Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2460/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması barədə 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)6654/2022 saylı qərardadından Cavabdeh MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşin h allarına görə, İddiaçı Cavabdeh MMC-nə qarşı “ödənilməmiş əmək haqqının və digər ödənclərin tutulması barədə” iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-6325/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia qismən təmin edilmiş, 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiya məbləği) MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdi r. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2134/2022 nömrəli, iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
5. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın ta m təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4102/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: X2 (məruzəçi), X1 və X3) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2134/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissə də də iddianın təmin edilməsi qət edilmişdir.
8. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 qətnamədən kassasiya şikayəti, eyni zamanda “prosessual müddətin bərpası barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli qərardadı ilə “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsi və Cavabdeh MMC-nin sözügedən qətnamədən verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara almışdır.
10. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 həmin qərardaddan kassasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin həmin məhkəmənin 27 fevral 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Kassasi ya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh MMC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 15. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla mü əyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 16. 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər; 17. 408.1.4-ci maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 18. 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 19. 416.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qayda sında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılışmır.
24. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh "xxxx" MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 27 fevral 2023-cü il tarixli qərardadının surətini elektron kabinet vasitəsi ilə 28 fevral 2023-cü il tarixdə almışdır.
25. Mülki Prosessual Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinin tələblərinə görə, qətnamə işdə işt irak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər.
26. Həmin Məcəllənin 408.1.4-ci maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
27. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, haqlı olaraq qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-ti həmin qərardaddan 10 mart 2023-cü il tarixədək kassasiya şikayəti verə bilərdi. Lakin MMC, kassasiya şikayətini 03 aprel 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə Bakı Ap ellyasiya Məhkəməsinə təqdim etmişdir. Başqa sözlə, MMC, qərardaddan kassasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
28. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətində, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinin tələblərinə istinad edərək, qərardadın surətinin “Elektron məhkəmə” informasiya sistemində yaratdığı “elektron kabinetin”də yerləşdirilsə də, ona bu barədə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və sair vasitəsilə) məlumat verilmədiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
29. Eyni zamanda, kassasiya instansiyası məhkəməsi, peşəkar, uzun müddət ayrıayrı şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərən Vəkil2 “elektron kabineti”nə 28 fevral 2023-cü il tarixdən daxil olmuş 27 fevral 2023-cü il tarixli qərardad barədə yalnız 31 mart 2023-cü il tarixdə məlumat əldə etməsi, başqa sözlə peşəkar vəkil kimi onun 28 fevral 2023-cü ildən 31 mart 2023-cü il tarixədək ötən müddət ərzində “elektron kabineti”nə daxil olmuş məhkəmə sənədləri ilə maraqlanmaması inandırıcı, ağlabatan görünmür. Ona görə də kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
30. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin t ələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2023-ci il tarixli, 2(103)-6654/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.