Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2464/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Şəki ərazi Şöbəsinə, Zaqatala Rayonu Lahıc Bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X9 və X1 qarşı “bələdiyyə ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğ v edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli 2(107)-2906/2019 nömrəli qətnaməsindən cavabdeh Zaqatala Rayonu Lahıc Bələdiyyəsinin sədri X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Şəki ərazi Şöbəsinə və Zaqatala rayonu Lahıc Bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Hərrac məsələləri Dövlət Komitəsinin Şəki ərazi Şöbəsi tərəfi ndən keçirilən 28 iyul 2018-ci il tarixli hərracın nəticələrinin ləğv olunması, cavabdeh və üçüncü şəxslər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lahıc Bələdiyyəsinin ərazisində yerləşən Qumsal adlanan çöldə 8,25 ha torpaq sahəsinin torpaq islahatı başlandığı vaxtdan istifadə edir. Lahıc Bələdiyyəsi mövcud qanunları pozaraq istifadə etdiyi torpaq sahəsini heç bir xəbərdarlıq və elan etmədən tam məxfi şəkildə hərraca çıxararaq bələdiyyə sədrinin həyat yoldaşı x a, müavini x1ə, torpaq komissiyasının sədri x11ə və arvadının əmisi oğlu x111a 49 illiyə icarəyə vermişdir. Lakin bələdiyyə sədri ona bu barədə məlumat verməmişdir. Bununlada hə rracda üstünlük hüququnun olduğunu bildiyi üçün hərracda iştirakına qəsdən şərait yaratmamışdır. Bələdiyyə qanunların ziddinə olaraq əhalinin və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bütün bunlar torpağı əldə etmək üçün bələdiyyə ilə bağlanmış müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Bundan başqa hərrac təşkilatı olan HMDK Şəki ərazi şöbəsi hərracın keçirilmə qaydalarına əməl etməmişdir. Hərraca çıxarılan 8 ha torpaq sahəsi, hər hissəsi 2 ha olmaqla 4 hissəyə bölünmüş və 4 nəfər iddiaçı hərracda qalib elan edilmişdir. Hal-hazırda həmin sahənin 4 ha-da tərəfindən əkilmiş yonca bitkisi vardır. Beləliklə həm Lahıc Bələdiyyəsi, həm də Şəki ərazi şöbəsi bələdiyyə torpaqlarının idarə edilməsi, torpaq bazarının tənzimlənməsi haqqında qanunun, icarə haqqında qanunun habelə hərracın keçiril məsi ilə bağlıqaydaları birmənalı şəkildə pozduqları üçün üçüncü şəxslər ilə bələdiyyə arasında bağlanmış müqavilə etibarsız elan edilməli, hərracın nəticələri ləğv olunmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(033)-1279/2018 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Şəki ərazi Şöbəsi və Zaqatala rayonu Lahıc bələdiyyəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X9 və X1 qarşı 28 iyul 2018-ci il tarixdə HMDK Şəki ərazi Şöbəsi tərəfindən keçirilən hərracın nəticələrinin ləğv olunması, cavabdeh və üçüncü şəxslər arasında bağlanmış müqavilələrin etibarsız hes ab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 11 mart 2019-cu il tarixli, 2(107)-1046/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tаrixli, 2(033)-1279/2018 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (Ə.Əliyev, Ə.Mirzəliyev, V.İbayev) 02 avqust 2019-cu il tarixli, 2(102)-5116/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2019cu il tarixli, 2(107)-1046/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apel yasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 26 noyabr 2019-cu il tarixli, 2(107)-2906/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş Zaqatala Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(033)-1279/2018 nömrəli qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 17 saylı Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 28 iyun 2018-ci il tarixli torpaq müsabiqəsinin nəticələri barədə 204 saylı protokolu və Zaqatala rayon 2 saylı notariat kontorunda 10 iyul 2018-ci il tarixdə Zaqatala rayonu Lahıc bələdiyyəsi ilə X10, X9 və X5 ar asında 3M-217 №-li reyestrdə qeyd alınmaqla bağlanmış icarə müqaviləsi etibarsız sayılmışdır. Cavabdeh Zaqatala Rayonu Lahıc Bələdiyyəsinin sədri X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri gö stərilsə də məhkəmə işə baxarkən həmin maddələrin tələblərini pozmuşdur. MPM-in 372.1 -ci maddəsinə isə əməl olunmamışdır. Bundan başqa məhkəmə Ali Məhkəmənin bu iş üzrə qərarının üzünü köçürtməklə işin ədalətli həlli üçün heç bir səy göstərməmişdir. Ali Məhkəmənin qərarında qeyd edilən göstərişə əsasən iddiaçı inzibati orqanların publik hüquqa aid qeyri-qanuni hərəkətləri nəticəsində pozulmuş hüququnu mübahisələndirdiyi halda hazırkı işin inzibati-iqtisadi məhkəməyə aid olub-olmaması müzakirə edilməmiş və həmin hala hüquqi qiymət verilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Ali Məhkəmənin aidiyyət məsələsi ilə bağlı verdiyi göstərişə əməl etdiyini hesab etmişdir. Lakin apellyasiya məhkəməsi 10.04.2015-ci il tarixli Ali Məhkəmənin Plenum qərarını tətbiq edərkən fikir verməmişdir ki, həmin Ple numun qərarında torpaqla bağlı bağlanan müqavilələrdən danışılır, müqavilələr notariusda bağlanır, hazırki mübahisə inzibati orqan olan Hərrac təşkilatının hərracın keçirilməsindən və nəticədə mübahisə hərrac protokolunun etibarsızlığıdır. Ali Məhkəmə öz göstərişində də qeyd etmişdir "iddiaçı inzibati orqanların publik hüquqa aid qeyri-qanuni hərəkətləri nəticəsində pozulmuş hüququnu mübahisələndirdiyi halda hazırkı işin inzibati-iqtisadi məhkəməyə aid olub-olmaması müzakirə edilməmiş"dir. Ali Məhkəmənin bu göstərişindən hətta görünür ki, işin baxılması inzibati məhkəməyə aiddir. Bundan başqa Şəki Apellyasiya Məhkəməsi qətnaməsində Komissiya tərəfindən hərracın keçirilməsi üçün hazırlıq iclası keçirildiyi gün, yəni 28 iyun 2018-ci ildə həm də hərrac keçirilməsini və bir ərizə ilə eyni təkl if vermiş 4 nəfərin hərracın qalibi olmalarını işin mübahisə edilməyən halı hesab etmişdir. Lakin məhkəmə qətnaməsində əvvəlcə işin mübahisə edilməyən halı kimi qiymətləndirdiyi halı əsas götürərək hərracın nəticələrini ləğv etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Müsabiqəyə hazırlıq iclası saat 11-00-da, müsabiqə isə eyni gündə saat 15-00-da keçirildiyindən protokollardakı tarix eyni gündür. Bu ona görə eyni gündə keçirilir ki, hərrac Şəki şəhərində keçirilir, lakin hərracda iştirak edən şəxslər müxtəlif qonşu rayonlardan gələn insanlar olduğundan hərracın hazırlığı və keçirilməsi eyni gündə müxtəlif saatlarda keçirilir. Hərracın hazırlığını və hərracın keçirilməsinin eyni gündə olmasının qadağan olunmasına dair hər hansı qanunvericilik mövcud deyildir. Ona g örə də eyni gündə keçirilir. 4 nəfər bir ərizə ilə bələdiyyəyə müraciət edib, torpağı birlikdə əkib becərmək üçün 8.0 ha torpağa bir çıxarışda 4-nün də adı var. Ona görə də hərracda 4-də iştirak edib, imza atıb lakin eyni maraqdan çıxış etdikləri üçün təkcə x111un adı yazılıb. Əslində isə orada hər birinin hüququ pozulub. Bundan başqa qətnamədə qeyd olunur ki, hərrac protokolunda 2 nəfərin iştirakı qeyd olunsa da nəticə protokolunda 4 nəfərin adı qeyd edilmişdir və 4 nəfər hərracda 1 nəfər kimi i iştirak edə bilməzlər. Belə olan halda həmin 4 nəfərin içində olan 1 nəfər haqlıdır və həmin 1 nəfər qanunu yolla hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Həmin şəxsin hüquqları hansı əsasla məhkəmə tərəfindən pozulmalıdır. Məhkəmə qətnaməsində Mülki Məcəllənin 149.2-ci maddəsinin tələb ləri pozulmuşdur. Həmin maddə də deyilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd olunan Qanununun tələbinə əsasən məhkəmə hərracın qalibi olan X1 münasibətdə hərracın nəticələrini və ona münasibətdə notariusda bağlanmış müqaviləni etibarsız hesab etməməli idi. Bundan başqa cavabdeh X16 adı cavabdeh kimi Zaqatala rayon Məhkəməsinin və Şəki Apelyasiya Məhk əməsinin qətnaməsində yoxdur, lakin ən axırda iddiaçının göstərişi ilə düzəlişə əlavə edilib. Zaqatala rayon Məhkəməsinin qətnaməsində prosessual şəxs kimi adı olmayan şəxsin adını apelyasiyanın qətnaməsində adını necə əlavə etmək olar. İddia ərizəsində də həmin şəxsin adı yoxdur. Halbuki "Plan- ölçü sənədində" hüquqi şəxs kimi onun adı qeyd olunub. Bundan başqa məhkəmə notariusda bağlanmış icarə müqaviləsini etibarsız hesab etmiş lakin heç bir məhkəmə iclasına notariusu dəvət etməmiş və notarius işə baxılarkən hüquqları pozulan şəxs olsa da işə prosessual şəxs kimi cəlb edilməmişdir. Bundan başqa məhkəmə qətnaməni ləğv edərkən hərrac barədə elanların kənddə yayılmamasını əsas gətirmişdir. Bu belə deyildir, belə ki, birinci instansiya məhkəməsində bir neçə kənd sakini ifadə verərək bildird i ki, "Mülkiyyət" qəzetində verilmiş hərracla bağlı elanlar, bələdiyyənin inzibati binasının qarşısında olan elanlar lövhəsində asılmış və hətta İddiaçı həmin elanlar lövhəsində elanı gördükdən sonra bilmişdir ki, onun qanunsuz zəbt etdiyi bələdiyyə mülkiyyətində olan torpaq hərraca çıxarılmışdır. İddiaçı 2012-ci ildən müqaviləni uzatmamış və torpağı icarəyə götürmək üçün bələdiyyəyə müraciət etməmişdir. Yalnız hərrac başa çatdıqdan 2 ay sonra məhkəmədə iddia qaldırdıqdan sonra bələdiyyəyə müraciət etmişdir. İşə səlahiyyəti çərçivəsində baxmış apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin yalnız hərracın formal keçirilməsindən və bu hərracın keçirilməsindən iddiaçının xəbəri olaraq qəsdən hərracda iştirak etməyərək hazırki iddianı qaldırmaqdan irəli gəldiyinə diqqət yetirməmiş və MPM-in 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayonunun Lahıc bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10 noyabr 2012-ci il tarixli müqavilə ilə sonuncu bələdiyyənin mülkiyyətində olan 08,25 ha torpaq sahəsini icarəyə götürmüşdür. Müqavilə 11 ay müddətinə bağlanmışdır və müqavilənin müddəti uzadılmamışdır. 18 mart 2018-ci il tarixli iclasında Lahıc bələdiyyəsi qeyd edilən torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərar qəbul etmişdir. Bununla bağlı “Mülkiyyət” qəzetində 26 may 2018-ci ildə elan verilmişdir. 21 iyun 2018-ci ildə 4 nəfər şəxs X6, X11, X21, X9 bir ərizə və bir təkliflə Auksion mərkəzinə müraciət edərək mübahisəli torpaq s ahəsini icarəyə götürmək istədiklərini və 408 manat illik icarə haqqı təklif etdiklərini göstərmişlər. Eyni zamanda hərracda iştirak etmək üçün həmin tarixdə Rasim İbrahimov adlı şəxs də Auksion mərkəzinə müraciət etmiş və illik icarə haqqı kimi 405 manat təklif etmişdir. Bu müraciətlərlə əlaqədar hərracların təşkili üzrə Auksion mərkəzinin 17 saylı Şəki Ərazi Şöbəsinin torpaq müsabiqə və hərrac komissiyası müsabiqəyə hazırlıq barədə 28 iyun 2018-ci ildə iclas keçirmişdir. Həmin iclasın keçirilməsi ilə bağlı tərtib edilmiş 28 iyun 2018-ci il tarixli protokolla hərracda (müsabiqədə) iştirak edəcək 2 nəfər şəxsin siyahısı təsdiq edilsə də həmin protokolda hərracda iştirak edəcək 5 nəfər şəxsin adları göstərilmişdir və onların adları aşağıdakı sıralama ilə qeyd edilmişdir;
1. X6, X11, X21, X9;
2. X7. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə Komissiya tərəfindən hərracın keçirilməsi üçün hazırlıq iclası keçirildiyi gün, yəni 28 iyun 2018-ci ildə həm də hərrac keçirilmiş və bir ərizə ilə eyni təklif (408 manat icarə haqqı) vermiş 4 nəfər X6, X11, X21, X9 hərracın qalibi elan edilmişdir. Hərracın nəticələrinə görə Auksion Mərkəzi tərəfindən həmin şəxslərə auksionun qalibi olmalarına dair şəhadətnamələr verilmişdir. 10 iyul 2008-ci il tarixli icarə müqaviləsi ilə Lahıc bələdiyyəsi 8 ha torpaq sahəsini hər birinə eyni ölçüdə olmaqla auksionun qalibi olmuş şəxslərə illik icarə haqqı 408 manat olmaqla 49 il müddətinə icarəyə vermişdir. İddiaçı bildirir ki, bələdiyyə ilə bağladığı müqavilənin müddəti bitsə də, mübahisə predmeti olan torpaq sahəsi hazırkı vaxta qədər onun is tifadəsindədir. Lahıc bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsini gizli şəkildə hərraca çıxarmış, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı ərazidə yaşayan sakin və torpaqdan istifadə edən şəxs kimi məlumatlandırılmamış və bələdiyyə sədri torpaq sahəsinin əri xa, müavini x1ə, bələdiyyə üzvü x11ə və ərinin əmisi oğlu x111a icarəyə verilməsinə nail olmuşdur. Cavabdehlər eyni məzmunlu izahatlar verməklə bildirirlər ki, 8 ha torpaq sahəsi hərraca tam qanuni əsaslarla çıxarılmış və hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verilməmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticələri onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar Respublika əhəmiyyətli “Mülkiyyət” qəzetində elan verilsə də, bu elan Lahıc bələdiyyəsinin ərazisi ndə yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Belə ki, iş üzrə həmin qəzetin Lahıc bələdiyyəsinin ərazisində abunəçiləri olması, hərrac keçirilən dövrdə həmin qəzetin Lahıc bələdiyyəsinin yerləşdiyi əraziyə çatdırılması və satılması barədə sübut təqdim edilməmişdir. Bundan başqa, bələdiyyə həmin qəzetdə elan verməklə yanaşı, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.7-ci maddəsinin tələblərini pozaraq ərazidə yaşayan sakinləri satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsilə əvvəlcədən məlumatlandırmamışdır. Həmçinin, 8 ha torpaq sahəsi ilə bağlı baş tutmuş auksion hərracın keçirilməsi ü çün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmiş, hərracda iştirak etmək niyyətində olan 5 nəfər şəxsdən 4 nəfər şəxsin bir yazılı ərizə ilə və eyni təkliflə, yəni illik icarə haqqına görə 408 manat pul təklif etməsi ilə çıxış etməsi hərracda iştirak etmək istəyən hər bir şəxsin təklif etdiyi məbləğin digər hərrac iştirakçılarına məlum olmaması prinsipini pozmuş, hərraca hazırlıqla bağlı komissiyanın iclası 28 iyun 2018-ci ildə keçirildiyi halda, hərrac da eyni tarixdə, yəni 28 iyun 2018-ci ildə keçirilmişdir. Eyni zamanda hərraca hazırlıq barədə komissiyanın 28 iyun tarixli protokolu ilə hərracda 2 nəfər şəxsin iştirak etdiyi qeyd edildiyi halda, hərracın qalibi olaraq 4 nəfər şəxsin adı göstərilmişdir. Torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolu və müsabiqə proto kolunun nömrələri də eyni (204) göstərilmişdir. Müsabiqə keçirilərkən 4 nəfər şəxsin bir nəfərlə təmsil оlunmаsına baxmayaraq, bir nəfər şəxs (Nüsrət Aslanov) digər üç nəfərin adından çıxış etməyə vəkil edilməmişdir. Bütün bu hallar, hərracın qanunsuz keçirilməsinə dəlalət etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, kassasiya instansıyasının göstərişlərinə əməl etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.7-ci maddəsinə əsasən Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nda göstərilmişdir ki, ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs verdikdə əriz əçidən ərizə və ona əlavə edilmiş sənədlər qəbul edilmir. (müsabiqə və hərracda iştirak etmək şərtləri, ərizələrin verilməsi və qəbul edilməsi qaydaları, bölmə İİİ, bənd 10) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azər baycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, hərracın (müsabiqənin) nəticələri etibarsız saydıqda ondan sonra bağlanmış bütün müqavilələr etibarsızlığına səbəb olduğundan iddia tələbinin bələdiyyə ilə üçüncü şəxslər arasında bağlanmış icarə müqaviləsinin etibarsız sayılması hissəsi də əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və maddi və prosessual hüquq normalarına uyğundur. Kassasiya şikayətinin mübahisənin aidiyyətinin inzibati məhkəməyə aid olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Pıenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli Qə rarının 6.2-ci bəndinə əsasən torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddianın predmetini “bələdiyyə ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi” təşkil etdiyindən bu mübahisə düzgün olaraq, mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Kassasiya şikayətinin digər dəlilləri, yəni, mülki iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq işin hallarının düzgün müəyyən edilməməsi, sübutlara düzgün qiymət verilməməsi barədə qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qə rarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tə rəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci madd ələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Zaqatala Rayonu Lahıc Bələdiyyəsinin sədri X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli 2(107)-2906/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.