Məhkəmə qərarları › İş №2(102)-2459/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2459/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2459/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov cavabdeh ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2922/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7207/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellya siya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qızıl-zinət əşyalarının müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7207/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və mülki iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7207/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən v erilmiş kassasiya şikayəti X1 edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə tərəfindən imzalansa da, vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinin tələbinə əsasən qeyd olunan hallar mövcud olduqda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul olunmamalı və iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Y uxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar