Məhkəmə qərarları › İş №2(102)-2424/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2424/2022

29.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2424/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)9691/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi üçünçü şəxs qismində cəlb edilməklə “reyestrdə aparılmış qeydiyyatın etibarsız h esab edilməsi və çıxarışım ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0.1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş ******* saylı, 13 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh İddiaçı qarşı “müqavilənin və aktın etibarsız hesab edilməsi, torpaq sahəsində tikilmiş hasar və darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdır ma və ParkX3 Departamenti X2 və İstismarı Birliyi arasında bağlanmış 05.08.2003-cü il tarixli müqavilənin, həmçinin 27.10.2001-ci il tarixli aktın etibarsız hesab edilməsi, eyni zamanda mülkiyyətində olan torpaq sahəsində tikilmiş hasar və darvazanın cavabdeh İddiaçı vəsaiti hesabına sökülərək çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh YYY qızına qarşı Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş ******* saylı, 13.02.2019cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddia sının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi arasında bağlanmış 05.08.2003-cü il tarixli müqavilənin və 27.10.2001-ci il tarixli aktin Cavabdeh aid hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)9691/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunç u Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu göstərilmədiyindən kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 408.1.5. maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;. 404-1.1. maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün pr osessual əsasların olması daxildir. 404-1.2. maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci və 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, kassasiya şikayəti işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)9691/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar