Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2427/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13632/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1757/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.A.Xəlilov) İddiaçı cavabdeh Piriyeva Cavabdeh qa rşı “mənzildən istifadə hüququna komensasiya ödənilməklə xitam verilməsi və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılma” barədə iddiası qismən təmin edilərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Akademik F.Qasımzadə küçəsi, 4 saylı evin, 33 saylı mənzilindən istifadə hüququna 14.400 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13632/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tari xli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Akademik F.Qasımzadə küçəsi, 4 saylı evin, 33 saylı mənzilindən istifadə hüququna 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasında işə baxılarkən iddiaçı cavabdehə ödəniləcək kompensasiyanın məbləğinin 14.400 manat məbləğində müəyyən edilməsinə etiraz etmədiyini bildirib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apel yasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın qismən təmin edilərək, cavabdehin mübahisəli mənzildən istifadə hüququna 14.400 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh Piriyeva məhkəmə iclasının vaxtı və ye ri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Vəkil1 izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki qanunvercilikdə təsbit edilmiş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, mənzilin istifadəçisinə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün zəruri olan vəsait kimi başa düşülür. Eyni zamanda istifadə hüququna xitam verilərkən müddət elə təyin edilməlidir ki, mənzilə istifadə hüququ olan şəxs bu müddət ərzində özünü əvvəlki mənzildə ona məxsus olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə təklif edilən 14.400 manat kompensasiya məbləğinin sonuncunun iki azyaşlı uşağı ilə birlikdə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə mübahisəli mənzildə ona xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Bu səbəbdən də iddia təmin oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətl i olan halları tam, hərtərəfli və obyektiv arışdırmayıb. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Akademik F.Qasımzadə küçəsində yerləşən, 4 saylı evin 2 otaqlı, ümumi sahəsi 90,7 kv.metr olan 33-cü mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Eyni zamanda işdən görünür ki, xx xxxxxxx 2011-ci ildə İddiaçı oğlu Siracəddin Əhmədov rəsmi nikah əsasında Cavabdeh Piriyeva ilə ailə qurub və onların birgə nikahından xx xxx 2013-cü ildə Ayan, xx xxxxxxxx 2014-cü ildə Murad adlı iki uşaqları doğulub. Sonradan Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tar ixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və hər iki uşaq anaları Cavabdeh Piriyevanın yanında saxlanılıb. Həmçinin Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Piriyevanın ünvan 1 ünvanda yerləşən “xxxx” MTK məxsus olan çoxmərtəbəli yaşayış binasının “C” blokunun 8-ci mərtəbəsində yerləşən 33 saylı mənzildən istifadə hüququ tanınmaqla, onun uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilib. Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin isə həmin mənzildən istifadə hüququ vardır və bu faktlar işin mübahisə olunmayan hallarıdır. Tərəflər özləri də işin bu hallarını inkar etmirlər. Hazırda iddiaçı, mübahisəli mənzilin xüsusi mülkiyyətində olduğunu, oğlu Siracə ddin Əhmədovla cavabdeh arasında olan ailə münasibətlərinə xitam verildiyini əsas tutub, cavabdehin həmin mənzildən istifadə hüququna 14.400 manat kompensasiya ödənilməklə xitam verilməsini və onun iki uşaqları ilə birlikdə mənzildən çıxarılmasını iddia edir. Cavabdeh isə iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləğinin yetirli olmadığını göstərib iddia tələbinə etiraz edir. İşə əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxx 2019-cu il; “xxxx” MMC-nin xx xxx 2019-cu il və “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəylərinə əsasən sözügedən mənzilin hazırki bazar dəyəri 132.000-190.000 manat; həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı isə 350-700 manat civarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə et mək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin təfsirində səhvə yol verərək qeyd etmişdir ki, cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün iddiaçının ona təklif etdiyi 14.400 manat kompensasiyaməbləği yetərli deyil və həmin kompesasiya məbləği əsas tutularaq cavabdehin həmin mənzilə olan istifadə hüququna xitam verilərsə, bu sonuncunun mənzilə olan istifadə hüququnu pozar. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən mənzilin mülkiyyətçisi, yəni iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyanın məbləği ilə razılaşmadığı halda, bazar qiymətlərinə uyğun olaraq yetərli kompensasiyanın məbləğini müəyyən etməməklə v ə ümumiyyətlə bunu mənzilin mülkiyyətçisi olan iddiaçı ilə razılaşdırmamaqla Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub və həmin maddənin təfsirində səhvə yol verib. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda işə baxan məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsin ə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləğini yetərli hesab etmədiyi halda, sadalanan maddələrin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yetərli hesab etdiyi kompensasiyanın məbləğini müəyyən etməyib və həmin məbləğə ümumiyyətlə iddiaçının münasibətini öyrənməyib. Digər tərəfdən iddia ərizəsindən, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, o, keçmiş gəlini Cavabdeh Piriyevaya mənzilə olan istifadə hüququna xitam verilməsi üçün ona 14.400 manat kompensasiya ödəməyə razıdır. Kasasiya ins tansiyası məhkəməsi cavabdehin mənzildə istifadə hüququnun olmasını, mənzilin iki otaqlı, ümumi sahəsinin 90,7 kv.metr olmaqla ünvan 2 evin 33 saylı ünvanında yerləşməsini, eyni zamanda cavabdehin iddiaçının oğlu Siracəddin Əhmədovla ailə münasibətlərinə xitam verilməsini və bundan sonra tərəflərin eyni mənzildə birgə yaşamalarının qeyri-mümkün olmaqla, sözügedən mənzilin hazırki bazar dəyərinin 132.000-190.000 manat, həmçinin oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqının isə 350-700 manat civarında olmasını nəzərə alıb hesab edir ki, cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbləğinin yetəli və bazar qiymətlərinə uyğun olub-olmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırıl mayıb. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxş ar yaşamaq imkanı versin. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, mülkiyyətçininödəməliolduğukompensasiya məbləği mənzilistifadəçisininitirdiklərininədalətliəvəzikimiçıxışetməlidir. Beləhalda həminşəxsinməhrumolduğuhüquqqismindəmənzilintərkibhissəsindənistifadəetməkhüququçıxışet diyindən, ödənilənkompensasiya məbləği ayrıcamənzilinmülkiyyətəəldəolunmasına deyil, başqayerdəyaşamaqhüquqununağlabatanmüddətərzindətəminolunmasınakifayətetməlidir. Yənimülkiyyətçininhesabınaistifadəçiyəmüəyyənmüddətdaxilində, başqayerdəəvvəlkimənzildəonaxasolmuşşəraitləmüqayisədəoxşaryaşamaqimkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdəmülkiyyətçininüzərinəistifadəhüququolanşəxsidaimiolaraq yaşayış sahəsi ilə təminetməköhdəliyi qoyulmamışdır. HəttaKonstitusiyaMəhk əməsi Plenumunun sözügedən Qərarlarında da bumüddətinnəqədərolması müəyyənedilməmişdir. Eləcə də mövcudqanunvericilikdəyaşayışbinasınıntərkibhissəsindən istifadəhüququnaxitamverilməsiüçünistifadəçiyəödənilməli olan kompensasiyanın məbləğinin həddibarədəhərhansınormayoxdur. Qanunvericilikdəhəminkompensasiya məbləğinin bazarqiymətləriilə, yalnızməhkəmətərəfindəntənzimlənməsitəsbitolunmuşdur. Kasasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan m əhkəmələrə verilmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qayd alara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayətiqismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13632/2019 saylı qətnaməsiləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2427/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2427/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver