Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2454/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi və əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi və əqdin etibarslz hesab edilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1215/2023 nömrəli, 6 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X2r.
2. X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
3. Bakı şəhəri Türkan qəsəbəsi Yeni bağlar ərazisində (abunə kodu **********20002 nömrəli) Tahir Məmmədova məxsus istilikxanaya EEİQ-na uyğun baxış apararkən istilkxanaya sayğac sxemindən kənar faza xəttinin daxil olduğu aşkar edilmişdir. 4. xx.xx.2021-ci il tarixli razılaşma protokolundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Aktlar Uçota və İcrasına Nəzarət şöbəsi və Tahir Məmmədov (kod **********20002) mülkiyyətçisi ilə razılaşma protokolu bağlanmışdır. Həmin protokol Aktlar Uçota və İcrasına Nəzarət şöbəsinin rəsi Fuad Yusifov və abonentin nümayəndəsi İddiaçı tərəfində imzalanmışdır. Həmin prtokoldan görünür ki, barışıq sazişi şərtlərinə əsasən istehlakçının istehlakı zamanı itirilmiş elektrik enerjinin bərpasına görə NDM 027349 nömrəli dəyəri cəmi 5123 manat olan akt tərtib olunmuşdur. Aktdan qalan 5123 manat debütor borcunun nəzərə alaraq ilkin 2000 manat ödəniş edildikdən sonra istehlakıçı “Tahir Məmmədov” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə hər ay istehlak edilmiş elektrik enerjisinə görə aparılmış ödənişlərdən əlavə qalıq debütor borcun (3123 manat) xx.xx.2022-ci il tarixdək ödəməyi və bu məsələ ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı gələcəkdə hər hansı iddia qaldırmamağı öz öhdəsinə götürür. İstehlakçı “Tahir Məmmədov” qeyd olunan borcu xx.xx.2022-ci il tarixinə qədər 5 aylıq müəyyən edilmiş qrafikə uyğun və hər hesabat ayında istehlak olunan elektrik enerjisinin dəyərinə əlavə olaraq xx.xx.2021-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 643 manat ödəniş etməli, istehlakçı bu razılaşma protokolu ilə müəyyən edilmiş şərləri pozulması öhdəliyini icra etməməsi kimi qiymətləndiriləcək və onun elektrik enerjisi təhcizatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dayandırılacaqdır. 5. xx.xx.2021-ci il tarixli AKT NDM 027349 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, 5122,70 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cə miyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM nömrəli 027349 saylı aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış borc məbləğinin abonent kodu **********20002 hesabından silinməsi, eyni zamanda xx.xx.2021ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 2000 (iki min) manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o rəhmətlik atasının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə Məhəllə, ev 0012, mənzil 0002-də ailə üzvləri ilə birlikdə yaşayır. Cari ilin noyabr ayında, yəni xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əmək daşları tərəfindən guya işıqdan qanunsuz istifadəyə görə 7 il bundan öncə rəhmətə getmiş atasının adına AKT NDM nömrəli 027349 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" ASC-nin əməkdaşları R.Osmanov, X.Allahverdiyev, V.Hüseynov tərəfindən onların istifadəsində olan mənzilə sayğac sxemindən kənar faza xətti daxil olduğu müəyyən olunmuşdur. Bunun əsasında adları yuxarıda qeyd olunan şəxslər tərəfindən xx.xx.2021-ci il tarixli AKT tərtib edilmişdir. Rəhmətə getmiş atasının adına yazılmış akta nəzər saldıqda isə görürük ki, rəhmətlik atası "xxxx" ASC-nin əməkdaşlarına “özünü təqdim etməmişdir”. Bu akt yazılarkən ailə üzvlərindən heç kəsin xəbəri olmamışdır. Axşam işdən evə gələn zaman işıqın kəsildiyini gördü. Bunu aydınlaşdırmaq üçün "xxxx" ASC-nin rayon üzrə idarəsinə yaxınlaşdı. Orada ona ölü adamın adına yazılmış aktı göstərərək onu inandırmağa çalışdılar ki, rəhmətlik atası işıqdan qanunsuz istifadə edirmiş. Bu səbəbdən onun abonent kodu **********20002 hesabına 5123 manat borc hesablanmışdır. Yaranmış borc ödənilməsə fərdi yaşayış evinin işıq təchizatı bərpa edilməyəcəkdir. O öz növbəsində onların bu hərəkətinin qanunsuz olduğunu, kəsilmiş işığın bərpa olunmasını xahiş etsə də, heç bir xeyri olmadı. 21-ci əsrdə soyuq havalarda ailə üzvlərinin qaranlıqda qalmasını isə istəmirdi. Daha sonra idarədə ona “Razılaşma Protokolu” təqdim olundu. Bu protokolu imzalamayacağı və orada yazılanları icra etməyəcəyi təqdirdə işıq bərpa olunmayacağını bildirdilər, o da işığının kəsilməməsi üçün eyni zamanda pozulmuş hüquqlarını gələcəkdə məhkəmə qaydasında müdafiə etmək imka nlarını düşünərək “Razılaşma Protokolunu” imzaladı. Başqa çarəsi də yox idi, “Razılaşma Protokolun”a əsasən ona məcburi qaydada 2000 (iki min) manat pul ödətdirdilər. Qalan məbləği isə yəni 3123 manatı isə xx.xx.2022-ci il tarixədək ödəməlidir. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aktda qeyd olunanlar və həmin akt əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Akt qanunsuz və əsassız olaraq tərtib olunduğundan Akt ləğv edilməli, əsassız olaraq hesablanmış 5123 (beş min yüz iyirmi üç) manat məbləğində borc isə abonent hesabından tam silinməli, xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu” etibarsız hesab olunmalı, onun yaratdığı hüquqi nəticələrə əsasən tərəfində n ödənilmiş 2000 (iki min) manat pul məbləği isə ona geri qaytarılmalıdır.
8. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, həmin ərazidə parnik mövcuddur və bununla bağlı video çəkiliş aparılmışdır.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-632/2022 nömrəli iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfin işçiləri tərəfindən tərtib olunmuş 027349 saylı, xx.xx.2021-ci il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülah izələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. Aktda abonentin özünü təqdim etməsindən imtina edildiyi qeyd edilsə də, həmin halın mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. İşin materiallarından həmçinin görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 14 ay üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzar ət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi.
11. Məhkəmə xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilməsi ilə bağlı hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”ndan görünür ki, həmin protokol "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində Aktlar Uçota və İcrasına Nəzarət şöbəsinin rəisi Fuad Yusifov və abonentin nümayəndəsi İddiaçı tərəfində imzalanmışdır. Lakin məhkəmə araşdırması zamanı əqdin bağlanması üçün İddiaçı səlahiyyətin verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilmiş olan ölüm haqqında şəhadətnamədən göründüyü kimi adında razılaçma protokolu imzalana şəxs X4 xx.xx. 2014-cü il tarixdə ölmüşdür.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 7.11, 8.2 və 8.3-cü bəndləri, Mülki Məcəllənin 324.4, 337, 337.5, 359.1 və 360-cı maddələrə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.32–c i bəndlərinə, Mülki Məcəllənin 339.4, Mülki Prosessual Məcəllənin 217.4-cı maddələrinə istinadən qeyd edilmişdir ki, 19 noyabr 2021-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları ünvan 1 ünvanında yerləşən istilikxanaya quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı istilikxanada sayğac sxemindən daxil olmadan kənar xətdən istifadə olunması və həmin kənar faza xəttinin sayğacın arxa hissəsindən mişar daşını deşərək sayğacın alt qapağının altındakı “C” fazasının giriş yuvasından götürülməsi aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən NDM№ 027349 saylı xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, aktın tərtib edilməsində abonentin nümayəndəsi iştirak etsə də, özünü təqdim etməmiş və aktı imzalamaqdan imtina etmişdir. "xxxx" ASC-nin Akt komissiya sının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 2297 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 5122.70 manat məbləğində müəyyən edilməklə abonentin **********20002 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir.Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin müddəalarına, daha dəqiq aktın iki hal şahidinin və abonentin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsinə, həmçinin aktın nüsxəsinin abonentə təqdim edilməməsinə əsaslanmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.Çünki hazırki iş üzrə iddiaçı elektrik enerjisin dən məişət abonenti kimi deyil, məhz ona məxsus istilikxanada təsərrüfat məqsədilə istifadə etmişdir. Bu səbəbdən də ona münasibətdə məişət abonenti ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən adı çəkilən Qaydaların 8.32-ci bəndinin müddəaları deyil, məhz məişət abonenti olmayan istehlakçı ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən 8.17-ci bəndinin müddəaları tətbiq olunmalı idi. Belə ki, Qaydaların 8.17-ci bəndinin məzmunundan tam aydın görünür ki, enerjitəchizat müəssisəsi məişət abonenti olmayan istehlakçı tərəfindən sayğacdan kənar qoşulma halları aşkar etdikdə itirilmiş elektrik enerjisinin dəyərini hesablamaqla müvafiq olaraq akt tərtib edir. Lakin qeyd edilən bənddə akt tərtib olunan zaman iki hal şahidinin və abonentinin nümayəndəsinin iştirak etməsi, həmçinin aktın nüsxəsinin abonentə təqdim edilməsi barədə hər hansı bir qeyd göstərilməmişdir. Akt tərtib olunarkən hal şahidlərinin və abonentin iştirakının mütləq qaydada təmin olunması Qaydaların məişət abonenti ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən məhz 8.32-ci bəndində öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, hazırki iş üzrə mübahisə predmeti olan akt qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilmiş, lakin məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bu da öz növbəsində əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı öz ərizəsində mübahisələndiridiyi tərəflər arasında imzalanmış Razılaşma protokolunu mənzilin elektrik təchizatının verilməməsinin dayanadırılmaması üçü n məcbur olaraq bağladığını qeyd etsə də, cavabdeh "xxxx" tərəfindən ona qarşı hər hansı bir məcburetmə vasitələrinin tətbiq edilməsini təsdqiləyən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, bilavasitə iddiaçının öz iradə ifadəsini aydın şəkildə ifadə edilməsi ilə bağlanılmışdır. Akt tərtib olunarkən aşkar olunmuş kənar xətin videogörüntülərini özündə əks etdirən disk sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, videodiskdə qeyd edilən hallar məhkəmə tərəfindən kifayət qədər ətraflı araşdırılmamış və qeyd edilən hallara düzgün hüquqi qiymət verilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1215/2023 nömrəli iş üzrə 6 feval 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski ( sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aktın əsassız olmasının və ödənilmiş pulun geri qaytarılmasının əsası və mübahisənin özəyi iddiaçının cavabdehlə imzaladığı xx.xx.2021-ci tarixli razılaşma protokolu təşkil edir ki, iddiaçının özü tərəfindən imzalanan razılaşmanın təsir (təzyiq) altında imzalanması və ya digər əsasla etibarsızlığı sübuta yetirilmir, habelə əqdi bəyənərək atasının öhdəlikləri üzrə imzalanması onun istehlakçı kimi mülki məsuliyyətdən azad olunmasına və ya əqdin etibarsızlığına əsas kimi çıxış edə bilməz. Məhkəmə, razılaşma protokolu imzalayan şəxs X3 xx.xx.2014-cü il tarixdə ölməsi əsası ilə razılaşmanı etibarsız əqd kimi qiymətləndirməklə, kökündə zidd olan və qanunvericilik təməli olmayan qənaət sərgiləmişdir. Belə ki, razılaşmanı iddiaçının mərhum atası deyil, həmin ünvanda elektrik enerji istehlakçısı olan, onun oğlu (iddiaçı) imzalamaqla borc öhdəliyinə dair cavabdeh qarşısında öz məsuliyyətini müəyyən etmişdir. Bu hissədə iddianın əsassız olması ondan irəli gələn tələbin digər hissələrinində əsassız olmasına dəlalət edir və onların müzakirə edilməsinə zərurətin olmadığını şərtləndirir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 337-354, 385.1, 442,1096.1, 1096.2, 1097.1 və 1115-ci, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279-282 və 542ci, Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76, 77, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 372 və 3 85-390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsinini, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarına nəzər saldıqda tərəflər iddiaçı ilə "xxxx" ASC arasında razılaşma Protokolu bağlanarkən iddiaçının atası Tahir Məmmədov tərəfindən İddiaçı onu müxtəlif qurumlarda təmsil etmək üçün etibarnamə verildiyi müəyyən olunmamışdır. xx.xx.2021-ci il tarixdə olan “Razılaşma Protokolu” iddiaçının rəhmətlik atasının adına rəsmiləşdirilmişdir. Lakin protokol İddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunan protokolda abonentin nümayəndəsi kimi onun adının qeyd olunmasına baxmayaraq onun nümayəndə kimi tanınmağını sübut edən heç bir etibarnamə protokola əlavə edilməmiş və bu hal protokolda öz əksini tapmamışdır. 2014-cü ildə rəhmətə gedən atası tərəfindən ona hər hansı bir etibarnamənin verilməsi isə qeyri mümkündür. Yəni “Razılaşma Protokolu” səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
20. Razılaşma Protokoluna nəzər yetirdikdə onun iddiaçı tərəfindən təzyiq və məcburiyyət altında imzanladığını orada öz əksini tapmış şərtlərdən və ifadələrdən müəyyən etmək mümkündür. Belə ki, Razılaşma Protokolunun 1-ci bəndində “iddiaçının bu məsələ ilə bağlı (qanunsuz hesablanmış borcla bağlı) "xxxx" ASC-nə qarşı gələcəkdə hər-hansı bir iddia qaldırmamağı öhdəsinə götürür” qeyd olunmuş ifadələr bu protokolun iddiaçı tərəfindən məcburiyy ət qarısında, eləcə d ə son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu üçün imzalandığının əyani sübutudur. Bundan əlavə mülki iş materiallarına nəzər saldıqda borc hesablandıqdan sonra sonra iddiaçının elektrik enerjisinin kəsildiyini yalnız 2000 manat ödənişdən sonra elektrik enerjisinin bərpa edildiyini, lakin məhkəməyə müraciət edildikdən sonra təkrar kəsildiyini, yalnız müvəqqəti təminat tədbiri barədə qərardad çıxarıldıqdan və icraya yönəldiləndən sonra elektrik enerjisinin verilişi təmin edilmişdir.
21. Məhkəmə kollegiyası bu qənaətə gələrkən səhvə yol vermişdir. Çünki, Aktın əsassız olmasının və ödənilmiş pulun geri qaytarılmasının əsası və mübahisənin özəyi iddiaçının cavabdehlə imzaladığı xx.xx.2021-ci tarixli razılaşma protokolu təşkil etmir. Razılama Protokolunun əsası nı qanunsuz tərtib edilmiş akt və onun nəticəsi olaraq məcburi şəkildə iddiaçının protokolu imzalaması təşkil. Hər-halda apellyasiya instansiya məhkəməsi iddia ərizəsinə diqqət yetirmiş olsaydı iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən halları müəyyən etmiş olardı. İddia tələbinin bir hissəsi tərtib olunmuş aktın qanunsuz olması, hesablanmış borc məbləğinin ağlasığmaz məbləğdə olması, bu şişirdilmiş məbləğin abonent hesabından silinməsi, razılaşma protokolu əsasında iddiaçı tərəfindən ödənilmiş pulun geri qaytarılması tələb etdiyi halda məhkəmə bütün bu tələbləri razılaşma protokolu ilə əlaqələndirərək həqiqətənmi borc düzgün hesablanmışdır, həqiqətənmi akt düzgün tərtib olunmuşdur kimi halları araşdırmamışdır. Hesab edirik apellyasiya instansiya məhkəməsi tərəfindən razılaş ma protokolununmübahisənin özəyi kimi qəbul etməsi iddia tələbinin düzgün qiymətləndirilməməsi deməkdir. Çünki mübahisənin özəyi və iddianın əsası qanunsuz tərtib olunmuş akt, onun əsasında qanunsuz hesablanmış borc və nəticə olaraq tərəflər arasında olan qanunsuz razılaşmanın rəsmiləşdirilməsi, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 2000 manat pul təşkil edir. Məhkəmə kollegiyası isə yalnız razılaşma protokoluna münasibət bildirməklə digər halların araşdırılmamasına səbəb olan qətnamə qəbul etmişdir.
22. Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamənin 3-cü bəndinin sonuncu abzasından müəyyən olunur ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 14 ay üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi bu qanunsuz hesablamaya da göz yummuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zama nı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərəri n əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun ə saslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. İddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1215/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.