Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2422/2021 12.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və onun üzərindəki tikililərdən çıxarılma, tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, “xxxx” ASC-nin nümayəndəsi X5, iddiaçının vəkili X1, Cavabdeh1, vəkili X4 oğlunun və digər Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6715/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili X4 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. ünvan 1 ünvanında yerləşən 1950 kv.m. qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş 000649 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən İddiaçı ASC-nin mülkiyyətindədir. Cavabdehlər qeyd edilən ərazidə yerləşən tikilidə məskunlaşmış və tikinti işləri aparmışlar. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi, 1950 kv.m qeyri-yaşayış sahəsi və həmin torpaq sahəsində inşa edilmiş digər tikililərdən çıxarılmaları, qeyd edilən torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş, texniki pasportda əks olunmayan tikililərin sökülməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 1950 kv.m sahə İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 000649 qeydiyyat nömrəli şəhadətnamə mülkiyyət hüquqlarını təsdiq e dir. ünvan 3 ünvanında yerləşən 1950 kv.m sahənin üzərində qanuni inşa edilmiş bütün tikililər sahənin texniki pasportunda öz əksini tapmışdır. Cavabdeh1 həmin sahədə yerləşən “D” saylı tikilini zəbt etmişdir, həmin tikilinin yaxınlığında qanunsuz tikinti işləri aparmışdır və 30 kv.m tikilini qanunsuz inşa etmişdir, həmin sahələrdə öz ailə üzvləri - arvadı Cavabdeh2 qızı, qızı Cavabdeh3, oğlu Cavabdeh4 ilə heç hüquqi əsas olmadan icazəsiz yaşamışdır və daha sonra ailə üzvləri ilə birlikdə köçüb getmişdir. Buna baxmayaraq zəbt etdiyi sahələri möhkəm kilidləmiş, ən tez vaxtda qayıdacağını bəyan etmişdir. Hazırda o, sahəyə vaxtaşırı gəlib-gedir. Bu hərəkətləri ilə sahədən istifadəni mümkünsüz edir. Sahəyə heç bir hüququ olmasa da sahəyə sahiblənmişdir. Cavabdeh yaratdığı maneələrin aradan qal dırılması, sahənin açılaraq mülkiyyətçiyə qaytarılması barədə çoxsaylı tələblərə məhəl qoymamışdır. Əksinə, sahədə tikinti işləri aparmağa davam etmişdir. Cavabdeh tərəfindən mübahisəli sahənin zəbt edilməsi nəticəsində mülkiyyətçi öz hüquqlarını həyata keçirmək imkanından məhrum edilmişdir.
4. İş üzrə məhkəmə heyəti tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən texniki pasportda əks olunan tikili və eyni zamanda cavabdehlər tərəfindən ərazidə inşa edilmiş tikililər vardır.
5. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertizanın xx xxxxxx 2019-cu il tarixli 14842 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikili, həmin ünvanda İddiaçı ASC-nin m ülkiyyətində olan 1950 kv.m qeyri-yaşayış sahəsini əhatə edən (xx xxxxx 2001-ci il tarixli texniki pasport) ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Cavabdehin istifadəsində olan birinci tikilinin bir hissəsi İddiaçı ASC-nin mülkiyyətində olan 1950 kv.m qeyri-yaşayış sahəsini əhatə edən (xx xxxxx 2001-ci il tarixli texniki pasport) ərazinin hüdudlarından kənara çıxmışdır. Birinci tikilinin bir hissəsi, ikinci tikili bütövlükdə xx xxxxx 2001-ci tarixli texniki pasportun ərazinin hüdudları daxilində yerləşdiyi üçün, həmin tikililərin texniki pasportda müəyyən edilmiş sərhəddin bərpa edilməsinə maneə yaradır.
6. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən ekspert X2 məhkəməyə bildirmişdir ki, onun məhkəmə ekspertizası üzrə 20 illik iş təcrübəsi vardır. Ha zırki mülki iş üzrə verilmiş rəyi təsdiq edir və onun obyektivliyinə şübhəsi yoxdur. Rəydə, cavabdehin istifadəsində olan birinci tikilinin bir hissəsi İddiaçı ASC-nin mülkiyyətində olan 1950 kv.m qeyri-yaşayış sahəsini əhatə edən (xx xxxxx 2001-ci il tarixli texniki pasport) ərazinin hüdudlarından kənara çıxmasını qeyd etmiş, lakin, Şəhərsalma və Tikinti qaydalarına uyğun olaraq texniki pasportda müəyyən edilmiş sərhəddin bərpa edilməsi üçün həmin tikilinin tam sökülməsini labüd edir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-307/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə (hakim Z.A.Hacıyev) iddia tələbləri təmin olunmuş, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi, 1950 kv.m. qeyri-yaşayış sahəsi və həmin torpaq sahəsində inşa edilmiş digər tikililərdən çıxarılmalı, qeyd edilən torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş, texniki pasportda əks olunmayan tikililər sökülməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.8-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1, 68, 93.1, 93.2, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
9. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiy a şikayəti verilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-307/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2020 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-307/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cav abdehlərin qeyd edilən sahədən çıxarılmasını, qeyd edilən torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş, texniki pasportda əks olunmayan tikililər sökülməsini tələb etməkdə haqlı olmuşdur. Ekspert rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
12. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 165-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2, 119.1, 206.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
13. Cavabdeh1 və vəkili X4 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2020 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin yenidən hallarının aydınlaşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mə hkəmələr torpaq sahəsində yerləşən tikililərin iddiaçının mülkiyyətində olmasına istinad edərək, həmin torpaq sahəsinin statusunu aydınlaşdırmamış, hazırda kimin balansında olub-olmamasına dair araşdırma aparmamışdır. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, yalnız mübahisəli torpaq sahəsində yerləşən tikililər üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur və həmin tikililərin yerləşdiyi torpaq sahəsi isə iddiaçının mülkiyyətində deyildir. Hər bir halda “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2003-cü il tarixli 2 saylı Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyy ən edilməlidir. Lakin işə baxan məhkəmələr torpaq sahəsinin statusunu aydınlaşdırmamış, torpaq sahəsi ilə birlikdə tikililərin iddiaçı tərəfindən özəlləşdirilib-özəlləşdirilməməsi ilə bağlı məsələyə aydınlıq gətirməmişdir. Apellyasiya məhkəməsi AR Torpaq Məcəlləsinin 4.1, 4.2, 4.3-cü maddələrinin tələblərini pozaraq iş üzrə əlavə ekspertiza təyin etməmiş, yenidən ekspertiza keçirilməsi barədə apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verməmişdir. Cavabdehlər məcburi köçkün kimi mübahisəli əmlak kompleksindən istifadə etdiklərindən mübahisənin həllinə onların sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilmiş Dövlət proqramı, qanunlar, sərəncamlar və qərarların tələbləri (“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılm ası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin x xxxx 2004-cü il tarixli sərəncamının 2-ci bəndi) baxımdan yanaşılmalıdır. Cavabdeh tərəfindən həmin ev inşa edilərkən müvafiq olaraq dövlətin razılığı ilə tikilmiş və hər hansı formada dövlət tərəfindən həmin tikilinin aparılmasına maneçilik törətməmiş, əksinə həmin fərdi yaşayış sahəsini mənzil kimi qəbul edib müvafiq olaraq işıq, qaz və su xətləri ilə təmin etmişdir. Kassator həmçinin kassasiya şikayətində qeyd edir ki, qətnamənin nəticə hissəsinə nəzər yetirdikdə həmin qətnamədə tikililərin sökülməsi nəzərdə tutulsa da, həmin tikililərin kim tərəfindən sökülməsi, eləcə də iddiaçının 1950 kv.m. iddia etdiyi torpaq sahəsinin hansı hissəsində yerləşən tikililər konkret olaraq göstərilməmiş və q ətnamənin qeyri-müəyyənliyi ilə nəticələnmişdir. Hazırki iş üzrə qətnamənin nəticə hissəsi MPM-nin 223.1-ci maddəsinin tələbinə cavab vermir və nəticə etibarı ilə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.
15. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi yuxarıda qeyd edilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə, 43-cü maddənin 1-ci hissəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” işi üzrə qərarına, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1, 3.0.11 və 3.0.24-cü bəndlərinə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanu nun 90.4-cü maddəsinə istinad etmişdir.
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh1 və vəkili X4 oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2020 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında “xxxx” ASC-nin nümayəndəsi X9 və iddiaçının vəkili X3 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını qeyd edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2020 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarı n qəbul edilməsini xahiş etdilər.
18. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tər əfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
28. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.3 Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§29).
34. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§30).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§29). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. İş üzrə Cavabdeh1 və vəkili X4 oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsi, 1950 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş 000649 qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən İddiaçı ASC-nin mülkiyyətindədir, laki n cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun həmin qeyri-yaşayış sahəsini və torpaq sahəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla ona məxsus əmlakdan istifadə etmək imkanından məhrum olmuşdur.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr ilə razılaşaraq qeyd edir ki, iddiaçı, mübahisəsini etdiyi torpaq sahəsi üzərində qanuni əsaslarla hüquq sahibi olduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun ünvan 6 ünvanında yerləşən torpaq sahəsi, 1950 kv.m qeyri-yaşayış sahəsi və həmin torpaq sahəsində inşa edilmiş digər tikililərdən çıxarılmalarını, qeyd edilən torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş, texniki pasportda əks olunmayan tikililər sökülməsini tələb etməkdə haqlı olmuşdur.
40. Məhkəmə ko llegiyası qeyd edir ki, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiy yətidir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin təkrar və ya əlavə ekspertizanın keçirilməməsinin qanunsuzluğu ilə bağlı dəlilini əsassız hesab edərək, belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iş üzrə təkrar ekspertizanın keçrilməsindən imtinası prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsində əldə edilmiş rəyin nəticələrinin əsassızlığına və ya bu nəticələri şübhə altına ala biləcək hər hansı mötəbər hala istinad edilməmiş, buna dair hər hansı zəruri sübut təqdim etməmişdir (§28). Hazırki iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
42. Məhkəmə kollegiyası cavabdeh tə rəfindən həmin ev inşa edilərkən müvafiq olaraq dövlətin razılığı ilə tikilməsi və hər hansı formada dövlət tərəfindən həmin tikilinin aparılmasına maneçilik törədilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh1 tərəfindən evin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılığın verilməsi barədə hər hansı sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmədiyindən, belə razılığın olması aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§25). Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar dan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci b əndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§33).
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6715/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.