Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2444/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoruna, Cavabdeh1 və Cavabdeh3 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mürasın qəbulu, miras əmlakdan payların müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Nümayən də1 Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoruna, Cavabdeh1 və Cavabdeh3 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras payının müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1532/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı atası X13 xx.xx.1942-ci il tarixdə X8 ilə nikaha daxil olmuş, onların bu nikahlarından xx.xx.1945-ci il təvəllüdlü X14 və xx.xx.1948-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur.
2. Valeh Hümbətov xx.xx.1998-ci il tarixdə, Enfira Hümbətova xx.xx.2019-cu il tarixdə vəfat etmişlər.
3. X29 Cavabdeh1 atası, mərhum Enfira Hümbətova isə onun bibisidir.
4. X11 özünün ailəsi olmamışdır.
5. İddiaçı atası X13 arvadı X3 ayrılaraq, iddiaçının anası X17 ilə evlənmiş, onların bu evliliyindən xx.xx.1957-ci il tarixdə İddiaçı və xx.xx.1960-cı il tarixdə Abdullayeva (Hümbətova) Dürdanə Hümbət qızı anadan olmuşdur.
6. Hazırkı iddia mərhum X5 mirası əmlakı ilə bağlıdır. Onun miras əmlakı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (bundan sonra mübahisəli mənzil) və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Binəqədi fılilalında olan ümumilikdə 72.039,63 manat pul vəsaitindən ibarə tdir. Bu miras əmlaka dair Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoruna, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra cavabdehlər və ya Notariat kontoru, ad soyadları) (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəm əsinə müraciət edərək, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusunun verdiyi, 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Enfira Hümbətovanın miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzildə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitində onun tam hissədə miras payının müəyyən olunması - ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müva fiq çıxarışın verilməsi - Cavabdeh1, qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarıdılaraq, mənzilin iddiaçıya təhvil verilməsi, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun onunla əsaslandırılmışdır ki, X11 miras əmlakı olan mənzilini ölümündən sonra vərəsələrdən ancaq iddiaçı faktiki olaraq qəbul edərək sahiblənmiş və həmin evdə yaşamağa başlamışdır. Binəqədi rayon prokurorluğunun stajoru X26 C-126 nömrəli material üzrə hadisə yerinə baxış zamanı götürülmüş Enfira Hümbətovanın yaşadığı mənzilin açarlarını xx.xx.2019-cu il tarxdə mərhumun qardaşı kimi iddiaçıya təhvil vermişdir. Notariat işindən müəyyə n olunur ki, Cavabdeh1 notariusa xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, 2019-cu ilin sonlarında isə iddiaçının həmin vaxt evdə olmamağından istifadə edərək, qıfılı sındırmaqla mənzilə daxil olmuş, sonra isə iddiaçının mənzilə daxil olmağına imkan (icazə) verməmişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyən edilmiş 3 aylıq müddət daxilində mirası qəbul etmələrinə dair nə faktiki, nə də rəsmi hərəkətlər etməmişlər. Belə olan halda, miras əmlaka dair verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanuni hesab etmək mümkün deyil. Notariat işində olan Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsinin 6-cı vərəqinin 1-ci abzasında yazılıb: Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarının 31-ci səhifəsində X11 adına verilmiş doğum şəhadətnaməsinin surəti olduğuna (birinci instansiya məhkəməsinin özü də bu sənədə mötəbər sübut kimi istinad etmiş və həmin şəhadətnamənin doğruluğu cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir) görə iddiaçının mərhum Enfira Hümbətova ilə bacı olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yoxdur.”
9. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi Nümayəndə1 eyni mənzmunlu izahat verməklə iddia tələbini qəbul etməyərək bildirmişlər ki, tərəflər arasında mübahisə ilə bağlı əvvəllər məhkəmə çəkişmələri olmuş və cavabdehlərin xeyrinə nəticələnmişdir. Belə ki, iddiaçıya Hümbət Hümbətov atalıq verməmişdir. İddiaçının təqdim etdiyi sənədlərin hamısı saxta dır.
10. Məhkəmə iclasında şahid X15 bildirmişdir ki, iddiaçını 2022-ci ildən tanıyır. Enfira xanım mübahisəli mənzildə yaşamıdır. O, həmin binanın komendantı işləmişdir. İddiaçının arvadı ilə Enfiragilə gəlib-getdiyini görmüşdür. Enfira öləndən sonra Kəmalə adında şəxs ortalığa çıxmışdır. Enfira öləndə meyidi 3 gün mənzildə qalmış, iddiaçı gəlib meyidi aparıb basdırmışdır.
11. Məhkəmə iclasında şahid X19 bildirmişdir ki, iddiaçı onun atasıdır. Babası Hümbət 1998-ci ildə rəhmətə getmişdir. Babası ölən günə qədər onlarla birgə yaşamışdır. Enfira babasının ögey qızı olmuşdur. Lakin buna baxmayaraq, daimi bir-biriləri ilə qohumluq əlaqəsində olmuş, bibisinə daima qulluq etmişdir. Bibisi 2019-cu ilin aprel ayında rəhmətə getmiş, Bərdə rayonunda dəfn edilmişdir. Bibisi ölməmişdən əvvəl bütün sə nədləri atasına təqdim etmişdir. Bibisinin yas mərasiminə qədər Kəmalə adlı şəxsi tanımamışdır. Bibisi öləndən sonra sözügedən mənzildə o, yaşamış və bütün kommunal xərcləri ödəmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(001)-4630/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyanın ölümü ilə 1 potensial vərəsədən yalnız Cavabdeh1 mirası qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 Rəfiqə Kərim qızından miras qalan əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 77,96 kv.m olan mənzildən ibarətdir. "xxxx" QSC-nin Binəqədi filialının xx.xx.2019-cu il tarixli, 351 nömrəli məktuba əsasən AZ3ACAB******************** nömrəli çari hesabında 22.039,63 manat, AZ97ACAB**********000667075 nömrəli əmanət hesabında 30.000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20.000 manat məbləğində vəsaitlərdən irs almışdır.
14. Hazırda iddiaçı Enfira Hümbətovanın qardaşı oğlu qeyd etdiyini bildirsə də, iş materiallarından görünür ki, atalığı Hümbət Hümbətov iddiaçıya rəsmi qaydada atalıq verməmişdir. Bu hal iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş № 104-05/69 saylı, xx.xx.2019-cu il tarixli arayışdan da görünür. Belə ki, X20 xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, ana qrafasında X21 qeyd edilmiş, ata qrafası boş saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan məktubda X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə iddiaçı, atalığı-X7 doğma (bioloji) övladı olmamış və sonuncu tərəfindən övladlığa götürülməmişdir. Bir sözlə, o, mərhumədən qalan mirasa dair vərəsə ola bilməz. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu (V hissə), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1159.1.1 - 1159.1.3, 1145, 1243.2, 1246, 1252, 1300-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 59-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 124.2 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hakim qətnaməsini işdə mövcud olmayan, məhkəmədə tədqiq olunmamış sübutla əsaslandırmışdır. Bu cür əsaslandırma isə prosessual normaların tələblərinə ziddir. Doğum akt qeydinə dair olan məlumatlar fərdi məlumatlardır. Bu məlumatları Cavabdeh1 qanunsuz olaraq əldə etmiş və hazırda işə baxıldığı zaman məhkəməyə ş ifahi olaraq təqdim etmişdir. Təəssüf ki, məhkəmə həmin qanunsuz əldə olunmuş məlumat əsasında Bərdə rayon qeydiyyat şöbəsinə sorğu göndərmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, doğum akt qeydində bəzi məlumatlar yazılmamışdır. Bundan sonra, həmin məlumatlara dair hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Binəqədi Rayon Məhkəməsində hazırkı işdə də icraatın dayandırılmasını xahiş etmişdir. Lakin, hakim əsassız olaraq ərizəni təmin etməmiş və icraatı dayandırmamışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən sonra qəbul olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, ərizə qismən təmin edilmiş, iddiaçının xx.xx.1957-ci ildə Bərdə şəhərində doğulması, doğum aktında atasının X13, anasının Qazieva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktı müəyyən olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini yeni sübut kimi təqdim edir. Çünki, Binəqədi Rayon Məhkəməsində hakim icraatı dayandırmayaraq işə baxmağa davam etmiş və xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edərək, işə baxılmasını tamamlamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1532/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismə n təmin edilmiş, Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş, 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 miras əmlakı olan mübahisəli mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitinə iddiaçının tam hissədə miras payının müəyyən olunmsı, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisəli mənzil üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün əsas olması, iddia tələbinin və apellyasiya şikayətinin verilməsi ilə əlqədar ödənilmiş 740 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus 421522 nömrəli doğum haqqında şəhdətnaməmin əslindən görünür ki, şəhadətnamə 1957-ci ildə Bərdə rayon ZAQS bürosu tərəfindən verilmişdir. Şəhadətnamədə “X13” atası kimi yazılmışdır. Şəhadətnamədən o da görünür ki, doğum vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1957-ci ildə 271 nömrə ilə qeydə alınmışdır. Hazırda da qüvvədə olan bu şəhadətnamə əsasında iddiaçı həm sovet dönəmində, həm də müstəqillik dönəmində pasport və şəxsiyyət vəsiqələri almışdır. Başqa sözlə, bu günədək məhz həmin şəhadətnamə əsasında şəxs və vətəndaş kimi mövcud olaraq, hüquqlarından istifadə etmiş və vəzifələrini icra etmişdir. Göründüyü kimi, Azərbaycan dövləti iddiaçını məhz qeyd edilən şəhadətnamə əsasında vətəndaşı kimi tanımışdır.
20. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilən digər sübut isə Bərdə rayon qeydiyyat şöbəsinin Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubudur. Məktubda göstərilir ki, “X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir.”
21. Məhkəmə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən məktubu sübut kimi qiymətləndirərkən nəzərə almamışdır ki, akt qeydini vətəndaş tərtib etmir və akt qeydində olan natamam məlumatlara görə vətəndaş məsuliyyət daşımamalıdır. İddiaçıya verilmiş doğum haqqında şəhadətnamədə ata adı “X13” olaraq dəqiq göstərilmişdir. Həmin şəhadətnamənin mötəbərliyi mübaihələndirilmir və hazırda da qüvvədədir. Bu şəhadətnamədəki məlumatların eynilə doğum akt qeydində təkrarlanmamasının məsuliyyəti şəxsə (hazırkı halda iddiaçıya) aid edilə bilməz və akt qeydində məlumatın olmaması iddiaçının qanuni olan doğum haqqında şəhadətnaməsinin mötəbərliyini şübhə altına ala bilməz.
22. Həmçinin, apellyasiya şikayətinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-4271/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Bərd ə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, onun xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olması, atasının X13, anasının isə X22 olması və xx.xx.1957-ci il tarixli, 271 saylı akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmiş və məhkəmə ərizəni qismən təmin edərək İddiaçı xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində doğulması, doğum aktında atasının X13, anasının isə Qazıeva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktının müəyyən edilməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qətnaməsi yeni sübut olaraq apellyasiya icraatı zamanı qəbul edilməlidir. Belə ki, qeyd edilən qətnamənin qanuni qüvvəsinin alıb-almadığını müə yyən etmək üçün Bərdə Rayon Məhkəməsinə sorğu edilmiş və məhkəmənin 05 mart 2024-cü il tarixli sorğuya cavab məktbundan görünür ki, 2(021)-4271/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnamə 31 yanvar 2024-cü il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bərdə rayon Qeydiyyat şöbəsinə göndərilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsidə araşdırma zamanı iddiaçının nümayəndəsi tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edildiyi üçün mülki işin icraatının dayandırılması xahiş edilmiş, həmin hal hazırkı işin nəticəsinə birbaşa təsir etdiyi halda birinci instansiya məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmiş və mülki işin icraatını dayandırmamışdır. Nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi üçün əsas olmuş qənaəti məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə aradan qalxmışdır. Belə ki, MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Məhkəmə kollegiyası iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mərhum X9 xx.xx.2019- cu il tarixdə vəfat etmişdir. İddiaçı X11 qardaşı, Cavabdeh1 isə mərhum Enfira Hümbətovan digər qardaşının (Valeh Hümbətovun) qızıdır. X4 miras əmlak mübahisəli mənzildən və "xxxx" QSC-nin Binəqədi filialında olan cəmi 72.039,63 manat puldan ibarət olmuşdur. Binəqədi rayon prokurorluğunun stajoru X32 rayon prokurorluğunda araşdırılan C-126 nömrəli material üzrə hadisə yerinə baxış zamanı götürülmüş X5 yaşadığı mənzilin açarlarını xx.xx.2019-cu il tarxdə mərhumun qardaşı kimi iddiaçıya təhvil vermişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, miras qoyanın ölümü ilə 2 potensial vərəsədən yalnız İddiaçı mirası faktiki olaraq qəbul etmiş, Cavabdeh1 isə X11 qardaşı qızı olması faktının müəyyən edilməsi haqqında qətnamənin icrasının axarı olaraq yalnız xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri 11 saylı notariat ofisi Cavabdeh1 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Belə ki, MM-in 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
28. Məhkəmə kollegiyası iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, həmin tələblər “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinin məntiqi nəticəsi, həmin tələbdən doğan yanakı tələb olduğundan və həmin tələb təmin edildiyindən, şəhadətnamə əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarış ləğv edilməli, xx.xx.2019-cu il tar ixdə vəfat etmiş X5 miras əmlakı olan mübahisəli mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitinə iddiaçının tam hissədə miras payı müəyyən olunmalıdır.
29. Məhkəmə kollegiyası iddia tələbinin “72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsi və Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla, mənzilin iddiaçıya təhvil verilməsi hissəsində də iddia tələbini əsaslı hesab etmişdir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, Cavabdeh1 vərəsəlik şəhadətnaməsi aldıqdan sonra mənzilə mülkiyyət hüququ əldə etmiş və "xxxx" QSC-dən 72.039,63 manat məbləğində pul vəsaitini qəbul etmişdir, bu hal da cavabdeh tərəfindən mübahisələndirilmir. Ona görə də iddia tələbi həmin hissələrdə təmin edilməlidir.
30. Məhkəmə kollegiyası iddia tələbinin “qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olduğundan və dəqiqləşdirilmədiyindən təmin edilə bilməz.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu (V hissə), Mülki Məcəllənin 1133.2, 1134.1, 1159.1.1 - 1159.1.3, 1145, 1243.2, 1246, 1252, 1300-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 59-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 124.2 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasi ya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasınını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işi birtərəfli qaydada araşdıraraq yanlış nəticəyə gəlmiş və qərəzli olaraq apellyasiya şikayətini təmin etmişdir. Ona görə də aşağıdakilərə əsasən hazırki qətnamə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2041/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-825/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “cavabdehin qeyri- qanuni hərəkətlərinə son qoyulması və qohumluq faktının təsdiq edilməsinə” dair iddiası qismən təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-825/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək, ikinci iddia tələbi qohumluq faktının təsdiq edilməsinə dair hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-923/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli qərardadın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)1594/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, 28 may 1948-ci ildə anadan olmuş X5 İddiaçı bacısı olması faktının müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1594/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bərdə Rayon Məhkəməsinin 2(021)1594/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə qərardad çıxarılması qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2384/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, ərizəçi xx.xx.1970-ci il tarixində doğulmuş Cavabdeh1 xx.xx.2019-cu il tarixində vəfat etmiş mərhum X5 qardaşı qızı olması faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2623/21 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh3 tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2041/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 Enfira Hümbətovadan miras qalan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 77,96 kv.m olan mənzildən ibarətdir. "xxxx" QSC-nin Binəqədi filialının xx.xx.2019-cu il tarixli, 351 nömrəli məktuba əsasən AZ3ACAB******************** nömrəli cari hesabında 22.039,63 manat, AZ97ACAB**********000667075 nömrəli əmanət hesabında 30.000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20.000 manat məbləğində vəsaitlərdən irs almışdır. Hazırda iddiaçı Enfira Hümbə tovanın qardaşı oğlu qeyd etdiyini bildirsə də, iş materiallarından görünür ki, atalığı X13 iddiaçıya rəsmi qaydada atalıq verməmişdir. Bu hal iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş №104-05/69 saylı, xx.xx.2019-cu il tarixli arayışdan da görünür ki, X20 xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş ana qrafasında X21 qeyd edilmiş ata qrafası boş saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan məktubda X1 “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə iddiaçı, atalığı-X7 doğma (bioloji) övladı olmamış və sonuncu tərəfindən övladlığa götürülməmişdir, bir sözlə o, mərhumədən qalan mirasa dair vərəsə ola bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri.
34. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
35. Maddə
13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
36. Maddə
29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
38. Maddə 337.1. bu Məcəlləd ə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
40. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
41. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
42. Maddə 1159.1.1-1159.1.3. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayı lırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
43. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq vali deynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
44. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
46. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu.
47. M addə
58. Notarius yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
48. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsin ə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnam ə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, İddiaçı iddiasını, onun miras əmlakda payının müəyyən olunması hissəsində təmin etməklə düz nəticəyə gələrək, bununla bağlı maddi hüquq normalarını düzgün tətbiq etsə də, miras əmlakda iddiaçının tam hissədə miras payını müəyyən etməkdə, həmçinin mirası qanunla müəyyən edilmiş qaydada qəbul etməməsi əsası ilə Cavabdeh1 miras əmlakdakı pay ını müəyyən etməkdən imtina etməkdə və ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni tam etibarsız hesab etməkdə səhvə yol vermiş, bununla bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
68. Məhkəmə kollegiyası, kassasiya şikayətinin iddia tələbinin tam rədd edilməsi, Hümbət Hümbətovun İddiaçı atalıq verməməsi, iddiaçının mirası qəbul etməməsi və X11 vərəsəsi kimi qəbul edilə bilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək, həmin dəlilləri əsassız hesab edir və bununla bağlı apellyasiya instansiya məhkəməsinin hazırki qərarın 19-24-cü paraqraflarda qeyd olunmuş hüquqi mövqeyi ilə razılaşır.
69. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı atası X13 xx.xx.1942-ci il tarixdə X8 ilə nikaha daxil olmuş, onların bu nikahlarından xx.xx.1945-ci il təvəllüdlü X14 və xx.xx.1948-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Valeh Hümbətov xx.xx.1998-ci il tarixdə, Enfira Hümbətova xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. X29 Cavabdeh1 atası, mərhum Enfira Hümbətova isə onun bibisidir. X11 özünün ailəsi olmamışdır. İddiaçı atası X13 arvadı X3 ayrılaraq, iddiaçının anası X17 ilə evlənmiş, onların bu evliliyindən xx.xx.1957-ci il tarixdə İddiaçı və xx.xx.1960-cı il tarixdə Abdullayeva (Hümbətova) Dürdanə Hümbət qızı anadan olmuşdur. Hazırkı iddia mərhum X5 mirası əmlakı ilə bağlı olmaqla onun miras əmlakı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (bundan sonra mübahisəli mənzil) və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Binəqədi fılilalında olan ümumilikdə 72.039,63 manat pul vəsaitindən ibarətdir. Həmin miras əmlaka dair Bakı şəh əri 11 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi miras əmlakda İddiaçı tam hissədə miras payını müəyyən edərkən, miras qoyanın ölümü ilə 2 potensial vərəsədən yalnız iddiaçının mirası faktiki olaraq qəbul etməsini, Cavabdeh1 isə X11 qardaşı qızı olması faktının müəyyən edilməsi haqqında qətnamənin icrasının axarı olaraq yalnız xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini göstərmiş, bununla da Bakı şəhəri 11 saylı notariat ofisinin Cavabdeh1 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermə kdə haqlı olmaması barədə nəticəyə gələrək, gəldiyi nəticəni vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi haqqında Mülki Məcəllənin 1246-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.
71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edilib-edilməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notar ial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə apellyasiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş Dövlətin mülkiyyət və vərəsəlik hüquqlarına təminat verməsi barədə müddəalarına ziddir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xara kteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının poz ulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.”
73. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüqu quna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab ed ilə bilməz. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməsi ilə bağı Konstitusiya Məhkəmə si Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”
74. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu m ülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini qərara almışdır.
75. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, mülki qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməlidir.
76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının sonrakı iddia tələbini (vərəsəlik hüququ haqqında şəhadətnamənin tam etibarsız hesab edilməsi), yəni Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni tam etibarsız hesab etdiyindən və həmin əsaslandırma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan hissədə də ləğv olunmalı və göstərilən tələbə Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq əlavə hüquqi qiymət verilməlidir.
77. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün laz ım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1532/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi