Məhkəmə qərarları › İş №2(102)-2439/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2439/2019

15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2439/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı «xxxx» İKB ASC-nin vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12028/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Elnur Nuriyev) 2(007)-2850/2018 saylı, 15 avqust 2018-ci il tarixli qətnam əsi ilə iddia qismən təmin edilərək, 05 iyun 2014-cü il tarixli 22-A-1-0-856-14 saylı kredit müqaviləsi üzrə - 9975,89 ABŞ dolları əsas borc, 4483,76 ABŞ dolları faiz borc və 50 ABŞ dolları dəbbə pulu olmaqla, 14509,65 ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) Cavabdeh «xxxx» İKB ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi Cavabdeh məxsus 2014-cü il buraxılışlı, «Seat Toledo» markalı **-UR-*** dövlət qeydiyyat nişanlı, VSSZZZNHZE1012866 ban, CFN545687 mühərrik nömrəli, qara rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən 14509,65 (on dörd min beş yüz doqquz dollar 65 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının man ata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat dövlət rüsumunun «xxxx» İKB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilərək faiz borcunun məbləği 2692,88 ABŞ dolları, əsas, faiz və cərimə borcun cəmi isə 12718,77 ABŞ dolları müəyyən edilmiş, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» İKB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, «xxxx» İKB ASC-nin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 9975,89 ABŞ dolları əsas borc, 4483,76 ABŞ dolları faiz borcu və 5705,19 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 20164,84 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun Cavabdeh «xxxx İKB» ASC-nin xeyrinə tutulması; tutmanın kreditin təminatı kimi cavabdehin mülkiyyətində olan 2014-cü il buraxılışlı, «Seat Toledo» markalı **- UR-*** dövlət qeydiyyat nişanlı, VSSZZZNHZE1012866 ban, CFN545687 mühərrik nömrəli, qara rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstə rilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və faiz borcunun tamamilə silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutarı tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: İddiaçı «xxxx» İKB ASC-nin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi t ərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hall arından görünür ki, «xxxx» İKB-nin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2014-cü il tarixli 22A-1-0-856-14 saylı kredit müqaviləsinə əsasən cavabdeh avtomobil alınması məqsədilə illik 18 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 16560 ABŞ dolları məbləğində kredit verilmişdir. «xxxx» İKB-nin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2014-cü il tarixli 22-A-1-0-85614 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətindəki «Seat Toledo» markalı CFN545687 mühərrik nömrəli avtomobil «xxxx» İKB-yə ipotekaya qoyulmuşdur. «xxxx» İKB tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, 05 iyun 2014-cü il tarixli 22-A-1-0-856-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh «xxxx» İKB-yə 05.06.2017-ci il tarixinə 9975,89 ABŞ dolları məbləğində əsas borc, 2692,88 ABŞ dolları məbləğində faiz borcu, 2124,25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14793,02 ABŞ dolları məbləğində borcu vardır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki,.. kreditor (borc verən) və borclu arasında bağlanmış k redit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqedən görünür ki,...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqın ın (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən tmin etmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən faiz borcu hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqıfaiz tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə faiz deyil, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, Cavabdeh banka faiz borcu 2692,88 ABŞ dolları təşkil edir. Ona görə də, faiz borcu hissəsində qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 noyabr 2018-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12028/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar