Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2428/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: çoxmənzilli binanın ümumi əmlakından istifadəyə maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)581/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsin in inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1-də yerləşən 97 saylı mənzil Cavabdeh, həmin binanın eyni mərtəbəsində yerləşən 98 saylı mənzil isə İddiaçı mülkiyyətlərindədir.
2. Binanın lift və pilləkən meydançasında İddiaçı mənzilinə bitişik, binanın layihəsində nəzərdə tutulmuş boş sahəyə Cavabdeh tərəfindən qapı quraşdırılaraq, anbar kimi istifadə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının 98-ci mənzilinə bitişik inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələ rin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə mane törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan mənzilə köçdükdən sonra binanın mərtəbələr üzrə layihəsində dəyişiklik aparılmasının və mənzilinə bitişik olan yanğın çıxışının daşla hörülərək bağlandığının şahidi olmuşdur. Bununla əlaqədar o, "xxxx" MMC-nin rəhbərliyinə müraciət etdikdə qeyd olunan mübahisə predmeti olan sahənin qonşu mənzilin sahibi, yəni cavabdeh tərəfindən edildiyini bildirmişlər. Cavabdeh öz mənzilinə bitişik olan eyni sahəni boş saxlasa da, iddiaçının mənzilinə bitişik sahəni zəbt edərək yanğın çıxışını mişar daşından hörməklə bağlamışdır.
5. Birinci instansiya məhkəməsində keçi rilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 iyul 2022-ci il tarixli rəyinə əsasən: ünvan 2 ünvanda yerləşən mübahisə edilən sahənin (tikili anbarın) layihədə öz əksini tapmadığı müəyyən edilmişdir. ünvan 3 yaşayış binanın layihəsində dəyişiklik edilərək mübahisə edilən sahəyə qapının quraşdırılması nəzərdə tutulmadığı müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən mübahisə edilən sahənin (tikili anbarın) tərəflərin ümumi istifadəsində olan pilləkən qəfəsəsinin ərazisində yerləşdiyi və həmin sahənin 98 saylı mənzilinin giriş çıxışına və mənzilindən istifadəsinə maneçilik törətmədiyi müəyyən edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin mənzilləri üzbəüz yerləşir. Evlərin istifadəsində olan lift in sağı və solunda şkaf (kladovka) yerləşir. Mübahisə olunan sahənin qapısı pilləkən tərəfdən qoyulmuş və onun iddiaçıya məxsus evə giriş-çıxışa maneəsi yoxdur. Digər mənzillərə müqayisədə müəyyən olunmuşdur ki, mübahisə olunan sahə boş sahədir. İddiaçı mənzilinin qapısını təxmini 4-5 metr qabağa çəkmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(005)69/2022 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə olunan sahənin qapısı pilləkən tərəfdən qoyulmuş və onun iddiaçıya məxsus evə giriş-çıxışa maneəsi yoxdur. Eyni zamanda, MMC-nin şifahi razılığı əsasında həmin sahə uzun müddətdir ki, cavabdehin istifadəsində olmaqla, sahə özbaşına tikili deyil və binanın 2 004-cü il tarixli layihəsində öz əksini tapmışdır. X2 25 iyul 2022-ci il tarixli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən mübahisə edilən sahə (tikili anbar) tərəflərin ümumi istifadəsində olan pilləkən qəfəsəsinin ərazisində yerləşir və həmin sahənin 98 saylı mənzilinin giriş çıxışına və mənzilindən istifadəsinə maneçilik törətmədiyi müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi, Mülki Məcəllənin 152.1, 158.3. 170.1-170.4, 178.1, 180.1, 180.2-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, Avropa İnsan H üquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(005)-69/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)-581/2023 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və C.C.Musayevanın iştirakları ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(005)-69/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, cavabdehin istifadə etdiyi sahə iddiaçının bildirdiyi kimi, yanğın çıxışı kimi nəzərdə tutulmamışdır və bina sakinlərinin, o cümlədən iddiaçının öz mənzillərindən sərbəst şəkildə istifadə etmələrinə, pilləkən və lift vasitəsilə mənzillərinə gedib-gəlmələrinə hər hansı şəkildə mane olmur.
13. İddiaçı mübahisəli tikilinin ümumi istifadədə olduğunu, lakin cavabdeh tərəfindən kilid qoyularaq iddiaçının istifadəsinə maneə yaratdığını bildirir. Bir sözlə iddiaçı tikilidən hazırkı şəkildə istifadənin onun hüquqlarını pozduğunu, bu səbəbdən də həmin sahənin ümumi istifadəyə qaytarılmasini və bununla bağlı yaradılan maneələrin aradan qaldırılmalı olduğunu iddia edir. Lakin iddiaçı mövcud tikilidən cavabdeh tərəfindən hazırkı şəkildə istifadənin onun hansı hüquq və mənafelərini pozd uğunu əsaslandıra bilməmişdir.
14. İddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, hazırkı mübahisənin yaranmasına səbəb eyni mərtəbədə yaşayan iddiaçı və cavabdeh arasında pilləkən qəfəsindəki boşluq sahələrindən istifadə etmələri ilə bağlı ümumi razılıq əldə edə bilməmələri olmuşdur. Belə ki, iddiaçının bildirdiyinə görə, mübahisəli sahə cavabdehin deyil, onların mənzilinə bitişik yerləşir. Həmin blokda olan digər mərtəbələrdə qeyd edilən sahələr məhz onların bitişik yerləşdiyi mənzil sahibləri tərəfindən istifadə edilməkdədir və onlar tərəfindən öz mənzillərinə qatılmışdır. Lakin cavabdeh öz mənzilinə bitişik olmayan bu sahəni istifadə etməklə, digər mərtəbələrdə olduğu kimi, iddiaçının bu sahədən yararlanmasına mane olur. İddiaçı ilə cavabdeh arasında bunu nla bağlı əvvəlcə razılıq olmuş və cavabdeh həmin sahəni iddiaçıya təhvil verməyə razılaşmış, hətta iddiaçı bunun müqabilində həmin mərtəbədə onun mənzilinə bitişik digər boşluq sahəni cavabdehin istifadə etməsi üçün MTK-ya pul ödəyərək əldə etmiş, lakin sonradan cavabdeh fikrini dəyişərək bundan imtina etmişdir.
15. Göründüyü kimi, iddiaçının mübahisəli sahə ilə bağlı ilkin niyyəti həmin sahədən özünün istifadə etməsi olmuş, hətta bununla bağlı cavabdehlə aralarında razılıq da əldə etmişlər. Lakin bu razılıq pozulduqdan və həmin sahəni əldə edə bilmədikdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
16. Həmçinin işdə olan ekspert rəyi, yerində müayinə və tərəflərin izahatları əsasında müəyyən olunur ki, iddiaçı özü də dəhlizə doğru mənzilinin qapısını təxminən 45 metr qabağ a çəkməklə ümumi istifadədə olan pilləkən meydançasının bir hissəsini zəbt etmişdir.
17. Sadalanan halları nəzərə almaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət edərək cavabdehin faktiki istifadəsində və sahibliyində olan sahədən onun istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb qiymətləndirilməlidir. etməsi qanunla ona verilən hüquqdan sui-istifadə kimi Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)-581/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mənzil Məcəlləsinin 35.1, 35.2-ci, Mülki Məcəllənin 227.1, 227.2-ci, Mülki Prosessual Məcəllənin 218.3-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə yanlış olaraq Mülki Məcəllənin 152.1, 170.1, 170.2, 170.3, 178.1, 180.1, 180.2-ci maddələrinə istinad etmişdir. İddia tələbi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan tikilidən maneəsiz istifadə etmək üçün maneə yaradan cavabdehin üzərinə öhdəlik qoyulmasından ibarət olmuşdur. Məhkəmə iddia tələbinə münasibət bildirmədən, cavabdehi mülkiyyətçi hesab edərək onun mülkiyyət hüquqlarının qorunması kimi qiymət verməyə çalışmışdır. İşdə olan ekspertiza rəyinə əsasən, qeyd edilən tikili layihədə əks olunmamışdır. Cavabdehin həmin tikiliyə d air mülkiyyət hüquqları mövcud olmamış, həmin tikili çoxmənzilli binanın sahə mülkiyyətçilərinə aid olmuşdur.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Etirazda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırılması köçürülərək, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tər əfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasın ın tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mü lki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcə llədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndiri lir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
31. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası əlavə qeyd edir ki, iddiaçının Mülki Məcəllənin 227.1, 227.2-ci, habelə Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə istinadı əsassızdır.
32. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halı ondan ibarətdir ki, mübahisəsi gedən sahə binanın layihəsində qapısı olmayan boşluq kimi nəzərdə tutulmuşdur və qapı cavabdeh tərəfindən quraşdırılmışdır. Yəni cavabdehdən əvvəl həmin sahədən ümumiyyətlə istifadə olunmamış və istifadəsi mümkün olmamışdır. Odur ki, həmin sahənin çoxmənzilli binanın ümumi əmlakı kimi təqdim edilməsi əsassızdır.
33. Digər tərəfdən müə yyən olunur ki, tərəflərin mənzillərin yerləşdiyi mərtəbədə başqa bir sahə iddiaçının özü tərəfindən istifadə olunur. Buna baxmayaraq, o, mübahisəsi gedən sahədən cavabdehin istifadəsini mübahisələndirir və bu istifadənin hüquq və mənafelərini pozmasını nə əsaslandıra bilmiş, nə də ki, sübut etmişdir.
34. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq iddiaçının hazırki tələbini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)-581/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.