Məhkəmə qərarları › İş №2(102)-2469/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2469/2019

08.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2469/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Ərizəçi1 və vəkili X12, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 və vəkili X5 iştrakları ilə, Ərizəçi X7 Bakı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim: G.Əsədova; 2(005)-1305/2017) Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyuş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi, veteran statusunun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə ərizəsi hüquqi faktının müəyyən edilməsi hissəsində təmin edilmiş, Ərizəçi1 oglunun 1993 cu ilin iyun ayinin 22-dən 26-dək Agdam rayonunda gedən döyüş əməliyyatlarında istirak etməsi faktı müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixl, qərardadı ilə (İ.Q.Əsədov, A.N.İmanov və F.Ş.Talışınski iş 2(103)-4911/17) maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şə həri, Nərimanov rayon məhkəməsinin 14 fevral 2017-cü il tarixli qətnaməsi ləgv edilərək, Ərizəçi1 hüquqi əhəmiyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış və ərizəçiyə ümumi əsaslarla iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmisdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarı ilə (Ə.A.Əhmədov, Ə.Ə.Əliyev və İ.K.Dəmirov, 2(102)-7329/17) Ərizəçi1 oglunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş yeni apellasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov is 2(103)-541/18) maraqlı şəxs Azərbayc an Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakışəhəri, Nərimanov rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı ilə (Ə.Ə.Şadıyev(sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfov, 2(102)-4276/18) maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş yeni apellasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Eyvazov(sədrlik edən və məruzəçi), S.F.Hacıyev və C.A.Yusifov 2(103)-9789/18) maraq lı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Ərizəçi1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə təmin edilməmişdir. İşin halları Ərizəçi1 oglu maraqlı səxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarsı hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1993-cü ilin iyun ayinin 22-dən 26-dək Ağdam rayonunda gedən döyüş əməliyatlarında istirak etməsi faktının müəyyən olunması və veteran statusunun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,1993-cü ildə aprel ayının 15-dən, noyabr ayının 13-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Silahlı Qüvvələrin Bas Qərargah rəisinin 416 saylı əmri ilə 1993-cü ilin iyun ayının 22-dən, 26-dək Ağdam bölgəsində ezamiyyətdə olmus və Müdafiə Nazirliyinin Azərbaycan Ordusu qəzetinin baş redaktoru vəzifəsində işləmişdir. Qanunvericiliyə uyğun olaraq ona müharibə veteranı adının verilməsi ucun Müdafiə Nazirliyinə müraciət etsə də, bundan imtina olunmusdur. Müdafiə Nazirliyinin 18 may 2016-ci il tarixli məktubuna görə döyüş bölgəsində iştirak etmə faktı başqa qaydada müəyyən edilə bilmədiyi ucun məhkəmə qaydasında müəyyən edilməlidir. Maraqlı səxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 Ərizəçi1 oglunun 22-26 iyun 1993-cü il tarixdə döyüş bölgəsinə jurnalist ki mi ezam olundugunu və həmin vaxt onun tərəfindən hər hansı döyüş tapşırığının yerinə yetirilmədiyini göstərib ərizənin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Ərizəçi1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdil. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasının, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305,386-cı maddəslərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında ərizəçi X14 və vəkili X15 kassasiyaşikayətinə uyğun izahat verərək şikayət in təmin edilməsini xahişetdilər. Məhkəməkollegiyasınıniclasında maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 və vəkili X11 kassasiyaşikayətinin təmin edilməməsini xahişetdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini y oxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyun 1993-cü il tarixli əmri ilə «Azərbaycan Ordusu» qəze tinin baş redaktoru leytenant Ərizəçi1 tutduğu vəzifədən azad edilmiş və Müdafiə Nazirliyinin sərəncamına keçirilmişdir. «Azərbaycan Ordusu» qəzetinin 02.12.1996-cı il tarixli arayışına əsasən Ərizəçi1 1993-cü ilin aprel ayından avqust ayınadək hərbi xidmətə çağırılmış və «Azərbaycan Ordusu» qəzetinin baş redaktoru vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 12.08.1998-ci il tarixli arayışına əsasən Ərizəçi1 Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 413 №-li əmri ilə 1993-cü ilin iyul ayının 22-dən 26-na qədər döyüş bölgəsində ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 11.01.2016-cı il tarixli arayışına əsasən «Azərbaycan Ordusu» qəzetinin baş redaktoru leytenant X16 Azərbaycan Respublikası Silahlı Qüv vələrin Baş Qərargah Rəisinin Müdafiə Nazirliyinin İdarəsi və Qərargahı üzrə 29.06.1993-cü il tarixli 413 №-li (əsas: §1. Səh-103. Əmrdə atasının adı yazılmamış, adı isə Nəsiman yazılmışdır) əmrlə vəzifəsini yerinə yetirmək üçün iyulun 22-dən 26-na qədər Ağdam bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ərizəçi1 ünvanladığı 12.01.2016-cı il tarixli məktubunda onun Müdafiə Nazirliyinə ərizəsinə cavab olaraq «Müharibə Veteranı» adı və vəsiqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən döyüş əməliyyatlarını aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara verildiyi, onun isə xidməti vəzifəsini yerinə yetirmək üçün ezam olu nduğundan «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində verdiyi izahatında http://cms.justice.loc/Common/Content.aspx?Id=1566656 X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sənədli Filmlər Kino-Telestudiyasının filmlər studiyasının sədri və eyni zamanda Qarabağ Müharibəsi veteranı olduğunu, Ərizəçi1 yaxından tanıdığını və onun 22-26 iyun 1993-cü il tarixdə jurnalist kimi döyüş bölgəsinə ezam olunduğunu və həmin tarixlərdə Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin şahidi olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində verdiyi izahatında http://cms.justice.loc/Common/Content.aspx?Id=1566656X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sənədli Film lər Kino-Telestudiyasının filmlər studiyasının keçmiş əməkdaşı və eyni zamanda Qarabağ Müharibəsi veteranı olduğunu, 22-26 iyun 1993-cü il tarixdə jurnalist kimi döyüş bölgəsinə ezam olunmuş Ərizəçi1 Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin şahidi olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə Vetaranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin 10-cu yarım bəndində «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci ilin oktyabr ayının 9-dan 1994-cü ilin may ayının 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə – müdafiə, daxili işlər, mil li təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verildiyi, həmin Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndində «Müharibə Veteranı» adı və vəsiqəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verildiyi nəzərdə tutulmuşdur. Qeyd olunan əsasnamədən Göründüyü kimi, «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərb i xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsi qanunvericilikdə zəruri şərt kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası PM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat daşında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən ıdırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Qeyd olunan Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı luğu faktları müəyyən edir. Göründüyü kimi, qeyd olunan prosessual normalardan birinci instansiya rayon (şəhər) məhkəmələri xüsusi icraat aydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüqu qlarının aranmasının, dəyişməsinin və xitamının asılı olduğu hüquqi əhəmiyyət kəsb dən faktları, habelə qanunla hüquqi əhəmiyyət daşıyan konkret hərəkətləri və adisələri təsdiq etmək səlahiyyətinə malik olan orqanların hərəkətinin lüquqauyğun olubolmamasını müəyyən edirlər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan aktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, ərizəçinin Silahlı Qüvvələr Baş Qərargah rəisinin 416 saylı əmrinə əsasən 1993- cü il iyunun 22-26dək Ağdam döyüş bölgəsində ezamiyyətdə olması özü- özlüyündə onun Ağdam rayonunda gedən döyüş əməliyyatlarında işt irak etməsi anlamına gələ bilməz. Belə ki, «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsiqanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə Vetaranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndi) zəruri şərt kimi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyasında işə baxan məhkəmə kollegiyası həmçinin düzgün olaraq hesab etmişdir ki, ərizəçinin sübut kimi məhkəməyə təqdim etdiyi fotoşəkillər də vəziyyəti dəyişdirmir. Həmin fotoşəkillər ərizəçinin məhz Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi civinin 17 aprel 2018-ci il tarixli 9/2-5579 saylı məktubunda ərizəçinin Ağdam ionunda gedən döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etmiş şahidlər S6 və X3 22-26 jn 1993-cü il tarixlərdə olan müddətdə Müdafiə Nazirliyi tərəfindən döyüş jlgəsinə ezamiyyətə göndərilmədiyi və bu barədə arxivdə məlumat aşkar unmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən ahid tərəfindən verilən məlumatlar sübut hesab olunur. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını ısaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ıalların mövcud olduğunu və ya olmadığı nı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilərək sübutlara ərizəçinin ərizədə göstərdiyi 1993-cü ilin iyun ayının 22-dən 26-dək Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcələnin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayətvermə hüququndan sui-istifadə edilmiş hesabedirsə, qəbul olunmayan elan edilə bilər. Ərizəçi qanunvericiliyin tələblərinə uyğun olaraq Ağdam rayonunda döyüş əməliyyatları aparan hansı hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayətvermə hüququndan sui-istifadə edi lmiş hesabedirsə, qəbul olunmayan elan edilə bilər. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instan siya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar