Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2466/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi 01.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-58/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus ünvan 1 ünvanına dair xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında aktlar tərtib edilmiş və həmin aktlar üzrə hesabat aparılmaqla abonentə borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, əsassız hesablanmış 10.562,89 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən təbii X2nın pozulması haqqında yaşadığı ünvana (**********00890 saylı kod) 2019-cu ilin aprel ayında ona 853 manat, 20 qəpik, noyabr 2020-ci ildə 174 manat 60 qəpik, dekabr 2020-ci ildə 295 manat 20 qəpik, yanvar 2020-ci il tarixdə 295 manat 20 qəpik, 2020-ci ilin avqust ayında 583 manat 20 qəpik, 2020-ci ilin dekabr ayında 2656 manat 80 qəpik, 02 fevral 2021-ci ildə 295 manat 20 qəpik, mart 2021-ci ildə 295 manat, 20 qəpik, aprel 2021-ci il tarixdə 295 manat 20 qəpik, mart 2021-ci il tarixdə 194 manat 40 qəpik, iyun 2021-ci il tarixdə 194 manat 40 qəpik, 2021-ci ilin iyul ayında 194 mana t 40 qəpik, avqust 2021-ci ildə 194 manat 40 qəpik, entyabr 2021-ci ildə 295 manat 20 qəpik, oktyabr 2021-ci ildə 504 manat, noyabr 2021-ci ildə 604 manat 80 qəpik, dekabr 2021-ci il tarixdə 648 manat, cəmi 10562 manat 89 qəpik qaz sayğacına görə cərimə borc hesablanmışdır. Həmin cərimənin necə hesablanması ilə maraqlananda ona bildirmişlər ki, o, qanundan kənar xətdən istifadə edir. Lakin bu əsassızdır.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianı etiraf etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(003)1140/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən (**********00890 saylı abonent hesabına) əsassız hesablanmış 10562,89 manat məbləğində borc silinməsi və 121,69 manat dövlət rüsumunun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə qaz sayğacından kənar qeyri-qanuni xəttin istifadə edilməsi və buna görə də qaz itkisinin yaranması istehlakçının, yəni iddiaçının müdaxiləsi nəticəsində baş verməsi sübuta yetirilmir. Hazırkı halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
7. Məhkə mə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazırlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 4.8-ci və 4.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edimişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşlar tərə findən akt tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilmiş aktları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Həmçinin məhkəmə iddiaçının qeyd etdiyi halların araşdırılması məqsədi ilə bağlı olaraq, aktları tərtib etmiş şəxsləri məhkəmə iclasına dəvət etməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza və yerində müayinə təyin edilməsi zəruri və qaçılmazdır.
10. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəm ə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-58/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi) Fərid Əyyubov və Elmar Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanəılmışdır.
12. Məhkəmə kollegiyası ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, mübahisəli ünvanda quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər.
15. İddiaçı Cavabdeh İB vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanmışdır. İddiaçı əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır. Bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamışdır.
16. İddiaçı həmin ünvanda yaşamadığını, qonşuların ancaq su quyusundan istifadə etməsini qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
17. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkil lər heç biri uyğunluq təşkil etməmişdir. Bu da onun ifadə etməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, ekspertin həqiqətən tədqiqat obyektini tədqiq etməsi şübhəyə səbəb olur. Təqdim edilmiş saldoya diqqət yetirdikdə, açıq aydın olur ki, aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
21. Maddə 6, hissə
2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş X2:
22. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanu nsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.
31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının qaz xəttinə kənar qoşulması cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu hal ekspertiza rəyi ilə də təkzib olunmuşdur. Belə olan halda, cavabdehin tərtiblədiyi aktlar mötəbər sayılmamış və hesablanmış borc əsassız hesab edilmişdir.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. Kassasiya şikayətinin bə zi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayəti tə min olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-58/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.