Məhkəmə qərarları › İş №2(102)-2439/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2439/2020

16.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2439/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 vəkili Cavadov Cavad Yusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)2710/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) xx.xx.2016-cı il tarixli, 2(004)-398/201 6 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abdullayeva, İ.Xəlilov, A.Hüseynov) xx.xx.2017-ci il tarixli, 2(103)-1947/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-398/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 MMC-nin direktoru X6 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi (keçmiş 2-ci Dairəvi küçəsi) 2 ünvanında i nşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 58 nömrəli (müqavilədə 50 nömrəli mənzil kimi göstərilən) mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, 13 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi (keçmiş 2-ci Dairəvi küçəsi) 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 58 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Ə.Mirzəliyev, A.Kalbalıyev) xx.xx.2017-ci il tarixli, 2(102)-5010/2017 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) xx.xx.2018-ci il tarixli, 2(103)-1659/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov, Ə.Əhmədov, İ.Dəmirov) xx.xx.2018-ci il tarixli, 2(102)-8484/18 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, i ş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1659/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, Nümayəndə) xx.xx.2019-cu il tarixli, 2(103)-2710/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-398/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 MMC-nin direktoru X6 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi (keçmiş 2-ci Dairəvi küçəs i) 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 58 nömrəli (müqavilədə 50 nömrəli mənzil kimi göstərilən) mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, 13 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi (keçmiş 2-ci Dairəvi küçəsi) 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 58 nömrəli mənzildən çıxarılması, Cavabdeh1 əqdin etibarsızlığı ilə bağlı ona dəymiş ziyana görə Cavabdeh2 MMC-yə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, İddiaçı tərəfindən iddia ərizəsinin və apelyasiya şikayəti nin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 MMC-nin direktoru X6 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi (keçmiş 2-ci Dairəvi küçəsi) 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 58 nömrəli (müqavilədə 5 0 nömrəli mənzil kimi göstərilən) mənzilin satılmasına dair xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Cavadov Cavad Yusif oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ sübuta yetirilməmişdir. İddiaçı istinad etdiyi sənədin əslini məhkəməyə təqdim etməmiş və həmin sənədin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Yəni həmin sənədin əsli iddiaçıda olduğu halda o müqavilənin əslini ekspertiza tədqiqatının aparılması üçün təqdim etməyə borclu idi. Müqavilə tərəfi olmuş mərhum Şakir Hüseynov belə sağlığında yazılı izahatında belə müqavilə imzalamadığını və belə müqavilə mövcuddursa həmin sənəddə olan imzanın ona məxsus olmasını, yəni saxta olmasını qeyd etmişdir. İddiaçı həmin müqavilənin həqiqi olmasını iddia edirsə bu zaman ekspertiza tədqiqatına həmin müqavilənin əslini təqdim etməli idi. Digər tərəfdən mənzil birbaşa Cavabdeh1 adına deyil, addan-ada keçirilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, X7 mübahisəli mənzili X1 verməyi öhdəsinə götürmüşdür. xx.xx.2006-cı il tarixli ərizə ilə Aynurə Rəsulova həmin mənzili həyat yoldaşı X4 adına rəsmiləşdirilməsinə etiraz etməmiş və həmin tarixdə də mübahisəli mənzilin Real Əsgərova verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2015-ci il tarixli ərizə ilə Real Əsgərov mənzilin Cavabdeh1 adına ke çirilməsinə etiraz etməmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixli müqavilə ilə mübahisəli mənzil cavabdehə verilmişdir. Göründüyü kimi, alqı-satqı münasibətləri Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında deyil, X9 ilə Cavabdeh1 arasında yaranmışdır. Digər tərəfdən, Cavabdeh1lə Cavabdeh2 MMC arasında bağlanmış əqd sonradan səlahiyyətli şəxs tərəfindən bəyənilmişdir. Göründüyü kimi, mübahisəsiz olaraq Şakir Hüseynov sağlığında nəinki Cavabdeh1lə bağlanmış əqdə etirazını bildirməmiş, məhkəməyə bu əqdi birbaşa tanıdığını və iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin saxta olduğunu bildirmişdir. İddiaçının mənzillə maraqlanmaması, ümumiyyətlə məlumatsız olması onunla bağlanan müqavilənin həqiqi olmamasını bir daha təsdiq edir. İşin hallarına uyğun olaraq mənzilin addan-ada keçirilməsini, həmçin in faktiki olaraq təhvil verilməsinə görə məhkəmə Cavabdeh1 münasibətdə gözlənti hüququ olan mülkiyyətçi kimi yanaşmalı idi. İşə baxan apelyasiya məhkəməsi isə bu halları nəzərə almamışdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə maraqlı şəxsləri işə cəlb etməmiş və onlara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2710/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi və 3-cü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Cavadov Cavad Yusif oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Ali Məhkəmə xx.xx.2018-ci il tarixli qərarında qeyd etmişdir ki, Aynur Rəsulova və Real Əsgərov işdə iştirak etməyə cəlb olunmaqla dindirilsinlər, onlardan mübahisəli mənzilə dair bağlanmış müqavilələrin əsli tələb edilsin və mənzildən imtina etmələrinin səbəbi aydınlaşdırılsın. Apelyasiya kollegiyası bununla bağlı göstərmişdir ki, Ali Məhkəmənin həmin göstərişləri əsasında məhkəmə iclasında Aynur Rəsulova və Real Əsgərovla bağlanmış müqavilələrin əslinin təqdim olunması və onların məhkəmə iclasına gətirilməsi cavabdehlərə (çünki həmin sübutları onlar təqdim etmişlər) təklif olunmuş, lakin cavabdehlər nə müqavilələri təqdim etməmiş, nə də həmin şəxslərin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Ali Məhkəmənin digər bir göstərişi ondan ibarətdir ki, mərhum Ş.Hüseynovun mübahisə doğurmayan imzalarından istifadə olunmaqla məhkəmə xətşünaslıq ekspertizası keçirilməli və onun hazırk ı işdə həqiqiliyi şübhə doğuran imzalarının düzgünlüyü yoxlanılmalıdır. Ali Məhkəmənin göstərişləri əsasında iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadı icra olunması üçün əlavə sübutlarla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təkrar göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunmuşdur ki, təqdim olunması zəruri olan sənədin əsli təqdim olunmadığı üçün ekspert rəyi verilməsi mümkün olmamışdır. Ali Məhkəmənin digər göstərişi mübahisələndirilən əqdlər bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığı, Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtlərin pozulduğunun dəqiqləşdirilməsi olub. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, T.Səli movun barəsində cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasının nəticəsi də öyrənilməli və hazırkı işdə onun preyudisiallıq keyfiyyəti daşıyıb-daşımamasına qiymət verilməlidir. Apelyasiya kollegiyası bununla bağlı qeyd etmişdir ki, mülki iş materiallarında olan keçmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Ş.Hüseynovun üzərinə sadalanan konkret zərərçəkmiş şəxslərə Bakı və Sumqayıt şəhərləri ərazisində hər hansı mənzil və obyekt tikib satmaq vəzifəsi qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009cu il tarixli qərarı ilə isə hökmdən həmin hissə xaric edilmişdir. Azərbaycan Resbuplikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-573/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi nin xx.xx.2009-cu il tarixli qərarı X5 aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC-nin rəhbəri T.Səlimovun həmin hökmlə ona qeyd olunan ünvanda mənzillərin satılmasına (həmçinin hazırkı iş üzrə Cavabdeh1) dair səlahiyyət verilməsi barədə dəlili əsassızdır. Məhz bu qanunsuz əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)706/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə T.Səlimov Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum edilmişdir. Mülki iş materiallarında olan həmin hökmün 27-ci sə hifəsinin birinci abzasında qeyd edilmişdir ki, T.Səlimovun mənzil rəsmiləşdirilməsinə dair müqavilə tərtib edib özünün imzası və direktoru olduğu Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq etməklə mənzil satdığı binalardan hansısa mənzil satmağa heç bir səlahiyyəti olmamışdır (2-ci cild, iş/v.159). Apelyasiya kollegiyası qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)706/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, T.Səlimovun mənzil rəsmiləşdirilməsinə dair müqavilə tərtib edib özünün imzası və direktoru olduğu Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq etməklə mənzil satdığı binalardan hansısa mənzil satmağa heç bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda, məlum olmuşdur ki, Cavabdeh2 MMC-nin direktoru T.Səlimovun Cavabdeh1lə mübahisəli mənzilə dair xx.xx.2015-ci il tarixli müqaviləni bağlamağa səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əv vəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə görə əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı ilə Ş.Hüseynov arasında mübahisəli mənzilə da ir müqavilə xx.xx.2006-cı il tarixdə, yəni Cavabdeh1lə bağlanmış müqavilədən əvvəl bağlanmışdır, həmçinin T.Səlimovun həmin müqaviləni bağlamağa səlahiyyəti olmamışdır. Bu səbəbdən, iddia tələbi əsaslıdır və təmin edilməlidir, Cavabdeh1lə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə səlahiyyəti olmayan şəxslə bağlandığından və mənzilə dair iddiaçı ilə bağlanmış müqavilə qüvvədə ola-ola sonradan bağlandığından etibarsızdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)706/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, T.Səlimovun mənzil rəsmil əşdirilməsinə dair müqavilə tərtib edib özünün imzası və direktoru olduğu Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq etməklə mənzil satdığı binalardan hansısa mənzil satmağa heç bir səlahiyyəti olmamışdır. İddiaçı ilə Ş.Hüseynov arasında mübahisəli mənzilə dair müqavilə xx.xx.2006-cı il tarixdə, yəni Cavabdeh1lə bağlanmış müqavilədən əvvəl bağlanmışdır, həmçinin T.Səlimovun həmin müqaviləni bağlamağa səlahiyyəti olmamışdır. Apelyasiya kollegiyası iddianın təmin edilməsi qənaətinə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2710/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar