Məhkəmə qərarları › İş №2(102)-2450/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2450/2020

11.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2450/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, iddia müddətinin bərpa edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsind ən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim T.Məmmədov) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli (sədrlik edən F.Abbasov, hakimlər E.Camalov və T.Kərimov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan R espublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul etmə müddətinin uzadılması, iddia müddətinin bərpa edilməsi və Lənkəran şəhəri Girdəni kəndində yerləşən 10 hektar torpaq sahəsinin və onun üstündə yerləşən iki mərtəbəli altı otaqdan ibarət olan miras evin və torpaq sahələrinin bölünərək payının ve rilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, X1 xx.xx.2012-ci il tarixdə ölməsi ilə bağlı miras açılmışdır. Həmçinin iş materiallarından görünür ki, M.Hüseynovanın miras əmlak kütləsi Lənkəran Rayonu Girdəni kəndində yerləşən 0,10 ha torpaq sahəsindən ibarət olmuşdur. Eyni zamanda iş materiallarına əsasən miras açılan zaman onun qanun üzrə 1-ci növbə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və İddiaçı olmuşlar. Bundan başqa iş materiallarından görünür ki, vərəsələrdən heç biri mirası qəbul etmək üçün mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməmiş və mirası formal olaraq qəbul etməmişlər. Yalnız Cavabdeh1 əmlaka faktiki sahiblik və idarə etməklə mirası qeri-formal qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “vərəsəlik paylarının müəyyən olunması” tələbinə dair iddiası təmin edilərək, mərhum X3 paylı mülkiyyət hüququ əsasında məxsus olan miras qalmış Lənkəran Rayonu Girdəni kəndində yerləşən torpaq sahəsinə vərəsə İddiaçı 1/8 hissədə payı müəyyən olunmuşdur. Şirvan Apelyasiya M əhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “vərəsəlik paylarının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək hüquqi savadının olmaması səbəbi ilə anasının vəfatından sonra qanunun tələblərinə riayət edə bilmədiyini və ona görə mirasın qəbulu üzrə müddətin bərpasını və miras əmlakda payını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açı ldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Adı çəkilən Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirası n qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm formal, həm də qeyri-formal üsulla qəbul edə bilər. Formal üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-formal üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X1 mirasının açıldığı məqamda onun mirası olduğu müəyyən edilən və Lənkəran rayonu Girdəni kəndində yerləşən 10 hektar torpaq sahəsi iddiaçı tərəfindən nə rəsmi, nə də qeyri-rəsmi üsulla qəbul olunmamışdır. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tə ləbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Bundan başqa hüquqi savadı olmadığı üçün anasının vəfatından sonra həmin dövrdə qanunun tələblərinə ri ayət edə bilməməsi və qanunla nəzərdə tutulan 6 aylıq müddət ərzində mirasın rəsmi qəbulu üzrə ərizə ilə notariat kontoruna müraciət etməməsi ilə bağlı kasatorun dəlilini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, iddiaçının əsaslandığı hallar onun mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrin i rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar