Məhkəmə qərarları › İş №2(102)-2477/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2477/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2477/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, faiz, cərimə borcunun və maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, maddi ziyan tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4026/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 04.12.2018-ci il tarixli, CALiz137279/18 saylı X1 surətindən görünür ki, İddiaçı BOKT MMC “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 24 ay müddətinə, illik 26 faizlə lizinqə verməyi, Cavabdeh öz növbəsində qeyd edilən krediti və hesablanmış faizləri müəyyən olunmuş müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. 31.10.2019-cu il tarixli son xəbərdarlıq məktubundan görünür ki, “İddiaçı“ BOKT MMC tərəfindən lizinq alan Cavabdeh 3 iş günündən gec olmayaraq lizinq müqaviləsi üzrə müvafiq ödəniş tarixinə ödənilməmiş əsas və faiz borcu, həmçinin hesablanmış cərimənin ödənilməsi tələb edilmiş, əks təqdirdə müqav iləyə birtərəfli qaydada xitam verilməklə nəzərdə tutulan qanuni tədbirlərin icrası həyata keçiriləcəkdir. 08.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə 13995,35 manat əsas, 485,18 manat faiz, 145,29 manat cərimə borcu olmaqla, ümumilikdə 14625,82 manat borcu vardır. 28.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə 13625,81 manat əsas, 98,41 manat faiz, 81,07 manat cərimə borcu olmaqla, ümumilikdə 13805,29 manat borcu vardır. AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 Y.Səfərov küçəsində ara məsafəni saxlamayaraq, qarşıda gedən “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, İXM-nin 327-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətm işdir; 25.11.2019-cu il tarixli qüsur aktından görünür ki, “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 2750 manat zərər vurulmuşdur. 08.11.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh 1001 manat lizinq ödənişi etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 04.12.2018-ci il tarixli, CALiz137279/18 saylı X1 ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə faiz borcuna görə 485,18 manat, gecikdirilmiş günlər üçün ödənilməli olan cərimə 145,29 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, lizinq obyekti olan “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin (ili-2008, Ban: WP1ZZZ9PZ9LA65879, mühərrik: G906387, rəng-qara metalik) təşkilata geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 04.12.2018-ci il tarixli, CALiz137279/18 saylı X1 ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə faiz borcuna görə 98,41 manat, 81,07 manat cərimə borcu olmaqla, 179,48 manat məbləğində pul, 2750 manat maddi zərərin əvəzi və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırır ki, BOKT ilə Cavabdeh aras ında bağlanmış 04.12.2018-ci il tarixli X2 əsasən “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqə verilmişdir. Müqavilənin 1 saylı əlavəsinə əsasən kredit ödənişi üçün qrafik tərtib edilmiş, lakin borclu krediti və hesablanmış faizləri müəyyən olunmuş müddət ərzində qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, borc məbləği iddiaçıya ödənilməmişdir. Qeyd olunanlara əsasən göstərilən məbləğin cavabdehdən tutulması üçün əsas yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-782/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 04 dek abr 2018-ci ildə tərəflər arasında CALiz 137279/18 saylı daxili Lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti (lizinq obyekti) “Porsche Cayenne” markalı minik avtomobili olmuşdur. Müqavilənin 2.1-ci maddəsinə əsasən “Lizinq alan” Lizinq əməliyyatları ilə bağlı aparılan bütün bank və ya digər xərclərin ödənilməsini, o cümlədən “Lizinq verən” tərəfdən Lizinq obyektinin satıcısına alqı-satqı müqaviləsi ilə olan bank köçürmələrinin və həmin vəsaitin Satıcı tərəfdən nağdlaşdırılması ilə bağlı xərclərin ödənilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndində “Lizinq alanın” mövcud Lizinq layihəsinə şəxsi qoyuluşu 12750 manat nağd pul şəklində Lizinq obyektinin 38 %-ni, “Lizinq verənin” isə 62 % olmaqla 21250 manat təşkil etdiyi göstərilmişdir. Müqavilə 24 ay müddətinə illik 26% şərtilə bağlanmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına görə müqavilə üzrə cavabdeh cəmi 12220 manat ödəniş etmişdir. Cavabdeh hər ayın 4-nə qədər 1150 manat ödəniş etməli olduğu halda, 20.09.2019-cu ildə 1500 manat, 08.11.2019-cu ildə 1000 manat ödəniş etmişdir. İddiaçı isə 13.11.2019-cu ildə müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yəni cavabdeh 10-cu ay ödəniş etməmiş, 11-ci ay isə 4 gün gecikməklə ödəniş etmişdir. Bundan başqa, iddiaçı iddia edir ki, cavabdeh lizinq obyektinə 2750 manat zərər vurmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş qrafiklə ardıcıl olaraq 3-cü ödəniş müddəti çatanadək ödəniş etmiş və nəticədə müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün əsas yaranmamışdır. Məhkəmə gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, iddiaçı Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iki dəfə ardıcıl ödəniş edilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin qanunvericilik öhdəliyin pozulmasını lizinq alanın 2 dəfə ödəniş etməməsi kimi yox, 2 dəfədən artıq ödəməməsi kimi təsbit etmişdir. Yəni həmin norma lizinq alanın ardıcıl olaraq 2 dəfədən artıq ödəməməsi dedikdə, ardıcıl olaraq 3-cü ödəniş müddəti çatdıqdan sonra ödəniş etmədiyi halları ehtiva etdiyi aydın olur. Belə ki, əksi düşünüldüyü təqdirdə qanunvericilik “ardıcıl olaraq 2 dəfədən artıq” ifadəsini deyil,” ardıcıl olaraq 2 dəfə” ifadəsini işlədərdi. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh 11 ay ərzində cüzi gecikmələr edərək ödənişlər etmiş və bunun nəticəsində 380,85 mana t cərimə ödəmişdir. Lizinq verənin lizinq ödənişlərinin 4 gün gecikdirilməsinə görə müqavilənin ləğv edilməsini tələb etməsi, lizinq obyektini alarkən onun dəyərinin 38 %-ni ödəyən lizinq alana münasibətdə hüquqdan sui-istifadədir. İddia tələbinin 98,41 manat faiz, 81,07 manat cərimə borcu olmaqla, cəmi 179,48 manat məbləğində borcun cavabdehdən tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, faiz və cərimə borcunun cavabdehdən tutulması Lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsindən yaranan törəmə tələbdir. Odur ki, müqavilənin ləğv edilməsi barədə iddia tələbi yuxarıda göstərilən əsaslara görə təmin edilmədiyindən bu hissədə də təmin edilə bilməz. Qeyd edilənlərdən başqa avtomobilə cavabdehin təqsiri olmadan, onun hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olmayan yol qəzası nəticəsind ə zərər dəymişdir. Cavabdeh isə əksinə avtomobili (lizinq obyektini) öz hesabına avtoservisə təhvil verməklə bərpa etmək üçün tədbirlər görmüşdür. Avtomobil təmir olunarkən, təmir başa çatmadan məhkəmənin qərarına əsasən təşkilatın saxlancına yerləşdirilmişdir. Bu səbəbdən cavabdeh avtomobilin təmirini sonunadək başa çatdıra bilməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi qüsur aktı avtomobilin faktiki vəziyyətini əks etdirmir. Belə ki, avtomobilin faralarının cavabdehdə olması mülki iş materiallarında olan “ AvtoEfir” servisin məktubu ilə də öz təsdiqini tapır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin Lizinq obyektinə zərər vurması və onun nasaz vəziyyətdə saxlanılması sübut edilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə qətnaməsini Mülk i Məcəllənin 748-1.12.4, 748-10.1, 748-10.2, 748-10.4, 748-1.12, 152.6, 560.3.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-782/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, sözügedən avtomobilin onların mülkiyyətində olmasına baxmayaraq qətnamədə sahibliklərində olması göstərilmiş, bundan əlavə, qanun hakim tərəfindən səhv təfsir olunmuş, lizinq ödənişlərinin 2 dəfədən artıq ödənilməməsi müddəası, rayon məhkəməsi tərəfindən yanlış olaraq üç ay kimi qəbul edilmiş, bundan əlavə cavabdeh tərəfindən lizinq müqaviləsinin daha bir müddəası pozulmuş, təmir işlərinin aparılması barədə MMC-yə hər hansı bir məlumat verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) 21 oktyabr 2020-ci il tarixli 2(103)-4026/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-782/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, ödəniş müddətləri cavabdeh tərəfindən ardıcıl olaraq iki dəfədən art ıq pozulmadığı üçün hazırkı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası maddi zərərlə bağlı qeyd etmişdir ki, rayon məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin həmin hissəsi ilə bağlı əsaslı sübut təqdim edilmədiyi üçün iddia tələbinin təmin edilməməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4026/2020 nömrəli iş üzrə 21.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı BOKT MMC-ilə onun arasında 04 dekabr 2018-ci il tarixli X1 şərtlərinə əsasən cavabdeh gecikmə olmadan aylıq ödənişləri yerinə yetirməli idi. Lakin öhd əlikləri yerinə yetirməmişdir. Bundan başqa Daxili Lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Porsche Cayenne” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avianəqliyyat cavabdeh tərəfindən qəzaya uğramış və nəticədə müəyyən bir ziyan dəymişdir. Bundan başqa Cavabdeh həmin lizinq müqaviləsi üzrə maliyyə arayışına əsasən borcu vardır. Cavabdehlə '’İddiaçı” BOKT MMC arasında bağlanmış X2 əsasən, cavabdeh öhdəliyi yerinə yetirmədiyi təqdirdə müqaviləyə xitam verməyə əsasdır. Göründüyü kimidə cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirmədiyi üçün tərəfimizdən müqavilənin xitam verilməsi ilə əlaqədar məhkəməyə verilmişdir. Bu halda Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyi nöqsanları araşdırmadan qərar çıxarması maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması h esab edilir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi və ya vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əv əzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası m əhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlü klə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şə rtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, lizinq alanın lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halı müəyyən edilmədiyindən iddiaçının pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranmamışdır. Kassasiya şikayətinin cavabdehin müqavilə üzrə borcunun mövcud o lması və bunun müqavilənin ləğvinə əsas verməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, AR mülki Məcəllənin 421.2-cimaddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Cavabdehdən tələb edilən 98,41 manat faiz, 81,07 manat cərimə borcu müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4026/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar