Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2453/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçıların nümayəndəsi X11, iddiaçıların vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Quliyev Vəkil Yelmar oğlunun Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(106)-2750/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəy yən etdi: Beyləqan Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(020)-61/2019 saylı qətnaməsi ilə (hakim N.İ.Əliyev) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verilmiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 13.7239 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin 18 may 2000-ci ildə doğulmuş Nərmin və 23 avqust 2001-ci ildə doğulmuş Nəzrinin hər birinə qanunla düşən 1.1436 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 3.1185 ha xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 18 may 2000-ci ildə doğ ulmuş Nərmin və 23 avqust 2001-ci ildə doğulmuş Nəzrinin hər birinə qanunla düşən 0.259875 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 236.2 kv.metr sahəsi olan fərdi yaşayış evininin 18 may 2000-ci ildə doğulmuş Nərmin və 23 avqust 2001-ci ildə doğulmuş Nəzrinnin hər birinə qanunla düşən 1.12 hissəsi və həyətyanı torpaq sahəsinin 0.001664 ha hissəsinin, məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlardan 17 baş xırdabuynuzlu heyvanların, məhkəmə qətnaməsinə əsasən başqa vətəndaşdan alacağı 8.150 manat pulun depozitdə qalan hissəsindən İddiaçı2 və İddiaçı3 düşən payların ayrılaraq verilməsi, iddianın Beyləqan şəhə rində yerləşən mərkəzi bazarda iki ədəd 40 kv.metrlik mağaza binasından, “Niva” markalı avtomobil və AZ **-FZ-*** dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomobildən uşaqlara düşən miras payının ayrılması hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(106)-2750/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.S.Kərimov, T.X.Heydərov və F.N.Abbasov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilərək, Beyləqan Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(020)-61/2019 saylı qətnaməsinin məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlardan 17 baş xırdabuynuzlu heyvanların İddiaçı2 və İddiaçı3 düşən pay kimi ayrılaraq verilməsi hissəsində ləğv edilməsi və iddianın hə min hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X13 və Cavabdeh2 qarşı "miras paylarının ayrılaraq verilməsi" tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verilmiş olduğu Seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 13.7239 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin 18 may 2000-ci ildə doğulmuş Nərmin və 23 avqust 2001-ci ildə doğulmuş Nəzrinin hər birinə qanunla düşən 1.1436 ha, 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verilmiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölm ündən sonra 3.1185 ha xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 18 may 2000-ci ildə doğulmuş Nərmin və 23 avqust 2001-ci ildə doğulmuş Nəzrinin hər birinə qanunla düşən 0.259875 ha, 3) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verilmiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 236.2 kv.metr sahəsi olan fərdi yaşayış evininin 18 may 2000-ci ildə doğulmuş Nərmin və 23 avqust 2001-ci ildə doğulmuş Nəzrinnin hər birinə qanunla düşən 1/12 hissəsi və 0.001664 ha həyətyanı torpaq sahəsindən 4) məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlardan, 5) məhkəmə qətnaməsinə əsasən başqa vətəndaşdan alacağı 8.150 manat puldan, 6) Beyləqan şəhərində ye rləşən mərkəzi bazarda iki ədəd 40 kv.metirlik mağaza binasından, 7) “Niva” markalı avtomobil və 8) AZ ** FZ *** dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomobildən uşaqlara düşən miras payının ayrılaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X20 ilə 15 avqust 1999-cu ildə nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 18 may 2000-ci ildə İddiaçı2 və 23 avqust 2001- ci ildə İddiaçı3 adlı uşaqları olmuşdur. İddiaçı X1 Anar Qəmbər oğlunun atasına məxsus evə gəlin köçərək, təsərrüfatı birgə idarə etmişlər. X20 19 noyabr 2003-cü ildə vəfat etmişdir. X16 atası X17 öldükdən sonra X16 uşaqları Nərmin və Nəzrinə babaları Qənbər Cavadovdan miras qalmış əmlaklardan payları qalmışdır. Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 13.7239 ha xüsusi mülkiyyətində olan torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 3.1185 ha xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 236.2 kv.metr sahəsi olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi, məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlar, məhkəmə qətnaməsinə əsasən başqa vətəndaşdan alacağı 8150 manat pul, Beyləqan şəhərində yerləşən mərkəzi bazarda iki ədəd 40 kv.metirlik mağaza binası, “Niva” markalı avtomobil və AZ **-FZ-*** dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomobildən miras əmlakları bölünməmiş qalmışdır. 18 may 2000-ci ildə doğulmuş Nərmin və 23 avqust 2001-ci ildə doğulmuş Nəzrin artıq qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni əldə etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 13.7239 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin 1.1436 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın D övlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölümündən sonra 3.1185 ha xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.259875 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu seriya RX ******* saylı çıxarışa əsasən məhrum X12 ölmündən sonra 236.2 kv.metr sahəsi olan fərdi yaşayış evininin 1/12 hissəsi və həyətyanı torpaq sahəsinin 0.001664 hektarının, məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlardan, məhkəmə qətnaməsinə əsasən başqa vətəndaşdan alacağı 8150 manat puldan, Beyləqan şəhərində yerləşən mərkəzi bazarda iki ədəd 40 kv.metrlik mağaza binasından, “Niva” markalı avtomobil və AZ **-FZ*** dövlət nömrə nişanl ı “Mercedes Benz” markalı avtomobildən uşaqlara düşən miras payının ayrılması zərurəti artıq yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına birgə kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Quliyev Vəkil Yelmar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası 25 noyabr 2016-cı il tarixli aktın imzalandığı vaxt İmanov Rəşad Asif oğlunun tərəf olmamasına baxmayaraq heç bir səlahiyyətinin olmamasını nəzərə almamış, birinci instansiya məhkəməsinə təqdim olunmayan sübutlardan istifadə olunmasına əhəmiyyət verməmiş,işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi X18 və iddiaçıların vəkili Quliyev Vəkil Yelmar oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 və Üçüncü şəxs Notariat Kontorunun nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçıların nümayəndəsi X11 və onların vəkili Quliyev Vəkil Yelmar oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçılar X5, İddiaçı2, İddiaçı3 kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından göründüyü kimi Cavabdeh2 Qəmbər qızının apelyasiya şikayəti ilə yalnız birinci instansiya məhkəməsinin qətnaməsi 105 baş xırda buynuzlu heyvanlarda iddiaçıların paylarının müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir.Qətnamənin həmin hissəsində ləğv edilməklə, iddianın həmin hissədə təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “...İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Beyləqan rayon Baytarlıq İdarəsinin 04 fevral 2019-cu il tarixli, 89 saylı arayışından görünür ki, X21 məxsus şəxsi təsərrüfatında olan xırda buynuzlu heyvanlar arasında profilaktiki məqsədlə aşağıdakı peyvəndləmələr aparılmışdır; 1) 02 may 2016-cı ildə xırdabuynuzlu heyvanlar arasında Rev-1 218 baş, 2) 25 sentyabr 2016-cı ildə xırdabuynuzlu heyvanlar arasında Çiçək 330 baş, 3) 25 oktyabr 2016-cı ildə xırdabuynuzlu heyvanlar arasında Rev-1 46 baş. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin X6 müraciətinə 15 fevral 2019-cu il tarixli, 37 saylı cavab məktubundan görünür ki, dairə üzrə 2016-cı ilin əvvəlinə şəhər sakinlərinin fərdi təsərrüfatında aparılmış siyahıya alma zamanı X6 və mərhum X12 adına xırda və iri buynuzlu mal-qara, ev quşları qeydə alınmamışdır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısınının Arazbar kənd ərazi dairəsi üzrə nümayəndəsi X3, Arazbar kənd sakini X19 və Beyləqan şəhər sakini X26 tərəfindən 18 aprel 2017-ci il tarixdə tərtib olunaraq Ağcabədi rayon İcra Hakimiyyəti Başçısınının Arazbar kənd ərazi dairəsi üz rə nümayəndəsinin möhürü ilə təsdiq edilmiş aktın surətindən görünür ki, Arazbar kənd sakini Nadir Quliyev özünə məxsus 222 baş ana qoyun və 176 baş quzu olmaqla, cəmi 398 baş xırda buynuzlu heyvanı 48800 manat nağd pula X2. Beləliklə iddiaçıların mərhum X8 miras qaldığını bildirərək, paylarının müəyyən edilməsini istədikləri 105 baş xırdabuynuzlu heyvanların mərhuma məxsus olmasına dair məhkəməyə iddiaçılar tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, əksinə cavabdeh tərəfin təqdim etdiyi yuxarıda qeyd edilən sənədlərə əsasən mirasqoyanın fərdi təsərrüfatında aparılmış siyahıya alma zamanı adına xırda və iri buynuzlu mal-qara, ev quşlarının qeydə alınmadığı müəyyən edilmişdir...”. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göst ərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin X9 ünvanlamış 15 fevral 2019-cu il tarixli məktubun əsli deyil, kserosurəti iş materiallarına əlavə edilmişdir (i/v 46). Həmçinin apelyasiya instansiyası məhkəməsinin heyvanların satılmasına dair istinad etdiyi 18.04.2017-ci il tarixli aktın əsli deyil, surəti iş materiallarına əlavə edilməmişdir (i/v 47). Azərbaycan Respublikası MPM 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazı mi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi miras kütləsi kimi mübahisələndirilən 105 baş xırda buynuzlu heyvanların X21 məxsus olması nəticəsinə gəlsə də, onu maraqlarına toxunan şəxs kimi işə cəlb etməmiş, 105 baş xırda buynuzlu heyvanların miras kütləsinə daxil olub-olmamasına dair ətraflı araşdırma aparmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırıla n sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 kasasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(106)2750/2019 saylı qətnaməsi ləğv edilsin.İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2453/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2453/2020
15.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver