara istinad etməsini tam aydınlaşdırmamışlar. Hazırki işin icraatı zamanı irəli sürülmüş tələblər isə cavabdeh tərəfin həmin dəlillərinin inandırıcılığını artırır. Mübahisəli miras əm lak hissəsi paylı mülkiyyətin bir hissəsidir, paylı mülkiyyətin mülkiyyətçisi öz payından (iddiaçı tərəfin göstərdiyinə görə bütün əmlak onun sahiblik və istifadəsindədir) sahiblik və istifadə edir, payların naturada bölünməsi həyata keçirilməmişdir. Belə olan halda paylı mülkiyyətin mülkiyyətçisinin öz payından istifadə (təbi ki naturada ayrılma yoxdursa bütün əmlakdan istifadə edilməkdədir) etməsi özlüyündə həmin paylı mülkiyyətin digər payçısından miras qalmış əmlakı qəbul etmiş sayılıb-sayılmamasına məhkəmələr tərəfindən qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. «Notariat haqqında» Azərbayca n Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumunun bir çox işdə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, vərəsəlik və ailə hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı olduğundan mülki və ailə qanunvericiliyinin ər-arvadın hüquqi statusu və onların vərəsəlik hüquqları, bununla bağlı yaranan mübahisələrin məhkəmədə baxılması qaydalarını tənzimləyən müvafiq normaları əlaqəli şəkildə təhlil edilməlidir. Vərəsəlik hüququnun əsasları və tərkibi, vərəsəlik münasibətləri, bu hüququn həyata keçirilməsi qaydaları və digər məsələlər mülki qanunvericiliklə tənzimlənir. Mülki Məcəllənin 1133cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvv ədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddənin mənasına görə, vərəsəlik münasibətlərinin yaranma əsası kimi mirasqoyanın vəsiyyəti daha üstün qüvvəyə malik olduğundan qanun üzrə vərəsəlik məhz belə bir vəsiyyətnamə olmadığı təqdirdə qüvvədə olur. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə uyğun olaraq, birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qeyd edilməlidir ki, birinci növbə vərəsələrə aid edilən ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəl ir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlilik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011ci il 20 oktyabr tarixli Qərarı). Məhkəmə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apelyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı və apelyasiya şikayətinin dəlillərinin tam aydınlaşdırılması təmin edilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasının faktının olub-olmamasını, buna uyğun da sonuncunun hazırki iş üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar