Məhkəmə qərarları › İş №2(102)-248/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-248/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-248/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-248/2024 (Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-802/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən birinci Cavabdeh1 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı. ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 27 oktyabr 2008-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

2. Cavabdeh1 iddiaçının mərhum qardaşı X3 ilə 2001-ci ildə ailə həyatı qurmuş, onların birgə nikahlarından Nəzrin, Selin və İftixar adlı uşaqları doğulmuşdur.

3. İddiaçı Rauf Hacıyein qardaşı Rüstəm Hacıyev x x.xx.2016-cı il tarixdə vəfat etmişdir.

4. Şəki Rayon Məhkəməsinin 2(075)-318/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh1 uşaqları- 09 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2, 03 may 2007-ci il təvəllüdlü X4 və 10 sentyabr 2009-cu il təvəllüdlü X2 ilə birlikdə 27 oktyabr 2008ci il tarixli, MH seriyalı, 009381 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İftixar Hacıyevin mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizə si ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 5.000 manat kompensasiya ödənilməklə Cavabdeh1 uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2, 03 may 2007-ci il təvəllüdlü Selin Hacızadə və 10 sentyabr 2009-cu il təvəllüdlü İftixar Hacızadə və əmlakları ilə birlikdə xx.xx.2021-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 1 (keçmiş adı: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə göndərərək, 8.000 manat kompensasiya ödənilməklə Cavabdeh1 uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2, 03 may 2007-ci il təvə llüdlü Selin Hacızadə və 10 sentyabr 2009-cu il təvəllüdlü İftixar Hacızadə və əmlakları ilə birlikdə xx.xx.2021-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 1 (keçmiş adı: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ev daha əvvəl atası X1 mülkiyyətində olmuş, 30 mart 2021-ci il tarixli bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Evdə o, ailə üzvləri ilə birlikdə qardaşının həyat y oldaşı Cavabdeh1 uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2, 03 may 2007-ci il təvəllüdlü Selin Hacızadə və 10 sentyabr 2009-cu il təvəllüdlü İftixar Hacızadə də yaşayırlar. Cavabdeh1 qardaşı öldükdən sonra uşaqları ilə birlikdə Şəki Rayon Məhkəməsinin 2(075)-318/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qətnamə əsasında əvvəlcə atasının mülkiyyətində olan, hazırda onun mülkiyyətində olan evə köçürülmüşdür. Cavabdeh1, uşaqları ilə birlikdə ona məxsus evə köçürülmə hüququ əldə etsə də, həmin evdə yaşamır. Evin otaqları cavabdehə məxsus əşyalarla məşğul edildiyi üçün onlar özlərinə məxsus evdən istədikləri kimi istifadə edə bilmirlər. Əgər cavabdehə məxsus olan əşyalar gələcəkdə hər hansı bir zədə alsa bu onları cavabdeh qarşısında borclu edəcəkdir. Cavabdehin hərəkətindən də göründ üyü kimi, onlarla birlikdə yaşamaq fikri yoxdur. Əgər elə bir fikri olmuş olsaydı, mübahisə predmenti olan ev ola-ola kirayə evlərdə yaşamazdı. Cavabdeh ondan evdən çıxmasının qarşılığı olaraq 2 otaqlı ev tələb edir. Bu da onun imkanları xaricindədir. Onun cavabdehə heç cür 2 otaqlı ev almaq imkanı yoxdur. Bütün bunlar cavabdehin planlı şəkildə ona məxsus evdən çıxmadığını sübut edir. Evdən çıxmasının qarşılığı olaraq dəfələrlə ona pul təklif etsə də, cavabdeh heç bir razılığa gəlməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

8. Birinci cavabdeh birinci instansiya məhkəməsinə yazılı etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmir və iddiaçının ona və uşaqlarına qarşı belə bir tələblə məhkəməyə müraciət etmə yə heç bir hüquqi əsasları olmadığından, iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. O, iş üzrə iddiaçının mərhum qardaşı Rüstəm Hacıyevlə 2001-ci ildə el adəti ilə toy etməklə faktiki nikah münasibətlərinə görərək ailə qurmuşdur. Mərhumla evləndikdən sonra o, özünə məxsus cehiz əşyalarını və digər əmlakını hazırda iddiaçının mülkiyyətində olan, lakin gəlin köçən zaman onun mərhum babası Kənan Hacıyevin və digər ailə üzvlərinin istifadəsində olmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirməklə həmin evə gəlin köçmüşdür. Həmin evə köçürüldükdən bir neçə aydan sonra həmin evə qeydiyyata alınmış və bu gün də uşaqları ilə birlikdə həmin yaşayış evində qeydiyyatdadır. O zaman həmin evdə yaşayan iddiaçının ailə üzvləri onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmiş və ə ri Rüstəm Hacıyev vəfat edənədək evdə yaşamışdır. Uşaqların hər üçü həmin evdə anadan olmuşdur. Əri vəfat edəndən sonra iddiaçı və onun valideynləri onu və uşaqlarını həmin yaşayış evinə buraxmamışlar. Həmin vaxtlar dəfələrlə həmin evə köçməyə təşəbbüs göstərsə də, iddiaçı və ailə üzvləri onu üç uşağı ilə birlikdə həmin evə buraxmamışlar. Bununla da hazırki iş üzrə iddiaçı və onun digər ailə üzvləri, valideynləri onun üç nəfər uşaqları ilə birlikdə mübahisəli yaşayış evindən istifadə etməyini qanuna zidd olaraq faktiki mümkünsüz etmişlər. Hazırki iddia üzrə iddiaçı və onun valideynləri əri Rüstəm Hacıyev 10 oktyabr 2016-cı il tarixdə vəfat edəndən sonra onu üç nəfər azyaşlı uşaqları ilə birlikdə həmin evdən məcburi qaydada çıxardıqlarından o, məcbur olub Ağdaş şəhərində yaşayan valideynlər inin yanına qayıtmışdır. Uşaqlarını bir təhər orta məktəblərdə təhsillərini davam etdirmək üçün tam orta məktəbə yerləşdirmişdir. Özü orta ixtisaslı musiqi müəlliməsi olduğuna görə ali orqanlara müraciətlərindən sonra Ağdaş Musiqi məktəbinə ixtisası üzrə işə qəbul olunmuşdur. Uşaqlarının hər üçü də Ağdaş, Göyçay və Yevlax rayonlarında fəaliyyət göstərən musiqi məktəblərinə qəbul olunmuş və hazırda digər cavabdeh olan qızı Cavabdeh2 Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində, digərləri isə digər musiqi məktəblərində musiqi təhsili alırlar. Mərhum ərinin ölümündən sonra iddiaçı və onun valideynləri övladları onların faktiki ailə üzvləri olmasına baxmayaraq və buna borclu olduqları halda, uşaqlarla maraqlanmamışlar, onların saxlanılması və təhsilləri ilə bağlı ona heç bir ma ddi və mənəvi yardım etməmişlər. Əksinə iddiaçının atası İftixar Hacıyev 27 oktyabr 2008-ci ildə fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırmışdır. Bundan sonra onu üç nəfər uşaqları və əmlakı ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılmağıına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu barədə məlumatı olandan sonra o, İftixar Hacıyevə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2, 03 may 2007-ci il təvəllüdlü Selin Hacızadə və 10 sentyabr 2009-cu il təvəllüdlü İftixar Hacızadə ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İ ftixar Hacıyevin mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-318/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, onun uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2, 03 may 2007-ci il təvəllüdlü Selin Hacızadə və 10 sentyabr 2009-cu il təvəllüdlü İftixar Hacızadə ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli. MH seriyalı. ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İftixar Hacıyevin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İlkin iddia üzrə iddiaçı İftixar Hacıyev tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Ciddi karantin rejimi olduğundan, özü uzun çətinlikdən sonra işə qəbul olunduğundan, uşaqları isə müxtəlif musiqi məktəblərində təhsil aldıqlarına görə, eləcə də həmin evə köçürülmə ilə bağlı Şəki İcra və probasiya şöbəsi tərəfindən həmin evə köçürülmədiyindən, həmin mübahisəli evə köçərək orada yaşamır. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, mübahisəli yaşayış evi 25 may 2021-ci ildə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alındıqdan sonra o 2022-ci ildə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində ilk öncə iddiaçının anası ilk dəfə olaraq onunla telefo n əlaqəsi saxlamış, həmin evdən çıxmağı müqabilində ona əvvəlcə 5.000 manat, bununla razı olmadığına görə sonradan 8.000 manat pul təklif etmişdir. O həmin məbləğə üç nəfər uşaqları ilə birlikdə yaşamaq üçün başqa yaşayış sahəsi əldə etməyinin mümkün olmadığını onun nəzərinə çatdırandan sonra o bir daha onunla əlaqə saxlamamışdır. Bundan sonra mediasiya tərəfindən təkrar ona zəng edərək həmin evdən çıxmağının müqabilində konkret nə qədər pul tələb etdiyini ondan soruşanda o hələ həmin vaxt Şəki şəhərində yaşayış evinin yerləşdiyi ərazidə kirayə haqqının 200-250 manat, bir otaqlı yaşayış evinin 35-40 min manat civarında olduğunu, hazırki iş üzrə iddiaçı və ya onun ailə üzvləri tərəfindən ona təklif olunan pulla heç bir yaşayış sahəsinin əldə edilməsinin mümkün olmamasını həmin şəxsin nəzəri nə çatdıranda o ona bildirmişdir ki, məbləği 10.000 manat məbləğində müəyyən edilməsinə çalışar. Göründüyü kimi iddiaçı tərəf onun üç nəfər uşaqları ilə birlikdə onun təklif etdiyi məbləğə heç bir yaşayış sahəsi əldə edə bilməyəcəyini, həmin məbləğə hazırki dövrdə yalnız iki ilə yaxın kirayə yaşayış sahəsi əldə etməyinin mümkün olacağını bilsə də, özünün doğma qardaşının yadigarları olan uşaqların yaşayış sahəsi ilə təmin olunması üçün bacardıqları yardımı etmək əvəzinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün 5.000 manat kompensasiya verməklə ailə üzvləri hesab edilən uşaqlarına, eləcə də ona qarşı ədalətsiz və qərəzli mövqe nümayiş etdirir ki, bütün bunlar da yolverilməzdir. Əldə etdiyi məlumatlara görə Şəki şəhərində yaşayış evinin yerləşdiyi ərazidə kirayə haqqı 250-35 0 manat, bir otaqlı yaşayış evinin qiyməti isə 40-50 min manat civarındadır. İddiaçının təklif etdiyi məbləğə mübahisəli yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin etmək üçün o yaşayış sahəsi ilə eyni şəraitdə olan yaşayış evində (mənzildə) yalnız 2 ilə yaxın müddətə yaşamaq imkanına malik olacaqlar.

9. Şəki Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(075)547/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin olunmuş, iddiaçının mülkiyyətində olan Şəki şəhəri, X9 küçəsi, ev 376 ünvanında yerləşən fərdi yaşayış evindən 8.000 (səkkiz min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Selin Hacızadənın və İftixar Hacızadənin istifadələrinə xitam verilməklə həmin evdən çıxarılmaları, qətnamənin kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh1 isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmişdir və həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 8.000 manat məbləği həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisəd ə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Yuxarıda qeyd olunan arayışa əsasən məhkəmə hesab edir ki, Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6-da, 0,0338 ha torpaq sahəsində yerləşən, təmirsiz fərdi yaşayış evinin aylıq kirayə haqqı orta hesabla 200 (iki yüz) manat götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır.

12. Məhkəmə həmçinin nəzərə almışdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçini n öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 228.2-ci maddələrinə və “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən birinci cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin dəyişdirilməsi, iddia tələbinin 15.000 manat verilməklə kompensasiyanın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehlərin və iki nəfər azyaşlı uşaqların, birinin tələbə, digər ikisinin isə məktəbli olması, tələbənin kollecdə ayrıca kirayədə yaşamasını, iki nəfər uşaqların isə orta təhsillə yanaşı digər kurslarda əlavə təhsil alması, 8.0 00 manat müəyyən edilmiş kompensasiya ilə belə bir şəraitdə hansı müddətə və hansı oxşar şəraitə uyğun başqa yaşayış sahəsini əldə edə biləcəyi kimi mühüm əhəmiyyəti olan faktiki halları düzgün araşdırmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı, iddianın 8.000 manat yox, minimum 15.000 manat kompensasiya müəyyən etməklə təmin edilməsi nəticəsinə gələrdi. İşə baxan məhkəmə iddia tələbinin yaşayış sahəsindən istifadə hüququna 8.000 manat kompensasiya müəyyən edilməklə xitam verilməklə təmin edilməsi qənaətinə gəlməsi cavabdehlərin iki azyaşlı uşaqla birlikdə hazırki bazar qiyməti ilə həmin məbləğə bir müddət kirayədə yaşamaqla hər hansı başqa oxşar şəraitdə yaşayış sahəsi əldə edə biləcəklə rini sübut etmir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-802/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Elçin Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin uşaqları- 09 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2, 03 may 2007-ci il təvəllüdlü Selin Hacızadə və 10 sentyabr 2009-cu il təvəllüdlü İftixar Hacızadə ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilməsinə baxmayaraq, nə həmin qətnamə qəbul edilən zaman, nə də qətnamə qəbul edildikdən sonra cavabdeh və uşaqları həmin ünvanda yaşamamış, sözügedən qətnamə heç bir zaman icra olunmamış, cavabdeh də qətnamənin icrası üçün heç bir cəhd etməməklə buna maraqlı olmamışdır. Görünür ki, cavabdehin və uşaqlarının həmin mənzilə heç bir zaman həqiqi ehtiyacları olmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdib ki, cavabdeh apellyasiya şikayətində evə köçməmələrinin səbəbi olaraq pandemiya vəziyyətini göstərsə də, pandemiya dövrü insanların evə ehtiyaclarının ən çox olduğu dövr olmuşdur. Yəni cavabdehlərin mübahisəli evdə yaşamağa maraqları ən çox həmin vaxt ərzində olmalı idi. Bu hal onu göstərir ki, hazırki iş üzrə iddiaçının təklif etdiyi kompensasiya məbləği olmadan belə, 4 ildən daha artıq müddət ərzində cavabdeh və uşaqları başqa ünvanlarda yaş amışlar və hal-hazırda da yaşayırlar. Belə olan halda, cavabdehin 8.000 manat kompensasiya məbləğinin yetərli olmadığı barədə dəlilləri inandırıcı deyildir. O cümlədən, bu qətnamənin 9-cu bəndində də qeyd olunduğu kimi, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminən 200 manat civarında nəzərdə tutulduqda, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. (200x12=2.400x3=7.200)

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməm əsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Hazırki halda cavabdeh və uşaqları mübahisəli evdə yaşamasa da, işdən aydın olur ki, cavabdehə məxsus əşyalar həmin evdə qalmaqda davam edir.

20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin evdən çıxarılması, həmçinin ona məxsus əşyaların da çıxarılması anlamına gəldiyindən hesab etmişdib ki, birinci instansiya məhkəməsi Cavabdeh1, Cavabdeh2, Selin Hacızadənın və İftixar Hacızadənin evdən istifadələrinə xitam verilməklə onların həmin evdən çıxarılmalarını qət etməkdə haqlı olmuşdur.

21. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia tələbi Cavabdeh1 və qızı Cavabdeh2 qarşı irəli sürül müşdür. Selin Hacızadə və İftixar Hacızadə cavabdehlər sırasında göstərilməmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 03 may 2007-ci il təvəllüdlü Selin Hacızadə və 10 sentyabr 2009-cu il təvəllüdlü İftixar Hacızadə hal-hazırda yetkinlik yaşına çatmayan şəxslər olduğundan göstərilən hüquq normalarının tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə Cavabdeh1 ilə birlikdə Selin Hacızadə və İftixar Hacızadənin da evə istifadə hüquqlarına xitam verməkdə haqlı olmuşdur. Yetkinlik yaşına çatmış şəxs olan Cavabdeh2 gəldikdə isə kollegiya qeyd edir ki, qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmədiyindən kollegiya onunla bağlı hissədə araşdırma aparmamışdır.

22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2, 228.2-ci, “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən birinci cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin 15.000 (on beş min) manat kompesasiya verilməklə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci inastansiy a məhkəməsinin müəyyən etdiyi məbləğlə ikisi ayrı-ayrı cavabdehlər olmaqla 4 nəfər ailə üzvlərinin heç bir yaşayış sahəsi əldə etmələrinə kifayət etdmədiyi və həmin məbləğlə maksimum 2 il kirayə yaşaya biləcəklərini, bu iki ildə ailə və maddi vəziyyətlərinə görə heç bir yaşayış sahəsi əldə edə bilməyəcəklırini kompensasiyanın məbləğini 8.000 manat müəyyən etməklə mübahisəli yaşayış sahəsinə xitam verməklə faktiki olaraq onları faktiki olaraq həmin hüquqdan məhrum etməsinə, apellyasiya instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmiş, Mülki Kollegiyada işə baxılan zaman qeyd faktiki halları hərtərəfli və tam araşdırmadan apellyasiya şikayətini təmin etməməklə və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla iddiaçının mənafeyini müdafiə etmiş, cavabdehlərin və ail ə üzvülərinin ailə və maddi vəziyyətini ağırlaşdırmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qətnamə qəbul edərkən onların iddiaçı və onun digər ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış sahəsindən istifadələrinə imkan verməmələri, onların iki nəfər azyaşlı uşaqlarla nəyə görə həmin yaşayış sahəsindən istifadə edə bilməmələri kimi işin faktiki hallarını dəqiq müəyyənləşdirməklə düzgün araşdırmamış, onların iki nəfər azyaşlı uşaqlarla iddiaçı tərəfindən təklif olunan 8.000 manat kompensasiya ilə müəyyən müddətdə heç bir yaşayış sahəsini əldə edə bilməyəcəklərini nəzərə almamış, həmin məbləğə hansı müddətə və hansı şəraitə uyğun başqa oxşar yaşayış sahəsi əldə edə biləcəklərini qətnaməsində hərtərəfli əsaslandırmamışdır. Bununla da tərəf kimi onların və iki nəfər azyaşlı uşaqların hüquq və maraqlarını yox, iddiaçı tərəfin maraqlarını müdafiə etmişdir. İşə baxan həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi iş üzrə etirazlarını və kompensasiyanın 15.000 manat məbləğində müəyyən edilməsi barədə təkliflərini nəzərə almamış, təklifin əsaslarını dəqiq araşdırmamış və buna münasibət bildirməmiş, hüquqi qiymət verməmişdir. Bununla da işə baxan apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasının tələbini pozmuşdur. Cavabdeh tərəf kimi iddia tələbinə qarşı etirazlarını birinci instansiya məhkəməsinə təqdim etmişlər, həmin etirazda və apellyasiya şikayətində işin faktiki halları barədə ətraflı qeyd etmişlər. İşə baxan apellyasiya instansiya məhkəməsi qətnaməsini iş üzrə faktiki olaraq ayrı yaşayan iki cavabdehə münasibətdə kompensasiyanın məbləğini düzgün müəyyən etmədiyindən və iş üzrə qətnamə qəbul edərkən qeyd etdiyi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə görə qətnamə dəyişdirilməli, kompensasiyanın məbləği 15.000 manat müəyyən edilməlidir. İşin faktiki halları barədə etirazları apellyasiya instansiya məhkəməsində nəzərə alınmamış, apellyasiya şikayəti və orada göstərilən hallar işə baxan məhkəmə tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılmamış, qətnamə qəbul edərkən cavabdehlərə münasibətdə qərəzli olaraq birtərəfli mövqe tutmuş, dolayısı ilə iddiaçı tərəfin mövqeyini müdafiə etmiş, bununla da normanın qeyd edilən tələbini pozmuşdur. İşə baxan apellyasiya instansiya məhkəməsinə tərəflərindən mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının minimum 15.000 manat kompensasiya ödənilməklə xitam ver ilməsinin mümkün olmasını təsdiq edən kifayət qədər sübutlar təqdim edilsə də, həmin sübutları araşdırmamış, onlardan istifadə etməmiş, yalnız iddiaçı tərəfin iki dəfəyə təklif etdiyi 8.000 manat məbləğlə kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı iddiasından istifadə etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddia ərizəsində iki nəfər cavabdeh göstərilsə də, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən kompensasiyanın yalnız Cavabdeh1 ödənilməklə üç nəfər ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarılmasına, iddia ərizəsində iki nəfər cavabdeh göstərildiyi halda, kompensasiyanın bir cavabdehə ödənilməsini, konkret olaraq müəyyən edilmiş kompensasiyanın hər bir cavabdehə hansı məbləğdə müəyyən edilməsini və ya hansı səbəbdən yalnız bir cavabdehə verilməsini, kompensasiyanın digər cavabdehə verlməməsinin səbəblərini qətnaməsində göstərməmiş və əsaslandırmamış, apellyasiya şikayətində qeyd edilsə də, buna münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

25. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

29. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

30. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında r azılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşıl ıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırki kassasiya şikayətində birinci cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

47. Qeyd olunmalıdır ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 48. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

49. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-c ı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. 51. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

52. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək, məhkəmənin iddianı təmin etməkdə haqlı olması qənaətinə gəlmişdir.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandı rma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, birinci cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfl ərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkə məsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmi n olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-802/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar