Məhkəmə qərarları › İş №2(102)-2456/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2456/2023

18.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2456/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:miras əmlaka mülkiyyət hüququnun tanınması 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(106)-2030/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşi n halları Miras əmlak ünvan 1 kəndində yerləşən 3.81 hektar torpaq sahəsinin 2/3 hissəsidir və sözügedən əmlak x, X5 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olmuşdur. X 26 yanvar 2004-cü ildə, X5 isə 19 iyul 2015-ci ildə ölmüşlər. Onlardan yuxarıda qeyd edilən əmlakın onlara məxsus hissəsi miras qalmışdır. Miras qoyanların birgə nikahından 9 övladı olmuşdur: X21, Cavabdeh2, X16, X11, X12, X13, Cavabdeh1, İddiaçı (bundan sonra – iddiaçı) və X19. X21, X16, X11, Cavabdeh2, X12, X13, X19 notariat ofisinə ərizələr ünvanlayaraq həm ataların vəfatından sonra miras əmlak üzrə vərəsəlik paylarını qəbul etmədiklərini, buna ehtiyacları olmadığını, gələcəkdə də olmayacağını, gələcəkdə müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişlər. Sözügedən şəxslər analarından qalan mirasla bağlı e yni məzmunlu ərizə imzalamışlar. Mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində hal-hazırda İddiaçı öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı ərizə ilə Neftçala rayon notariat ofisinə müraciət edərək valideynlərindən miras qalan əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Neftçala rayon notariat ofisinin 24 fevral 2022-ci il tarixli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək valideynlərindən miras qalan ünvan 1 kəndində yerləşən JN: 0003 saylı Dövlət Aktı ilə mülkiyyətə verilmiş miras əmlak olan torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və vərəsəlik şəhadə tnaməsinin verilməsinin X həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər atasından qalan əmanət puluna dair miras əmlakı atasından qalan evdə birgə yaşadıqları zamanı anası X birlikdə qəbul etmişlər. O zaman bütün vərəsələr, o cümlədən x də buna razılıqlarını ifadə etmiş, onlara heç nə lazım olmadığını deyib susmuşlar. Son zamanlar ata-anasının sağlığında Bakı şəhərində yaşayan qardaşı X ona torpaq lazım olduğunu və lazım gəlsə evi də alacağını demişdir. Əvvəllər susmuş, digər qardaş və bacıları notariat ofisinə gedib ərizə yazaraq mirasla bağlı münasibətlərini bildirmişlər. Miras açılan vaxtdan faktiki olaraq mirası özü qəbul etmişdir. Miras əmlakın qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Neftçala rayon notariat ofisinə vərəsəliyə dair sənədləri təqdim edərkən qardaşı Cavabdeh1 ilə aralarında ciddi münaqişələr yaranmışdır. Digər vərəsələr isə valideynlərindən miras qalan evdə onların sağlığından hal-hazırki günə kimi yaşamaqla torpaq sahəsini onun istifadəyə qəbul etdiyini qəbul etmişlər, vərəsələrdən biri Cavabdeh2 heç bir mövqe nümayiş etdirməmişdir. Valideynlərinin vəfatındansonra onlardan miras qalan torpaq sahəsindən o, istifadə edir. Əkinin bütün xərclərinintərəfindənçəkilməsinə baxmayaraq əldə edilən məhsuldan cavabdeh X verir. Cavabdeh1 qanunda nəzərdə tutulmuş müddət ərzində faktiki olaraq mirası qəbul etməmişdir. Miras açılan gündən 20 ilə yaxın müddət keçdikdən sonra miras payına hüququnun olduğunu bildirmişdir, Cavabdeh2 mövqeyini bildirməsə də, miras əmlakın qəbul müddətin i ötürmüşdür. Valideynlərindən miras qalan əmlak üzərində yalnız onun vərəsəlik hüququnun tanınması üçün qanuni əsaslar vardır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə atası X, anası X4 və ona 3,81 hektar torpaq sahəsi verilmiş və həmin qərar əsasında JN: 0003 saylı Dövlət Aktı alınmışdır. Sonradan iddiaçı olan qardaşı İddiaçı pay torpağının ona miras qaldığını bildirib məhkəməyə müraciət etmişdir. Özünün həmin torpaq sahəsindən başqa gəlir yeri yoxdur və onun yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir, iddiaçı isə işləməklə yaxşı qazanc əldə edir və həmin torpaq sahəsinə ehtiyacı yoxdur, qeyd etdiklərini nəzərə alınaraq iddia tələ binin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Neftçala rayon Qaçaqkənd bələdiyyəsinin 09 fevral 2022-ci il tarixli, 13 saylı arayışa əsasən, X və onun həyat yoldaşı X2 vəfatından sonra onlarda qalan miras əmlakı faktiki olaraq İddiaçı qəbul etmişdir. Mərhumların dəfn xərclərini də oğlu İddiaçı çəkmişdir. X X18 rayonu, Qaçaqkənd kəndində yerləşən mərhumlara məxsus fərdi yaşayış evində qeydiyyatda olmaqla öz ailəsi ilə birlikdə yaşayır. Evin, həyətyanı torpaq sahələrinin, həmçinin bütün təsərrüfatın vergi öhdəliklərini, eləcə də digər xərclərini İddiaçı ödəyir. Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(053)-368/2022 saylı qətnaməsi ilə (hakim Ə.Tağıyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X ölümündən sonra qalan əmanət puluna dair miras əmlakı atasından qalan evdə birgə yaşadıqları zamanı İddiaçı anası x birlikdə qəbul etmişlər. O zaman bütün vərəsələr, o cümlədən X də buna razılıqlarını ifadə etmiş, onlara heç nə lazım olmadığını deyib susmuşlar. Bunu iddia ərizəsinə əlavə olunmuş notariat qaydasında verilmiş ərizələr də təsdiq edir. Həmçinin məhkəmədə müəyyən olundu ki, İddiaçı atası x X 26 yanvar 2004-cü il və anası X 19 iyul 2015-ci il tarixdə vəfatından sonra onun əmlakını faktiki olaraq idarə etmiş və onların dəfn xərclərini də iddiaçı ödəmişdir. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cava bdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması və miras qalmış əmlaka vərəsə kimi onun tanınması və həmin daşınmaz əmlakdan mirasın özü tərəfindən qəbul etməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin həmmülkiyyətçisidir. Torpaq sahəsində pambıq, yonca əkmiş, əkinçiliklə məşğul olduğu üçün müvafiq qaydada dövlət tərəfindən subsidiya da almışdır. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etirazını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh özünə m əxsus torpaq sahəsini əkib-becərir, valideynlərdən qalan torpaq sahəsi üzrə mirası isə özü (iddiaçı) qəbul etmişdir. Atasından qalan miras əmanəti anası Püstəxanımla birlikdə qəbul etmişdir. Hazırda isə valideynlərdən qalan yaşayış evində yaşamaqla mirası faktiki qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(106)-2030/2022 saylı qətnaməsi ilə (hakim İ.Əsədov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mübahisəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətdə olan 3,81 hektardan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X və X1 miras qalmış paylarının vərəsələr İddiaçı və Cavabdeh1 tərəfindən faktiki qəbul edilməsi müəyyən ed ilməklə, həmin mirasın paylar üzrə onların hər birinin bərabər paylarının müəyyən edilməsi, həmin əmlaka mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətdə olan 3,81 hektardan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı 1/3 hissədə, Cavabdeh1 2/3 hissədə paylarının müəyyən edilməsi qət edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən mirasın qəbul edildiyi, ona faktiki sahiblik etdiyi müəyyən edilir, ona görə, o, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbinə görə, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, Cavabde h1 valideynləri ilə birgə müİkiyyətində olan 3,81 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən faktiki istifadə edir, həmin torpaq sahəsini əkib-becərir. Torpaq sahəsini əkib-becərməsi və torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq ona subsidiya ayrıldığını, kredit götürdüyünü bildirmiş, bu barədə müvafiq sübutlarını təqdim etmişdir. Torpaq sahəsindən istifadə etməsini iddiaçı da dolayı olaraq təsdiq etmişdir. İddiaçı cavabdehin özünə aid hissədə torpağı əkdiyini qeyd etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və mülkiyyətçilərin payları müəyyən edilməmişdir. Bu hal da onu deməyə əsas verir ki, sözügedən 3,81 ha-dan ibarət torpaq sahəsi üzrə miras həm də vərəsə Cava bdeh1 tərəfindən qəbul edilmişdir. Bərabər pay hüquqlu vərəsələr olaraq onların valideynlərindən miras qalmış əmlaka bərabər hüquqları vardır. Məhkəmə kollegiyası iddiaçının həm də, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahişinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qaydasında payların müəyyən edilməsi mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır, ona görə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin həvalə edilməsinə zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.2, 1159.1.1, 1243, 1246, 1248-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusi ya Məhkəməsinin Plenmunun 14 oktyabr 2022-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatlar Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X28) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, vərəsəlik hüququnun tanınması və mirasa mülkiyyət hüququnun təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, Mülki Məcəllənin maddələrinə görə, həm də əlində olan sübutlara əsasən torpağın çox hissəsi ona məxsus olmalıdır. Notarial qaydada bacı-qardaşları iddiaçıya çatacaq əmlakdan onun xeyrinə imtina etdiyi üçün onlara çatacaq torpaq sahəsi də iddiaçıy a məxsus olmalıdır. Hər övlada 0.42 ha sahə edir, iddiaçı daxil olmaqla 7 nəfərin əmlakı 2.94 ha edir. Digər bir tərəf qardaşına məxsus olan 0.42 ha torpaq sahəsi iki yerə bölündüyü üçün 0.21 ha iddiaçıya 0.21 ha da cavabdeh qardaşı Cavabdeh1 düşür. Yəni yekunda iddiaçıya 3.15, Cavabdeh1 isə 0.66 ha torpaq sahəsi düşür. Ata vəfat etdikdən sonra həmin torpağa iddiaçı vəanası mirasçı olmuşdur və o torpaqları iddiaçı əkib-becərmişdir və bu haqda çoxlu şahidləri var ki, o torpaqlara özü baxıb. Onlarda vəsiyyətnamə olmasa da qardaşlarının onu mirasçı kimi tanıması sənədlərlə sübut olunur. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi, miras qalmış əmlaka vərəsə kimi onun tanınması və həmin daşınma z əmlakdan mirası qəbul etməsi faktının müəyyən edilməsi ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti birinci instansiya məhkəməsindəki izahat və apellyasiya şikayətini oxşar məzmununda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və dövlət Aktı ilə ona, anasına və atasına verilmişdir. Torpağa mülkiyyət hüququ dövlət tərəfindən müəyyən edildiyi üçün valideynlərinin ölümündən sonra Kənd Təsərrüfatı Nazirliyində adına şəxsi kabinet açılmış və ona fermer kartı verilmişdir. Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyində 3.81 ha Kənd Təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Bu torpaqda hüquqi şəxs yalnız odur, əkinin bütün bəyannamələri Dövlətə onun tərəfindən göstərilir və buna uyğun dövlətdən fer mer kartına Kapital Bank vasitəsilə subsidiya yüklənir. Həmin subsidiyaları Kapital Bank vasitəsilə aldığını təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi halda bu sənədinə dəqiq baxılmadan kredit götürməyi kimi yazılmışdır. Bundan başqa atasının əmanət pulunun götürülməsindən xəbəri olmayıb və heç bir yerdə razılıq verməmişdir. Valideynlərin dəfn xərclərini də qardaşı yox, özü çəkmişdir. Notarial qaydada verilmiş miras əmlakdan imtina barədə ərizə verməmiş verilmiş ərizələrdən də məlumatı yoxdur. Cavabdeh1 kassasiya instansiyası məhkəməsinə teleqram ünvanlayaraq bildirmişdir ki, 3,81 ha torpağa mülkiyyət haqqında dövlət aktı artıq qüvvəsini itirmişdir. Belə ki, mübahisəli torpağa çıxarış almağa yalnız onun hüququ olduğundan sənədlər 01 fevral 2023-cü il tarixdə dövlətə təqdim edilmiş və müva fiq çıxarışlar alınmışdır. Cavabdeh1 tərəfindən 3,81 ha torpaq sahəsinin 25 aprel 2023-cü il tarixdən xüsusi mülkiyyətə keçməsi ilə bağlı 3 ədəd Çıxarışın surətini kassasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Həmin Çıxarışlara görə 1,5774 ha, 0,5826 ha və 1,65 ha torpaq sahəsi (bütövlükdə 3,81 ha) Cavabdeh1, X və X3 ümumi birgə mülkiyyətindədir. Birgə mülkiyyətçilərin payı çıxarışlarda göstərilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənil mək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə fakti k başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münas ibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını d əyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mö vqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, miras əmlak ünvan 1 kəndində yerləşən 3.81 hektar torpaq sahəsinin 2/3 hissəsidir və sözügedən əmlak X X5 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olmuşdur. X 26 yanvar 2004-cü ildə, X5 isə 19 iyul 2015-ci ildə ölmüşlər. Onlardan yuxarıda qeyd edilən əmlakın onlara məxsus hissəsi miras qalmışdır. Miras qoyanların birgə nikahından 9 övladı olmuşdur: X21, Cavabdeh2, X16, X11, X12, X13, Cavabdeh1, İddiaçı və X19. X21, X16, X11, Cavabdeh2, X12, X13, X19 notariat ofisinə ərizələr ünvanlayaraq həm ataların vəfatından sonra miras əmlak üzrə vərəsəlik paylarını qəbul etmədiklərini, buna ehtiyacları olmadığını, gələcəkdə də olmayacağını, gələcəkdə müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişlər. Sözügedən ş əxslər analarından qalan mirasla da bağlı eyni məzmunlu ərizə imzalamışlar. İşə əlavə edilmiş sübutlara görə, valideynlərinin vəfatından sonra onlara məxsus ünvan 1 kəndində yerləşən fərdi yaşayış evində İddiaçı öz ailəsi ilə birlikdə yaşayır və valideynlərinin vəfatından sonra onlardan qalan mirası faktiki olaraq oğlu İddiaçı qəbul etmişdir. Mərhumların dəfn xərcini oğlu İddiaçı çəkmişdir. İddiaçı hazırki tələbində qanun üzrə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, mirasın qəbulu ilə bağlı iddiaçı, eləcə də vərəsələrdən heç biri mirasın açılmasından sonra notariat orqanına müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarında mirasın qəbulu ilə bağlı müddətə dair hüquqi mövqeyini belə ifadə etmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterl i tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da i stisna edir.” Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında mirasın qəbulu ilə bağlı mübahisə vardır. Digər vərəsələr mirasın qəbulunu mübahisələndirmirlər, mirası qəbul etmədiklərini bildirirlər. X7, X17, X8, X10, X6 və X9 notariat qaydasında verdikləri 02 fevral 2022-ci il və 08 fevral 2022-ci il tarixli ərizələrdən görünür ki, onlar valideynlərindən miras qalan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakdan onlara çatası vərəsəlik paylarını qəbul etmədiklərini, buna ehtiyaclarının olmadığını, gələcəkdə də olmayacağını, gələcəkdə müddətin bərpası üçün məhkəməyə də müraciət etməyəcəklərini, mirası faktiki olaraq qardaşları İddiaçı qəbul etdiyini, mərhumların dəfn xərclərini də onun çəkdiyini, ata və anasının sağlığından qardaşları İddiaçı ona məxsus olan ünv an 1 kəndi ünvanında yerləşən evdə qeydiyyatda olduğunu, evin, təsərrüfatın, torpağın bütün vergilərini və xərclərini də onun ödədiyini bildirmişlər. Cavabdeh2 notariat qaydasında verdiyi 05 aprel 2022-ci il tarixli ərizədən görünür ki, onlar valideynlərinin vəfatlarından sonra miras qalan heç bir əmlakı qəbul etmədiyini, buna ehtiyacının olmadığını, bütün daşınar-daşınmaz miras əmlakdan pay istəmədiyini, gələcəkdə müddətin bərpası üçün məhkəməyə şikayət etməyəcəyini bildirmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan sübutlara hüquqi qiymət verib qeyd etmişdir ki, iddiaçı və cavabdehdən başqa, digər vərəsələrin mirası qəbul etməsi müəyyən edilmir. Təqdim edilmiş sənədlərdən və izahatlardan müəyyən edilir ki, valideynlərinin vəfatından sonra onlara məxsus ünvan 1 kəndində yerləşən fərdi yaşayış evində iddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Habelə mərhumların dəfn xərcini iddiaçı çəkmişdir. Evin, həyətyanı və pay torpaq sahələrinin, həmçinin bütün təsərrüfatın vergi öhdəliklərini, eləcə də digər xərclərini iddiaçı ödəmişdir. İddiaçı tərəfindən həqiqətən mirasın qəbul edildiyi, ona faktiki sahiblik etdiyi müəyyən edilir. Ona görə, o, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbinə görə, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bununla yanaşı, işin hallarından görünür ki, cavabdeh valideynləri ilə birgə mülkiyyətində olan 3,81 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən faktiki istifadə edir, həmin torpaq sahəsini əkib-becərir. Torpaq sahəsini əkib-becərməsi və torpaq sahə sində kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq ona subsidiya ayrıldığını, kredit götürdüyünü bildirmiş, bu barədə müfaviq sübutlarını təqdim etmişdir. Torpaq sahəsindən istifadə etməsini iddiaçı da dolayı olaraq təsdiq etmişdir. İddiaçı cavabdehin özünə aid hissədə torpağı əkdiyini qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və mülkiyyətçilərin payları müəyyən edilməmişdir. Bu hal da onu deməyə əsas verir ki, sözügedən 3,81 ha-dan ibarət torpaq sahəsi üzrə miras həm də vərəsə cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, ünvan 1 kəndində yerləşən və mülkiyyətdə olan 3,81 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı topraq sahəsinin, valideynlərindən miras qalmış hissəsinin və rəsələr iddiaçı və cavabdeh tərəfindən faktiki qəbul edildiyi müəyyən edilir. Bərabər pay hüquqlu vərəsələr olaraq onların valideynlərindən miras qalmış əmlaka bərabər hüquqları vardır. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir və işdə, tərəflərin kassasiya şikayətlərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(106)-2030/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar