Məhkəmə qərarları › İş №2(102)-2470/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2470/2023

16.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2470/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2470/2023 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması) Bakı şəhəri 16 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-314/2023 nö mrəli, 9 mart 2023- cü il tarixli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Salyan rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı Uzeyir oğlu, X4, X6, X10, X8, X1 mülkiyyətinə Sarvan kəndi ərazisində 4,3655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) verilmiş, Torpağa mülkiyyəti hüququna dair 80910018, JN 401 nörməli Dövlət aktı tərtib edilmişdir.

2. Adları çəkilən mülkiyyətçilər əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamağı (o cümlədən satış) və digər səlahiyyətləri 15 dekabr 2017-ci il tarixli etibarnamə ilə Cavabdeh1 etibar etmişlər.

3. Qeyd olunan torpaq sahəsi 29 dekabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququ ilə İddiaçı Uzeyir oğlu, X4, X6, X10, X8, X1 adına qeydə alınmış və bu barədə RX seriyalı ******* saylı Çıxarış verilmişdir. 4. 26 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən adları çəkilən mülkiyyətçilər həmin torpaq sahəsini 5400 manata Cavabdeh2 satmışlar. Satıcılar adından müqaviləni 15 dekabr 2017-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Həmin etibarnamə 29 oktyabr 2020-ci il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu 2 saylı Not ariat ofisində bağlanmış 26 fevral 2020-ci il tarixli AN-1№ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2017-ci ildə həmkəndlisi Cavabdeh1 toy etmək üçün 3 il müddətinə 5000 manat borc almışdır. Lakin Qafar girov kimi ona məxsus torpağı istəmiş və onun və ailə üzvlərinin adından etibarnamə tələb etmişdir. 5000 manat pulu 3 ilə, yəni 2020-ci ilin sonuna qədər qaytarmağı üzərinə götürmüşdür. 15 dekabr 2017-ci il tarixdə Salyan rayon 2 saylı Notariat ofisində özünün və ailə üzvlərinin mülkiyyətində olan 4.3655 ha torpaq sahəsinə dair ailə üzvlərinin adından Cavabdeh1 etibarnamə vermişlər. 2020-ci ilin yay aylarında Qafara borcunu qaytarmaq istədiyini demiş, lakin Qafar artıq torpağı satdığından, pulu istəmədiyini bildirmişdir. Bu məsələni araşdırmiş və məlum olmuşdur ki, Cavabdeh1 etibarnamə əsasında 29 dekabr 2017-ci il tarixdə 4.3655 ha torpaq sahəsinə onun və ailə üzvlərinin adına çıxarış almış, 26 fevral 2020-ci il tarixdə isə torpağı qardaşı Cavabdeh2 adına alqı-satqı yolu ilə rəsmiləşdirmişdir. Etibarnamə 15 dekabr 2017-ci ildə verilmiş, oktyabr 2020-ci ildə isə ləğv olunmuşdur. Qafardan toy eləmək üçün oktyabr ayında borc almış, etibarnaməni dekabrda vermişdir. Torpağın satılmasından 2020-ci ilin yazında məlumatı olmuşdur.

7. Cavabdehlərin vəkili iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında borc müqaviləsi olmamış, aralarında torpağın alqı- satqısı olmuşdur. Torpağın çıxarış sənədi olmadığından, iddiaçı və ailə üzvləri Cavabdeh1 torpağa dair etibarnamə vermiş və həmin vaxt Cavabdeh1 onlara torpağa görə 5000 manat pul ödəmişdir. 15 dekabr 2017-ci il tarixdə iddiaçının adına çıxarış almış və sonra 26 fevral 2020-ci il tarixdə torpağı Cavabdeh2 satmışdır. Cavabdeh1 torpağa görə ola bilsin ki, 5000 manat deyil, 10000-15000 manat pul ödəmişdir. Hazırda iddiaçı yenidən pul tələb etmiş, lakin qarşı tərəf pul verməkdən imtina etdiyi üçün, qeyd olunan iddia ilə məhkəməyə müraciət olunmuşdur.

8. Salyan Rayon Məhkəməsinin 2(057)-229/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ağarza Səmədov) İddiaçı Salyan rayonu 2 saylı Notariat Ofisində bağlanmış 26 fevral 2020-ci il tarixli AN-1№0837538 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması barədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı birinci cavabdehə torpağı satmaması və verdiyi pulu borc olmasını qeyd etmiş olsa belə, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında etibarnamə və notariatda təsdiq olunmuş müqavilə, yəni etibarlı sənədlər olmuşdur. Həmin sənədlərin təkzib olunması üçün heç bir hal müəyyən edilməmişdir. Birinci cavabdeh etibarnamə əsasında iddiaçı və ailə üzvlərini üçüncü şəxs qarşısında təmsil etmiş və haqlı olaraq ona verilmiş hüquqlardan istifadə edərək torpaq sahəsini özgəninkiləşdirmişdir. Nəticədə torpaq sahəsini qanunla müəyyən olunmuş qaydada ikinci ca vabdeh vicdanlı alıcı kimi əldə etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 182, 329, 362, 646-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1889/2021 nömrəli mülki iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və İsmayıl Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair iddianın təmin olunması, mübahisəli Salyan rayonu, Sarvan kəndində yerləşən 4.3655 ha torpaq sahəsinə dair satıcılar İddiaçı, X4, X6, X10, X8, X1 adından 15 dekabr 2017-ci il tarixdə verilmiş etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 26 fevral 2020-ci il tarixdə bağlanaraq notariat qaydasında təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması və tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndidə yerləşən 4.3655 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı və ailə üzvlərinin sahiblik və istifadəsinə qaytarılması, ödənilmiş dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında borc deyil, alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olmasına dair cavabdeh tərəfin arqumentləri inandırıcı deyildir. Belə ki, iddiaçı və onun ailə üzvləri tərəfindən birinci cavabdehin adına etibarnamənin verildiyi 15 dekabr 2017-ci il tarixdən torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın verildiyi 29 dekabr 2017-ci il tarixədək olan zaman cəmi 14 gün təşkil etmiş və tərəflərin həqiqi niyyəti torpaq sahəsinin alqı-sat qı qaydasında özgəninkiləşdirmək olsaydı, onlar çıxarışın verilməsini gözləyərək, yaxud tezləşdirərək, birbaşa öz aralarında daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlaya bilərdilər. Lakin cavabdeh tərəf torpaq sahəsinin həmin zaman alqı-satqı qaydasında rəsmiləşdirilməsində maraqlı olmamış, torpaq mülkiyyətçiləri tərəfindən adına verilən etibarnamənin mövcudluğu ilə kifayətlənmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mövcud durum cavabdeh tərəfi qane edirdisə, iddiaçının torpağı tələb edəcəyi 3 ilin tamamınadək torpaq sahəsini alqı-satqı qaydasında özgəninkiləşdirməsi şübhə doğurmaqla, hansı məqsədə xidmət etməsi də müəyyən edilməli haldır. Çünki iddiaçının arqumentləri də məhz ondan ibarətdir ki, ikinci cavabdeh almış olduğu 5000 manat borc pulun müqabilində birgə mülkiyyətlər ində olan torpaq sahəsini 3 il müddətinə sonuncunun istifadəsinə vermişdir, 3 ilin tamamında aldığı pulu qaytarmalı və torpağını geri götürməli idi, 3 il ərzində ikinci cavabdehin torpaqdan götürəcəyi bəhər qazanc olaraq ona qalmalı idi.

15. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında formalaşan münasibətlər mübahisəli torpaq sahəsinin alqı-satqısından irəli gələn münasibətlər olsaydı, tərəflər münasibətləri yaranan 2017-ci ildə sərbəst şəkildə daşınmaz əmlakın alqı-satqısı müqaviləsini bağlaya bilərdilər. Lakin torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə alqısatqının 2020-ci ildə həyata keçirilməsi cavabdeh tərəfin deyil, daha çox iddiaçının arqumentlərinin inandırıcı olmasına dəlalət edir, çünki məhz 2020-ci ildə iddiaçı borca almış olduğu pulu qaytarmalı və torpaq sahəsini geri göt ürməli idi.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, torpaq sahəsi ilə əlaqədar danışıqlar iddiaçı ilə Cavabdeh2 arasında getmiş, Cavabdeh2 tapşırığı ilə etibarnamə onun qardaşı Qafar Cəlilova verilmiş, Qafar Cəlilov isə rəsmi olaraq onun adından, həm də dolayısı ilə Cavabdeh2 adından çıxış etmişdir. Son nəticədə Cavabdeh2 özü barəsində əqd bağlamışdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 324, 359, 362-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-6571/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1889/2021 nömrəli iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsi yalnız iddiaçının izahatında göstərilən hallara istinad etmiş, digər hallar isə həmin izahatdan doğan mülahizələr olmuşdur. Belə ki, baxılan işin mübahisələndirilməyən halların görə, Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətinə 4,3655 ha torpaq sahəsi verilmişdir. İddiaçı və onun ailə üzvlərinin hər biri tərəfindən birinci cavabdehə 15 dekabr 2017-ci il tarixdə bütün əmlakları barədə sərəncam vermək hüququna dair etibarnamə verilmiş, həmin etibarnaməyə əsasən torpaq sahəsinə dair iddiaçı və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2017-ci il tarixli Çıxarış alınmışdır. Bundan sonra iddiaçı və onun ailə üzvləri adından verilmiş etibarnamə əsasında çıxış edən birinci cavabdehlə qardaşı – iş üzrə ikinci cavabdeh arası nda torpaq sahəsinin alqısatqısı barədə hazırkı iş üzrə mübahisələndirilən müqavilə bağlanmışdır. İddiaçı və ailə üzvləri tərəfindən birinci cavabdehə verilmiş etibarnamə 29 oktyabr 2020-ci il tarixdə ləğv edilmişdir.

21. Kollegiya qeyd etmişdir ki, iddiaçı hazırda həmin alqı-satqı müqaviləsini mübahisələndirərək tələbinin əsası kimi iddia ərizəsində göstərilən hallara istinad etmiş, lakin tərəflər arasında alqı-satqı deyil, borc münasibətlərinin olması barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçının özünün məhkəmə icraatının müxtəlif mərhələlərində verdiyi izahatları arasında ziddiyyətli hallar olmuşdur. İddiaçı iddia ərizəsində 5000 manat borc barəsində birinci Cavabdeh1la danışdığını, borcu ondan aldığını və torpaq sahəsinin ona təhvil verdiyini göstərmiş, 28 yanvar 2021-ci il tari xli məhkəmə iclasında nümayəndəsi də eyni məzmunlu izahat vermişdir. İddiaçının apellyasiya şikayətində də eyni hallar göstərilmişdir. Artıq apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi fərqli izahatlar verərək birinci Cavabdeh1la heç bir söhbətinin olmadığını, bütün söhbətlərin ikinci Cavabdeh2la aparıldığını, borc pulu Mərdandan aldığını, torpaq sahəsini də 3 illik istifadə üçün Mərdana verdiyini göstərmişdir.

22. Kollegiya bildirmişdir ki, iddiaçının nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarında göstərdiyi halları, düzünə, yaxud yanakı təsdiq edən, həmçinin tərəflər arasına borc münasibətlərinin olmasına dəlalət edən hər hansı bir sübut yoxdur, iddiaçı tərəf belə bir sübut təqdim et məmiş, məhkəmə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyi barədə qanunvericiliyin tələblərini də nəzərə almamışdır.

23. Kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmiş və torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, lakin bu tələbin ümumi mülkiyyətdə olan əmlakın digər mülkiyyətçilərinin iradəsinə uyğun olub-olmaması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmiş, iddiaçının digər cavabdehlərin adından belə tələb irəli sürməkdə subyektiv hüququnun olubolmamasına məhkəmələr qiymət verməmişlər.

24. Kollegiya həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının tələbinin torpaq sahəsinin d igər mülkiyyətçilərinin mənafeyinə uyğun olub-olmamasını müəyyən etməmiş, bu halı müəyyən etmək üçün həmin şəxslərin məhkəmə iclasında iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi iştirakını təmin edərək iddia tələbin münasibətini öyrənməmişdir. Bundan başqa iddia tələbindən göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək iddia tələbindən kənara çıxmış, iddia tələbindən kənara çıxmaq üçün müstəsna hal olmasını əsaslandırmamışdır. Belə ki, məhkəmə qətnamədə tərəflər arasında bağlanmış mübahisəli alqı-satqı müqaviləsi əsasında Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunmasını da qət etmişdir. Lakin nə iddiaçının belə bir tələbi olmamış, nədə ki balanmış alqı-satqı müqaviləsindən sonra torpaq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılması iş materiallarından müəyyən edilməmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. İkinci apellyasiya baxışı zamanı X4, X9, X12 və X5 mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar.

27. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-623/2022 nömrəli iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Salyan Rayon Məhkəmə sinin 28 yanvar 2021-ci il tarixli 2(057)229/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Salyan rayonu, Sarvan kəndində yerləşən 4.3655 ha torpaq sahəsinə dair satıcılar İddiaçı, X4, X6, X10, X8, X1 adından 15 dekabr 2017-ci il tarixdə verilmiş etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə alıcı Cavabdeh2 tərəfindən imzalanmış 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əqd üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsinin mülkiyyətçilərin sahibliyinə verilməsi, ödənilmiş dövlət rüsumuna görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 manat müştərək qaydada tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, torpaq sahəsinin alqı-satqısını mülkiyyətçilərin adından verilmiş etibarnamə əsasında etibar edilən Cavabdeh1 həyata keçirmişdir. Başqa sözlə, Cavabdeh1 sözügedən müqaviləni mülkiyyətçilərin nümayəndəsi (təmsilçi) qismində imzalamışdır. Mülki Məcəllənin 339.1-ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) dispozitiv şərtinin ödənməsi üçün mülkiyyətçinin nümayəndəsi qismində çıxış edənin müqaviləni mülkiyyətçinin iradəsinin əleyhinə bağlamış olduğu müəyyən edilməlidir. Bundan başqa iddianın təmin edilməsi üçün şərtlərdən biri də ondan ibarət olmuşdur ki, alıcı vicdanlı olmasın. Göstərilən şərtlər ödənildiyi halda iddianın təmin edilməsi üçün əsas yaranır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfin verdiyi izahata görə mülkiyyətində olan əmlakın mülkiyyətçilərin ad ından satılması onların iradəsinin əleyhinə baş vermişdir. Belə ki, onlar etibarnaməni torpaq sahəsinin satılması üçün deyil, borcun təminatı olaraq vermişdir. İddiaçı göstərmişdir ki, torpağın alqı-satqısı baş verərkən mülkiyyətçilərin məlumatı olmamış, xəbərdar olan kimi etibarnaməni ləğv etdirmişlər. Cavabdeh tərəf iddiaçının bu izahatına qarşı hər hansı etiraz bildirməmiş və ya izahat verməmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən alqı-satqı barədə mülkiyyətçilərin məlumatlı olması barədə iş materiallarında hər-hansı dəlil yoxdur. Torpaq sahəsinə dair etibarnamə verilən zaman deyil, ondan təqribən iki il keçəndən sonra alqısatqının rəsmiləşdirilməsi, bundan xəbər tutan mülkiyyətçilərin etibarnaməni dərhal ləğv etdirməsi alqı-satqı baş verən zaman ilkin mülkiyyətçiləri n məlumatlı olmaması barədə nəticəyə gəlməyə əsas vermişdir.

31. Bundan başqa, Cavabdeh1 adına etibarnamənin verildiyi 15 dekabr 2017-ci il tarixindən sonra torpaq sahəsinə dair mülkiyyətçilərin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən 29 dekabr 2017-ci il tarixli çıxarış alınmışdır. Bu zaman alqı-satqı müqaviləsi həyata keçirilməmişdir. Bu, həm də ona dəlalət etmişdir ki, tərəflər torpaq sahəsinin alqısatqı qaydasında rəsmiləşdirilməsində maraqlı olmamış, cavabdeh torpaq mülkiyyətçiləri tərəfindən adına verilən etibarnamənin mövcudluğu ilə kifayətlənmişdir. Tərəflərin həqiqi niyyəti torpaq sahəsinin alqı-satqı qaydasında özgəninkiləşdirmək olsaydı, çıxarışın verilməsindən dərhal sonra birbaşa mülkiyyətçi ilə Cavabdeh1 arasında torpağın alqı-satqı müqaviləsini bağlaya bilərdilər. Bu hal özü də xx.xx.2020-ci il tarixli alıq-satqının həqiqiliyini şübhə altına almışdır.

32. Kollegiya onu qeyd etmişdir ki, torpaq sahəsinə görə mülkiyyətçilərin adından verilmiş etibarnamə hüquqi mənada mülkiyyətçiləri üçüncü şəxslər qarşısında təmsil etmək üçündür. Əgər etibar edilən əmlak barədə sərəncam verirsə, alqı-satqını həyata keçirirsə bu zaman əqdin şərtləri, torpağın qiyməti və s. barədə etibar edənlər, mülkiyyətçilər məlumatlı olmalı idi. Hər bir halda alqı-satqı zamanı mülkiyyətçilərin bu və ya digər yolla hər-hansı iradə ifadəsinin bildirilməsi müəyyən edilməmişdir.

33. Hüquqi cəhətdən (formal olaraq) alqı-satqı mülkiyyətçilərlə Cavabdeh2 arasında bağlanmışdır. Müqavilədə torpağın dəyəri 5400 manat göstərilmişdir. Kollegiya qeyd etmişdir ki, iş materiallarından əmlakın nümayəndə i lə kontragentin razılaşdırılmış dəyərinin mülkiyyətçilərə ödənildiyi müəyyən edilməmişdir. Bu barədə cavabdeh tərəf hər hansı açıqlama verməmişdir.

34. Cavabdeh izahatında, mülkiyyətçilərlə Cavabdeh1 arasında borc münasibətləri deyil, alqı-satqı münasibətləri olduğunu bildirsə də mülkiyyətçilərlə cavabdeh (etibarnamə alan) Cavabdeh1 arasında alqı-satqı münasibətlərinin olması müəyyən edilməmişdir. Cavabdeh tərəf izahatında göstərməsə də, ikinci Cavabdeh2 vicdanlı alıcı olduğuna əsaslana bilər. Belə ki, Cavabdeh2 vicdanlı alıcı olduğu müəyyən edildiyi halda iddia rədd edilməlidir. Kollegiya hesab etmişdir ki, Cavabdeh2 vicdanlı əldə edən olması müəyyən edilməmişdir.

35. Kollegiya bildirmişdir ki, hazırki işdə alıcı M.Cəliovun torpaq sahəsinin əsl mülkiyyətçilərinin kim olduğunu açıq-aşkar b ilməsi və ya əsl mülkiyyətçi barədə məlumatlı olması, sövdələşənlərin - yəni nümayəndə (təmsil edən) ilə alıcının (kontragentin) qohumluq münasibətində olması (belə ki, alıcı nümayəndənin qardaşıdır), alqı-satqıda əmlakın dəyərinin formal göstərilməsi kimi hallar Cavabdeh2 vicdanlı alıcı olduğunu istisna etmişdir.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 182, 337, 339-cu maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Ali Məhkəmənin Mülki kollegiyasının 2(10 2)-4179/2022 nömrəli iş üzrə 31 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-623/2022 nömrəli iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

39. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, işə birinci dəfə baxan kassasiya kollegiyası iddiaçının iddianın faktiki əsası ilə bağlı fərqli məlumat və izahatlar verdiyinə diqqət çəksə də, ikinci apellyasiya baxışında bu xüsusat məhkəmə tərəfindən aydınlaşdırılmamış, qeyd edilənlərin iddianın əsasının dəyişdirilməsi sayılıbsayılmamasına, əgər iddianın əsası dəyişdirilmişdirsə qətnamə çıx arıldıqdan sonra bunun mümkün olub-olmamasına mülki prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməmişdir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdin etibarsızlığına istinad etmişdir. Bununla belə, əqdin etibarsızlığının həmin əsasının şərtləri mötəbər sübutlar əsasında işin müəyyən edilən faktiki halları ilə əsaslandırılmamışdır.

41. Kollegiya qeyd etmişdir ki, baxılan işdə cavabdeh tərəf iddiaçı ilə borc münasibətlərində deyil, alqı-satqı münasibətlərində olduqlarını açıqca bəyan etmişlər. Onların nümayəndəsi bildirmişdir ki, torpağa görə 5000 manat pul ödənilmiş, torpağ ın çıxarış sənədi olmadığından iddiaçı və ailə üzvləri Cavabdeh1 etibarnamə vermişlər, bunun əsasında həmin cavabdeh iddiaçının adına çıxarış alıb, daha sonra - xx.xx.2020-ci ildə isə torpaq alqı-satqı yolu ilə Cavabdeh2 satmışdır. Qeyd edilənlər cavabdehlərin öz dəlilləri ilə iddiaçının “əmlakın satılmasının onların iradəsi əleyhinə baş verməsi, torpağın alqı-satqısından mülkiyyətçilərin məlumatlarının olmaması və s.” barədə bildirdiklərinə qarşı açıqca etiraz etmələrini göstərmişdir. Belə olan halda, cavabdeh tərəfin iddiaçının izahatına qarşı etiraz bildirməməsi və ya izahat verməməsinə dair məhkəmənin mövqeyi tamamilə əsassız olmuşdur.

42. Kollegiya bildirmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada bağlanmış 26 fevral 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı münasibətləri iddiaçı və ailə üzvləri ilə Cavabdeh2 arasında olmuşdur. Cavabdeh1 isə həmin müqavilə bağlanarkən satıcıları etibarnamə əsasında təmsil etmişdir. Bu fakt özüözlüyündə cavabdeh tərəfin dəlillərini təkzib, iddiaçının bildirdiklərini təsdiqləyən hal deyil. İşdən belə görünmüşdür ki, iddiaçı, cavabdehlə arasında alqı-satqı münasibətlərinin olmadığını iddia etmiş, cavabdeh isə bunu təsdiqləməmişdir. Deməli bu hal mübahisəli olmaqla iş üzrə sübutetmənin predmetini təşkil etmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi həmin halı sübutetmə yükünün tərəflərdən hansına aid olduğunu və hansı mötəbər sübutlarla təsdiqləndiyini lazımi şəkildə əsaslandırmamışdır.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavil ənin etibarsız olmasını iddiaçı tərəf iddia etdiyi üçün bu halı sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. Buna baxmayaraq, iddiaçı, əvvəlcə Cavabdeh1 aldığı borcun təminatı kimi torpaq sahəsinə etibarnamə verdiyini, xəbəri olmadan həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsi ilə torpaq sahəsinin digər Cavabdeh2 adına rəsmiləşdirildiyini bildirmiş, daha sonra isə Cavabdeh1la heç bir işinin olmadığını, borcu Cavabdeh2 aldığını, torpaq sahəsini üç il müddətinə əkibbecərməsi üçün sonuncuya verdiyini və s. ifadə etmişdir. Apellyasiya məhkəməsi iddiaçının fərqli məzmunda verdiyi məlumatlardan hansının doğru olduğunu araşdırmadığı və niyə apellyasiya məhkəməsində verilən izahatı nəzərə aldığını əsaslandırmadığı kimi, onların iddiaçının izahatından başqa hansı sübutlarla təsdiqlənd iyini də göstərməmişdir. Məhkəmə yalnız iddiaçının bildirdikləri ilə formalaşdırdığı mülahizələrə əsaslanmış, bəzi hallarda isə cavabdehin hər hansı açıqlama vermədiyini həmin məlumatların təsdiq olunması kimi qiymətləndirmişdir. Belə yanaşma isə sübutetmə və sübutların qiymətləndirilməsi qaydalarına dair prosessual normaların pozulmasına dəlalət edir.

44. Apellyasiya kollegiyası “tərəflərin torpağın alqı-satqısında maraqlı olmamalarına görə”xx.xx.2020-ci il tarixli müqavilənin həqiqiliyini şübhə altına alarkən həm də ona istinad etmişdir ki, satış zamanı mülkiyyətçilərin iradə bəyan etmələri müəyyən olunmur, əmlaka sərəncam verilməsindən onlar məlumatlı olmalı idilər, lakin bu hal işdə təsdiqlənmir. Kollegiya bu mövqe ilə razılaşmamışdır, ona görə ki, əvvəla, iddiaçı və ailə üzvlərinin Cavabdeh1 adına tərtib etdikləri 15 dekabr 2017-ci il tarixli etibarnamədə əmlaka sərəncam vermək, alqı-satqı da daxil olmaqla bütün əqdləri bağlamaq səlahiyyətinin verildiyi açıqca qeyd olunmuşdur. Buna rəğmən apellyasiya məhkəməsi, əmlakı özgəninkiləşdirmək niyyəti olmayan mülkiyyətçilərin verdikləri etibarnamədə həmin səlahiyyəti nəzərdə tutmalarının səbəbini aydınlaşdırmamış və bu halın mübahisənin həllinə təsirini lazımi şəkildə təhlil etməmişdir.

45. Bundan əlavə, mülkiyyətçi öz əmlakının hüquqi müqəddəratını həll etmək üçün başqasına təmsil səlahiyyəti verdikdən sonra təmsilçi tərəfindən əmlaka sərəncam verilərkən təmsil olunanın bu barədə ayrıca iradə bəyan etməsi, yaxud əqdin digər tərəfinin mülkiyyətçini xüsusi olaraq məlumatlandırmasına dair məcburi qayda mülki qanunvericilikdə mövcud deyil. Çünki, belə tələb(lər) təmsilçilik institutunun mahiyyətinə və məqsədinə uyğun gəlmir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçını təmsil edən Cavabdeh1 müqaviləni başqa şəxslə - Cavabdeh2la bağlamışdır. Sonuncuların yalnız qohum olması faktı təmsilçinin özü barəsində əqd bağlaması anlamına gəlmədiyi kimi, təmsilçi ilə əqdin digər tərəfinin pis niyyətlə razılığa gəlməsinə və alıcının vicdanlı olmaması nəticəsinə gəlmək üçün də kifayət deyil. Apellyasiya məhkəməsinin Cavabdeh2 vicdanlı əldə edən olmaması barədə mövqeyi də əsaslı görünməmişdir.

47. Kollegiya onu da bildirmişdir ki, həmin mövqeyin qətnamədə əsaslandırılması zamanı istinad olunan hüquq qaydaları hazırkı işin hallarına uyğun olmamışdır. Baxılan işdə apellyasiya məhkəməsi mövqeyini əsaslandırmağa çalışarkən bir neçə əlaməti ümumi şəkildə vicdanlı olmamanın şərtləri kimi sadalamış, lakin onları vicdanlı əldə etmə institutu və aidiyyəti normaların dispozisiya şərtləri baxımından əsaslandırmamışdır.

48. Qətnamənin məzmunundan belə aydın olmuşdur ki, məhkəmə əşya hüququnu əldə etmədə vicdanlı olma qaydasını nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin həm 182.1-ci, həm də 140-cı maddəsinə istinad olunmuş, davamında isə M.Cəliovun torpaq sahəsinin əsl mülkiyyətçilərinin kim olduğunu bilməsi, onları təmsil edənlə alıcının qohumluq münasibətində olmasını, alqı-satqıda əmlakın dəyərinin formal göstərilməsini Cavabdeh2 vicdanlı alıcı olduğunu istisna edən hallar kimi qiymətləndirmişdir.

49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsinə dair daşınmaz əm lakın dövlət reyestrində satıcılar İddiaçı və onun ailə üzvlərinin adına olan qeydin əsassızlığı ilə bağlı hər hansı hal hazırkı işdə ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda, MM-in 140-cı maddəsi baxımından Cavabdeh2 vicdanlı əldə edən sayılmasının yoxlanılmasına və buna qiymət verilməsinə hüquqi əsas olmamışdır.

50. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 359, 560-cı maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

51. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-314/2023 nömrəli iş üzrə 9 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Samir Həsənov və Pərviz Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Ray on Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(057)229/2021 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

52. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddia ərizəsində tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, Cavabdeh1 üç il müddətinə 5000 manat borc almış və Cavabdeh1 girov kimi ona məxsus torpağı istəmiş, onun və ailə üzvlərinin adından etibarnamə tələb etmişdir. Bu məqsədlə həmin cavabdehə etibarnamə vermişlər. Cavabdeh1 həmin etibarnamə əsasında 29 dekabr 2017-ci il tarixdə torpaq sahəsinə onun və ailə üzvlərinin adına çıxarış almış, 26 fevral 2020-ci il tarixdə isə torpağı alqı-satqı yolu ilə qardaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Lakin apellyasiya baxışında İddiaçı bildirmişdir ki, onun Cavabdeh1la heç bir işi olmayıb, bütün söhbətləri Cavabdeh2la olub. Belə ki, o, Cavabdeh2 borca pul istəmiş və borc pulun müqabilində özlərinə məxsus torpaq sahəsini özü Cavabdeh2 təklif etmişdir. Cavabdeh2 onlardan etibarnamə istəmiş və onlar ailəlikçə notariusa gedərək etibarnamə vermişlər. X22 notariusda olmamışdır. Həmin etibarnaməyə imza atsalar da kimə etibarnamə vermələrini bilməmişlər. Cavabdeh2 aldığı pulla ayrı-ayrı vaxtlarda oğluna və qızına toy etmişdir. Göründüyü kimi iddiaçı Qafara qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlər verməklə onu təmsil etməsi üçün etibarnamə vermiş, həmin etibarnamə əsasında Qafar torpağa dair çıxarış almış və həmin torpağı Cavabdeh2 satmışdır. Belə ki, iddiaçı və ailə üzvlərinin Cavabdeh1 adına tərtib etdikləri 15 dekabr 2017-ci il tar ixli etibarnamədə əmlaka sərəncam vermək, alqı-satqı da daxil olmaqla bütün əqdləri bağlamaq səlahiyyətinin verildiyi açıqca qeyd olunmuşdur. Yəni torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada bağlanmış 26 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı münasibətləri iddiaçı və ailə üzvləri ilə Cavabdeh2 arasında olmuş, Cavabdeh1 isə həmin müqavilə bağlanarkən satıcıları etibarnamə əsasında təmsil etmişdir.

53. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehlə borc münasibətində olduğunu iddia etmiş, cavabdeh isə iddiaçı ilə alqısatqı münasibətində olduğunu bildirmişdir. Lakin sübutetmə yükü iddiaçının üzərinə düşsə də o nə birinci nə də apellyasiya instansiyasında cavabdehlə borc münasibətlərində olmasına dair hər hansı dəlil təqdi m etməmişdir.

54. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilənin tərəfi bağladığı əqdin etibarlı olmasını sübut etməyə borclu deyil. Əksinə, əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını iddia edən öz iddiasını sübuta yetirməlidir. Hazırda tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız olmasını iddiaçı tərəf iddia etdiyi üçün bu halı sübut etmək vəzifəsi də onun üzərinə düşmüşdür.

55. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144, 324, 337, 359, 362-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021 -ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kassator şikayətini Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1889/2021 nömrəli mülki iş üzrə 7 iyul 2021-ci il tarixli və 2(106)-623/2022 nömrəli iş üzrə 1 mart 2022-ci il tarixli qətnamələrində qeyd edilmiş apellyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun əsaslandırmışdır.

58. Əlavə olaraq kassator qeyd etmişdir ki, məhkəmələr işə baxarkən mübahisəli torpaq sahəsinin 2017-ci ildə olan bazar qiymətini və müqavilə bağlanan zaman olan bazar qiymətini öyrənməmişlər. Əgər öyrənilmiş olsaydı o zaman bağlanmış əqdin əslində qanunsuz olduğu bir daha ortaya çıxardı və cavabdeh tərəfin əsl niyyətinin iddiaçı tərəfin əmlakını mənimsəmək olduğunu tam şəkildə sübut etmiş olardı.

59. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 144, 146-149, 152-166, 169-176, 178180, 182, 238, 324, 337, 339, 359, 362-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 97, 255, 256, 385-390, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

60. Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

61. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

62. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

63. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

64. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiy yətsiz əqdlər ola bilər.

65. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

66. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

67. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

68. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı

69. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandı ğı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin satıcıların iradəsinə uyğun olmaması barədə iddiaçı tərəfindən məhkəməyə tutarlı sübutlar təqdim edilməlidir. Lakin iddiaçı qarşılıqlı iddia ərizəsində göstərdikləri faktları birbaşa təsdiq edən hər hansı sübutu birinci və apellyasiya məhkəmələrinə təqdim etməmişdir.

80. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sü butun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin işə təkrar baxan apellyasiya məhkəməsi bu məsələ ilə bağlı kassasiya məhkəməsinin iş üzrə qərarında əks olunmuş hüquqi mövqelərini də nəzərə almış və MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir.

81. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli ola n bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. İddiaçının mübahisələndirrdiyi əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir.

82. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-314/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar