Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2477/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdeh ZMnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh ZM tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.M.Süleymanova, iş 2(001)-1087/2018) iddiaçı X4 cavabdehlər Ca vabdeh1 və Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olaraq dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 5.000 (beş min) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın X4 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 sentyabr 2018-ci il tarixli, 2(103)9402/2018 saylı qətnaməsi ilə (A.N.İmanov (sədrlik edən və məruzəçi), hakimlər E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1087/2018 saylı iş üzrə 27 fevral 2018-ci il tarixli qətnaməsi ZMna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əla qədar olaraq dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh ZM apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh ZM Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə ba xılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarına əlavə edilmiş 24 avqust 2004-cü il tarixli, 112 saylı Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsinin çıxarış-qərarından görünür ki, X3 cizgilərdə göstərilən ölçü və ünvanlara uyğun olaraq 400 kv. metr fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. İşdə olan 07 iyun 2014-cü il tarixli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, X2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 112 sa ylı, 24.08.2004-cü il tarixli çıxarış qərarına əsasən X2 mülkiyyətinə verilmiş torpaq sahəsini özəlləşdirdikdən, çıxarış, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 5000 manata alıcı X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar, alıcı satış məbləğinin 5000 manatını nağd şəkildə satıcıya ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. -402.2-ci maddəsinə görə ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara ə məl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. -646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. -646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. -1091 -ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh torpağa görə çıxarış əldə etmədən, yəni torpaq sahəsinə olan hüquqlarını müvafiq qaydada dövlət reyestrində qeydə aldırmadan və başqasının adına olan torpaq sahəsinin alğı -satqı şərtlərini pozaraq, torpaq sahəsini faktiki olaraq iddiaçıya qeyri-qanuni satmaqla 5000 manat vəsait əldə etmiş, MM-nin 646-cı maddəsinin tələbini pozaraq torpaq sahəsini iddiaçıya mübahisəsiz qaydada təhvil verməmiş və nəticədə əsassız varlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ZMnın kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsinin MK-nın 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2477/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2477/2019
17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver