Məhkəmə qərarları › İş №2(102)-2445/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2445/2019

18.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2445/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə,Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı, vəkili X12 və Cavabdeh1 MTK-nın vəkili Vəkil iştirakları ilə, İddiaçı və cavabdeh X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-cıtarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:P.Hüse ynov; 2(006)-272/2018) İddiaçı cavabdehlər Cavabdeh1nə və X5 qarşı iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 113,39 kv.m.-dən ibarət fərdi yaşayış evinə dair 17 may 2017-ci il tarixdə “xxxx” MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi,vurulmuş maddi ziyana görə 251.000 manat məbləğində pulun cavabdeh “xxxx” MTK-dan alınaraq iddiaçı X1 verilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdeh “xxxx” MTK-dan alınaraq “X10” MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Mərdanova, X.Sarıyev; 2(103)-1296/18) iddiaçı İddiaçı və cavabdeh X3 apellyasiya şikayətləri təmi n edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı, iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə məhkəməyə müraciət edərək son nəticədə ona məxsus olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iş üzrə cavabdehlər F8 ilə “xxxx” MTK (bundan sonra MTK) arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, evin cavabdeh MTK tərəfindən qanunsuz sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 427.610 manat (evin dəyərinin əvəzi – 253.000 manat; məhv olmuş ev əşyalarının dəyərinin əvəzi – 25.710 manat; evdə olmuş və söküntüdən sonra yoxa çıxmı ş qızıl-zinət əşyalarının dəyərinin əvəzi – 120.000 manat; elmi araşdırmalarının nəticəsi ilə toplanmış sənədlərin, müxtəlif hüquqi sənədlərin məhv edilməsi ilə bağlı - 28.900 manat) məbləğində pulun, evin qanunsuz sökülməsi nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500.000 manat məbləğində pulun, evin qanunsuz sökülməsi ilə əlaqədar onun məcburiyyət qarşısında qalaraq iş buraxması səbəbindən itirdiyi 54.000 ABŞ dolları (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, evin qanunsuz sökülməsi nəticəsində işlədiyi Səudiyyə Ərəbistanından Azərbaycana gedib-gəlməsi və mehmanxana xərcləri üçün sərf etdiyi vəsaitin əvəzi olaraq 14.000 manat məbləğində pulun, evin qanunsuz sökülməsi nəticəsində evdə olan və söküntü dən sonra yoxa çıxmış 50.000 ABŞ dolları (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində nağd pulun, vurulmuş zərərin əvəzinin ödənilməsinin yubanmasına görə ümumi məbləğin təqribən 15%-nin cavabdeh MTK-dan tutularaq ona ödənilməsi tələblərin təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi (İş № 2-1189/1998) ilə yuxarıda qeyd edilən evdə iddiaçının və onun ailə üzvlərinin yaşaması faktının təsdiq edilməsi, onların həmin evə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin Nəsimi Rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə və iddiaçın ın ərizəsi əsasında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına 04.09.2003-cü il tarixli, 30/1737 №-li “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu” verilmiş və bununla da, iddiaçının ev üzərində mülkiyyət hüququ təsdiq edilmişdir. İddiaçı, hazırda Səudiyyə Ərəbistanında müqavilə əsasında həkim-cərrah kimi fəaliyyət göstərir. O, işləməyə gedərkən evinin boş qalmaması üçün tanışı E8 yaşamaq üçün müvəqqəti istifadəyə vermişdir. 04.04.2017-ci il tarixdə özünü MTK-nın nümayəndəsi kimi təqdim edən bir şəxs iddiaçıya (***)******* nömrədən zəng vuraraq evinin yerləşdiyi ərazinin onlar tərəfindən layihələndirildiyini və bina tikməyə hazırlaşdıqlarını bildirmişdir. İddiaçı, həmin şəxsə 23.05.2017-ci il tarixdə Bakı şəhərinə gələcəyini bildirmiş və o zaman görüşüb məsələni müzakirə etməklə bağlı onunla razılığa gəlmişdir. 10.05.2017-ci il tarixdə həmin şəxs iddiaçıya yenidən zəng vuraraq onların iddiaçının gəlməyini gözlədiklərini bildirmişdir. Lakin 16.05.2017-ci il tarixdə qonşusu Tərlan tərəfindən iddiaçıya evinin sökülmüş şəkilləri göndərilmişdir. Şəkillər iddiaçıya çatan kimi o, dostu S6 onun evinə getməyi və oradan Daxili İşlər Nazirliyinin “102 xidmətinə” müraciət etməsini xahiş etmişdir. S6 iddiaçıya 102 xidmətinə müraciət etsə də, söküntünü aparan icraçıların təzyiqi ilə oradan uzaqlaşdırıldığını bildirmişdir. Evin sökülməsi ilə əlaqədar olaraq, iddiaçıya aşağıdakı həcmdə maddi ziyan vurulmuşdur. Belə ki, onun mənzildə gizli saxlanc yerində saxladığı 50.000 ABŞ dolları məbləğində pul, habelə ayrıayrı vaxtlarda ümumi dəyəri 120.000 manat məbləğində olan qızıl-zinət əşyaları (brilyant sırğa, boyunbağı, qolbaq, bir dəst qızıl üzük, sırğa, boyunbağı, qolbaq, bir ədəd qızıl saat) itmiş, elmi araşdırmalarının nəticəsi ilə topladığı sənədlər, habelə müxtəlif hüquqi sənədlər məhv olmuşdur. Azərbaycan Respublikası xxxx MMC tərəfindən verilmiş 06.06.2017-ci il tarixli, ************* saylı rəyə əsasən evin ümumi dəyəri 253.000 manat məbləğində müəyyən edilmişdir. Həmin rəylə mənzildə olan ev əşyaların ümumi dəyəri 25.710 manat məbləğində müəyyən edilmişdir. İddiaçının elmi fəaliyyəti ilə əlaqədar aparılmış elmi araşdırmaların nəticəsi və müxtəlif hüquqi sənədlərin məhv olması ilə əlaqədar 28.900 manat məbləğində zərər dəymişdir. Evin söküldüyü dövrdə o, Səudiyyə Ərəbistanından Azərbaycana gəlməsi ilə bağlı ödənişsiz məzuniyyət götürmüş və bununla əlaqədar olaraq hər ay 9.000 ABŞ dolları əmək haqqı aldığı işə 6 aydır ki, çıxa bilmir. İddiaçıya bu günə qədər işə çıxa bilməməsi səbəbindən 54.000 ABŞ dolları zərər dəymişdir. Bundan əlavə, ölkədən gediş-gəliş üçün mehmanxana və aviabiletlərə xərclədiyi vəsaitin miqdarı təqribən 14.000 manat təşkil edir. Bununla yanaşı, iddiaçı, evinin sökülməsi ilə əlaqədar bir neçə ay kirayədə qalmış və bu vaxt ərzində ağır psixi sarsıntılar keçirmiş, bu, onun işgüzar nüfuzuna, tanınmış cərrah kimi ona mənəvi zərər olaraq 500.000 manatdan yuxarı ziyan vurmuşdur. Ona görə də qeyd edilən zərərin əvəzi cavabdeh MTK tərəfindən ona ödənilməlidir. Eyni zamanda, iddiaçıya məlum olmuşdur ki, övladı F8 cavabdeh MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmış və bunun nəticəsində 17.05.2017-ci il tarixdə, yəni ev söküləndən 1 gün sonra evə dair MTK ilə müqavilə bağlamışdır. Müqavilənin bağlanma tarixindən bəlli olur ki, müqavilə əqd olaraq əhəmiyyətsiz əqddir (Mülki Məcəllənin 340.2-ci maddəsi). Müqavilə predmeti barəsində razılaşma buna səlahiyyəti olmayan şəxs, yəni F.İskəndərova tərəfindən aparılmışdır. İddiaçı isə öz istifadəsində olan evə dair hər hansı əqdin bağlanması və ya hərəkətlərin edilməsi barədə heç kimə səlahiyyət verməmişdir. İşin apellyasiya baxışı zamanı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 göstərmişdir ki, onların apellyasiya şikayəti əsaslı, iddiaçının apellyasiya şikayəti əsassızdır. Cavabdeh2 vəkilinin göstərdiklərini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, mübahisəli evdə onun və atasının (iddiaçının) istifadə hü quqları olmasına baxmayaraq atası onu və qardaşını evdə yaşamağa qoymayaraq evi başqa şəxslərə kirayəyə vermiş, o, məcbur olub qardaşı ilə birlikdə evi tərk etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddiaçının izahatında və apellyasiya şikayətində göstərdikləri ilə eyni məzmunda olmaqla hüquqi cəhətdən onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinin, MM-nin 21.1, 21.2, 449.1, 1096.1, 1097.1-ci maddələrinin, MPM-nin 9.3, 14.2, 77.1-ci maddələrinin tələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları ar aşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək müahisəli evə münasibətdə iddiaçı ilə eyni hüquqlara malik olan cavabdeh F8 restitusiya hüququnun tətbiq edilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası MM-nin 337.5-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında idİddiaçı və vəkili X12 məhkəmə iclasında kassasiyaşikayətini müdafiə edərəkşikayətintəminedilməsini, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsininxahişetdilər. Məhkəməkollegiyasınıniclasında Cavabdeh1 MTK-nın vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdi. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə kollegiyasının iclasında onun təmsil etdiyi Cavabdeh2 kassasiya şikayətinin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdeh X7 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegi yasının iclasına gəlməmişdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymət ləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsindən (İş № 2-1189/1998) görünür ki, həmin qətnamə ilə iddiaçını n və onun ailə üzvlərinin mübahisəli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması faktının təsdiq edilməsi, onların həmin evə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin Nəsimi Rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin üzərinə qoyulması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçının özü və övladı (cavabdeh) F.İskəndərova həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin evə dair iddiaçının adına 04.09.2003-cü il tarixli, ********* saylı “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu” verilmişdir. İddiaçının sifarişi əsasında “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirici tərəfindən verilmiş 06.06.2017-ci il tarixli,************* nömrəli rəyə görə, mübahisəli evin 06.06.2017-ci il tarixə bazar dəyəri 253.300 manat, evdə olan əşyaların bazar dəyəri isə 25.710 manat təşkil edir. Məhkəmənin 26.10.2017-ci il tarixli qərardadı əsasında “X10” MMC tərəfindən verilmiş 17.11.2017-ci il tarixli, ABC/N ********** nömrəli rəyindən görünür ki, evin 17.11.2017-ci il tarixə bazar dəyəri 251.000 manat təşkil edir. İş üzrə cavabdeh MTK ilə cavabdeh F8 arasında bağlanmış 17.05.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, mübahisəli evin boşaldılaraq səkülməsinin əvəzi olaraq MTK tərəfindən Bakı şəhəri, ****************** ******************** ********************* ************************** küçələrinin kəsişməsindəki məhəllədə yeni tikilən yaşayış binasında 2 ədəd mənzil veriləcəkdir. X6 Səhiyyə Nazirliyi Səhiyyə İşləri Baş Direktorluğu tərəfindən verilmiş “müavinət və əmək haqqı barədə” sənəddən görünür ki, iddiaçı King Khalid ümumi xəstəxanasında ümumi cərrah konsultant vəzifəsində işləyir. Əmək müqaviləsinin müddəti 14.11.2016-cı il tarixdən 02.11.2017-ci il tarixədəkdir. Əsas əmək haqqı 28.756 SƏK-nın riyalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən “ALP İnn” otelində 23.05.2017-ci il tarixdən 08.06.2017-ci il tarixədək qalmağa görə 1.880 manat, 24.12.2017-ci il tarixdən 26.12.2017-ci il tarixədək qalmağa görə 120 manat, 20.04.2018-ci il tarixdən 02.05.2018-ci il tarixədək qalmağa görə 580 manat, 03.05.2018-ci il tarixdən 07.05.2018-ci il tarixədək qalmağa görə 200 manat və “ATFK” otelində 01.02.2018-ci il tarixdən 16.02.2018-ci il tarixədək q almağa görə 320 manat, iddiaçı tərəfindən Dubaydan Bakı, X14 Hava Limanı istiqamətində 11.11.2017-ci il tarix üçün aviabiletə görə 133,70 ABŞ dolları, 15.12.2017-ci il və 24.12.2017-ci il tarixlər üçün aviabiletlərə görə 420,59 manat, Bakı, X14 X16, X18 istiqamətində 17.02.2018-ci il tarix üçün aviabiletə görə 130 ABŞ dolları, Moskva, X15 Bakı, X14 Hava Limanı istiqamətində 20.04.2018-ci il tarix üçün aviabiletə görə 94 ABŞ dolları ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə əsasən Mülki Məcəllədə mü əyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası yuxarıda göstərilən maddi hüquq normalarına əsasən mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, evə dair texniki pasport iddiaçının adına tərtib edildiyindən, bu hal ev üzərində iddiaçının istifadə və sahiblik hüququ olduğunu göstərdiyindən, evin sökülməsinə iddiaçının razılığını tələb olunduğundan lakin buna baxmayaraq belə razılığın alınması iş materialları ilə təsdiq olunmadığından birinci instansiya məhkəməsinin iddia nı “müqavilənin etibarsız hesab edilməsi” hissəsini təmin etməklə gəldiyi nəticəni düzgün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız v arlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası həmçinin məcburi işburaxmaya görə 54.000 ABŞ dolları pul tələbi barədə, gediş-gəliş və mehmanxana xərclərinin əvəzinin ödənilməsi barədə və zərərin əvəzinin ödənilməsinin yubadılmasına görə ümumi tutulmalı olan məbləğin 15%-i həcmində pul tələbi barədə iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissələri təmin etməməklə birinci instansiya məhəkəməsinin gəldiyi nəticəni haqlı hesab etmişdir. Yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi sübutetmə yükü üzərinə düşən iddiaçı evin sökülməsi nəticəsində ona vurulmuş zərərin 427.610 manat (o cümlədən 25.710 manat dəyərində olan ev əşyalarının və 2 8.900 manat dəyərində olan elmi və müxtəlif hüquqi sənədlərin məhv olması, 120.000 manat dəyərində olan qızıl-zinət əşyalarının isə yoxa çıxması) məbləğində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş qiymətləndirmə nəticəsində “X10” MMC tərəfindən verilmiş 17.11.2017-ci il tarixli rəyə görə evin bazar dəyəri 251.000 manat təşkil etdiyindən və bu qiymətləndirmə rəyinin şübhə altına ala biləcək sübutlar məhkəmələrə təqdim edilmədiyindən iddianı müzakirə edilən hissədə qismən əsaslı hesab etmiş və birinci instansiya məhkəməsinin vurulmuş maddi ziyana görə MTK-dan iddiaçının xeyrinə 251.000 manat tutmasınə əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstə rilənləri nəzərə alan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iddiaçı Qafar İsgəndərovun iddiasının qeyd edilən hissələrini heç bir mötəbər sübut təqdim edilmədiyindən düzgün olaraq əsassız hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin İddiaçı maddi zərərin əvəzi olaraq tələb olunan 427610 manatın MTK tərəfindən ödənilməsi barədə tələbinin əsassız olaraq təmin olunmamasına dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, sədrlik edən 27 noyabr 2017-ci ildə məhkəməyə daxil olan “X10” MMC tərəfindən aparılmış 17.11.2017-ci il tarixli, ************** nömrəli qiymətləndirmə rəyini (17.11.2017-ci il tarixə bazar dəyəri 251.000 manat təşkil edir) məhəkəmə zalında elan e tmiş və iddiaçı və onun nümayəndəsi və vəkili rəy ilə razı olduqlarını bildirmişlər. Həmçinin, iddiaçı və onun nümayəndəsi cavabdeh MTK-nın nümayəndəsinin mübahisəli evin dəyərinin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməsi barədə verdiyi vəsatətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər. Ona görə də məhkəmə kollegiyası yuxarıda göstərilən maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmsı barədə gəldiyi nəticəni düzgün hesab edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıiddiaçı X4 aid mənəvi zərərin əvəzinin tutulması hissəsinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsinin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəninin ma ddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitu siyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərərin vurulması barədə hissədə iddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir, bu hissədə iddia əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və yaşayış yer ini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sars ıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin mi qdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaıldır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixl i qərarında şərh olunmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi ''Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında'' Bəyannamənin 1-ci maddəsində göstərilir ki, ''qurbanlar'' termini altında üzv d övlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, iddiaçı Qafar İsgəndərov Bakı şəhərində yaşayış yeri və q eydiyyatda olduğu evin onun icazəsi olmadan yuxarıda göstərilən vəziyyətdə sökülməsindən xəbər tutduqda xarici ölkədə olmuşdur. Lakin apellyasiya instansiyası məhəkəməsi işin bu halına Konstitusiya Məhkəməsinin qərarındakı şərhinə müvafiq qaydada düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız olaraq iddiaçının mənəvi zərər ilə bağlı iddiası təmin edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 mübahisəli evə münasibətdə iddiaçı ilə eyni hüquqlara malik olması faktını nəzərə almayaraq göstərmişdir ki, iddiaçının və ya başqa şəxsin adına dövlət reyestrində qeydə alınmamışdır. Həmin ev özbaşına tikilidir. Evə dair dövlət orqanının verdiyi yeganə sənəd – evin texniki pasportudur ki, bu sənəd də iddiaçının adına tərtib edilmişdir. Belə olan halda, iddiaçının sadə prosedur q aydalarına riayət etməklə, qanuni əsaslarla onun tərəfindən inşa edilmiş evi öz adına özəlləşdirmək ehtimalı olmuşdur. Evə dair cavabdeh F8 adına isə hər hansı sənəd yoxdur. Onun yuxarıda qeyd edildiyi kimi, mübahisəli evdən istifadə etmək hüququ olmuşdur. Bu hal, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi (İş № 2-1189/1998) ilə təsdiq edilir. Cavabdeh2 evə olan istifadə hüququnun pozulmasını güman etdiyi halda, bu halı ayrıca iddia tələbi irəli sürməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 13.4-cü mad dəsinin əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəlləni n 13.4-cü maddəsinin əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Eyni zamanda 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə görə Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası yuxar ıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbinə əsasən hesab edir ki, iş materillarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi ilə iddiaçının və onun ailə üzvlərinin mübahisəli evdə yaşaması faktının təsdiq edilməsi, onların həmin evə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin Nəsimi Rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin üzərinə qoyulması ilə mübahisəli evə münasibətdə Cavabdeh2 (iddiaçı Qafar İsgəndərovun qızı) iddiaçı ilə bərabər hüquq və vəzifələr əldə etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mənzil qanunvericiliyinin yuxarıda göstərilən normasının tələblərini pozaraq Cavabdeh2 qeyd olunan evə münasibətdə iddiaçı ilə eyni hüquqlara malik olması faktını nəzərə almadan evin sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə 251.000 manat məbləğində pulun bütövlükdə iddiaçı Q.İsgəndərova verilməsi hissəsində birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, nəticədə, iddiaçının ailə üzvü olan qızı Cavabdeh2 hüquqları pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə iddiaçı X2 iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmu ş qeyd olunan maddi ziyana görə 251000 manat məbləğdə pulun Cavabdeh1 MTK-dan alınaraq bütünlüklə yalnız X4 verilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qətnamənin qalan hissəsi qanuni və əsaslı olduğuna görə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin olunsun BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 noyabr 2018-ci il tarixli qətnaməsi iddiaçı X2 iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğdə pulun Cavabdeh1 MTK-dan alınaraq bütünlüklə X4 verilməsi hissəsində ləğv edilsin və iş h əmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar