Məhkəmə qərarları › İş №2(102)-2467/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2467/2020

24.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2467/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, ona məxsus 0,06 ha torpaq sahəsinin 20 metr hissəsində aparılmış bərkitmə işlərinin və qeyri-qanuni tikilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəm əsinin (hakim C.İmanov) xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Xi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən aparılmış tikinti-bərkitmə (beton) işlərinin sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməsi qət оlunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Rəfiyev (sərlik edən və məruzəçi), G.Abbasov və M.Hüseynov) xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3217/19 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabd eh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası X2 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası X2 X tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 11907 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Cavabdeh X tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə istifadə etməli olduğu torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi üstüstə düşür, torpaq sahələri arasında konfiqurasiya fərqi yoxdur. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi qeyd edilən torpaq sahəsinin hüdudları çərçivəsində aparılmışdır. Lakin evin ətrafında aparılmış bərkit mə işləri İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə mülkiyyətində olmalı torpaq sahəsi üzərində aparılmışdır. İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə mülkiyyətində olmalı torpaq sahəsi üzərində və onun hər hansı hissəsində Cavabdeh tərəfindən qanunsuz tikili inşa edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan X tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə mülkiyyətində olmalı torpaq sahəsi üzərində və onun hər hansı hissəsində Cavabdeh tərəfindən qanunsuz tikili inşa edilməmişdir. Lakin Azərbaycan Respublikası X2 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi istiqamətində, yəni Cavabdeh evinin arxa hissəsində ev boyu aparılmış bərkitmə işləri İddiaçı RX seriyalı ******* nömrəli çıxarış üzrə mülkiyyətində olmalı torpaq sahəsi üzərində aparılmışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən öz fərdi yaşayış evinə aid inşa edilmiş tikinti-bərkitmə (beton) işləri iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən, bu tikili qanunsuz olmaqla iddiaçının mülkiyyət hüququna müdaxilə etməklə onun bu hüququnu məhdudlaşdırır. Yuxarıda qeyd olunan işin hallarını və məhkəmə ekspertizasının rəyini nəzərə alan apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası X2 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsində inşa etdirdiyi yaşayış evinin iddiaçının torpaq sahəsinə doğru istiqamətdə arxa hissəsində ev boyu olan İddiaçı verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsinin üzərində aparılmış ti kinti-bərkitmə (beton) işlərinin sökülməsi barədə gəlinən nəticə əsaslıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar