Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2468/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(106)-408/2023 saylı qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfi ndən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2017-ci il tarixdə, saat 02:50 radələrində Bakı şəhərinin R.Behbudov küçəsi ilə S.Əsgərova küçələrinin kəsişməsində “Kia Optima” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq, işıqforun qadağanedici işarəsində hərəkətini davam etdirmiş, həmin vaxt hərəkətdə olan X2 istifadəsində olan “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra yolun kənarında yerləşən svetofora dəymiş və svetofor dirəyi qırılıb yararsız vəziyyətə düşmüşdür. X1 dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, “SİQNAL” İLİ idarəsinə maddi ziyan də ymişdir.
2. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) törətməkdə təqsirli bilinib, ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 3. “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı X7 İdarəsi “SİQNAL” İLİ idarəsinə məxsus olan əmlak İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Sığorta şirkəti yazılacaq) tərəfindən sığortalanmışdı və Sığorta şirkəti tərəfindən X3 3142 manat, “SİQNAL” İLİ idarəsinə isə 1858 manat sığorta ödənilmişdir.
4. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin hadisə yerindən yayındığını qeyd edərək ondan sığorta ödənişi olaraq ödədiyi 5000 manat pulun tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3142 manat və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı X7 İdarəsi “SİQNAL” İLİ İdarəsinə məxsus olan işıqfora görə isə 1858 manat olmaqla cəmi 5000 manat pulun və ödənilmiş 70.40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılıb ki, cavabdeh xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadis əsi zamanı hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsaslı olması üçün onun hadisə yerindən yayınması təsdiq olunmalıdır. Məhkəmədə tələbi sübut etmək tələbkarın üzərinə düşür. İddiaçı isə cavabdehin hadisə yerindən yayınması haqqında heç bir sübut təqdim etməmiş, məhkəməyə Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısının xx.xx.2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını təqdim etmişdir. Həmin qərarda bununla bağlı hər hansı bir fakt aşkarlanmamışdır. Əgər bu cür fakt aşkar edilsəydi, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə yanaşı 327.6-cı maddəsi il ə də məsuliyyətə cəlb edilərdi. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 dekabr 2022-ci il tarixli, 2(057)-2115/2022 nömrəli qətnaməsi ilə (Hakim: Ağarza Səmədov) iddia təmin edilmiş, cavabdehdən “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3142 manat və Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı X7 İdarəsi “SİQNAL” İLİ İdarəsinə məxsus olan işıqfora görə 1858 manat, ödənilmiş 70.40 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabde hin təqsirli hərəkətləri nəticəsində avtoqəza hadisəsi baş vermiş, iddiaçı sığorta müqaviləsinə əsasən, sığortalıya sığorta ödənişi ödəmişdir. Baş vermiş sığorta hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Ona görə də iddiaçı məhkəməyə göndərdiyi etiraz ərizəsində hadisə yerindən yayınmadığını qeyd etmiş olsa belə, özünün təhqiqat zamanı vermiş olduğu izahatında hadisə yerindən yayındığını birbaşa qeyd etmişdir. Ona görə də bu barədə dedikləri əsassız olduğundan sübut kimi qəbul olunmamışdır.
10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 936.2, 1108.1-ci, “İcbari sığor talar haqqında” Azərbaycan Respublikası qanununun 63.1, 63.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin hadisə yerindən yayınmasına əsaslanmışdır. Hakbuki, hadisə yerindən yayınmamışdır. Əgər hadisə yerindən yayınsaydı, o zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərdi. 5 il əvvəl baş vermiş hadisə ilə bağlı məhkəmənin mülahizəsi əsassızdır.
13. Şirvan Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-408/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (Hakimlər: Zaur Allahyarov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cinayət işi başlanmasının rədd edilməsi haqqında Nəsimi RPİ-nin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, cavabdeh izahatında göstərmişdir ki, hadisə ilə bağlı sığorta şirkətinə məlumat verərək hadisə yerinə dəvət etmiş, orada sığorta şirkətinin nümayəndəsinin və polisin gəlməsini 1 saata yaxın gözləmiş, lakin sığorta şirkətinin nümayəndəsi gəlmədiyinə gör ə, özünü narahat hiss etdiyi üçün sürücüyə öz nömrəsini verib, dostu Natiq adlı şəxslə əlaqə saxlayıb hadisə yerinə çağırmış və onunla evə getmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, avtomobili 50 km/saat sürətlə idarə etmiş, hadisədən əvvəl heç bir güclü təsiredici preparat və spirtli içki qəbul etməmiş, hadisə ani bir vaxtda yol kəsişməsində olduğu üçün hadisənin qarşısını almağa macal tapmamışdır. Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında qərardan və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sadalanan maddələrindən göründüyü kimi, cavabdeh hadisə yerindən yayınmamışdır.
15. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirmişdir ki, cavabdehin iddiaçı qar şısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcud deyildir və iş materialında olan sübutlarla öz təsdiqini tapmamışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi heç bir sübuta istinad etmədən, ehtimallarla əsaslanaraq cavabdehin hadisə yerindən yayınmasına dair səhv nəticəyə gəlmişdir.
17. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 25, 52-1, 63, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 372.1, 372.6, 372.7, 384.0.3, 385.2, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 384.0.2, 385.1.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 no yabr 2005-ci il tarixli, 4 saylı qərarinin 2.2, 2.4-cü bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin məhkəmədə baxılmasına əsas olan hal sürücünün hadisə yerindən yayınması halıdır və bu barədə iş materiallarında izahat var. Birinci instansiya məhkəməsi bu halı nəzərə alsa da, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır. İddiaçı iddia tələbinə sübut olaraq qeyd etmişdir ki, cavabdehin hadisə yerini tərk etdiyindən onun sığorta ödənişi d ə almaqla heç bir qanuni əsas olmadan əsassız varlanmışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir, halbuki sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
22. Maddə 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
23. Maddə 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
24. Maddə 25. 1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
25. Maddə 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;
26. Maddə 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçini n zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
27. Maddə 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda.
28. Maddə 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qər arına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə.
29. Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda
30. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli ol duğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
31. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
32. Maddə 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.
33. Maddə 63.5. Bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi
34. Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir.
35. Maddə 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
45. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, məhkəmlər tərəfindən müəyyən olunmuş işin faktik halları bu qərarın 13-cü paraqraflarında əksini tapmışdır.
48. Tərəflər arasında yaranmış münasibətlər sığorta müqaviləsi üzrə, hazırki mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır.
49. Subroqasiya qaydasında verilən iddia tələbinin maddi hüquqi əsasını “İcbari sığortalar haqqında” Qanunun sığorta münasibətlərində subroqasiya hüququnun yaranması əsaslarını tənzimləyən 25-ci maddəsi (bu qərarın 21 - 30-cu paraqrafları) təşkil edir.
50. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri əsasında təhlil olunduqda görünür ki, cavabdehə münasibətdə bu halların mövcudluğu təsdiq olunmur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tələbini baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınmasını iddia edərək, tələbini “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsi ilə əsaslandırmışdır.
51. Bu normanın məzmunundan göründüyü kimi, həmin normaya əsasən iddianın təmin olunması üçün zəruri şərt - baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınmasıdır.
52. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin hadisə yerindən yayınmadığını müəyyən etmiş və iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, ümumiyyətlə baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması o zaman sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququnun yaranmasına əsas ola bilər ki, Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslar, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” adlanan 4-cü fəslinin məqsədlərinə uyğun olsun.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin fakt iki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(106)-408/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidi