Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2427/2022 07.06.2022 ALİ MƏHKƏMƏ AAAAZ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)-10961/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 4.500 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzilindən istifadə hüququnun itirilməsi, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmçinin, Cavabdeh məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi, birgə nikahdan doğulmuş uşağın onun himayəsində qalması diqqətəlayiq hal kimi qiymətləndirilməklə mənzildən payının 2/3 hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.B.Əsədov) ilk və qarşılıqlı iddia ərizələri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 08 iyul 2013-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 08 fevral 2014-cü il tarixdə tərəflər rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 19 mart 2014-cü il tarixdə Ayan adlı uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onlar ara sında bağlanmış nikah pozulub və tərəflərin birgə nikahından doğulmuş Ayan anası Cavabdeh yanında saxlanılıb. Göründüyü kimi mübahisəli mənzil nikaha girənədək əldə edildiyindən İddiaçı ayrıca mülkiyyəti sayılır. Bu səbəbdən də həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti kimi bölünə bilməz. Həmçinin Cavabdeh mənzildən istifadə hüququ əmələ gəlmədiyindən (yaranmadığından) ilk iddia təmin oluna bilməz. Ona görə də ilk və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.1, 225.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmə sini xahiş edib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilib, həmin hissdə ilk iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzilində istifadə hüququnun 5 ay müddətinə saxlanılması və həmin müddət başa çatdıqdan sonra onun qeyd olunan mənzildən çıxarılması, ilk iddianın qalan hissədə rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən, Cavabdeh apellyasiya şikayətinin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 08 iyul 2013-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 08 fevral 2014-cü il tarixdə tərəflər rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 19 mart 2014-cü il tarixdə Ayan adlı uşaqları doğulub. Tərəflər mənzildə qeydiyyatda olmaqla birgə yaşayıblar və sonradan xasiyyətlərinin tutmaması səbəbindən Qarada ğ Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub. Birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə işin faktiki halları üzrə səhv nəticəyə gəlib və maddi hüquq normalarının tələblərini pozub. Belə ki, tərəflər ailə qurmaqla və Cavabdeh İddiaçı məxsus olan mənzilə köçməklə onun həmin mənzildən istifadə hüququ yaranıb, lakin yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıla 2019-cu il tarixdə ailə münasibətlərinə xitam verildiyindən və onlar arasında başqa razılaşma olmadığından Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, tərəflər arasında ailə münasibətlərinin artıq olmaması, habelə onların münaqişəli vəziyyətdə olmaları tərəflərin izahatları və mülki iş materialları ilə tam təsdiq olunur. Belə olan halda Cavabdeh mənzilə olan istifadə hüququnu artıq itirildiyinə görə ona kompensasiya verilməklə mənzildən istifadə etmək hüququna xitam verilməsi üçün hər hansı bir əsas yoxdur. Bununla yanaşı Cavabdeh mənzildən çıxarılması ilə bağlı hissəsi əsaslı olduğundan təmin edilməlidir. Çünki, İddiaçı özünün mülkiyyət hüququnun müdafiəsi çərçivəsində Cavabdeh mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Cavabdeh münasibətdə onun mənzildən istifadə hüququnun müvəqqəti saxlanılması üçün Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsaslar mövcuddur, çünki onun adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil və onun özünə məxsus yaşayış sahəsi yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh himayəsində azyaşlı uşağı vardır və uşağın gündəlik qayğıları da onun üzəri nə düşür. Bu mənada uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması dövlət siyasətinin üstün istiqamətlərindən biridir və Mənzil Məcəlləsinin 30.4-cü maddəsində vurğulanan “diqqətə layiq digər hallar” çərçivəsində qiymətləndirilməlidir. Eyni zamanda Cavabdeh daimi iş yeri olmamaqla, yüksək qazanc əldə etməməsi, onun maddi vəziyyətinin özünün mənzil ehtiyacını qarşılamaq üçün kifayət etdiyi qənaətinə gəlməyə əsas verməməklə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş hüquqdan yararlanmasına maneə törədən hal kimi qiymətləndirilə bilməz. Ona görə də Cavabdeh sözügedən mənzildən istifadə hüququ 5 ay müddətinə saxlanılmalı və həmin müddət başa çatdıqdan sonra o, qeyd olunan mənzildən çıxarılmalıdır. Eyni zamanda, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, sözügedən mənzil nikahadək mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alındığından həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin, Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan ba xıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvl əri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi keçmiş ailə üzvü kimi Cavabdeh mülkiyyətçi İddiaçı məxsus sözügedən yaşayış sahəsindən istifadə hüququnu 5 ay müddətinə saxlaması hissəsində istisna olmaqla, qalan hissədə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 08 iyul 2013-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 08 fevra l 2014-cü il tarixdə tərəflər rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 19 mart 2014-cü il tarixdə Ayan adlı uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və tərəflərin birgə nikahından doğulmuş Ayan anası Cavabdeh yanında saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək və maddi hüququ normalarını düzgün tətbiq etməyərək səhv nəticəyə gəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 01 oktyabr 2009-cu il tarixədək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh, İddiaçıla 2014-cü ildə rəsmi nikah əsasında ailə qurması və bundan sonra sözügedən mənzildə yaşamağa başlaması işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, ilkin iddia tələbin ə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (Mənzil Məcəlləsinin 30.1-ci maddəsi). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ na malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (Mənzil Məcəlləsinin 30.2-ci maddəsi). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ail ə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (Mənzil Məcəlləsinin 30.4 maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını işin mübahisəsiz qaydada müəyyən edilən hallarına tətbiq etməklə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh İddiaçıla ailə qurmaqla və sonuncuya məxsus mənzilə köçməklə onun həmin mənzildən istifadə hüququ yaranıb, lakin yaşayış sahəsinin mülkiyyətçisi ilə 2019-cu il tarixdə ailə münasibətlərinə xitam verildiyindən və yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıla Cavabdeh arasında başqa razılaşma olmadığından sonuncunun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, tərəflər arasında ailə münasibətlərinin artıq olmaması, habelə onların mün aqişəli vəziyyətdə olmaları tərəflərin izahatları və iş materialları ilə tam təsdiq olunur. Belə olan halda isə Cavabdeh mənzilə istifadə hüququ artıq itirildiyinə görə ona kompensasiya verilməklə mənzilindən istifadə etmək hüququna xitam verilməsi üçün hər hansı bir əsas yoxdur. Bununla yanaşı apellyasiya instansiyası düzgün olaraq qeyd etmişdir ki, ilk iddianın Cavabdeh mənzildən çıxarılması ilə bağlı hissəsi əsaslı olduğundan təmin olunmalıdır. Çünki, mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özünün mülkiyyət hüququnun müdafiəsi çərçivəsində Cavabdeh oradan çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllə nəzərdə tutur ki, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlə t tərəfindən tanınan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (Mülki Məcəllənin 157.2-ci maddəsi). Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəzərə almışdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda adı çəkilən qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “...Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə h üququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədil ə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin m ülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.” Bu kontekstdə apellyasiya instansiyası məhkəməsi, yaşayış sahəsindən istifadə hüququnun vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyini vurğulamaqla haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh münasibətdə həmin hüququn müvəqqəti saxlanılması üçün Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalə tli əsaslar mövcuddur. Belə ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil və onun özünə məxsus yaşayış sahəsi yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh himayəsində azyaşlı uşağı vardır və uşağın gündəlik qayğıları da anasının üzərinə düşür. Bu mənada apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması dövlət siyasətinin üstün istiqamətlərindən biridir və Mənzil Məcəlləsinin 30.4-cü maddəsində vurğulanan “diqqətə layiq digər hallar” çərçivəsində qiymətləndirilməlidir. Eyni zamanda, Cavabdeh daimi iş yeri olmamaqla, yüksək qazanc əldə etməməsi, onun maddi vəziyyətinin özünün mənzil ehtiyacını qarşılamaq üçün kifayət etdiyi qənaətinə gəlm əyə əsas verməməklə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş hüquqdan yararlanmasına maneə törədən hal kimi qiymətləndirilə bilməz. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi həm də nəzərə almışdır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı keçmiş ailə üzvü Cavabdeh həmin yaşayış sahəsini əldə etməyə, yaşayış sahəsindən istifadə hüququnu həyata keçirməyə əsaslarının olmadığını, yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı keçmiş ailə üzvü Cavabdeh maddi vəziyyəti və diqqətə layiq digər hallar onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyini və sair işin diqqətəlayiq hallarını nəzərə alıb, keçmiş ailə üzvü kimi Cavabdeh qeyd olunan mülkiyyətçi İddiaçı məxsus olan sözügedən yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu saxlamaqla düzgün nəticəyə gəlsə də, həmin müddəti bütövlükdə 5 ay müəyyən etməklə səhvə yol verib və bu müddətin olduqca qısa, ağlabatan olmadığını, həmin müddətin açıq-aşkar Cavabdeh özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyini nəzərə al mayıb. Ona görə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, qətnaməyə qismənonun mənzildən istifadə hüququnun 5 ay müddətinə saxlanılması hissəsində dəyişiklik edilməli və həmin müddət 12 ay müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, qarşılıqlı iddiaya münasibətdə haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, qarşlıqlı iddiada Cavabdeh iddia edir ki, İddiaçıla nikahları rəsmi qaydada 08 fevral 2014-cü il tarixdə qeydə alınsa da, sonuncu ilə onun ailə münasibətləri, birgə təsərrüfat aparmaları rəsmi nikah tarix indən ən azı bir il öncəyə təsadüf edir və bunun da sübutu onların münasibətindən 19 mart 2014cü il tarixdə doğulmuş övladları X1 olmasıdır. Hesab edir ki, mübahisəli mənzil İddiaçıla onun birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə əldə olunmuş vəsait hesabına alınmış əmlak olaraq müəyyən olunmalıdır və həmin mənzilin (uşağın onun yanında qalması baxımından) 2/3 hissəsinə onun payı müəyyən edilməli və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Ali Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcələnin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onl ardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən normaları hazırki hazırki mülki mübahisəyə tətbiq edib, düzgün olaraq qeyd etmişdir ki, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah dövlət tərəfindən tanınır və həmin nikaha görə tərəflərin hüquq və vəzifələri əmələ gəlir. Hazırki iş üzrə tərəflər faktiki olaraq daha əvvəl ər-arvad münasibətlərində olsalar belə, onlar 08 fevral 2014-cü il tarixdə birgə nikaha daxil olmuşlar. Mübahisəli mənzil isə İddiaçı adına 08 iyul 2013-cü il tarixdə qeydiyyata alınıb. Ona görə də həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti sayıla və Cavabdeh həmin mənzildəki payı 2/3 hissəsində üəyyən edilə bilməz. Ona görə də kassasiya instansi yası məhkəməsi hesab edir ki, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)-10961/2021 saylı qətnaməsinə qismən- cavabdeh X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzilindən istifadə hüququnun 5 ay müddətinə saxlanılması hissəsində dəyişiklik edilsin, həmin müddət 12 ay müəyyən edilsin və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə min
Məhkəmə qərarları › İş №2(102)-2427/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2427/2022
07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver