Məhkəmə qərarları › İş №2(102)-2438/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2438/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2438/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil Əbdul oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14384/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbaso va) 2(011)-16/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə "İddiaçıe" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia tələbi qismən təmin edilmiş Cavabdehn 1815 ABŞ dolları əsas, 27 ABŞ dolları cərimə olmaqla 1842 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçıe" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh Əgsər oğlundan 45,40 manat qa lıq borc, 20 manat cərimə məbləği və 20 manat dövlət rüsumu məbləğinin tutularaq İddiaçı MMC-yə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı “İddiaçıe” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 15758 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1815 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində 272 ABŞ dolları cərimə, cəmi 2087 ABŞ dolları və 20 manat dövlət rüsumunun "İddiaçıe" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh oğu ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 15758 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satış qiyməti 2167 ABŞ dolları olan «Samsung Black» markalı 1 ədəd mobil telefon ödəniş qrafikinə əsasən nisyə satılmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 188 ABŞ dolları, xx.xx.2015-ci ildə 164 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödənilməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən alıcı ödənişi gecikdirildiyi məcmu borcun 1 % həcmində satıcının xeyrinə faiz ödəyir. Kreditor tərəfindən borcluya alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 1815 ABŞ dolları məbləğində borcunu hissə-hissə 24 ay müddətinə ödəməli idi. Lakin borclu üzərinə düşənöhədliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun ödənilməmiş 1815 ABŞ dolları borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı "İddiaçıe" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xarici hüquqi şəxs deyil və onunla Cavabdeh arasında bağlanmış “Nisyə alqı-satqı” müqaviləsi üzrə cavabdehin pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Alqı-satqı müqaviləsinə kredit müqaviləsi kimi qiymət verilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.x x.2015-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış ABŞ dolları ilə bağlı müddəaları özü-özlüyündə etibarsız şərtdir.Məhkəmə nəzərə almamışdır ki, xx xxxx 2015-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsində alınmış malın dəyəri ABŞ dolları ilə müəyyən olunsa da, tərəflər arasında qarşılıqlı razılaşdırılmış ödəniş qrafıkində ödənilən məbləğ manatla göstərilmişdir. Müqavilə bağlanarkən cavabdehə qarşı pul öhdəliyi yox, məhsulun satışına görə ödəniləcək borcun müqaviləsi bağlamışlar. İddiaçı əldə etdiyi gəlirə uyğun olaraq dövlət büdcəsinə ödənişlər edir. Bundan başqa beynəlxalq müstəvidə valyuta mübadiləsi kimi ABŞ dolları istifadə olunduğu üçün iddiaçı xarici şirkətlərdən ABŞ dolları ilə malları nisyə alaraq Azərbaycan Respublikasında topdan və pərakə ndə satışını həyata keçirir. Cavabdehə satılmış həmin məhsullara görə yaranan borclar ABŞ dolları olaraq ödənilir. İddiaçı cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlayarkən qeyd olunan hallar nəzərə alınmışdır. Apelyasiya insansiya məhkəməsi göstərilənlərə əhəmiyyət vermədiyinə görə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil Əbdul oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kasasiya şikayəti vermi ş və qətnaməni iddia tələbinin rədd edilən hissədə mübahisələndirir. Cavabdeh isə qətnamədən kasasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə iddiaçının kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldır. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, VİP 15758 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən "İddiaçıe" MMC tərəfindən Cavabdeh dəyəri 2167 manat olan bir ədəd telefonun satılması və ilkin olaraq 188 ABŞ dollarının ödənilməsi və qalan məbləğin 24 ay müddətinə hissə-hissə olaraq ödənilməsi razılaşdırılmışdır. Nisyə alqı-satqı müqaviləsinin icrası ilə bağlı ilkin ödəniş olaraq 188 ABŞ dolları (197,40 manat), xx.xx.2015-ci ildə 164 ABŞ dolları (172,20 manat), xx.xx.2019-ci ildə 353 ABŞ dolları (600 manat), xx.xx.2019-cu ildə 324 ABŞ dolları (550 manat), xx.xx.2019-cu ildə 382 ABŞ dolları (650 manat) ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə dəyəri 2167 ABŞ dolları olan bir ədəd telefonun nisyə satılması göstərilsə də, qaimələr üzrə dəyəri 955 manat olan «Toshiba NB C50-A57115 R4» kompuyter, dəyəri Huavei Y520 Blask telefon, dəyəri 1110 manat olan Samsung G925 Black markalı mobil telefon təhvil verilməsi göstərilir. Qaimələr üzrə əşyaların cəmi dəyəri 2215 manat olmuşdur. Həmin məbləğin isə 2169,60 manat hissəsi ödənilmişdir. Hazırki tələbində iddiaçı cavabdehdən müqavilə üzrə ödənilməyən 1815 ABŞ dolları məbləğində pul və hesablanmış cərimə məbləğini tələb edir. Qeyd olunan müqavilənin şərtlərini və Mülki Məcəllənin 567, 600.1, 601.1-ci maddələrinin tələblərini nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qanuna uyğun şəkildə nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavi lələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetir ilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor q arşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdar (manat) ödəniş etsə də, öhdəliklərinə uyğun olaraq tam ödəniş etməmişdir. Buna görə də, cavabdehin məhz nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə ödənilməmiş məbləğ həddində borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi haqlı o laraq qeyd etmişdir ki, nisyə alqı-satqı müqaviləsinin predmetlərinin dəyəri, ödənilməli olan borc məbləğinin valyutasının növünə münasibətdə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşmaq olmaz. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərd ə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Yuxarıda göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə satılmış malların qiyməti müqavilə ilə 2167 ABŞ dolları göstərilmiş olsa da, qaimələrdə malların cəmi dəyərinin 2215 manat olması aşkardır. Bundan artıq məbləğin isə əşyaların dəyərinə əlavə edilməsinin və ödənişin valyutasının dəyişdirilməsinin hər hansı əsası müəyyən edilməmişdir. Yəni müqavilənin nisyə bağlanması zamanı onun dəyərinin artırılmış olmasını müəyyən edən heç bir sübut mövcud deyildir. Bu baxımdan əşyaların cəmi dəyərinin 2215 manat müəyyən edilməklə ödənilmiş 2169,60 manat məbləği və ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edil məsi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə icra edilməyən öhdəliyi 45,40 manat həddindədir. Bu baxımdan cavabdehdən həmin məbləğ və 20 manat cərimə məbləğinin tutulması qanuni və ədalətlidir. (2215-2169,60=45,40)+20 manat= 65,40 manat. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisəndi rilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci ma ddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici şirkətlərdən ABŞ dolları ilə malları nisyə alaraq Azərbaycan Respublikasında topdan və pərakəndə satışını həyata keçirməsi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozması üçün əsas deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı "İddiaçıe" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14384/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar