Məhkəmə qərarları › İş №2(102)-2425/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2425/2022

01.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2425/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2425/2022 Açar sözlər: tikililərin sökülərək mühafizə zonasının boşaldılması tələbi Bakı şəhəri, 1 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-5219/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzi bati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tikili (qeyriyaşayış sahəsi) inşa etmişdir.

2. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubuna əsasən özbaşına inşa etdiyi tikilinin sökülməsi və sözügedən magistral su xəttinin üzərinin və mühafizə zonasının boşaldılmasının təmin olunması tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən iddiaçıya məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən iddiaçıya məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respublikasının “Su Məcəlləsinin”, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları "nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Yuxarıda adı çəkilən özbaşına tikilinin inşası nəticəsində diametri 300 mm olan magistral su xəttinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla, qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacaq və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır.

5. ASC tərəfindən təqdim ol unmuş “Mühafizə zonasının pozulması barədə” 29 iyun 2017-ci il tarixli akta əsasən ünvan 1 ünvanında cavabdehə məxsus qeyri-yaşayış obyektinin su və kanalizasiya şəbəkələrinə texniki baxış keçirilmiş, obyektin ASC-yə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində tikildiyi müəyyən olunmuşdur.

6. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən inşaat pasportu və ayrıc göstəricilərinin əks olunduğu plan-sxemlər təqdim edilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1358 saylı sərəncamı ilə Respublika Veteranlar Şurasına “Veteran” pensiyaçı müəssisələri nəzdində Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində çörək istehsalı müəssisənin layihələşdirilməsi və tikintisi üçün 518 m2 torpaq sahəsi ayrıldığını, çörək sexinin memarlıq-planlaşdırma göstərişlərinin hazırlandığını, kommunal xidmətlərlə təchizatın müvafiq qurumlarla razılaşdırıldığını irəli sürsə də, həmin sənədlər nəzərə alınaraq təyin olunmuş ekspertizanın rəyi ilə mübahisəsi gedən torpaq sahəsinə dair hər hansı fiziki və ya hüquqi şəxsə heç bir sənədin verilmədiyi, sökülməsi tələb olunan tikilinin 9,5 metr hissəsinin magistral su xəttindən 0,5 metr məsafədə, yəni yuxarıda adı çəkilən Qərarın 6-cı bəndində göstərilən 10 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 1470 saylı, 30 aprel 2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikilinin (qeyri-yaş ayış sahəsi) iddiaçıya məxsus diametri 300 mm. olan magistral su xəttinin mühafizə zonasına (üzərinə) düşübdüşməsinin müəyyən edilməsinə dair tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Belə ki, rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi iddiaçının nümayəndələri, tədqiq olunan ərazidə, qeyri-yaşayış sahəsinə yaxın olan məsafədə qazıntı işlərinin aparılmasının qeyrimümkün olduğunu göstərərək, obyektin yaxınlığında qazıntı işlərini aparmamışlar. Bu səbəbdən də, iddiaçının iddia etdiyi yeraltı su boru kəmərinin mübahisəli qeyri-yaşayış sahəsinə nisbətdə hansı məsafədə keçməsini və digər texniki göstəricilərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) 11 iyul 2018-ci il tarixli 2(004)-364/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, iddiaçı tələbini yetərincə əsaslandıra bilməmişdir. Halbuki, müvafiq prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətn amə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 1 iyul 2019-cu il tarixli 8494 nömrəli rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində cavabdeh tərəfindən inşa edilmiş tikili ASC-yə məxsus yeraltı magistral su xəttindən 0.5 m məsafədə yerləşdiyinə görə, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadə Qaydaları”nın 6-cı bəndinin tələbinə əsasən göstərilən kəmərlərin 10.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. ASC-nin balansında olan magistral su xətti ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yer ləşən cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi arasında 0.5 m məsafə olduğuna görə, su xəttində baş verə biləcək qəza hadisələrinin qarşısının alınmasında (təmir işlərinin aparılması və s.) maneəçilik törədə bilməsi istisna olunmamışdır.

13. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 2 oktyabr 2019-cu il tarixli məktubuna əsasən rayon İcra Hakimiyyətində qeyd edilən tikiliyə hansı hüquqi əsasla icazə verilməsi barədə hər hansı sənədləşmə işləri aşkar olunmamışdır.

14. Məhkəmənin sorğusuna cavab olaraq ASC-nin 21 oktyabr 2019-cu il tarixli məktubuna əsasən Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən tikintinin yaxınlığından keçən d=300 mm olan magistral su xətti 1990-cı ildə çəkilmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respubl ikasının Milli Arxiv İdarəsinin Bakı filialının 5 noyabr 2019-cu il tarixli məktubuna əsasən Bakı şəhər İH-nin arxiv fondu üzrə 1997-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1997-ci il tarixli, 1358 sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

16. Məhkəmə tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2020-ci il tarixli 23727 nömrəli rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, tədqiq olunan ərazinin ayrıc aktının göstəricilərinin, o cümlədən sahəsinin, konfiqurasiyasının və digər texniki parametrlərinin tədqiq olunan ərazinin faktiki (mövcud) vəziyyətindən (sahəsi, quruluşu və s.) fərqli olduğu müəyyən edilmişdir. Bundan əlavə, mütəxəssis rəyində, mübahisələndirilən torpaq sahəsi nə dair hər hansı hüquqi və ya fiziki şəxsə ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat elektron kadastr bazasında olmadığı qeyd olunmuşdur. Bu səbəbdən də, mübahisəli tikilinin ayrıc aktı ilə ayrılmış 518 kv.m torpaq sahəsindəki tikilinin olub-olmamasını, həmçinin həmin tikilinin torpaq sahəsinin hüdudları daxilində və ya hüdudlarından kənara çıxıb-çıxmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən mübahisəli tikilinin (çörək sexi) faktiki vəziyyəti üzrə su kəmərindən 0.5 metr aralıda yerləşdiyi və bununla da həmin tikilinin 9.5 metr olan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadə Qaydaları”nın 6-cı bəndinin tələbinə əsasən göstərilən kəmərlərin 10.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Babayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-103/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən diametri 300 mm olan magistral su xəttinin mühafizə zonasında cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin 9,5 metr hissəsinin əvəzi ödənilmədən cavabdehin hesabına sökülməsi və mühafiz ə zonasının boşaldılması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 40 (qırx) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 190 (yüz doxsan) manatın 50 (əlli) manatı iddiaçıdan, 140 (yüz qırx) manatı cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

18. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı cavabdeh inşaat pasportu və ayrıc göstəricilərinin əks olunduğu plan-sxemlər təqdim edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1358 saylı sərən camı ilə Respublika Veteranlar Şurasına “Veteran” pensiyaçı müəssisələri nəznində Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində çörək istehsalı müəssisənin layihələşdirilməsi və tikintisi üçün 518 m2 torpaq sahəsi ayrıldığını, çörək sexinin memarlıq-planlaşdırma göstərişlərinin hazırlandığını, kommunal xidmətlərlə təchizatın müvafiq qurumlarla razılaşdırıldığını irəli sürsə də, həmin sənədlər nəzərə alınaraq təyin olunmuş ekspertizanın rəyi ilə mübahisəsi gedən torpaq sahəsinə dair hər hansı fiziki və ya hüquqi şəxsə heç bir sənədin verilmədiyi, sökülməsi tələb olunan tikilinin 9,5 metr hissəsinin magistral su xəttindən 0,5 metr məsafədə, yəni yuxarıda adı çəkilən Qərarın 6-cı bəndində göstərilən 10 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

19. Cavabdehin həmin arqume ntlərinin araşdırılması məqsədilə ASC-yə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və Milli Arxiv İdarəsinin Bakı Filialına göndərilmiş sorgulara verilən cavablarda isə qeyd edilmişdir ki, “sözügedən tikiliyə hansı hüquqi əsasla icazə verilməsi barədə hər hansı sənədləşmə işləri aşkar olunmamış”, “Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən tikintinin yaxınlığından keçən d=300mm olan magistral su xətti 1990-cı ildə çəkilmişdir”.

20. Kollegiya hesab etmişdir ki, ASC-nin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə qismən uzlaşmaqdadır; belə ki, yuxarıda da göstərildiyi kimi, apellyasiya baxışı zamanı cavabdehin inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla onun bir hissəsinin ASC-yə məxsus yeraltı magistral su xəttinin mühafizə zonasın da yerləşdiyi müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 70-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 109 nömrəli qərarına istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Ə.Əhmədov) (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 18 mart 2021-ci il tarixli 2(102)-394/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

24. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddia olunan tikilinin özbaşına tikili olması, mövcud şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olub-olmaması məsələlərini ətraflı araşdırmamışdır. Belə ki, həmin məsələlər işdə olan hüquqmüəyyənedici sənədlərlə və xüsusi bilik tələb edilən məsələlər isə müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilər.

25. Kollegiya qeyd etmişdir ki, həm birinci instansiya, həm apell yasiya instansiyası məhkəməsində keçirilmiş ekspertiza rəyləri arasında ziddiyyətlər vardır və faktiki olaraq həmin rəylərlə qoyulmuş sualların ətraflı cavablandırılması müəyyən olunmur. Məhz bu ziddiyyətlərə əsaslanan cavabdeh torpaq sahəsinin ona müvafiq sərəncam əsasında ayrılması, tikilinin inşaat paspotunun mövcud olması, inşaat pasportu alınarkən müvafiq orqanlarla, o cümlədən iddiaçının həmin vaxt səlahiyyətli olan orqanı tərəfindən razılaşdırılması, belə razılıqlar əldə olunduqdan sonra tikintinin aparılması, tikilinin özbaşına tikili olmamasına əsaslanmış, həmin halların tam araşdırılmamasına istinad etmişdir.

26. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, sözü gedən rəydə mübahisəli torpaq sahəsinin hər hansı hüquqi və ya fiziki şəxsə ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməməsi deyil, belə məlumatların elektron kadastr bazasında olmadığı qeyd olunmuşdur. Digər tərəfdən həmin hallarla müəyyən olunması üçün ekspert rəyinə əsaslanmağın özü mümkünsüzdür, çünki torpaq sahəsinin ayrılıb-ayrılmaması hüquqi məsələ olmaqla bu müvafiq ekspert rəyi ilə deyil, işdə olan yazılı və iş üçün əhəmiyyəti ola biləcək digər sübutlara müəyyən edilə bilər. Qeyd edilmişdir ki, cavabdehə mübahisəli ərazidə torpaq sahəsinin ayrılması, həmin sahənin ölçüsünün 518 kv.m olması işin mübahisəsiz haldır, iddiaçı tərəf də belə sənədlərin mövcud olmamasına istinad etmir. Məlumatların (sərəncam və inşaat pasportunda olan məlumatların) elektron kadastr bazasında qeydə alınmaması hüquqmüəyyənedici sənədlərin mövcud olmaması anlamına gəlmir.

27. Bununla yanaşı iş materiallarında olan torpaq sahəsinin ayrılmasına dair 1990-cı ildə tərtib olunmuş inşaat pasporta əsasən həmin inşaat pasportu müvafiq olaraq mümkün orqanlarla, o cümlədən İddiaçı ASC-nin pasportun tərtib olunduğu zaman səlahiyyətli orqanı olan X1 Su Cəmiyyəti ilə razılaşdırılmışdır. Həmin vaxt tikinti aparılan ərazidə yeraltı su xəttinin keçməsi və bu səbəblə tikintinin mövcud layihə əsasında aparılmasının mümkün olmamasına dair xüsusi qeyd edilməmiş və həmin razılıqlara əsaslanmaqla cavabdeh tərəfindən tikinti işləri həyata keçirilmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmadan əsassız olaraq mübahisəli tikilinin qanunsuz tikili olması nəticəsinə gəlmişdir. Göstərilən hallar tam və hərtərəfli qiymətləndiri ldikdən sonra isə iddiaçının dəlillərinin, tikilinin sökülməsini mümkün etməsi müəyyən olunmalıdır.

28. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 70-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Apellyasiya instansiyası məhkəməsi (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) 2(103)-5219/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apell yasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Ali Məhkəmənin 2(102)-394/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, cavabdehə mübahisəli ərazidə torpaq sahəsinin ayrılması, həmin sahənin ölçüsünün 518 kv.m olması işin mübahisəsiz halıdır, iddiaçı tərəf də belə sənədlərin mövcud olmamasına istinad etmir. Məlumatların (sərəncam və inşaat pasportunda olan məlumatların) elektron kadastr bazasında qeydə alınmaması hüquqmüəyyənedici sənədlərin mövcud olmaması anlamına gəlmir.

32. Bununla yanaşı iş materiallarında olan torpaq sahəsinin ayrılmasına dair 1990-cı ildə tərtib olunmuş inşaat pasportdan görünür ki, həmin inşaat pasportu müvafiq olaraq mümkün orqanlarla, o cümlədən İddiaçı ASC-in pasportun tərtib olunduğu zaman səlahiyyətli orqanı olan X1 Su Cəmiyyəti ilə razılaşdırılmışdır. Həmin vaxt tikinti aparılan ərazidə yeraltı su xəttinin keçməsi və bu səbəblə tikintinin mövcud layihə əsasında aparılmasının mümkün olmamasına dair xüsusi qeyd edilməmiş və həmin razılıqlara əsaslanmaqla cavabdeh tərəfindən tiki nti işləri həyata keçirilmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, apelyasiya instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmadan əsassız olaraq mübahisəli tikilinin qanunsuz tikili olması nəticəsinə gəlmişdir. Göstərilən hallar tam və hərtərəfli qiymətləndirildikdən sonra isə iddiaçının dəlillərinin, tikilinin sökülməsini mümkün etməsi müəyyən olunmalıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi hazırkı tələbi göstərilən qaydada araşdırması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

34. Məhkəmə kollegiyası Ali Məhkəmənin hazırkı iş üzrə yuxarıdakı göstərişlərini nəzərə alaraq qeyd edir ki, İddiaçı ASC Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində özbaşına tikilinin inşa edildiyini, həmin özbaşına tikilinin İddiaçı ASC-yə məxsus magistral su xəttinin mühafizə zonasına düşdüyünü iddia etmişdir.

35. Mülki iş materiallarından görünür ki, tikilinin yerləşdiyi həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış, hə min sərəncam xx.xx.1998-ci il tarixdə X1 Su Cəmiyyəti ilə razılaşdırılmış, xx.xx.1998-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin xx.xx.1998-ci il tarixli qərarı ilə çörək istehsalı müəssisəsinin layihələndirilməsinə və tikintisinə aid torpaq sahəsi ayrılmasına dair 103356 saylı inşaat pasportu verilmişdir(i/v 26-28).

36. Göründüyü kimi, iddiaçının hazırda sökülməsini tələb etdiyi tikilinin özbaşına tikili olmayıb,xx.xx.1997-ci il tarixli sərəncam əsasında, həm də mümkün orqanlarla, o cümlədən İddiaçı ASC-in pasportun tərtib olunduğu zaman səlahiyyətli orqanı olan X1 Su Cəmiyyəti ilə razılaşdırılmaqla inşa edildiyi müəyyən olunur.

37. Bundan əlavə, Məhkəmə Kollegiyası tərəfindən həmin Bakı şəhəri, Yasamal r ayonu, Əsəd Əhmədov küçəsindəki sökülməsi tələb edilən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, həmin tikilinin həm sağ, həm də sol istiqamətində magistral su xəttinə münasibətdə eyni məsafədə çoxsaylı tikililər mövcuddur.

38. Beləliklə, hazırkı iddia tələbinin cavbdehin, qanunsuz hərəkətlərindən şikayət etdiyi Yasamal si idarəsinin sabiq müdirinin qərəzli münasibəti səbəbindən verildiyi məlum olmuş, eyni zamanda da iddiaçı tələbinin əsalı olmasına dair yetərincə sübutlar verə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddia tələbinin təmin edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabd ehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. İddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq göstərilmişdir ki, cavabdehin mağistral su xəttinin mühafizə zonasında tikili inşa etməsi Məhkəmə Ekspertiza Mərkəzinin 1 iyul 2019-cu il tarixli 849 nömrəli ekspert rəyində öz təsdiqini tapmışdır. Həmin rəydə tikilinin faktiki vəziyyəti üzrə su kəmərindən 0.5 metr aralıda yerləşdiyi və bununla da həmin tikilinin 9.5 metr olan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6-cı bəndinin tələbinə əsasən göstərilən kəmərin 10 metr müfafizə zonasında yerləşdiyi qeyd edilmişdir. Həmçinin rəydə obyekt ilə xəttin ar asında 0.5 metr məsafə olduğuna görə baş verə biləcək qəzaların qarşısının alınmasında maneçilik törədə bilməsinin istisna olunmadığı göstərilmişdir. Ekspert rəyindən göründüyü kimi cavabdeh tərəfindən mağistral su xəttinin mühafizə zonasında özbaşına tikili inşa edilmişdir. Məhkəmənin torpaq sahəsinin ayrılmasına sərəncam verilərkən xx.xx.1998-ci il tarixdə X1 Cəmiyyəti ilə razılaşdırılması barədə mövqeyinə münasibət olaraq bildirilmişdir ki, Cəmiyyətin tərəfindən razılıq qeyriqanuni tikilinin arxasında kəmərdən təxminən 15 metr aralıda inşa edilmiş tikili üçün verilmişdir. Cavabdeh tərəf isə ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənara çıxaraq qanuni tikilinin qarşısında su xəttinin mühafizə zonasında qeyri-qanuni tikili inşa etmişdir. Bu hal öz təsdiqini Məhkəmə Ekspertiza Mərkəzi nin 10 fevral 2020-ci il tarixli 23727 nömrəli ekspert rəyində təsdiqini tapmışdır. Həmin rəydə ayrıc aktının göstəricilərinin, o cümlədən sahəsinin, konfiqurasiyasının və digər texniki parametrlərinin tədqiq olunan ərazinin faktiki vəziyyətindən fərqli olduğu qeyd edilmişdir. Bu bir daha cavabdehin ayrılmış ərazinin hüdudlarından kənara çıxaraq tikinti apardığını təsdiq edir. Məhkəmə ekspert rəylərinə istinad etmədən, Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrini tətbiq etmədən əsassız qətnamə qəbul etmiş, bununlada maddi hüquq normalarını pozmuşdur.

41. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

43. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

44. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

45. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin mürac iəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

54. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)5219/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar