Məhkəmə qərarları › İş №2(102)-2470/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2470/2022

23.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2470/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “miras payın müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, X12, X16, X9, X17, X7 və Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras payın tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı, mirasda məcburi pay, miras əmlakın bölünməsi, iddia tələbindən kənara çıxma) Azərba ycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(107)1652/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır.

2. X13 15 dekabr 2008-ci il tarixdə ağciyər-ürək çatışmazlığı diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasının r eanimasiya şöbəsinə yerləşdirilmiş və 19 dekabr 2008-ci il tarixdə vəfat etmişdir.

3. X20, X21, X25, X30, Cavabdeh, X18, X14 və X2 Tükəzban Mazan qızının övladlarıdırlar. 4. 16 dekabr 2018-ci il tarixdə Baş Göynük icra nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnamə ilə X13 özünə məxsus olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən iki mərtəbəli evinin 4 otağını: 68 kvadrat metr yaşayış evini və 0,15 hektar həyətyanı torpaq sahəsini oğlu X22 vəsiyyət etmişdir. Qeyd edilən vəsiyyətnaməni X10 və X8 şahid qismində imzalamışlar.

5. X4 miras qalmış əmlakı X30 və Cavabdeh faktiki olaraq qəbul etmişlər. Digər vərəsələr isə miras əmlakı nə faktiki, nə də ki, rəsmi olaraq qəbul etməmişlər.

6. X30 29 sentyabr 2018-ci ildə vəfat etmişdir.

7. İddiaçı1 X19 arvadı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə uşaqlarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum X15, mərhum X19 isə 16 dekabr 2008-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının və həmin miras əmlakın 3/4 hissəsinin iddiaçıların payları kimi müəyyən edilməklə onların hər birinin 3/4 hissə miras əmlakdan 1/4 hissə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəməd ən xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 vəfat etdikdən sonra miras qalmış evdə X30 öz ailəsi ilə birlikdə yaşamışdır. Həmçinin, yay aylarında Cavabdeh həmin evə gələrək evin bir otağında yaşamışdır. Vəsiyyət olunan miras əmlakın yarısı vəsiyyət olunan şəxsə, geri qalan yarısı isə onun qanun üzrə vərəsələrinə keçir. X1 qanun üzrə 8 vərəsəsi qalmışdır. Həmin vərəsələrdən X30 və Cavabdeh miras əmlakında faktiki yaşamaqla, miras əmlakını idarə etməklə qəbul etmişlər. Digər 6 vərəsə isə başqa ünvanda yaşamaqla mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. Miras əmlakın yarısı vəsiyyət üzrə vərəsənin payı olmuş, qalan yarısı isə mirası faktiki qəbul edən iki vərəsənin, yəni X30 və Cavabdeh arasında bölüşdürülməlidir. Bu əsasla qeyd edilən mirasın 1/2 hissə si X19, digər 1/2-in 1/2 hissəsi X30 və 1/2-in 1/2 hissəsi Cavabdeh paylarına düşür. X30 vəfat etdiyindən ondan qalmış mirası onun birinci dərəcəli vərəsələri, yəni iş üzrə iddiaçılar faktiki olaraq qəbul etmişlər.

10. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Göynük kənd İcra Nümayəndəsi tərəfindən təsdiq edilmiş 16 dekabr 2008-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum anası X4 miras qalmış Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə vərəsəliyin açılması və həmin miras əmlakın 1/2 hissəsinə miras payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, anası X13 19 dekabr 2008-ci il tari xdə vəfat etmişdir. X13 vəfat etdikdən sonra onun vərəsələri kimi o, digər bacı-qardaşları olan X20, X21, X25, X30, X18, X14 və X26 qalmışlar. Miras qalmış evdə onun və X19 ailəsi yaşamışdır. Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyində 16 dekabr 2008-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən guya ki, anası X13 vəfat etməmişdən əvvəl yaşayış evini və 0,15 hektar həyətyanı torpaq sahəsini oğlu X22 vəsiyyət etmişdir. Halbuki, onun anası ağır xəstəliyi ilə əlaqədar təcili tibbi yardım avtomobili ilə 16 dekabr 2008-ci il tarixdə Şəki MRX-yə aparılmış və 19 dekabr 2008-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Belə olduğu halda anasının həmin vəsiyyətnaməni 15 dekabr 2008-ci il tarixdə imzalaması ağlabatan deyildir. Həmçinin, həmin vəsiyyətnamədə adları şahid qismi ndə qeyd edilmiş şəxslər də ona həmin vəsiyyətnamədən xəbərsız olduqlarını bildirmişlər. O, ailəsi ilə birlikdə mübahisə predmeti olan evdə yaşadığı dövrdə evin 2 otağı və 1 eyvanı ailəsinin istifadəsində olmuşdur. Sabirin qırxı günü onu həmin evdən çıxarmışlar. Hazırda mübahisələndirdiyi vəsiyyətnamədən iddiaçıların hazırki tələbləri üzrə işə məhkəmədə baxılarkən məlumatı olmuşdur. O, anasını xəstəxanaya aparanda anası öz hərəkətlərini bilmirdi.

12. Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-432/2021 nömrəli qərardadı ilə Cavabdeh qarşılıqlı iddiasının mərhum anası X4 miras qalmış Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə vərəsəliyin açılması ilə bağlı hissəsinə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir.

13. Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-432/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X15, mərhum X19 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz anası X4 qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilmiş, həmin miras əmlakın 3/4 hissəsi onların payları kimi tanınmış və onların hər birinin 3/4 hissə miras əmlakdan 1/4 hissə miras paylarının müəyyən edilməsi, Cavabdeh 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz anası X4 miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadr at metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın 1/4 hissəsinə miras payının tanınması, Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-432/2021 nömrəli qərardadına əsasən Cavabdeh qarşılıqlı iddiasının mərhum anası X4 miras qalmış Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə vərəsəliyin açılması ilə bağlı hissəsinə xitam verilməsinin qərara alınmasının nəzərə alınması, Cavabdeh qarşılıqlı iddiasının qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi mübahisələndirdiyi vəsiyyətnamənin mərhum anası X13 və şahidlər tərəfindən imzalanmadığını bildirsə də, məhkəmə iclası zamanı həmin vəsiyyətnamənin tərtib edilməsində bilavasitə işti rak etmiş şəxslərin şahid qismində verdikləri ifadələri ilə həmin vəsiyyətnamənin həqiqətən də X5 öz fikirləri əsasında yazıldığı, həmin vəsiyyətnamənin X13 və şahidlər tərəfindən imzalandığı, yəni bu vəsiyyətnamənin X5 öz iradə ifadəsi ilə yazıldığı öz təsdiqini tapmışdır. Lakin, həmin vəsiyyətnamənin yazıldığı tarixdə deyil, müəyyən səbəblərdən yazıldığı vaxtdan bir neçə gün sonra təsdiq edilməsi X5 öz iradə ifadəsi ilə yazdırdığı vəsiyyətnamənin etibarsızlığı üçün əsas hesab edilə bilməz.

15. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və onların vəkili Cavabdeh qarşılıqlı iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsində iddia müddətinin keçdiyini əsas göstərərək iddiaya iddia müddəti tətbiq edilməklə idd ianın təmin edilməməsini xahiş etsələr də, Cavabdeh qarşılıqlı iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsi əsassızlığına görə təmin edilmədiyindən məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə iddia müddətinin tətbiqi ilə bağlı iddiaçıların və onların vəkillərinin vəsatəti üzrə araşdırma aparmır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıların ataları (əri) X30 və Cavabdeh öz anası X4 qalmış mirasa sahiblik etmişlər, mirasa yiyələnmişlər, analarının sağlığından başlayaraq vəfat edənədək anaları ilə birlikdə miras evdən istifadə etmişlər, miras əmlakı faktiki surətdə idarə etməyə başlamışlar, mirasa yiyələnmişlər, notariat kontoruna müraciət etməyə zərurət hesab etməmişlər. Bununla da, iddiaçılar a taları X30 və Cavabdeh öz anaları X4 qalmış həmin mirası qəbul etmiş sayılsalar da, onlar həmin miras mülkün adlarına qeydə alınması ilə bağlı müddəti ötürmüşlər. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatları yanaşı şahid ifadələri ilə də öz təsdiqini tapır. Buna görə də məhkəmə iddiaçıların ataları (əri) X19 və Cavabdeh öz anaları X4 qalmış mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdikləri mirasa dair hissədə vaxtında şəhadətnamə almamalarını üzürlü hal kimi qəbul etmişdir.

17. Bununla yanaşı mərhum X30 İddiaçı1 əri, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə atasıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından və şahid ifadələrindən də göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 öz ataları (ə ri) X19 yas mərasimində iştirak etməklə, atalarının (ərinin) yas mərasimləri ilə bağlı xərcləri qarşılamaqla, həmçinin, mərhumdan miras qalmış həmin əmlakı faktiki olaraq qəbul etməklə və orada yaşamaqla mərhumdan miras qalmış həmin əmlakı faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzürlü hallarda onun qəbulu müddətinin uzadılması imkanı da nəzərdə tutulmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mərhum X19 birinci dərəcəli vərəsələridir. Onların öz atalarından (ərindən) qalmış mirası qəbul etmək hüquqları vardır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almama ları üzürlü haldır. Belə ki, iddiaçılar atalarının (ərinin) vəfatından əvvəldən başlamaqla atalarından (ərindən) qalmış mirası faktiki qəbul etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmişlər. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X15, mərhum X19 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz anası X4 qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilməsini tələb etməkdə haqlıdırlar.

18. Daha sonra məhkəmə qeyd etmişdir ki, X13 mülkiyyətində olan və Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı oğlu X22 vəsi yyət etmişdir. Lakin, iddiaçıların ataları (əri) X30 və Cavabdeh öz anaları X4 qalmış mirası faktiki olaraq qəbul etdiklərindən X5 verdiyi vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onların mirasda məcburi payları vardır. Lakin, bu məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Belə ki, X5 vərəsələrdən X30 və Cavabdeh miras əmlakında faktiki yaşamaqla, miras əmlakını idarə etməklə qəbul etmişlər. X5 vərəsələrindən digər 6 vərəsə isə başqa ünvanda yaşamaqla mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. Miras əmlakın yarısı vəsiyyət üzrə vərəsənin payı olmuş, qalan yarısı isə mirası faktiki qəbul edən iki vərəsənin, yəni X30 və Cavabdeh arasında bölüşdürülməlidir. Bu əsasla qeyd edilən mirasın 1/2 hissəsi X19, digər 1/2-in 1/2 hissəsi X30 v ə 1/2-in 1/2 hissəsi Cavabdeh paylarına düşür.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 372.2, 373.1, 373.2, 374.1, 374.2, 375.1, 375.2, 354.1, 354.2, 389.1, 390.1, 390.2, 1151, 1166, 1167, 1179.1, 1179.2, 1190, 1193, 1231, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı3 apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-432/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-432/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(107)1652/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-432/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X15, mərhum X19 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz anası X4 qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakın 15/16 hissəsinin onların payları kimi tanınması, onların hər birinin 15/16 hissə miras əmlakdan 1/4 hissə miras paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz anası X4 miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın 1/16 hissəsinə miras payının tanınması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. A pellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi miras əmlakın paylara uyğun bölünməsində səhvə yol vermiş və payları düzgün müəyyən etməmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, digər vərəsələr mirası qəbul etmədiklərindən onların məcburi payı vəsiyyət üzrə vərəsə olan X3. Belə olan halda X19 miras əmlakdakı payı 15/16, Cavabdeh payı isə 1/16 hissədə müəyyən edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, ape llyasiya şikayəti payların müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin səhv nəticəyə gəlməsində əsaslı olsa da qarşılıqlı iddianın təmin edilmiş hissəsində tam rədd edilməsi hissəsində əsaslı deyildir. Belə ki, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh anası X13 öldükdən sonra miras əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də, apellyasiya şikayəti həmin hissədə əsaslı olmadığından təmin edilə bilməz. Bundan başqa, apellyasiya şikayətinin Cavabdeh ilk əvvəl mirasın qəbulu faktını təsdiqləməsi və ondan sonra ona miras əmlakından pay müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edilmişdir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, qanunvericilikdə vərəsələrin miras əmlakdakı payının müəyyən edilməsi üçün ilk olaraq mirasın qə bulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi barədə hər hansı bir göstəriş yoxdur. Vərəsə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada birbaşa olaraq miras əmlakdakı payının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilər.

25. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti üzrə məhkəmə qeyd etmişdir ki, vəsiyyətnamə səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda X13 15 dekabr 2008ci il tarixdə 15:00-da X29 tərəfindən ağciyər-ürək çatışmazlığı diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, 19 dekabr 2008-ci il tarixdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Vəsiyyətnaməni təsdiq edən şəxs isə vəsiyyətnamənin 13 dekabr 2008-ci il tarixdə təsdiq edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə işin bu halına diqqət yetirməmiş, qarşılıqlı iddia tələbini bu hissədə rədd edərkən vəsiyyətnamənin qanunvericiliyə uyğun tərtib edildiyini bildirmişdir.

26. Bununla belə apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, işin bu halı qarşılıqlı iddia ərizəsinin vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçı vəsiyyətnaməni mübahisələndirmək hüququnu itirmişdir. İddiaçı qeyd edilən vəsiyyətnaməni ona məlum olduğu vaxtdan 2 il müddətində mübahisələndirə bilərdi. Halbuki iddiaçı vəsiyyətnamədən xəbərdar olmuş, təqribən 10 il sonra onu mübahisələndirmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166, 1167, 1179.2, 1193,, 1202.1, 1202.2, 1231.1, 1243.1, 1243.2, 1243.3, 1246-ci maddələri ilə əsasland ırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

28. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(107)1652/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 1231.1-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 88, 217.1, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi vəsiyyətnamənin qanunvericiliyin tələbləri pozulmaqla tərtib və təsdiq edildiyini qəbul etsə d ə, bu pozuntuları vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas kimi qəbul etməmişdir. Cavabdehin mübahisəli vəsiyyətnamədən əvvəllər xəbəri olmamış və işdə bununla bağlı Məmməd Rəsulovun ifadəsindən başqa sübut yoxdur. Sonuncu isə mübahisəli vəsiyyətnaməni tərtib və təsdiq edərkən yol verdiyi pozuntuları ört-basdır etmək üçün bu məzmunda ifadə verdiyindən həmin ifadə isə mötəbər sübut kimi qiymətləndirilə bilməz.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətn amənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasə n dövlət vərəsəlik hüququna təminat verir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmla kını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyy ənləşdirilir. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olm ayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mad dəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçü n əsasdır. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks e tdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, iddia tələbindən kənara çıxıldığından, kassasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir.

40. İlk olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət vermiş və belə nəticəyə gəlmişdir ki, X1 adından verilmiş vəsiyyətnamə mülki qanunvericiliklə buna səlahiyyət verilmiş şəxs tərəfindən təsdiq olunmasa da, qarşılıqlı iddia üzrə iddiaçı vəsiyyətnaməni mübahisələndirmək üçün Mülki Məcəllənin 1231.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddəti ötürmüşdür.

41. Məhkəmə kollegiyası bu hissədə kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər sübutların qiymətləndirilməsi (şahid ifadələrinin qeyri-mötəbər olması) və işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı olduğundan kassasiya instansiyası məhkəməsində bununla bağlı araşdırma aparıla bilməz.

42. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmı ş hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 12 02.1-ci maddəsini düzgün şərh etsə də, miras əmlakdan payların müəyyən edilməsi ilə bağlı ilk iddia üzrə iddiaçıların tələblərinin həddini nəzərə almamışdır.

44. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçılar vərəsələri olduqları X19 mərhum anası X4 qalmış miras əmlakdan 3/4 hissədə payının müəyyən edilməsini və məhz həmin paya onların vərəsəlik hüquqlarının tanınmasını xahiş etmişlər. Lakin apellyasiya instansiyası məhkəmə Mülki Məcəllənin 1202.1-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X6 8 vərəsəsinin olmasını, onlardan 6 vərəsənin mirası qəbul etmədiklərini əsas götürərək iddiaçıların miras paylarının tələbdən artıq hissədə, yəni 15/16 hissədə müəyyən etmişdir.

45. Bu zaman məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılardan İddiaçı3 apellyasiya şikayəti versə də, bu MPM-in 372.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıların tələb etdikləri paylarının artırılması üçün əsas ola bilməz.

46. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə digər iddiaçılar ümumiyyətlə apellyasiya şikayəti verməmiş və bununla miras əmlakdan birinci instansiya məhkəməsində müəyyən olunmuş payla razılaşmışlar.

47. Beləliklə, iddiaçıların miras əmlakda paylarını tələbdən artıq müəyyən etməklə, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozmuşdur.

48. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin K ommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarları) dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Beləliklə, dispozitivlik prinsipi baxımınd an, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxıldığından, qətnamə dəyişdirilməli və tərəflərin miras əmlakdan payları iddia tələbi həddində müəyyən edilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(107)-1652/2021 nömrəli qətnaməsi dəyişdirilsin: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum X15, X19 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş X4 qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət m iras əmlakı qəbul etmələri faktı müəyyən edilsin. Həmin miras əmlakın 3/4 hissəsi iddiaçıların payları kimi tanınsın və onların hər birinin 3/4 hissə miras əmlakdan 1/4 hissə miras payları müəyyən edilsin. Cavabdeh 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın 1/4 hissəsinə miras payı tanınsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar