Məhkəmə qərarları › İş №2(102)-249/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-249/2020

08.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-249/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh “xxxx” ASC-nin vəkili X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2438/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi hаqqındа iddiа ərizəsi ilə məhkəməyə mürаci ət edərək cavabdeh orqan “xxxx” ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 3104,63 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin ikinci yarımilinin əvvəllərində “xxxx” ASC-nin əməkdaşları tərəfindən yaşadığı ünvanın sayğacına baxış keçirilmiş,bundan sonra akt NDM 014419 nömrəli xx xxxxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki,sayğacın üst hissəsinə maqnit qoyulmuşdur. Həmçinin qeyd edilmişdir ki, həmin xüsusi maqnit sayğacın hesablama mexanizmin rəqəmlərinin hesablanmasına mane olmuşdur. Bundan sonra ona məxsus **********04540 kodlu abonent hesabına 3104,63 manat borc hesablanmışdır. Həmçinin xx xxxxxx 2019-cu il tarixədək həmin borcun tam ödənilməsi tələb edilir. 2019-cu ilin geridə qalmış 44 günü ərzində bu məbləğdə cərimənin yazılması hüquq pozuntusundan başqa heç nə deyildir. Belə ki, abonentin saldosuna nəzər saldıqda onun il ərzində ödədiyi ödənişləri müəyyən etmək mümkündür. O,hər ay nəzarətçinin tərtib etdiyi məbləğə uyğun enerji haqqını ödəmiş və müvafiq olaraq qeydiyyat aparmışdır. Akt enerjitəchizatı müəssisənin 2 əməkdaşı tərəfindən imzalanmış,aktın tərtib olunmasını tənzimləyən X1 qaydalarının tələbləri pozularaq məişət abonenti olan iddiaçının və şahidlərin iştirakı təmin edilməmiş,akt yuxarıda sadalanan şəxslərin yanında deyil,naməlum şəraitdə və yerdə tərtib olunaraq sonradan təqdim edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(014)-738/2019 saylı qətnaməsi ilə (hаkim F.Nəsibov) İdd iaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi hаqqındа mülki iş üzrə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2438/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş,Ağdaş rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmiş, apelyasiya şikayəti əsassız hesablanmış 1362,27 manat hissəsində təmin edilmiş, 1745,51 manat hissəsində rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2438/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili M əmmədov Tahir Əli oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Məmmədov Tahir Əli oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2438/2019 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş üzrə ekspertiza keçirmədən, hesablanmış əlavə sərfiyyatın nə dərəcədə kompotent olduğunu müəyyən etmədən qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili Cavid Alıyev kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı və vəkili Məmmədov Tahir Əli oğlu işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə iddianı 1362,27 manat hissəsində təmin edib, 1745,51 manat hissəsində rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx xxxxxx 2019-cu il tarixli “xxxx” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları Alqış Məmmədov və Telman Allahverdiyev tərəfindən tərtib edilmiş akta görə Ağdaş şəhərində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi X2 “Proqram bazası”nda **********04540 saylı istehlakçı kodu ilə qeydiyyatda olan Ələkbərov Fəzail Ağalı oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı F.A.Ələkbərova məxsus fərdi yaşayış evinin həyətinə giriş qapısın ınhissəsində “xusisi maqnit” qoyulduğu, həmin maqnitin sayğacın hesablama mexanizminin rəqəmlərinin fırlanmasına mane olaraq sayğacı dayandırıdığı faktı aşkar edilmişdir. Əməkdaşlar tərəfindən xususi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçü aparılaraq sayğaca daxil olan elektrik xəttindən axan yükün 4.4 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar Satışa Nəzarət İdarəsinin pozuntu faktını aşkar etmiş əməkdaşları tərəfindən F.A.Ələkbərovun oğlu İddiaçı iştiraki ilə “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixli AKT NDM № 014419 saylı Akt tərtib edilmişdir. “xxxx” ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən F.A.Ələkbərov barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib edilmiş AKT NDM № 014419 saylı, xx.xx.2019-cu il tarixl i akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 647 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 3108,27 manat təşkil edən 28257 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (gö ndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarında kı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.32-ci bəndihə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti cəkmişdirsə,yaxud elektrik sayğacının göstəririşini təhrif etmək ücün qurğu quraşdırmışdırsa,həmcinin mənzildə quraşdırılmış hesablaşma elektirik sayğacını zədələyərək onu sıradan cıxarmışdırsa və ya sayğacı sxemdən cıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən acmalı və hesablaşma elektirik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət ücün,ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutu lmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən gostərilən pozuntulara yol verildikdə,X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektirik naqilin cəryan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektirik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, iddiaci sayğaca müdaxilə etdiyi ücün komissiya sutkanın 24 saatı nəzərə alınmaqla 647 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 3108.27 manat təşkil edın 23257 kvt.saat miqdarında itirilmiş elektirik enerjisini nəzərə almışdır. Bu da yuxarıda qeyd edilən “Qaydalar”ın 8.32-ci bəndinin tələblərinə uyğundur. İş materiallarından görünür ki, sayğac 2011-ci ildə quraşdırılmış və ondan sonra qoşulma sxeminin yoxlanması aparılmamışdır. Yenidən hesablama iddia müddəti həddində aparılmışdır. Ancaq yenidən hesablama aparılarkən abonehtin həmin dövrdə, yəni 2017-ci ilin iyun ayından başlayaraq 647 gün və sutkanın 24 saatı ücün hesablanarkən həmin müddətdə istifadə edilmiş enerji ücün ödənmiş pul nəzərə alınmamışdır. Belə ki, iddiacının saldosundan görünür ki,o, qeyd edilən müddətdə 1362.76 manat pul ödəmişdir.Həmin məbləğ ona hesablanmış 3104.63 manatdan cıxılmalı və tələbin həmin hissəsi əsaslı olduğu ücün təmin edilməli, tələbin 1745.51 manat hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsi üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mü bahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından h əmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)2438/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar