Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2465/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)1175/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.2010-cu ildə X1 Gilas Ramiz qızı ilə faktiki nikah münasibətinə daxil olmuş və onların faktiki ər-arvad münasibətlərindən 25 mart 2022-ci il tarixdə Nərmin, 24 avqust 2012-ci il tarixdə Sərdar, 13 may 2014-cü il tarixdə Nuray, 10 iyun 2017-ci il tarixdə Amin adlı uşaqları doğulmuşdur. 2. 30 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 35 saylı evin 3 otaqlı, ümumi sahəsi 66,1 kv.metr olan 42 saylı mənzili X2 adına satın alınıb və bu barədə onun adına mülkiyyət hüququna dair 20 noyabr 2014-cü il tarixli Çıxarış verilib. 3. 23 avqust 2017-ci il tarixdə X7 ilə Cavabdeh aralarında bağlanmış nikah qeydə alınmışdır. 4. 08 yanvar 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X7 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekt i, 35 saylı evin 42 saylı mənzilini anası İddiaçı bağışlamış və bu barədə sonuncunun adına 13 yanvar 2022-ci il tarixli Çıxarış verilmişdir.
5. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)3860/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı və X3 qarşı “mənzilin bağaşlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” barədə ilk iddiası, həmçinin İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” barədə qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh İmamverdi qızı, X8, X10, X11 və X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları müəyyən edilmiş və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsind ə icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh (bundan sonra- cavabdeh) və azyaşlı uşaqları- 25 mart 2011-ci il təvəllüdlü X8, 13 may 2014-cü il təvəllüdlü X11 və 10 iyun 2017-ci il təvəllüdlü X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi ilə həmin mənzildən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun gəlini, yəni, oğlu X2 arvadı olmuşdur. Cavabdeh ilə oğlu X7 23 avqust 2017-ci il tarixdə nikah bağlamışlar və həmin dövrdə onlar ona məxsus evdə yaşamışlar. 2019-cu ildə cavabdeh oğlu X7 ilə ailə münasibətlərinə son qoyub evdən getmiş, bir müddət Tovuz rayonunda yaşamışdır. Bundan sonra, mübahisəli mənzildə kirayəçilər yaşamış, kirayəçilər mənzildən çıxdıqdan sonra cavabdeh mənzilin qıfılını çıxarıb, uşaqları ilə birlikdə mənzilə daşınaraq orada yaşamağa başlamışdır. Sonra cavabdeh ona və oğlu X4 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mübahisəli mənzilin bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi, mənzildə onun və övladları X8, X10, X11 və X9 həmin mənzildə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı da cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilindən azyaşlı uşaqları ilə birlikdə çı xarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh İmamverdi qızı, X8, X10, X11 və X9 mübahisəli mənzildən istifadə hüquqlarının müəyyən edilməsi və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru icra sənədini icra edərək iddiaçını həmin mənzilə köçürsə də, cavabdeh ona həmin mənzildə yaşamağa icazə verməmiş, sonradan qapının açarını dəyişərək iddiaçını mənzilə buraxmamamış, mənzilə getmək istədikdə isə qapıda yalandan səs-küy yaradaraq aralarında mübahisə salmağa çalışmış, polisə zəng edərək iddiaçını onu dö yməklə üzərinə böhtan atmış, bir sözlə iddiaçıya öz mülkiyyətində yaşamağa imkan verməmişdir. İddiaçı bu barədə icra məmuruna bildirdikdə icra məmuru artıq icra sənədi üzrə icraata xitam verdiyini əsas gətirərək, bu halın onların şəxsi məsələsi olmasını və aralarında olan münasibətlərə qarışa bilməyəcəyini demişdir. Cavabdehin bu hərəkətlərinə görə iddiaçı öz mülkiyyətindən məhrum olduğuna görə, o cavabdehin azyaşlı uşaqları ilə birlikdə sözügedən mənzilə olan istifadə hüququna bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə xitam verilməsini istəyir. Cavabdehin oğlu 24 avqust 2012-ci il təvəllüdlü X10 atasının yanında qalır, o iddiaçı ilə yaşamır, iddiaçı ilə birlikdə yalnız azyaşlı uşaqları 10 iyun 2017-ci il təvəllüdlü X15, 13 may 2014-cü il təvəllüdlü X11 və 25 mart 2011-c i il təvəllüdlü X8 yaşayırlar. Cavabdeh iddiaçı ilə yaşamaq istəmir, onu öz mülkiyyətində olan mənzilə buraxmır, cavabdehin iddiaçının evində yaşaması, iddiaçının öz evində rahatçılığını, mülkiyyət hüquqlarını pozmaqla yanaşı iddiaçı üçün bir sıra maddi və texniki problemlər də yaratmışdır. Bu baxımdan cavabdehin azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə xitam verilməklə cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı onların istifadə hüquqlarına xitam verilməsi üçün 2-3 illik kirayə haqqı ödənilməklə xitam verilməsini tələb edir. O, övladlarının hüquqları naminə bunu qəbul etmir. Belə ki, onların mənzildən istifadə hüququ müvəqqəti deyil daimi olaraq tanınmışdır. Belə olan halda mənzildən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun olaraq ona kompensasiya ödənilməli və həmin kompensasiya məbləği ona müəyyən müddətdə davamlı surətdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Hal-hazırda aylıq kirayə haqqı 250-300 manat deyil, 400-500 arasındadır. Bundan əlavə bazar qiyməti mənzilin qiymətilə təyin edilməməlidir. Buna görə də məhkəmənin sorğusu əsasında bazar qiyməti müəyyən edilməklə araşdırılaraq işə baxılmalıdır. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir.
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 9/2343 saylı məhkəmə-əmtəəşü naslıq ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 35 saylı evin, 3 otaqlı, ümumi sahəsi 66,10 kv.metr olan 42 saylı mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 370 manat təşkil edir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(011)1691/2023 saylı qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin olunaraq, iddiaçı tərəfindən 18.000 manat kompensasiya ödənilməklə, cavabdehin övladları X8, X11 və X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 35 saylı evin, 42 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilmənin eyni vaxtda icra olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödəməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və tələbin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir.
12. Birinci instansiya məhkəməsi ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq qeyd etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
13. Mülki iş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq eksp ertizasının rəyinə əsasən, sözügedən mənzilin ümumi sahəsi 66.10 kv.metr və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 370 manat müəyyən edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin orta aylıq kirayə haqqı 370 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 4.440 manat, iki il üçün 8.880 manat, üç il üçün 13.320 manat təşkil edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 3 il müddətinə nəinki müəyyən müddət daxilində başqa yerdə yaşamaq, hətta əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış sahəsi ilə təmin oluna bilərlər, bu isə onun mübahisəli mənzildə yaşadığı dövr nəzərə alındıqda ağlabatan müddət kimi qəbul edilə bilər. Cavabdehin himayəsində azyaşlı uşaqların olmasını, habelə uşaqların maraqlarını nəzərə alaraq məhkəmə təklif olunan kompensasiyanın məbləğini ağlabatan hesab edir.
15. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 228.1, 228.2, 228.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilm əsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği yetərli deyil və həmin kompensasiya məbləği ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 12 mart 2024-cü il tarixli, 2(103)-1175/2024 saylı qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), A.Hüseyn və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(011)-1691/2023 saylı qətnaməsinə ödəniləcək kompensasiya məbləği hissəsində dəyişiklik edələrək, iddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləği 20.000 manat məbləğində müəyyən edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi, iddiaçı tərəfindən cavabdehə təklif olunan 20.000 manat kompensasiya məbləğini yetərli sayaraq, habelə cavabdehin 72.000 manat kompensasiya tələbinə dair apellyasiya dəlilinə münasibətdə qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasında olan fərq nəzərə alınmalıdır. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu istifadə hüququna mülkiyyətçinin məhkəmədə tələbinə əsasən bazar qiyməti ilə kompensasiya verilməsi ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirmiş, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, hər ik i hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması qənaitinə gəlmişdir. Evdən istifadə hüququ olan şəxsin həmin evin dəyəri nəzərə alınmaqla və ya yeni yaşayış sahəsi əldə etməsinə kifayət edən kompensasiyanın verilməsini tələb etməsi əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. Hazırda təklif olunan 20.000 manat məbləğində kompensasiya ekspert rəyində müəyyən olunan qiymətlə deyil, cavabdehin əsaslandığı aylıq 400-500 manat məbləğ əsas götürüldüyü təqdirdə belə 4 il, yəni, d avamlı yaşamaq üçün zəruri olan vəsaitdir.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin kompensasiyanın ödənilməsi ilə bağlı iddianın təmin edilməsi ilə əlaqədar nəticəsi düzgün olsa da, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, kompensasiyanın məbləği hissəsində qətnamənin dəyişdirilməsinə əsas verir.
21. Apellyasiya instansiyası məhkəməsi, öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələrinə, Mülki Məcəllənin 148.2, 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına, K onstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına, “Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 12 iyul 2016-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 217.3, 218.3, 372.7, 384.0.3-cü maddələr inə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 228.4cü maddəsinə əsasən mənzilin bağışlanması ilə mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən daimi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Qanunvericiliyin tələbinə əsasən, kompensasiyanın məbləğinin yetərli olubolmamasınımüəyyən etmək səlahiyyəti işə baxan məhkəmələrə verilib.Məhkəmə yalnı z mülkiyyətçinin 20.000 manat kompensasiya verilməsi təklifini nəzərə almış, onların narazılığını isə nəzərə almamış, 3 il müddətinə kifayət etməyən ədalətli və yetərli olmayan məbləğ təyin etmişdir. Halbuki, məhkəmə mənzilin aylıq real dəyəri həddində, bir aylıq kirayə haqqını 370 manat olması nəzərə alınaraq kirayə haqqını MM-nin 551-ci maddəsinə əsasən 5 il, cəmi 60 ay=22200x4 nəfər ailə istifadə hüququ olan=88.960 min manat tarazlaşdırılmış kompensasiya məbləği mülkiyyətə bərabər pay kimi müəyyən edərək mülkiyyətçiyə təklif etməli idi və razılıq olmadığı təqdirdə qətnamənin ləğv edilərək mənzilə daimi istifadə hüququnun saxlanılmasını təmin etməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində, kassasiya şikayətinin təimin edi lmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin h ərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir.
31. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı: 32. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
41. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmənin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
44. Kassasiya instansiyası məhkəməsi, tərəflər arasında yaranmış hazırkı mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Əvvəla, işin mübahisə olunmyan hallarına görə, 2010-cu ildə X6 cavabdehlə faktiki nikah münasibətinə girmiş və onların faktiki ər-arvad münasibətindən 4 uşaqları doğulmuşdur. Bundan sonra, 30 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı ş əhəri, Xətai rayonu, Gəncə prospekti, 35 saylı evin 3 otaqlı, ümumi sahəsi 66,1 kv.metr olan 42 saylı mənzili X2 adına satın alınmışdır. X7 ilə cavabdeh arasında ailə münasibətləri pozulduqdan sonra isə 08 yanvar 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X7 mənzili anası İddiaçı bağışlamışdır.
46. Daha sonra, tərəflər arasında mənzillə bağlı məhkəmə mübahisəsi olmuş və son nəticədə mənzildə iddiaçının mülkiyyət, cavabdehin isə istifadə hüquqları olduğu müəyyən edilmişdir.
47. Hazırda iddiaçı, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehlə aralarında hər hansı razılaşmanın olmadığını göstərib, onun bu hüququna bazar qiymətinə uyğun olaraq 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsini, habelə cavabdehin azyaşlı övladları ilə birlikdə həmin mənzildən çıxarı lmasını iddia edir.
48. Cavabdeh isə ona və övladlarına təklif olunan 20.000 manat kompensasiya məbləğinin iddiaçının hesabına onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini, ona və övladlarına mənzildən istifadə hüququna xitam verilməsinə yalnız bazar qiymətinə uyğun 88.960 manat kompensasiya ödənildiyi halda razı olacağını göstərib, iddiaya etiraz edir.
49. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
50. Digər tərəfdən, qüvvədə olan qanunver ciliyə görə, eyni mənzildə ailə üzvləri və onlara bərabər tutulan şəxslər yaşadıqları halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
51. İlk növbədə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır.
52. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulm azlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib.
53. Həmçinin, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şə xslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
54. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllə ilə tənzimlənir.
55. Eyni zamanda, nəzərə alınmalıdır ki, mülki qanunvercilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
56. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.
57. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
58. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsi ndən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
59. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub.
60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassas iya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, hazırkı iddia tələbinin düzgün həlli üçün ilk növbədə cavabdehin və onunla yaşayan övladlarının mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının onlara təklif etdiyi 20.000 kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığı və cavabdehin azyaşlı övladları ilə birlikdə həmin kompensasiya hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı veribvermədiyi tam, hərtərəfli və obyektiv araşdırılmalıdır.
61. Digər tərəfdən, işin hallarına görə mübahisəli 42 mənzil 3 otaqlı, ümumi sahəsi 66,1 kv.metr olmaqla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 35 saylı evdə yerləşir və Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023-cü il tar ixli ekspert rəyinə görə sözügedən ünvanda yerləşən, ümumi sahəsi 66,10 kv.metr olan oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 370 manat təşkil edir.
62. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə cavabdehin izahatından görünür ki, o azyaşlı övladları ilə birlikdə 2014-cü ildən hal-hazıradak fasiləsiz və etirazsız olaraq mübahisəli mənzildə yaşayırlar və onun istifadəsində digər yaşayış sahəsi yoxdur. İddiaçı tərəfindən onlara təklif olunan 20.000 manat kompensasiya məbləği isə özlüyündə real bazar qiymətini özündə əks etdirmir.
63. Əvvəla, qeyd olunan ekspert rəyində sözügedən ünvanda yerləşən, ümumi sahəsi 66,10 kv.metr olan oxşar şəraitli mənzilin aylıq icarə haqqının təxminən 370 manat olduğu müəyyən edilsə də, mənzilə ümumiyyətlə qiymə t qoyulmamış və ekspert rəyində oxşar mənzillərin aylıq icarə haqları barədə hər hansı təhlil aparılmamışdır.
64. Bundan başqa, Xətai rayonunda yerləşən 3 otaqlı mənzildən istifadə hüququna xitam verilməsinə görə iddiaçı tərəfindən cavabdehə və övladlarına 20.000 manat kompensasiya məbləğinin təklif olunması da, sonunucunun şikayətlərinin açıq-aşkar əsassız olmaması nəticəsinə gəlməyə əsas verir.
65. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin 20.000 manat kompensasiya məbləğinin ona azyaşlı övladları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsinə dair apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparmadan, başqa sözlə cavabdehə ödəniləcək kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməməklə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub.
66. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən də mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir.
67. Həmçinin mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə mənzildən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoymayıb. Eləcə də mövcud qanunvericilikdə mənzildən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə və yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub.
68. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iddiaçı tərəfindən cavabdehə təklif edilən 20.000 manat kompensasiya məbləğinin yetərli olub-olmadığını araşdırmalı və bundan sonra iddianın əsaslılı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir.
69. Mülki Prosessual Məcəlləsi nin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)-1175/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.