Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2431/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC-nin ləğvedicisi XXX Cavabdeh: Cavabdeh MMC Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: Qəbələ rayon icra və probasiya şöbəsi, Maraqlı şəxs qızı İddia tələbi: əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi Açar sözlər: qiymətləndirmə rəyi, ipoteka predmetinin ilkin satış qiyməti, likvid dəyər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə dair işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli qətnaməsi ilə X1 13 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə 230562 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Maraqlı şəxs qızının mülkiyyətində olan XXX 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yasayış binasına yönəldilməsi qət edilmişdir Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qəbələ rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında «xxxx» MMCnin 26 dekabr 2018-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Maraqlı şəxs qızının mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının həmin tarixə likvid dəyəri 700.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 12 aprel 2019-cu il tarixdə İddiaçı ASC-nin ləğvedicisi XXX hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon icra şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh MMC tərəfindən ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmiş Maraqlı şəxs qızının mülkiyyətində olan XXX 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli yaşayış binasının 700000 manat dəyərində qiymətləndirilməsinə dair «Əmlakın qiymətləndirilməsi barədə hesabat»ın l əğv edilməsi, həmin əmlakın yenidən qiymətləndirilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən hesabat əsassızdır, çünki icra işi üzrə tələbkar olmalarına baxmayaraq, tələbin yönəldiyi əmlakın qiyməti müəyyən edilərkən onların iştirakı təmin olunmamışdır. Bununla bərabər, qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsinin icrası məqsədilə Nəsimi rayon İcra Şöbəsinin sifariş məktubu əsasında «xxxx» MMC tərəfindən ipoteka predmetinın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş və həmin əmlak 390.000 manata qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 14 oktyabr 2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən, Maraqlı şəxs qızına məxsus, ipoteka qoyulmuş Qə bələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyriyaşayış binasının real bazar dəyəri 700.000 manat müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3230/2019 nömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh «Cavabdeh” MMC tərəfindən həmin qeyri-yaşayış sahəsinə qoyulmuş qiymət real qiyməti əks etdirir. Belə ki, mənzilin ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə cavabdeh tərəfindən qoyulan qiymət arasında fərqin yaranmadığı müəyyən olunur. Göründüyü kimi, cavabdeh tərəfindən müəyyən edilmiş qeyri yaşayış sahəsinin ilkin satış qiyməti qeyri yaşayış sahəsinin real qiymətini əks e tdirməklə düzgün qiymətləndirilmişdir. İddiaçı tərəf Cavabdeh MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabatın əsassız olduğunu, qeyriyaşayış sahəsinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin düzgün keçirilməməsini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işi n hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4718/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) İddiaçı ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmaları nəticəsində «xxxx» MMC tərəfindən tərtib edilmiş, mübahisələndirilən 26.12.2018-ci il tarixli qiymətləndirmə rəyinin əsassızlığı müəyyən edilməmiş, iddiaçı tərəfindən bu faktı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə nəticəsində isə ipoteka predimeti olan əmlakın qiymətləndirmə rəyi ilə uyğunluq təşkil etməsi müəyyən edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən mübahisəli əmlakın qiymətləndirilməsi həyata keçirilərkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun tələblərinin pozulması faktı müəyyən olunmamış, qanunvericiliyin tələbinə riayət olunmuş, əmlaka obyektiv likvid qiyməti qoyulmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ümumiyyətlə əsassız olmaqla icra işi üzrə tələbkar olmaqlarına baxmayaraq qiymətləndirmədə iştirakları təmin edilməmiş, mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən qat-qat yuxarı müəyyən edilmiş, bununla bağlı iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki mübahisə cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus olan, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bank qarşısında olan öhdəliklərin icrasının təmin edilməsi üçün tutma yönəldilməsi qət edilmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatla bağlı olmaqla, iddiaçı bank həmin hesabatın ləğv edilməsini və ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsini tələb edir və tələbinin əsası kimi ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirmə rəyində ifadə edilmiş qiymətinin real qiymətinə uyğun olmamasına istinad edir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətlənd irici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinin 7-ci bəndində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda, əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı ipoteka saxlayan olmaqla, əmlakın 700.000 manat müəyyən edilən likv id qiymətinin yüksək olmasına istinad edərək mübahisələndirməklə, əmlakın yenidən qiymətləndirilməsini tələb edir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qeyd edilən normanın tələbləri baxımından, ipoteka predmetinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilir. Ümumiyyətlə onu da qeyd etmək lazımdır ki, əmlakın bazar qiyməti və likvid qiyməti fərqli anlayışlar olmaqla, əmlakın likvid qiyməti onun bazar qiyməti əsasında müəyyən edilir. Bazar qiyməti dedikdə, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymə ti başa düşülür. Likvid qiymət isə, bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni likvid qiymət, əmlakın dəyər itkisi yaratmadan tez satıla bilməsi üçün bazar qiymətindən fərqlənən aşağı qiymətdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış və həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilmiş qiymətləndirmə rəyinə görə, ipoteka predmeti olan əmlakın real bazar dəyəri 700.000 manat müəyyən edilmişdir. Həmin rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, əmlakın bazar dəyərinin 700.000 manat olması təsdiq edilirsə, bu halda əmlakın likvid dəyəri 700.000 manatdan aşağı həddə olmalıdır. İddiaçının müb ahisələndirdiyi qiymətləndirmə hesabatında isə əmlakın likvid dəyəri 700.000 manat müəyyən edilmişdir. Beləliklə, iş üzrə alınmış qiymətləndirmə rəyi ilə müəyyən edilən bazar qiymətinə istinad edilməklə, mübahisələndirilən qiymətləndirmə rəyi ilə müəyyən edilən likvid qiymətin yüksək olmaması barədə apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə özüözlüyündə əsassızdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakın qiymətləndiril məsi ilə bağlı işin faktiki halları barədə kassatorun irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, yeni apellyasiya baxışı zamanı həmin dəlillərə qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2431/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2431/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver