Məhkəmə qərarları › İş №2(102)-2432/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2432/2020

15.09.2020 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2432/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” LTD MMC-nin vəkili Kərimov Elmar Ramiz oğlunun, Cavabdeh1 vəkili Muradov Bəxtiyar İbrahim oğlunun, cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin nümayəndəsi X4 və vəkili Hüseynova Esmira Hüseyn qızının, cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Bayramov Ziya Bayr am oğlunun iştirakları ilə, iddiaçı “xxxx” LTD MMC-nin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası X6 Komitəsinə və Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı hərrac protokollarının, müəssisənin (obyektin) alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13818/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, A.A.A.tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)2542/2019 saylı qətnamə si ilə (sədrlik edən hakim N.X.Nəbizadə) iddiaçı “xxxx” LTD MMC-nin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası X6 Komitəsinə və Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı hərrac protokollarının, müəssisənin (obyektin) alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışların ləğv edilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi, xx xxxx 2018-ci il tarixli 10/02 və 10/03 nömrəli hərrac protokolları və Azərbaycan Respublikası X6 Komitəsi ilə Cavabdeh1 arasında bağlanılmış müəssisənin (obyektin) alqı-satqısına dair xx xxxx 2018-ci il tarixli, 3886 və 3890 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 26 ü nvanında yerləşən qeyriyaşayış sahələrinə dair Cavabdeh1 Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı xx.xx.2018-ci il tarixli ******* nömrəli və RX seriyalı xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13818/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2542/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır. İşin halları: İddiaçı “xxxx” LTD MMC cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası X6 Komitəsinə və Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı hərrac protokollarının, müəssisənin (obyektin) alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Maraqlı şəxs Başçısının xx xxxxxx 2017-ci il tarixli, 18 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sö külərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. İddiaçı tərəfindən yuxarıda göstərilən ünvanlarda, o cümlədən ünvan 2şən yaşayış sahələrinin mülkiyyətçiləri ilə notariat qaydasında müqavilələr bağlanılmış və həmin ünvanda olan yaşayış evləri sökülmüşdür. Lakin, söküntü işləri qurtardıqdan sonra, Cavabdeh1 tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş və həmin ərizəyə digər cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ******* və ******* nömrəli çıxarışlar əlavə edilərək, iddiaçı ilə daha əvvəl müqavilə bağlamış başqa şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin zirzəmi (yarımzirzəmi) hissələrinin, qeyri-yaşayış sahələri kimi Cavabdeh1 adına dövlət reyestrindən qeydiyyatdan keçməsi əsas gətirilərək, həmin zirzəmilərin əvəzinə iddiaçı Cəmiyyətdən, yeni inşa olunacaq binada qeyri-yaşayış sahələri tələb edilmişdir. Cavabdeh1 tərəfindən təqdim edilən sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixli 10/02 və 10/03 nömrəli hərrac protokolları, habelə cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi ilə Cavabdeh1 arasında bağlanılmış müəssisənin (obyektin) alqı-satqısına dair xx xxxx 2018-ci il tarixli, 3886 və 3890 nömrəli müqavilələr əsasında Cavabdeh1 başqa şəxslərə məxsus yaşayış sahələrinin zirzəmilərinə dair öz adına mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyata alınmasına və DƏDRX-dən müvafiq çıxarışların əldə edilməsinə nail olmuşdur. Başqa şəxslərə məxsus olan və iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə notariat qaydasında bağlanılmış müqavilələr əsasında əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 26 ünvanında yerləşən yaşayış sahələri söküldükdən sonra, onların zirzəmilərini təcrid olunmuş vəziyyətdə cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin hərrac üsulu ilə (müqavilələr bağlanılmaqla) özgəninkiləşdirməsi qanunsuz olmuş və Komitənin belə özgəninkiləşdirmə aparmasına heç bir səlahiyyəti olmamışdır. Mübahisəli qeyri-yaşayış sahələri - zirzəmilər, aid olduqları yaşayış sahələrinin ümumi hissələri kimi, həmin yaşayış sahələrinin mülkiyyətçilərinə məxsus olduğundan, cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi tərəfindən həmin zirzəmilərin müəssisə kimi Cavabdeh1 satılması tamamilə qanunsuz dur. Eyni zamanda, mübahisə predmeti olan zirzəmilərin hərrac üsulu ilə özgəninkiləşdirilməsi zamanı həmin zirzəmilərin yerləşdiyi torpaq sahəsinə Bakı şəhəri Maraqlı şəxs Başçısının xx xxxxxx 2017-ci il tarixli, 18 saylı sərəncamı ilə istifadə hüququ olan İddiaçınə, habelə zirzəmilərin aid olduğu yaşayış sahələrinin mülkiyyətçilərinə məlumat verilməmiş və həmin şəxslər hərraca dəvət edilməmişlər. Bununla da, qeyd olunan şəxslərin, xüsusilə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1, A.A.A.həmin qətnamədən ayrı-ayrılıqda Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində ap elyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 və vəkili Muradov Bəxtiyar İbrahim oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək işin həqiqi hallarını müəyyən edə bilməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, formal mülahizələrə əsaslanmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanun suz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi və vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası heç bir rəsmi sübuta əsaslanmadan özəlləşdirilmiş sahədən binanın kommunikasiya xətlərinin keçdiyini, həmin sahənin bina sakinlərinin ümumi istifadəsində olan sahə olduğunu və bu səbəbdən X6 Komitəsinin qeyd edilən qeyri-yaşayış sahəsini özəlləşdirmək səlahiyyətinə malik olmadığını bildirmiş, formal mülahizəyə əsaslanmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh Azərbaycan Respublikası X6 Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsi və vəkili Bağırov Ziya Bayram oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası aidiyyəti hüquq normalarına düzgün istinad etməmiş, istinad edilmiş hüquq normalarını düzgün təfsir etməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili Muradov Bəxtiyar İbrahim oğlu, cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin nümayəndəsi X7, vəkili Hüseynova Esmira Hüseyn qızı, cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Bayramov Ziya Bayram oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” LTD MMC-nin vəkili Kərimov Elmar Ramiz oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 vəkili Muradov Bəxtiyar İbrahim oğlunun, cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin nümayəndəsi X4 və vəkili Hüseynova Esmira Hüseyn qızının, cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Bayramov Ziya Bayram oğlunun, iddiaçı “xxxx” LTD MMC-nin vəkili Kərimov Elmar Ramiz oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh1, A.A.A.tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də y oxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri Maraqlı şəxs Başçısının xx xxxxxx 2017-ci il tarixli, 18 nömrəli sərəncamı ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarı rəhbər tutularaq Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndiri lməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş, Bakı şəhəri Maraqlı şəxs Başçısının xx xxxxxx 2017-ci il tarixli 319 nömrəli sərəncamı ilə isə xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli sərəncamlarla görülən sənədləşdirmə işlərinin İddiaçı MMC-nin adına aparılması, Maraqlı şəxs və həmin MMC arasında müqavilə bağlanılması nəzərdə tutulmuş, xx xxxxxx 2018-ci il tarixdə sözügedən müqavilə bağlanmış, müqavilənin predmetini “Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin Qərarında və bu müqavilədə müəyyənləşirilmiş öhdəlik lərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması” təşkil etmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı MMC ilə Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 26 ünvanında yerləşən yaşayış sahəsinin iki paylı mülkiyyətçilərindən biri olan X2 arasında xx xxxxxx 2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin predmetini MMC-nin sözügedən ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mülkiyyətçiyə paylı mülkiyyət hüququ üzrə məxsus mənzili sökməsi, bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək söküntüsü nəzərdə tutulmuş 2 otaqlı 37.0 kv.m. (faktiki 106.0 kv.m.) mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə əlavə etməklə 1-ci giriş, 7-ci mərtəbədə təmirli, 1 otaqlı, 44.0 kv.m. və 1 ci giriş, 7-ci mərtəbədə, təmirli 3 otaqlı 100.1 kv.m. mənzilləri 24 ay ərzində mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürməsi; mülkiyyətçinin isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməsi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzilləri qəbul etməyi öhdəsinə götürməsi” təşkil etmişdir. İşin müəyyən olunan digər halına görə xx xxxxxx 2018-ci il tarixdə Komitə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 26 ünvanında yerləşən və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan “istifadəsiz qeyri-yaşayış sahələri”nin özəlləşdirilməsi ilə bağlı qərar verilmiş, həmin ünvanda yerləşən zirzəminin 8.2 kv.m. hissəsi 2600 manata, 43,8 kv.m. hissəsi 13450 manata hərraca çıxarılmış, xx xxxx 2018-ci il tarixdə 10/02 nömrəli və 10/03 nömrəli hərraclar keçirilmiş, hərraclarda Cavabdeh1 qalib gəlmiş, xx xxxx 2018-ci il tarixdə onunla Komitə arasında “Müəssisənin (obyektin) alqısatqı müqavilələri” bağlanmış, xx.xx.2018-ci il tarixdə isə əmlaklara dair çıxarışlar verilmişdir. İş materiallarından görünür ki, iddiaçının iddiasına görə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökül ərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi Bakı şəhər Maraqlı şəxs Başçısının xx xxxxxx 2017ci il tarixli, 18 saylı sərəncamı ilə 49 illik icarə əsasında onun istifadəsinə verildikdən və tərəfindən yaşayış sahələri söküldükdən sonra, Komitə onların zirzəmilərini təcrid olunmuş vəziyyətdə hərrac üsulu ilə qanunsuz olaraq özgəninkiləşdirmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşa yış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. Həmin Əsasnamə, onun 1-ci bəndindən göründüyü kimi xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 19951998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmış və yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləməkdədir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyatorlar mübahisəsi gedən sahələrin Cavabdeh1 icarəsinə verilmiş sahələr olduğunu irəli sürsələr də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır; digər tərəfdən, həmin sahələr alqısatqı müqavilələrində qeyri-yaşayış sahələri kimi göstərilməsinə baxmayaraq, onların binanın kanalizasiya və su boruları keçən zirzəmi olması, eləcə də binanın sökülməsindən sonra özəlləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.4-cü maddələrinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət et mək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi pay lı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Göründüyü kimi, çoxmənzilli binanın zirzəmisi mənzil fonduna daxildir və binanın kommunikasıya xətlərinin keçdiyi texn iki xidmət sahəsi olmaqla ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur; mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə X6 Komitəsinin səlahiyyətinə aid edilməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 apelyasiya şikayətinin “əqdlərin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmamasına baxmayaraq məhkəmənin yanlış nəticəyə gəlməsi” arqumentini əsassız hesab etmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, hər hansı əqdin (o cümlədən icarə və alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıda qeyd olunanlardan görünür ki, nə X6 Komitəsi, nə də Cavabdeh1 mübahisələndirilən müqavilələri bağlamaq səlahiyyətinə malik subyektlər olmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Apelyasiya instansiyası məhkəməsi cavabdehlərin apelyasiya şikayətlərinin “iddiaçının belə bir iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququna malik olmaması” dəlilinə də qiymət verərək qeyd etmişdir ki, iddiaçı, Bakı şəhər Maraqlı şəxs Başçısının xx xxxxxx 2017-ci il tarixli, 18 saylı sərəncamı əsasında mübahisəsi gedən əmlakların yerləşdiyi yaşayış binasını sökməyə səlahiyyətləndirildiyinə və binadakı mənzillər mülkiyyətçilər tərəfindən ona satıldığına görə müvafiq subyektiv hüquqa, yəni zirzəmilərə olan hüquqlarının pozulmasının aradan qaldırılmasını tələb etmək hüququna malik şəxs olaraq qəbul edilməlidir. Belə ki, mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Apelyasi ya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq çoxmənzilli binanın ümumi əmlakı sayılan zirzəminin binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa bir məqsəd üçün istifadə olunmasının yolverilməz olduğunu vurğulamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 1.2-ci bəndinə görə də, bu qaydalar bir sıra hallarda hüquqi və fiziki şə xslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının qarşısının alınması məqsədini daşıyır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, çoxmənzilli binanın ümumi əmlakı sayılan zirzəminin, söküldükdən sonra Cavabdeh1 mülkiyyətinə verilməsi mənzil və mülki qanunvericiliyin istinad olunan normalarının tələblərinə zidd olmuş, birinci instansiya məhkəməsi də mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə on un etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından aydın olur ki, Cavabdeh1 etibarsız hesab edilən əqdlər üzrə mülkiyyətinə keçirdiyi əmlaklar üçün X6 Komitəsinə satınalma məbləğləri ödəmişdir. Bununla belə apelyasiya instansiyası məhkəməsi hazırkı mülki icraat çərçivəsində Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini (restitusiyanı) Cavabdeh1 hüquqlarını məhdudlaşdıracağı qənaətini məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqram ı”nın 13-cü bəndinə görə, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur, dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Respublikanı xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Komitənin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulduğundan apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 etibarsız əqdlər üzrə sərf etdiyi pul vəsaitlərinin Azərbaycan Respublikası X6 Komitəsi t ərəfindən geri qaytarılmalı olan hissəsi (25%-i) konkret müəyyənləşdirilmədiyindən, digər məbləğlə bağlı isə Maliyyə Nazirliyinə qarşı tələb irəli sürülmədiyindən restituisya məsələsinə mahiyyəti üzrə münasibət bildirilməməli və zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə həm X6 Komitəsinə, həm də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı tələb irəli sürmək hüququnun olduğu Cavabdeh1 izah olunmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, A.A.A.tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 03)-13818/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar