Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2449/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil3 və 3-cü şəxs “xxxx” ASC-nin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ciiltarixli 2(103)10389/2018 nömrəli qətnaməsindən 3-cü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 25.06. 2018-ci il tarixli 2(005)-703/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, “xxxx” MMC-nə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və “xxxx” ASC-nə qarşı “qiymətləndirmə rəyinin ləğvi, hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilərək, “xxxx” MMC tərəfindən Abşeron rayonu, ************ yerləşən 0.5248,77 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 24.05.2017-ci il tarixli, 417 nömrəli ekspert rəyinin ləğv edilməsi, Cavabdeh1 MMC-nin Abşeron rayonu, *********** yerləşən 0.5248,77 ha torpaq sahəsinə dair açıq hərracın yekunları barədə 15.11.2017-ci il tarixli, 74 nömrəli protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun id diaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 21.11.2018-ciiltarixli 2(103)-10389/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 MMC və üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli 2(005)-703/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının apellyatorlara aid edilməsi qət edilmişdir. 3-cü şəxs “xxxx” ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə “xxxx” MMC-nə, müstəqil tələblər irəli sürməyən üçüncü şəx s Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və “xxxx” ASC-nə qarşı “qiymətləndirmə rəyinin ləğvi, hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə 07.12.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.5248,77 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 24.05.2017-ci il tarixli, 417 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi, Cavabdeh1 MMC-nin Abşeron rayonu, ********* yerləşən 0.5248,77 ha torpaq sahəsinə dair açıq hərracın yekunları barədə 15.11.2017-ci il tarixli, **** saylı hərracın yekunları barədə protokolunun və 15.11.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş etmişd ir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: 3-cü şəxs “xxxx” ASC və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, açıq hərracın keçirilməsi ilə bağlı 01/52 nömrəli, 06.07.2017-ci il tarixli bildiriş 17.07.2017ci il tarixində və növbəti açıq hərracın keçirilməsi barədə ***** nömrəli 19.08.2017-ci il tarixli bildiriş 31.08.2017-ci il tarixində ipoteka qoyan İddiaçı yoldaşına təqdim edilmişdir. Həmçinin “Kaspi” qəzetində 06.07.2017-ci il tarixdə ilkin hərracın və 19.08.2017-ci il tarixdə təkrar hərracın elanı verilmiş, hərracın keçirilmə vaxtı, yeri və hərracın keçirilməsi ilə bağlı digər zəruri məlumatlar öz əksini tapmışdır. İddiaçı həmçinin ipoteka predmetinin satılmış olduğu 15.11.2017-ci il ta rixində keçirilmiş hərracla bağlı xəbərdar olmadığını və ona heç bir məlumat verilmədiyini, eyni zamanda qiymətləndirici tərəfindən torpaq sahəsinin nə vaxt, hansı qaydada qiymətləndirilməsi barədə məlumatı olmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, torpaq sahəsinin açıq hərracdan satılmasının vaxtı və yeri barədə məlumatı əks etdirən bildiriş iddiaçıya göndərilmişdir. Lakin o, həmin açıq hərracda bilərəkdən iştirak etməmişdir. Digər tərəfdən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu göstərilsə də, onun üzərində mövcud olan tikililərin heç bir qanuni sənədi yoxdur. Buna baxmayaraq, qiymətləndirici şirkət tərəfindən torpağın üzərindəki mövcud tikiliyə də qiymət müəyyən edilmişdir. Halbuki, həmin obyektin qanuni sənədinin olmaması satılmasında be lə problem yaradır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ciiltarixli 2(103)-10389/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1 MMC-nin, “xxxx” MMC-nin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nüm ayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs “xxxx” ASC-nin vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil3 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.11.2018ciiltarixliqətnaməsi ilə Cavabdeh1 MMC və üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli 2(005)-703/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının apellyantlara aid edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 01.05.2017-ci il tar ixli 17/748336/14 saylı sifariş məktubuna əsasən İddiaçı məxsus Abşeron rayonunda yerləşən 5148,77 ha torpaq sahəsi satılmaq üçün açıq hərraca çıxarılmışdır. 24.05.2017-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 01.05.2017-ci il tarixli *********** saylı sifariş məktubuna və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(005)-6556/2015 saylı 18.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus Abşeron rayonunda yerləşən 5148,77 ha (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 118421,94 manat olması barədə hesabat tərtib olunmuşdur. 06.07.2017ci il tarixli 01/52 saylı və 19.08.2017-ci il tarixli 1/52-1 saylı bildirişlərdən görünü r ki, Cavabdeh1 MMC tərəfindən Abşeron rayonunda yerləşən 0.5148,77 ha (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin açıq hərracdan satılmasının vaxtı və yeri, tarixi (07.08.2017-ci il saat 11:00 və 18.09.2017-ci il saat 11:00), digər zəruri göstəricilər əks etdirilmiş bildiriş tərtib edilmişdir. Hərracın yekunları barədə 15.11.2017-ci il tarixli 74 nömrəli protokolun surətindən görünür ki, qeyd edilən torpaq sahəsi 75.494 manata “xxxx” ASC-nə satılmışdır. “X1” MMC-nin 04.05.2018-ci il tarixli ****** saylı əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, ******* ha torpaq sahəsinin və üzərində mövcud olan tikilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti:-Abşeron rayonu, ****** yerləşən, 0.51 4877 ha torpaq sahəsi 24.05.2014-cü il tarixə 1 (bir) sot-3000 manat x 0.514877 ha = 154.463,1 manat və hazırki dövrə 1 (bir) sot 3500 manat x 0.514877 ha = 180206,95 manat təşkil edir. Abşeron rayonu, ********* yerləşən, 0.514877 ha torpaq sahəsinin üzərində mövcud olan tikili (kənd təsərrüfatı məhsulları istehsalı obyekti) 24.05.2014-cü il tarixə 530.000 manat və hazırki dövrə 580.000 manat təşkil edir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar xidmətinin müəyyən edilməsi qaydaları haqqında 04 yanvar 2008-ci il tarixli qərarının tələblərinin pozulması barədə düzgün qənaətə gəlmişdir k i, həmin hal da iddianın təmin edilməsinə kifayət edir. Bununla bağlı qeyd edilməlidir ki, hərrac keçirilmiş sahənin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı təqdim olunmuş rəylər arasında ziddiyyətlər mövcud olduğundan apellyasiya instansiyası tərəfindən yenidən qiymətləndirmə təyin etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən verilmiş 18.10.2018-ci il tarixli qiymətəndirmə rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,514877 ha torpaq sahəsinin 15.11.2017-ci il tarixə ilkin satış qiymətinin 117500 manat, həmin torpaq sahəsinin üzərində yerləşən tikililər də nəzərə alınmaqla 15.11.2017-ci il tarixə ilkin satış qiyməti 467500 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası müstəqil qiymətləndirici tərəfin dən təqdim edilmiş 18.10.2018-ci il tarixli qiymətləndirmə rəyini mötəbər hesab edərək, həmçinin Abşeron rayonu, ********* yerləşən kənd təsərrüfatı təyinatlı 0,514877 ha torpaq sahəsinin boş olmamasını, onun üzərində təxminən 310000 manat dəyərində tikililərin olmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, “xxxx” MMC tərəfindən müəyyən edilmiş qiymət yalnız torpaq sahəsinə aid olmaqla, bazar qiymətinə və likvid dəyərinə uyğun olmayaraq, əhəmiyyətli dərəcədə fərqlənir. Məhkəmə kollegiyası Abşeron rayonu, ********** yerləşən kənd təsərrüfatı təyinatlı 0,514877 ha torpaq sahəsinin boş olmamasını, onun üzərində təxminən 310000 manat dəyərində tikililərin olmasını nəzərə alaraq hesab etmişdir ki, “xxxx” MMC tərəfindən müəyyən edilmiş qiymət (118421,94 manat) bazar qiymətinə və likvid dəyə rinə uyğun olmamaqla yanaşı, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən verilmiş 18.10.2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilmiş qiymətdən (torpaq sahəsi üzərindəki əmlaklarla birlikdə 467500 manat qiymətləndirildiyindən) əhəmiyyətli dərəcədə fərqləndiyi üçün “xxxx” MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 05148,77 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 24.05.2017-ci il tarixli **** nömrəli qiymətləndirmə hesabatı ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin rəyə əsasən Cavabdeh1 MMC-nin Abşeron rayonu, ********* yerləşən 0.514877 ha torpaq sahəsinə dair açıq hərracın yekunları barədə tərtib etdiyi 15.11.2017-ci il tarixli **** nömrəli protokoİ və alqı-satqı müqaviləsi də düzgün ol araq birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmişdir. Belə ki, düzgün aparılmayan qiymətləndirmə həmin əmlakın satışı ilə bağlı keçirilmiş hərracın yekunlarının etibarsız sayılması üçün əsasdır. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, hərraca çıxarılan torpaq sahəsi üzərində razılaşdırılmış eskiz əsasında kənd təsərrüfatı istehsalı obyektinin tikintisinə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 07.04.2011-ci il tarixli 489 saylı sərəncamı ilə icazə verilmiş, həmin tikintinin eskiz-layihəsi icra hakimiyyəti orqanının memarlıq şöbəsi ilə razılaşdırılaraq təsdiq olunmuş və həmin tikililər icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul olunmuşdur. Lakin iddiaçı həmin tikililər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın əmlakın dövlət reyestrində qeydə alınm asına müvəffəq olmamışdır. Bu isə öz növbəsində iddiaçının həmin tikililər üzərində sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının həmin tikililər üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı gözlənti hüququ vardır. Bu baxımdan sözügedən torpaq sahəsinin üzərində tikililər olması nəzərə alınmadan boş torpaq sahəsi kimi hərraca çıxarılaraq satılması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələndiyindən qanuna zidd olmuş və bu hal həmin hərracın nəticələrinə dair tərtib edilmiş protokol və alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaradır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətl əndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (maddə 5). Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər (maddə 7). Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır (maddə 8). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üz rə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər apelyasiya şikayəti üzrə kassatorun dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin hallara ətraflı şəkildə hüquqi qiymətini verməklə münasibət bildirmiş və mübahisənin həllinə düzgün yanaşmışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ciiltarixli 2(103)10389/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2449/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2449/2019
15.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver