Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2429/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı hüquq varisi “xxxx” MMC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2429/21 (Açar sözlər: qalıq borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı hüquq varisi “xxxx” MMC-nin vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(103)4271/2020 saylı qətnaməsindən İddiaçı hüquq varisi “xxxx” MMC- nin kasasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli “X4 Müqaviləsi”nə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gecikən əsas məbləğ üzrə 38.740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 16.575,87 ABŞ dolları, sığorta borcu üzrə 5.480 ABŞ dolları, cəmi 60.796,54 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əm irxanova) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 12 iyun 2014-cü il tarixli “X4 müqaviləsi”nə əsasən gecikən əsas məbləğ üzrə 38.740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 6.519,65 ABŞ dolları, cəmi 45.260,32 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında lizinq və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və nəticədə onun iddiaçıya əsas məbləğ üzrə 38.740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 6.519,65 ABŞ dolları borcu yaranıb. İddia 5.480 ABŞ dolları sığorta borcunun tutulmasına aid h issədə sübuta yetmir. Ona görə də iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 747-5.2, 748-1.12.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, C.A.Yusifov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qə tnaməsi ləğv edilib, iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, lizinq obyektləri olan nəqliyyat vasitələri iddiaçıya geri qaytarıldığı üçün onların əldə edilməsi ilə bağlı Cavabdeh1 çəkdiyi xərclər, yəni satıcıya ödədiyi məbləğlər lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına zidd olar və iddiaçının əsassız varlanmasına gətirib çıxarar. Çünki lizinq obyektləri qaytarıldıqdan sonra iddiaçı onları özgəninkilləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki lizinq obyektlərinin iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini Cavabdeh1 çəkib. Həmçinin Cavabdeh1 ödədiyi məbləğin lizinq obyektlərinin ümumi dəyərindən çıxılması mübahisəyə təsir etmir. Çünki tərəflər arasında kredit müqaviləsi deyil, lizinq müqaviləsi bağlanıb və Cavabdeh1 lizinq obyektlərinin istifadəsinə görə muzd ödəmək öhdəliyini öz üzərinə götürüb. Eyni zamanda Cavabdeh1 ödədiyi məbləğlər nəzərə alındıqda müəyyən olunur ki, onun lizinq müqaviləsi üzrə borcu qalmayıb. Eyni zamanda şahid ifadəsi ilə müəyyən olunur ki, lizinq obyektlərinin alqısatqısı zamanı pulun bir hissəsini lizinq şirkəti, bir hissəsini isə Cavabdeh1 ödəyib. Həmçinin Cavabdeh1 iki ədəd avtonəqliyyat vasitəsinə görə lazım olduğundan da artıq 15.441,8 manat ödəniş edib və onun lizinq müqaviləsi üzrə artıq heç bir borcu qalmayıb. Bu baxımdan ödənilmiş həmin məbləğlər hesabına Cavabdeh1 iddiaçıya olan 30.358,2 manat borcu silinməlidir. Ona görə də, iddia tələblər rədd olunmalıdır. Apelyasiya i nstansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 7481.12, 748-1.12.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olm ayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı hüquq varisi “xxxx” MMC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də vəkillə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləs inə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Liziq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsində göstərilir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşd ırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallar ını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında 12 iyun 2014-cü il tarixli lizinq müqaviləsi bağlanıb və müqaviləyə əsasən, iddiaçı Cavabdeh1 tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 3 ədəd “Kamaz 6520-057” markalı özüboşaldan tik inti texnikasını, 1 ədəd “Hyundai H940S“ markalı ekskavator-yükləyicini öz mülkiyyətinə əldə edərək onları Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verib. Cavabdeh1 da 36 ay müddətində, hər ay 7293,38 ABŞ dolları lizinq ödənişi, cəmi 16.763 ABŞ dolları sığorta və 1.910 ABŞ dolları serviz xərci, ümumilikdə 281.234,79 ABŞ dolları lizinq ödənişini ödəməyi öz öhdəsinə götürüb. Həmçinin, lizinq müqaviləsinin təminatı kimi iddiaçı ilə digər Cavabdeh2 arasında 12 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 lizinq verən qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürüb və onunla birgə məsuliyyət daşıyır. Eyni zamanda işdən görünür ki, “Kamaz 6520-057” markalı 99-J6-419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasit əsi 10 mart 2015-ci il tarixdə, “Kamaz 6520-057” markalı 99-J6-419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 may 2015-ci il tarixdə, “Hyundai H940S” markalı 11-O4-621 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 may 2015-ci il tarixdə, “Kamaz 6520-057” markalı 99-J6-417 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08 iyul 2015-ci il tarixdə lizinq alan Cavabdeh1 tərəfindən iddiaçıya geri qaytarılıb. Hazırda iddiaçı, Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 38.740,67 ABŞ dolları əsas, 16.575,87 ABŞ dolları lizinq mükafatı, 5.480 ABŞ dolları sığorta, cəmi 60.796,54 ABŞ dolları borcunun qaldığını iddia edir. Cavabdeh1 isə lizinq obyektlərinə dair alqı-satqı müqavilələri bağlanarkən lizinq obyektlərinin dəyərinin 40 faizini satıcılar Ən vər Abdulayev və Yusif Cəfərova ödədiyini, bundan sonra iddiaçının lizinq obyektlərini alıb ona təhvil verdiyini, lizinq obyektlərinə görə hər ay ödəniş etdiyini, daha sonra iddiaçının təklifi ilə lizinq obyektlərini geri qaytardığını və lizinq obyektlərini satıb bütün borcları bağlayacaqlarına dair iddiaçının vədinə inandığını göstərib, iddiaya etiraz edir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi iş üzrə xüsusi bilik tələb edən suallara aydınlıq gətirmək üçün müvafiq ekspertiza keçirib rəy almadan, Cavabdeh1 lizinq müqaviləsi üzrə lizin obyektlərini müxtəlif vaxtlarda idiaçıya geri qaytardığını, lizinq obyektlərinə dair alqı-satqı müqavilələri bağlanarkən onun lizinq obyektlərinin dəyərinin 40 faizini qabaqcadan satıcılar Ənvər Abdulayev və Yusif Cəfərova ödədiyini və sair əsas tutub, hazırki mübahisəyə sadə riyazi məntiqlə yanaşaraq, yalnız şahid ifadəsinə istinad edib Cavabdeh1 lizinq müqaviləsi üzrə iddiaçıya ödənilməmiş borcunun olmaması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinin tələbinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan suallara ilk növbədə iş üzrə müvafiq ekspertizalar keçirilməklə və əsaslandırılmış ekspert rəyləri alınmaqla aydınlıq gətirilə bilər. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, Cavabdeh1 iddiaçıya ödənilməmiş borcunun qalmasına dair işə əlavə edilmiş maliyyə arayışlarına, hesabdan çıxarışl ara, ekspert rəyinə, habelə iddiaçının nümayəndəsinin izahatlarına Azərbaycan Respublikası MPM-nin 88, 103.1, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, ekspertin rəyi ilə nəyə görə razılaşmamasını qətnamədə əsaslandırmadan, yalnız Cavabdeh1 özünün izahatına və məhkəmə iclasında şahid qismində dindirilmiş Yusif Cəfərovun ifadəsinə əsaslanaraq, lizinq obyektlərinə dair alqısatqı müqavilələri bağlanarkən onların dəyərinin 40 faizinin Cavabdeh1 tərəfindən qabaqcadan satıcılar Ənvər Abdulayev və Yusif Cəfərova ödənildiyi və bununla da onun iddiaçıya ödənilməmiş borcunun qalmadığına dair işin halları barədə səhv nəticəyə gəlib. Belə ki, əvvəla apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi bu hallar hər hansı mötəbər yazılı sübutlarla təsdiq olunmur. Digər tərəfdən, hazırda iddiaçı, Cavabdeh1 alqı-satqı müqavilələri üzrə lizinq obyektlərinin dəyərindən qalan borcu deyil, sonuncu ilə aralarında 12 iyun 2014-cü il tarixli lizinq müqaviləsi bağlandıqdan sonra bilavasitə özünün maliyyələşdirdiyi 149.761,8 manat məbləğə münasibətdə qalıq borcunu ondan geri tələb edir. İşdən görünür ki, Cavabdeh1 13 iyun 2015-ci il tarixədək lizinq obyektlərindən istifadə edib və həmin tarixədək lizinq obyektləri onun istifadəsində olub. Mülki qanunvericiliyə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (Mülki Məcəllənin 74810.1-ci maddəsi). Həmin Məcəllənin 748-11.1-ci maddəsində göstərilir ki, lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin liznq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Eyni zamanda işdən görünür ki, iddiaçı tərəfindən lizinq obyektlərinin satın alınması üçün satıcılar X3 Cəfərova 12 iyun 2014-cü il tarixli alqı-satqı müqavilələri üzrə müvafiq olaraq 76.600 manat və 74.200 manat məbləğində pul ödənilib. Göründüyü kimi sözügedən müqavilə üzrə ödəni şin tam məbləğdə iddiaçı tərəfindən ödənilməsi, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin açıq-aşkar əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa işdən görünür ki, Cavabdeh1 lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli üzrə ödənişləri gecikdirdiyinə görə borcu yaranıb. Məhz buna görə hazırki iddia qaldırılan tarixədək Cavabdeh1 tərəfindən lizinq müqaviləsi ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödənişlər ardıcıl olaraq iki dəfədən artıq pozulduğu üçün iddiaçının lizinq obyektlərini mübahisəsiz qaydada geri almaq hüququ əmələ gəlib. Bundan sonra lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və tam icra etmədiyi üçün 13 iyul 2015-ci il tarixdə Cavabdeh1 razılığı ilə lizinq obyektləri ondan geri alınıb. Hazırda iddiaçı, lizinq obyektlərinin on a təhvil verilənədək Cavabdeh1 12 iyun 2014cü il tarixli lizinq müqaviləsi üzrə ödənilməmiş qalıq borclarını tələb edir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Liziq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsində göstərilir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mötəbər yazılı sübutlara, xüsusi bilik tələb edən ekspert, mütəxəssis rəyinə əsaslanmadan sözügedən lizinq müqaviləsi üzrə lizinq obyektlərinin iddiaçıya geri qaytarıldığı tarixə Cavabdeh1 qalıq borcunun olmaması qənaətinə gələrkən tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 13.3-cü bəndinin tələblərinə də pozub. Həmin bənddə göstərilir ki, lizinq obyektinin yuxarıda qeyd olunan əsasla geri alınması lizinq alanı bu müqavilə üzrə öhdəliklərin icrasından, dəbbə pulunun (cərimə) ödənilməsi, lizinq obyektinə və lizinq verənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsindən azad etmir. Lizinq obyek ti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər geri qaytarılmır. Apelyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərinə uyğun olaraq sözügedən müqavilənin şərtlərini təfsir etmədən, iddia olunan məbləğin lizinq obyektindən istifadə üçün haqq olmaqla lizinq obyektinin cavabdehin istifadəsində olduğu müddət üçün hesablandığını və lizinq obyektlərinin Cavabdeh1 13 iyul 2015-ci il tarixdə geri alındığını, lizinq obyektlərinin geri alınması onu müqavilə üzrə öhdəliklərinin icrası vəzifəsindən azad etmədiyini nəzərə almadan, faktiki ödənilmiş lizinq ödənişlərini əsas tutub iddianı rədd etməklə, sözügedən müqavilənin şərtlərini pozub. Halbuki, işdən, o cümlədən Məhkəmə Eksperti zası Mərkəzinin 20 aprel 2018-ci il tarixli ekspert rəyindən görünür ki, hazırda iddia olan lizinq ödənişi, haqqı məhz lizinq obyekti Cavabdeh1 geri alınanadək hesablanıb. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər qalıq borcu ilə əvəzləşdirilə, kompensasiya edilə bilməz və nəzərə alınmalıdır ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı yalnız öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz (Mülki Məcəllənin 750-ci maddəsi). Hazırki halda isə, müqaviləyə lizinq verənin, yəni iddiaçının təqsiri üzündən vaxtından əvvəl xitam verilməsi halı mülki iş materialları ilə ist isna olunur. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən, bir daha tələblər müəyyənləşdərilməli, lizinq obyektlərinin qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmaqla iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı, eyni zamanda əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfi ndən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqi qi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər t utaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı hüquq varisi “xxxx” MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(103)-4271/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2429/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2429/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver