Məhkəmə qərarları › İş №2(102)-2438/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2438/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2438/2023 16.05.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)986/2023 saylı, 7 aprel 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-225/2023 nömrəli qətnaməsi ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qətnamədən ərizəçinin vəkili X1 apellyasiya şikayət i vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-986/2023 saylı, 7 aprel 2023-cü il tarixli qərardadı ilə ərizəçinin vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Qərardaddan ərizəçi və vəkili X1 tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-986/2023 saylı, 7 aprel 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* №-li orderdən müəyyən olunur ki, hüquqi yardımla bağlı tapşırığın yerinə yetirildiyi təşkilat ki mi Azərbaycan Respublikası Ali Məhkəməsi deyil Sumqayıt Apellyasiya Məhkəməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab ver mirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: Həmin Məcəllənin 408.1.3-cü maddəsinin tələbinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Ərizəçi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)986/2023 saylı, 7 aprel 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Sumq

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar