Məhkəmə qərarları › İş №2(102)-2441/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2441/2023

05.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2441/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Cavabdeh2 nun Cavabdeh1nə qarşı, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı mənzilin onun istifadəsinə verilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 MMTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənizlin təhvil verilməsi tələblərinə dair iddia ərizələri ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(105)-273/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2010-cu il tarixli 424 nömrəli müqaviləyə əsasən, Xırdalan şəhəri XXX və XXX küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə ümumi sahəsi 88,8 kv.m. olan 1-ci blok 2 otaqdan ibarət 2 nömrəli mənzili "xxxx" MMC Cavabdeh2 na ayırmağı (26.640 manata, 1 kv.m. 308 manata) öhdəsinə götürmüşdür. 2. 2010-cu il tarixli maliyyə arayışına görə, ünvan 1 ünvanda inşa olunan yaşayış binasının 1-ci blok 2-ci mərtəbəsində ümumi sahəsi 88,8 kv.m. olan 2 nömrəli mənzil üçün Cavabdeh2 "xxxx" MMC-yə 26.640 manat ödəmişdir və borcu yoxdur. 3. xx.xx.2016-cı il tarixli 131 nömrəli yeni şərtlərlə bağlanan müqaviləyə əsasən (daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilənin əsasında bağlanmışdır), XXX ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqdan ibarət 26 nömrəli mənzili Cavabdeh1 MTK Cavabdeh2 na ayırmağı (27.350 manata, 1 kv.m. 308 manata) öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən payçı əlavə olaraq 9.590 manat MTK-ya ödəməlidir.

4. XXX ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.m. olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57.720 manata (1 kv.m. 650 manata) satılması haqqında Cavabdeh1 MTK ilə İddiaçı arasında Mənzil tikintisi haqqında 19 iyun 2019-cu il tarixli 303 nömrəli müqa vilə bağlanmışdır. 5. 19 iyun 2019-cu il tarixli maliyyə arayışına əsasən, Səfərov X1 şəhəri XXX ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya 57.720 manat ödəmişdir və heç bir borcu yoxdur. 6. 17.02.2020-ci il tarixli kassa mədaxil orderin surətinə görə, Səfərov X1 şəhəri XXX ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin təmirinə icazə üçün Cavabdeh1 MTK-ya 500 manat ödəmişdir.

7. Cavabdeh1 MTK-nın 10 iyun 2022-ci il tarixli məktubuna görə, XXX ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.m. olan izol ə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil Cavabdeh1 MTK-ya məxsus olmuş və 19 iyul 2019-cu il tarixdə payçı İddiaçı satılmışdır. Bu mənzilə dair İddiaçı ilə aparılmış əməliyyatdan başqa heç bir sənəd yazılmamış və ya əməliyyat aparılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddianın əsaslanlarına görə, o, XXX ünvanda inşa edilən, 88,8 kv.m. sahəsi olan mənzili xx.xx.2010-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-yə ilkin olaraq 26.640 manat, sonra isə 6.308 manat olmaqla, cəmi 32.948 manat məbləğdə pul ödəməklə əldə etmişdir. Tikilmə ərəfəsində olan binanın 2012-ci il tarixdə hazır olacağı qeyd edilsə də, bina hazır olmamış, iddiaçı 2016-cı ilədək sahib olduğu mənzili ala bilməmişdir. 2016-cı il tarixdə "xxxx" MMC şirkəti yeni adla, Cavabdeh1 MTK adı ilə fəaliyyət göstərməyə başlamışdır. İddiaçı rəhbərliyə mənzilin ona təhvil verilməsi ilə bağlı müraciət etsə də, ona ev sahibinin başqası olduğu bildirilmişdir. Ötən illər ərzində mənzil iddiaçıya təhvil verilməmiş, bu məsələ öz həllini tapmamışdır.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim C.Musayeva) iddia təmin edilmiş, XXX ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqdan ibarət 26 nömrəli mənzilinin Cavabdeh2 sahib liyinə verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. İddiaçının həmin obyektə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən qeyd edilən maneələr vardır.

12. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli 131 nömrəli müqavilənin etibarsız hesab edilməsi və XXX ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m. olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.

13. İddianın əsaslarına görə, mübahisəli mənzilə görə hər kv.m. üçün 650 manat olmaqla, ümumilikdə 57.720 manat vəsait ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MTK-ya müraciət olunaraq Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli 303 nömrəli müqaviləyə əsasən Abşeron rayonu XXX ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi xahiş edilmiş, Cavabdeh1 MTK-nın 11 iyun 2021-ci il tarixli 19/06 nömrəli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. "xxxx" MTK ilə bağlanmış 19 iyun 2019cu il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verir, payçı isə mənzili qəbul edir. Buna görə də mənzil ona təhvil verilməlidir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2010-cu il tarixli müqaviləyə əsasən həmin mənzilə dair tarixsiz maliyyə arayışı verilmişdir. Cavabdeh1 MMC ilə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilədə Cavabdeh2 imzası müəyyən edilmir, habelə bununla bağlı hər hansı maliyyə arayışı mövcud deyil. Cavabdeh1 MTK ilə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilə onun gözlənti hüquqlarını pozmuşdur.

14. Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.

15. Abşeron Rayon Məhkəməsinin 2(012)-778 /2022 nömrəli iş üzrə 18 avqust 2022ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, iddiaçı mübahisəli mənzilin təmir edilməsinə icazə verilməsi üçün MTK-nın bank hesabına 500 manat vəsait ödəmişdir (kassa mədaxil orderi vardır). Mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifad əsində olması işin mübahisəsiz hallarındandır. Bu faktı Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçı ilə bağlanan əqdi qəbul etsə də, Cavabdeh2lə bağlanan müqavilənin legitimliyini qəbul etmədi. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı İddiaçı Cavabdeh2 nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməlidir. İş materiallarından görünür ki, daha əvvəllər Cavabdeh2 iddia ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fe vral 2021-ci il tarixli qiyabi qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, XXX ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir. Lakin bu akt sonradan İddiaçı tərəfindən mübahisələndirilmişdir və hazırda apellyasiya baxışındadır. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, həmin iş üzrə icraat hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmışdır. Başqa sözlə, həmin qətnamə hələ qanuni qüvvəsini almamışdır və hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mənzilə dair müqavilənin olması Cav abdeh2 mübahisəli mənzillə bağlı İddiaçı sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir.... Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə Cavabdeh2 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh2lə bağlanmış 13 avqust 2016cı il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əl də etmiş İddiaçı sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Birinci instansiya məhkəməsinin 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı, 18 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətləri verərək, qətnamələrin ləğv edilib, iddiaların rədd olunmasını xahiş etmişlər.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-65/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-273/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Rəhimli) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 nun iddiasının təmin edilməməsi, Cavabdeh2 nun apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixli, 424 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, XXX və XXX küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 №-li mənzili "xxxx" MMC Cavabdeh2 na ayırmağı öhdəsinə götürmüş, maliyyə arayışına əsasən ünvan 4 ünvanda inşa olunan yaşayış binasının 1-ci blok, 2-c i mərtəbəsində, ümumi sahəsi 88.8 kv.m olan 2 saylı mənzil üçün Cavabdeh2 "xxxx" MMC-yə 26.640 manat ödəmişdir və borcu yoxdur. Bundan sonra xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədən müəyyən edilir ki, XXX ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzili Cavabdeh1 MTK Cavabdeh2 na ayırmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında bildirdi ki, birinci müqavilə üzrə ödəməli olduğu məbləği tamamilə ödəmişdir. İkinci müqavilə üzrə ödəməli olduğu əlavə 9590 manatı isə tamamilə ödəməmişdir. Həmin məbləğin bir hissəsini ödəmiş, təxminən 3282 manat borcu qalmışdır. Borclu qaldığı məbləği ödəmək istədikdə isə MTK tərəfindən ona mənzilin başqa şəxsə satıldığı bildirilərək pulu qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən borcunun tamamilə ödənilməsinə dair gəlmiş olduğu nəticə onun özünün izahatı və digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında Cavabdeh2 mübahisəli mənzilə dair olan borcunun tamamilə ödənilməsi barədə maliyyə arayışı yoxdur.... İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2010-cu il tarixli, 424 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, XXX və XXX küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 №-li mənzilə dair olan borcunu tamamilə ödəmişdir, lakin mübahisəli mənzilə, yəni xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədə əsasən XXX ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzilə dair borcunu tamamilə ödəməmişdir. Eləcə də müəyyən edilmişdir ki, İddiaçı 303 saylı, 19 iyun 2019-cu il tarixli müqaviləyə əsasən XXX ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə dair borcunu tatamilə ödəmişdir və buna dair iş materiallarında maliyyə arayışı vardır. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2lə bağlanmış əqdin əhəmiyyətsiz əqd hesab olunmasına dair gəlmiş olduğu nəticə ilə də razılaşır. Müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə "xx xx" MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Belə ki, əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə Cavabdeh2 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır.... Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, iddiaçı Cavabdeh2 nun gələcəkdə ödədiyi pulun tələbinə dair iddia qaldırmaq hüququ vardır.”

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 340.1, 389.1, 390, 399.1, 404.1, 404.2, 421.1, 425, 442, 646.1, 752.1, 752.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbay can Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, birinci instansiya məhkəməsinin 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlillərinə görə, kassator məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iştirakı olmadan məhkəmə iclası keçirmiş, təkcə iddiaçı tərəfinin izahatları ilə kifayətlənmiş və qətnamə qəbul etmişdir. Apellyasiya instansiyasının mə hkəməsinin qətnaməsi maddi və hüquq normalarının pozulması ilə çıxarılmış kimi qiymətləndirilməli, qətnamə ləğv edilməli və yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı İddiaçı etirazının dəlilləri apellyasiya instansiyasının məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xü susi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik dir. 27. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçi rməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; M addə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki v ə kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqam lar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar: “Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 senty abr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

34. Məhkəmə kollegiyas ı hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

36. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa da ir şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericili yə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallar a qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarlar).

37. Bu kontekstdə, apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, “Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2lə bağlanmış əqdin əhəmiyyətsiz əqd hesab olunmasına dair gəlmiş olduğu n əticə ilə də razılaşır. Müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Belə ki, əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə Cavabdeh2 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır.”

38. Birinci instansiya məhkəməsi isə həmin hissə ilə bağlı öz qətnaməsini belə əsaslandırmışıdır ki, “Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh2lə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş İddiaçı sahiblik hüququnun pozulması kimi q iymətləndirilməlidir, bu isə qanunla qadağandır.”

39. Göründüyü kimi, birinci instansiya məhkəməsi 13 avqust 2016-cı il tarixli müqaviləni (bundan sonra - Müqavilə) əhəmiyyətsiz və yalan əqd hesab edərək, İddiaçı iddiasını təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə onunla razılaşmışdır.

40. Eyni zamanda, hər iki qətnamədən məlum olur ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi Müqaviləni yalan əqd hesab edərkən, Mülki Məcəllənin yalan əqdlərin etibarsızlığı hallarını tənzimləyən 340.2-ci maddəsinin hər iki məhkəmə üçün məcburi sayılan şərhi verilmiş Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına (bu Qərarın 30-cu bəndi) istinad etməmiş, həmin qərarda əks olunan hüquqi mövqeləri yekun aktlarında müzakirə və tətbiq etməmişlər.

41. Bu mənada, Müqavilə yalan əqd hesab edilərkən, araşdırılmalı idi ki: 1) əgər yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olursa, digər əgd hansıdır? Başqa ifadə ilə, tərəflər Müqaviləni hansı əqdin arxasında gizlədib, başqa hansı müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları Müqavilə ilə həmin əqdi pərdələyiblər? 2) Müqavilənin tərəfləri bilərəkdənmi məqsədli şəkildə bu hüquqazidd hərəkətə yol veriblər? 3) Müqavilənin tərəfləri hansı üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətində olmuşlar? 4) Tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət olmadığı üçün, hər iki tərəfin də belə bir niyyəti olmuşdurmu? 5). Müqavilə tərəflərinin arzuladıqları hüquqi nəticə əslində hansı olmuş dur?

42. Bundan əlavə, işdən aydın olur ki, Müqavilənin qarşı tərəfi olan MTK həmin əqdin etibarsızlığını irəli sürmür.

43. Digər tətəfdən, daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanan Müqavilənin özündə təsbit edilmişdir ki, Cavabdeh2 13 avqust 2010-cu il tarixli müqavilə üzrə ödədiyi yeni Müqavilədə 26.640 manat ilkin ödəniş kimi nəzərə alınmış və hər kv.m-ə görə əlavə 100 manat da hesablanmaqla, onun mənzilə görə 9.590 manat borcu qalmışdır. Cavabdeh2 qeyd edilən borcun bir hissəsini ödədiyini bildirir, fərz olunsa ki, ödəməmişdir, o halda həmin mübahisə onunla MTK arasındadır və heç bir halda, məhkəmələrin hesab etdiyi kimi, Müqavilənin etibarsızlığı əsası kimi qiymətləndirilə bilməız.

44. Müqavilənin əhəmiyyətsiz deyi l, mübahisə edilən əqd olduğu güman edilən hala dair isə sonrakı xüsusatlar diqqətə alınmalıdır. Belə ki, o əqdlər mübahisə edilən əqdlər sayılır ki (etibarsızlığın bir növü kimi), həmin əqdi bağlamış şəxsin iradəsi zədələnmiş olsun. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Bu növ etibarsızlığı digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət ondan ibarətdir ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə həmin hallarda və Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlərdə əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Mübahisələndir mə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir.

45. Məhkəmə kollegiyası bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarl arında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

46. Məhkəmə kollegiyası, həmçinin, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 -cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalı dırlar (X3rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

47. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

48. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn t ətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

49. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 36-44-cü bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

50. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üç ün həmin məhkəməyə göndərilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-273/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar