Məhkəmə qərarları › İş №2(102)-2467/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2467/2024

04.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2467/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, özbaşına tikilinin sökülməsi, sübutların qiymətləndirilməsi, ekspert rəyinin alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olun maqla) qarşı “qanunsuz inşa edilmiş qeyriyaşayış binasının sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2673/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 26.3 kv.m qeyri-yaşayış binası (9 saylı emalatxana) 2647 nömrəli xx.xx.2013-cü il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. 2. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 280.4 kv.m torpaq sahəsi 4512 nömrəli xx.xx.2013-cü il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsin in alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixdə vahid əmlak olmaqla X2 adına ilkin qeydiyyatdan keçmişdir. 3. 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu B.M.Mehdiyev tərəfindən təsdiq edilmiş 4Ə-1185 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, sözügedən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanının yanında General Mehmandarov küçəsi, 71b saylı ünvanda yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının onun hesabı na sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında həyət evində yaşayır. X1, X5 və X4r. Həmin yoldan onlardan başqa Zığ yamacında məskunlaşmış 100dən artıq ailə də istifadə edir. Əvvəllər iddiaçının yaşadığı evin yanında X3 məxsus kiçik bir dəmir qaraj var idi (təxminən 20 kv.mlik). Sonradan məlum olmuşdur ki, həmin qaraj və onun yerləşdiyi ərazi Məsumə Məhsumova tərəfindən özgəninkiləşdirilmiş, həmin qaraj və onun yerləşdiyi ərazi Cavabdeh satılmışdır. İddiaçı cavabdehin həmin ərazidə obyekt tikəcəyindən şübhələnərək, cavabdehə onların normal yaşamaqlarına mane ola biləcək bir obyekt tikməməsini xahiş etmişdir. Cavabdeh də burada belə bir obyekt tikməyəcəyinə dair söz vermiş və dəmir konstruksiyalardan böyük bir qeyri-yaşayış binası tikməyə başlamışdır. Hazırda məlum olmuşdur ki, Cavabdeh həmin qeyri-yaşayış binasını avtomobil təmiri sexinə çevirərək satmaq istəyir. Çünki hazırda binanın içərisində bokslar və avtomobil təmiri üçün digər avadanlıqlar quraşdırılır. Həmin obyekt avtomobil təmiri sexi kimi fəaliyyət göstərərsə, artıq ərazidə yaşamaq qeyri-mümkün olacaqdır. Çünki obyekt iddiaçının həyətinin hasarına bitişik vəziyyətdədir. Həmin təmir sexinə çoxsaylı maşınlar gəldikdə orada səs-küydən durmaq mümkün olmayacaqdır. Həmçinin həm onların evlərinin, həm də Zığ yamacında məskunlaşmış 100-dən artıq ailənin yolu bağlanacaqdır. Həmin əraziyə yük və yanğınsöndürən maşınların daxil olması da qeyri-mümkün olacaqdır. Bundan əlavə həmin sexdə qaynaq işləri də aparılacaqdır. Yaşayış evlərinin əhatəsin də qaynaq işlərinin görülməsi özünün və ailə üzvlərinin həyatı üçün təhlükə təşkil edir. Müxtəlif dövlət orqanlarına, o cümlədən Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etməklərinə baxmayaraq, indiyə kimi əsaslı tədbirlər görülməmişdir. Cavabdeh yaşadığı evə bitişik, eləcə də, qonşularının evlərinin yanında ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazə verilməsi və şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması qaydalarını, habelə iddiaçının, ailəsinin və qonşularının təhl ükəsiz şəraitdə yaşamaq hüququnu pozmaqla, onların həyatı və dincliyi üçün ciddi təhlükə təşkil edən içərisində avtomobil sexi olan qeyri-yaşayış sahəsi tikmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbi təmin edilməməlidir, belə ki, hazırkı iddia tələbi cavabdehin konstitusion hüquqlarını pozur. Həmin daşınmaz əmlaka dair cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır, çıxarışı vardır, həmin torpaq sahəsində cavabdeh istədiyi fəaliyyətlə məşğul ola bilər. Bu halın üçüncü şəxslərin hüquqlarının pozulmasına hər hansı təsiri yoxdur. İddiaçının iddia tələbində göstərdiyi normalar pozulsaydı, müvafiq qurumlar bununla bağlı iddia qaldıra bilərdilər. İddiaçının özünün yaşadığı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır, ona görə onun heç bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(011)-835/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim – İlahə Abbasova) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mövcudluğu ilə deyil, həmin qeyri-yaşayış sahəsində emalatxana fəaliyyətinin göstərilməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmiş dir ki, cavabdeh həmin ərazidə anbarın olacağını bildirmiş və bu barədə razılığa gəlmişlər, lakin cavabdeh sonradan həmin qeyriyaşayış sahəsində avtomobil təmiri sexi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarda cavabdehə məxsus qeyriyaşayış sahəsində aparılan qanunsuz fəaliyyət nəticəsində hüquqlarının pozulduğunu bildirsə də, tələbində həmin fəaliyyətin həyata keçirildiyi tikilinin sökülməsini tələb etmiş, iddia tələbinin predmeti dəfələrlə müzakirə olunsa da, məhkəmə gedişatı zamanı iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir.

9. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, İddiaçı faktiki sahibliyində və istifadəsində olan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyya ta aldırmamaqla yanaşı, cavabdehin mülkiyyətində olan daşınmaz əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədləri təqdim etməmiş, həmin əmlakın mövcudluğunun onun hər hansı hüquqlarına toxunduğunu, hüquqlarını pozduğunu sübuta yetirə bilməmişdir.

10. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı sökülməsini tələb etdiyi tikilinin onun hər hansı hüquqlarını pozduğunu sübuta yetirə bilmədiyindən iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81-ci maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti ver ərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə hazırlıq icraatı mərhələsində iş üzrə obyektiv qərar qəbul edilməsi üçün əvvəllər 26,3 kv.m qeyri-yaşayış binasının (9 nömrəli emalatxananın) sonradan 280,4 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak olmaqla X2 adına ilkin qeydiyyatdan keçirilməsi üçün əsas olmuş ilkin sənədlərin təsdiq edilmiş surətlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsindən tələb edilməsi barə də vəsatətin də “həmin məsələ inzibati məhkəmələrin səlahiyyətinə aid olması” əsası ilə təmin edilməmişdir. Məhkəmə baxışının sonunda verilən “iş üzrə obyektiv, tərəfsiz və qərəzsiz qərar qəbul edilməsi məqsədilə işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarılması və işin mahiyyəti üzrə məqsədilə işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarılması və işin mahiyyəti üzrə baxılmasını davam etdirilməsi barədə” vəsatət də təmin olunmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-2673/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Cavabdeh mülkiyyətində olan, Xətai rayonu, General Mehmandarov küçəsi, 71b ünvanındakı 0,028040 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinin perimetri boyu metal konstruksiyalardan və digər inşaat materiallarından inşa edilmiş tikili Cavabdeh hesabına sökülməsi qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sökülməsi tələb olunan qeyri-yaşayış binası özbaşına tikintidir. Bu fakt mübahisə doğurmur, çünki lazımi icazələr alınmadan inşa edilib, icazələr barədə sübut məhkəməyə təqdim edilməyib.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin vəkili və nümayəndəsi də apellyasiya icraatı zamanı etiraf etmişdir ki, həmin tikinti torpaq sahəsinin perimetri boyu inşa edilib. O cümlədən Bakı şəhər Mem arlıq və Şəhərsalma İdarəsinin məktubunda həmin qeyri-yaşayış obyektinin sahəsinin 250 kv.m olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hüququn tətbiqi üçün ölçülərin dəqiqliyi əhəmiyyət daşımadığından mütəxəssis rəyinin alınmasına zərurət yoxdur.

17. Kollegiya hesab etmişdir ki, iddiaçı özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malikdir. İddiaçının və onun ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi üçün özbaşına tikintinin sökülməsi zəruridir. Metal konstruksiyalardan inşa edilmiş, hündürlüyü təxminən 6 metr, sahəsi isə təxminən 250 kv.m olan özbaşına tikinti iddiaçının, onun ailə üzvlərinin, o cümlədən yaxınlıqda yaşayan və müxtəlif səbəblərdən yaxınlıqda olan hər bir şəxsin təhlükəsiz yaşamaq hüququnu pozur. Özbaşına tikinti iddiaçının yaşa dığı evdən bir neçə santimetr aralı inşa edilmişdir, o cümlədən özbaşına tikinti iddiaçının yaşadığı evdən hündürdür. Metal konstruksiyaların hər hansı səbəbdən (küləyin təsirindən və s.) uçması, qopması və ya aşması insanların həyat və sağlamlığı üçün təhlükəlidir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin tikinti kommersiya məqsədləri üçün (avtoservis kimi) inşa edilib, orada göstərilən xidmətdən istifadə etmək üçün hər gün həmin tikintiyə onlarla şəxs və avtomobil gələ bilər. Kollegiya qeyd etmişdir ki, müvafiq icazələr olmadan belə bir tikintinin inşasının qarşısı səlahiyyətli dövlət qurumları tərəfindən vaxtında alınmalı idi, lakin alınmayıb, artıq həmin tikintidən insanlara xidmət göstərilməsi üçün istifadə olunur.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, özbaşına tikintinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Cavabdeh özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması barədə iddia verməmişdir. Məhkəmə kommersiya məqsədilə özbaşına tikinti aparmış şəxsin əvəzinə, xüsusilə onun iddiası olmadığı halda, həmin tikintinin insanların həyat və sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiq edən sübutlar toplaya bilməz. Cavabdeh tərəf həmin tikintinin təhlükəsizlik qaydalarına uyğun inşa edildiyini, metal konstruksiyaların uçması, qopması və ya aşması təhlükəsinin olmadığını, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına əməl edildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3, 180.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad etməklə onun şərhini vermiş, lakin iddiaçının tələbinin qanuni əsası kimi bu normaya istinadın nədə ifadə olunduğunu vurğulamamışdır. Qeyd etdiyi mövqelər, yəni qeyri-yaşayış binasının metal konstruksiyalardan inşa edildiyi, iddiaçının (onun ailə üzvlərinin, o cümlədən yaxınlıqda yaşayan və müxtəlif səbəblərdən yaxınlıqda olan hər bir şəxsin) təhlükəsiz yaşamaq hüququnu pozduğu, qeyri-yaşayış binasının iddiaçının yaşadığı evdən bir neç ə santimetr aralı inşa edildiyi və iddiaçının yaşadığı evdən hündür olduğu, həmçinin metal konstruksiyaların hər hansı səbəbdən (küləyin təsirindən və s.) uçması, qopması və ya aşmasının insanların həyat və sağlamlığı üçün təhlükəli olması barədə gəldiyi nəticələr işin hallarına uyğun olmamış, mötəbər sübutlarla təsdiqini tapmamışdır.

22. Apellyasiya məhkəməsi iddiaçının tələbinin hüquqi əsasının tapılmasına yönəlməklə, cavabdehin hüquqlarının pozmuş və nəticədə iddiaçının mülkiyyət hüquqlarından sui-istifadə etməsinə şərait yaratmışdır. Qeyd edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmçinin, qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən hazırda cavabdehin mülkiyyətində ol an torpaq sahəsində əvvəlki mülkiyyətçi tərəfindən də illərlə istifadə edilmiş qeyri-yaşayış binası (emalatxana) olmuşdur. İddiaçının hazırkı iddiasının qaldırmasına səbəb cavabdehlə aralarında yaranmış mübahisə, ədavət olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi analoji mübahisələrdə əhəmiyyətli olan mötəbər sübut növü kimi ekspertiza rəyinin alınması yönündə təşəbbüs göstərməmişdir. Halbuki, qətnamədə gəldiyi nəticələr, qeyri-yaşayış binasının sökülməsi, metal konstruskiyalardan ibarət yenidən inşa edilməsi, sahəsi, tikilinin ekoloji vəziyyətlərdə yaradacağı problemlər və s. bu kimi hallar xüsusi biliyə malik olan şəxslər tərəfindən araşdırılaraq məhkəməyə təqdim edilməli olan rəy şəklində həyata keçirilməlidir. Apellyasiya məhkəməsi isə mübahisənin qanuni həlli yönündə prosessual q anunvericiliyin verdiyi imkanlardan tam istifadə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2673/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

26. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zam anı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir.

27. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları i zah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 4

1. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

45. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.

46. Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (Giriş-çıxışa maneə, səs-küy və ya havalandırmaya məhdudiyyət və s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda, qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır.

47. İş materiallarından görünür ki, iddiaçı cavabdehin inşa etdiyi qeyri-yaşayış binasının avtomobil təmiri sexi kimi fəali yyət göstərdiyinə görə yaranan səs-küyə, evinə gedən yolun bağlanmasına, yaşayış evlərinin əhatəsində qaynaq işlərinin görülməsinin özünün və ailə üzvlərinin həyatı üçün təhlükə təşkil etdiyinə istinad etməklə, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb edir.

48. Apellyasiya instansiyası məhkəməsi isə tikilinin metal konstruksiyalardan inşa edildiyini, iddiaçının, onun ailə üzvlərinin, o cümlədən yaxınlıqda yaşayan və müxtəlif səbəblərdən yaxınlıqda olan hər bir şəxsin təhlükəsiz yaşamaq hüququnu pozduğunu, özbaşına tikintinin iddiaçının yaşadığı evdən bir neçə santimetr aralı inşa edilməsi və iddiaçının yaşadığı evdən hündür olmasına görə metal konstruksiyaların hər hansı səbəbdən (küləyin təsirindən və s.) uçması, qopması və ya aşmasının insanl arın həyat və sağlamlığı üçün təhlükəli olmasını, kommersiya məqsədilə inşa edilmiş belə tikililərdə müxtəlif bədbəxt hadisələrin (yanğın, partlayış, tikintinin uçması və s.) baş verə biləcəyini göstərməklə iddianı təmin etmiş, lakin işdə olan hansı sübutlar əsasında bu qənaətə gəldiyini əsaslandırmamış, istinad etdiyi bu halların mövcudluğunun müəyyən edilməsi xüsusi bilik tələb edən elm sahəsinə aid olsa da, iş üzrə müvafiq ekspertiza təyin etməmiş, müvafiq mütəxəssis rəyi almamışdır.

49. Halbuki Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

50. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi a ktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

51. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

52. İşdən görünür ki, iddiaçı qonşu torpaq sahəsində cavabdeh tərəfindən tikilinin inşasına etiraz etməmiş, həmin tikilinin anbar kimi işləyəcəyini güman etmiş, lakin həmin tikilinin avtomobil təmiri sexi kimi fəaliyyət göstərməsinin onun hüquqlarını pozduğunu iddia etmişdir. İşdən görünür ki, həmin torpaq sahəsində mövcud olan əvvəlki qeyri-yaşayış sahəsi də emalatxana kimi fəaliyyət göstərmişdir.

53. Məhkəmə qeyd edir ki, qonşu torpaq sahələrinin m ülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə po zulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.

55. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

56. Məhkəmə kollegiyası qey d olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2024-cü il tarixli 2(103)- 2673/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar