Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2496/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – MPM 407.4, 408.1.3, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Çingiz İsgəndər oğlu Əsgərov (məruzəçi), Abiddin Qabil oğlu Hüseynov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 3 fevral tarixli 2(103)-969/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında b axaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim X3) 2022-ci il 4 noyabr tarixli e-2(007)-1345/2022 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (sədrlik edən və məruzəçi X5, hakimlər X4 və X6) 2023-cü il 3 fevral tarixli 2(103)-969/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq cavabdehdən mənzilə görə artıq ödənilmiş 12.080 (on iki min səksən) manatın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi, 126,64 m anatın və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi, 63,12 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. 3. 2023-cü il mayın 2-də cavabdeh 50 manat məbləğində dövlət rüsumu ödəməklə yuxarıdakı qətnamədən kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim etmiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra – “Ali Məhkəmə”) göndərilmişdir. İİ. Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə
108. Dövlət rüsumu 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:... 108.1.7.... kassasiya... şikayəti v erildikdə;...” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə... müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayə tinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.” 5. “Dövlət rüsumu haqqında” 2001-ci il 4 dekabr tarixli 223-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət rüsumu haqqında Qanun”) 2.0.1-ci maddəsinə müvafiq olaraq, məhkəməyə iddia ərizəsinin və ya şikayətin verilməsi hallarında dövlət rüsumu tutulur. Bu Qanunun 8.1.3-cü maddəsinə müvafiq olaraq, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində tutulur. Qanunun 8.6-cı maddəsinə əsasən isə, kassasiya şikayətinin verilməsinə görə, 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
6. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 12.080 manat təşkil etmiş, iddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərkən Dövlət rüsumu haqqında Qanunun müddəalarına uyğun olaraq (bax, yuxarıda 5ci paraqrafa), 126,24 manat məbləğində, apelyasiya şikayətini isə verərkən 63,12 manat məbləğində dövlət rüsumu ödəmişdir.
7. Eyni zamanda, kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim etmiş cavabdeh buna görə Dövlət rüsumu haqqında Qanunun 8.6-cı maddəsinə görə, 120 manat + 10.000 manatdan yuxarı o lan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumunun 50 faizi (bax, yuxarıda 5-ci paraqrafa), yəni 63.12 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.
8. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 408.1.3-cü maddəsində kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədiyi halda, kassasiya şikayətinin qaytarılması nəzərdə tutulur (bax, yuxarıda 4-cü paraqrafa).
9. Bununla əlaqədar olaraq, Məhkəmə kollegiyası müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilmədiyinə görə, kassasiya şikayətinin qaytarılması nəticəsində kassatorun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması məsələsinə aydınlıq gətirməyi zəruri hesab edir.
10. Belə araşdırma aparılarkən Ali Məhkəmənin və İnsan H üquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) məhkəmə təcrübəsi nəzərdən keçirilə bilər.
11. MPM-in müddəaları rəhbər tutulan Ali Məhkəmənin qərarlarına əsasən, qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlərin əlavə edilməməsi kassasiya şikayətinin qaytarılmasına səbəb olur və bununla bağlı məhkəmə təcrübəsi formalaşmışdır.
12. Məhkəməyə müraciət etmək hüququ ilə bağlı Avropa Məhkəməsinin kifayət qədər geniş məhkəmə təcrübəsinin olması ilə yanaşı, bu hüququn dövlət rüsumunun ödənilmədiyinə görə məhdudlaşdırılması əks etdirilən qərarlarının sayı məhduddur.
13. Bununla belə, Məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin Zubac Xorvatiyaya qarşı iş üzrə Böyük Palatanın qərarının (№ 40160/12, 5 aprel 2018-ci il) kassasi ya şikayətinin verilməsi üçün iddia qiymətinin aşağı həddinin (ratione valoris) tətbiq edilməsi ilə bağlı kassasiya məhkəməsinin səlahiyyətlərinə aid olduğuna baxmayaraq, bu qərarda əks etdirilmiş kassasiya şikayətinin mümkünlüyünə dair aşağıdakı meyarlar kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsi tələbinin araşdırılması zamanı tətbiq edilə bilər: “80. Konvensiyanın 6-cı maddəsi Razılığa gələn Dövlətləri apellyasiya və ya kassasiya məhkəmələri yaratmağa məcbur etmir. Eyni zamanda, belə məhkəmələr mövcud olduqda, 6-cı maddədə, məsələn, məhkəmə prosesi iştirakçıları üçün mövcud təminatlara, məsələn, mülki hüquq və vəzifələrini müəyyən etmək üçün məhkəmələrə müraciət etmək hüququnun təminatına əməl edilməlidir (bax, Andrejeva v. Latvia [BP], № 55707/00, § 97, ECHR 2009; bax, həmçinin, Levages Prestations Services v. France, 23 oktyabr 1996-cı il, § 44, Reports of Judgments and Decisions 1996-V; Brualla Gómez de la Torre v. Spain, 19 dekabr 1997-ci il, § 37, Reports 1997Vİİİ, və Annoni di Gussola and Others v. France, №№ 31819/96 və 33293/96, § 54, ECHR 2000Xİ). …
82. Bununla əlaqədar olaraq bir daha qeyd edilməlidir ki, 6-cı maddənin 1ci hissəsinin apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinə münasibətdə tətbiqi qaydası müvafiq icraatın xüsusiyyətlərindən asılı olmaqla, daxili hüquqi qaydada aparılan bütün proseslər və onlarda kassasiya məhkəməsinin rolu nəzərə alınmalıdır; hüquqi məsələlər üzrə şikayətin mümkünlüyü şərtləri adi apellyasiya şikayətinə aid şərtlərdən daha sərt ola bilər (bax, yuxarıda qeyd edilən Levages Prestations Services, § 4 5; yuxarıda qeyd edilən Brualla Gómez de la Torre, § 37; və Kozlica v. Croatia, no. 29182/03, § 32, 2 November 2006; …).
83. Məhkəmə daha sonra etiraf etmişdir ki, ali məhkəmənin yalnız zəruri əhəmiyyət kəsb edən məsələləri həll etmək rolunun mahiyyəti nəzərə alınaraq, ali məhkəməyə müraciətlər üçün qanunla müəyyən edilmiş ratione valoris meyarının tətbiqi qanuni və ağlabatan prosessual tələbdir (bax, yuxarıda qeyd edilən Brualla Gómez de la Torre, § 36; yuxarıda qeyd edilən Kozlica, § 33; yuxarıda qeyd edilən Bulfracht LTD, § 34, Dobrić v. Serbia, №№ 2611/07 və 15276/07, § 54, 21 iyun 2011-ci il; və Jovanović v. Serbia, 32299/08, § 48, 2 oktyabr 2012-ci il). …
85. Həmçinin, yuxarı instansiya məhkəmələrinə müraciət etmək üçün qanunla müəyyən edilmiş ratione valoris məhdudiyyətlərinin tətbi qi ilə əlaqədar olaraq, Məhkəmə müxtəlif dərəcədə bəzi əlavə amilləri, yəni (i) məhdudiyyətin gözlənilənliyini, (ii) məhkəmə icraatı zamanı ərizəçinin ali məhkəməyə müraciətinə icazə verilməməsinə səbəb olan səhvlərin mənfi nəticələrinin ərizəçinin və ya cavabdeh dövlətin daşımalı olduğunu və (iii) sözügedən məhdudiyyətlərin “həddindən artıq formalizmə” aid olduğunu söyləmək mümkün olub-olmadığını nəzərə almışdır (bax, xüsusilə, Garzičić v. Montenegro, № 17931/07, §§ 30-32, 21 sentyabr 2010-cu il; yuxarıda qeyd edilən Dobrić, §§ 49-51; yuxarıda qeyd edilən Jovanović, §§ 46-51; Egić v. Croatia, № 32806/09, §§ 46-49 və 57, 5 iyun 2014-cü il; Sociedad Anónima del Ucieza v. Spain, № 38963/08, §§ 33-35, 4 noyabr 2014-cü il; və Hasan Tunç and Others v. Turkey, № 19074/05, §§ 30-34, 31 iyun 201 7)... 86.... Məhkəmə ümumi müşahidə yolu ilə bir daha qeyd etmək istərdi ki, milli qanunvericiliyinin tələb etdiyi təqdirdə, kassasiya şikayəti üçün qanunla müəyyən edilmiş ratione valoris tələbinin yerinə yetirilib-yetirilmədiyinin qiymətləndirilməsi vəzifəsi ilk növbədə dövlətin ali məhkəməsinə mənsubdur. Müvafiq olaraq, daxili qanunvericilikdə ona gələn işlərin filtrasiyasına yol verildiyi vəziyyətdə, ali məhkəmə aşağı məhkəmələrin həmin meyarı qiymətləndirməkdə səhvləri ilə bağlı ola bilməz (yuxarıda qeyd edilən Dobrić, § 54).”
14. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin yuxarıdakı qərarında müəyyən etdiyi meyarları nəzərə alaraq, onları hazırkı işdə aşağıdakı qaydada tətbiq etməyi zəruri hesab edir. (i) Məhdudiyyətin gözlənilən olması tələbi
15. Bir sıra hallarda Avropa Məhkəməsi hüq uqi məsələlər üzrə kassasiya şikayəti üçün tətbiq ediləcək prosedurun məhkəmə tərəfinin nöqteyi-nəzərindən gözlənilən hesab edilib-edilməməsinə xüsusi diqqət yetirmişdir. Bu, həmin prosedura əməl edilməməsinə görə sanksiyanın mütənasiblik prinsipini pozmadığını müəyyən etmək məqsədi daşıyır (bax, misal üçün, Mohr v. Luxembourg (dec.), № 29236/95, 20 aprel 1999-cu il; Lanschützer GmbH v. Austria (dec.), № 17402/08, § 33, 18 mart 2014-cü il; və Henrioud v. France, № 21444/11, §§ 60-66, 5 noyabr 2015-ci il).
16. Uyğun yerli məhkəmə təcrübəsi və bu təcrübənin ardıcıl tətbiqi adətən yuxarı instansiya məhkəməsinə çıxışın məhdudlaşdırılması ilə bağlı proqnozlaşdırıla bilənlik meyarına cavab verəcəkdir (bax, misal üçün, yuxarıda qeyd edilən Levages Prestations Services, § 42; yuxarıda qeyd edilən Brualla Gómez de la Torre, § 32; yuxarıda qeyd edilən Lanschützer GmbH, § 34; və, əks mövqe üçün, Dumitru Gheorghe v. Romania, № 33883/06, §§ 32-34, 12 aprel 2016-cı il).
17. Avropa Məhkəməsi həmçinin, müvafiq təcrübənin ərizəçi üçün əlçatanlığını və onun ixtisaslı vəkil tərəfindən təmsil olunub-olunmamasını nəzərə alır (bax, yuxarıda qeyd edilən Levages Prestations Services, § 42, və yuxarıda qeyd edilən Henrioud, § 61).
18. Bununla əlaqədar olaraq, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilmişdir (bax, yuxarıda 4-5-ci paraqraflara).
19. Bundan əlavə, vahid məh kəmə təcrübəsini formalaşdırmaq vəzifəsini daşıyan Ali Məhkəmə dövlət rüsumunun müvafiq qaydada və məbləğdə ödənilməməsi səbəbindən kassasiya şikayətinin qeyri-mümkün olmasına dair çoxsaylı qərarlar qəbul etmiş, həmin qərarlar Ali Məhkəmənin internet səhifəsindəki elektron axtarış sistemində yerləşdirilmişdir.
20. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı işdə kassator olan cavabdeh işə birinci instansiya məhkəməsində baxılmasından vəkillə təmsil olunmuş, vəkil isə qanunvericiliyin tələbləri və Ali Məhkəmənin formalaşmış mövqeyindən xəbərdar olmalıdır.
21. Göstərilənlər Məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, dövlət rüsumunun müvafiq qaydada və məbləğdə ödənilməməsi nəticəsində kassasiya şikayətinin qeyri-mümkün olacağı kassator üçün gözlənilən olmuşdur. (ii) Məhkə mə icraatı zamanı yol verilmiş səhvlərin mənfi nəticələrinin yükü
22. Avropa Məhkəməsi bəzən, icraat zamanı baş vermiş və nəticədə ərizəçinin məhkəməyə müraciət etməsinə mane olmuş prosessual səhvləri müəyyən etməklə və ərizəçinin bu cür səhvlərlə bağlı həddən artıq yükə məruz qalıb-qalmadığı ilə bağlı qərar verməklə, mütənasiblik məsələsini müəyyən etmişdir. Sözügedən prosessual səhv yalnız bir tərəfdən, yəni ərizəçi, yaxud müvafiq orqan, xüsusən də məhkəmə tərəfindən yol verildikdə, Avropa Məhkəməsi normal olaraq yükü bu səhvə yol verənin üzərində müəyyən etməyə meyilli idi (bax, misal üçün, Laskowska v. Poland, № 77765/01, §§ 60-61, 13 mart 2007-ci il; yuxarıda qeyd edilən Jovanović, § 46 in fine; Šimecki v. Croatia, № 15253/10, §§ 46-47, 30 aprel 2014-cü il; yuxarıda qeyd edilən Egić, § 57; və Sefer Yılmaz and Meryem Yılmaz v. Turkey, № 611/12, §§ 72-73, 17 noyabr 2015-ci il).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi kassatorun öz hərəkəti nəticəsində baş vermiş və buna görə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşən kimi qiymətləndirilə bilməz. (iii) “Həddindən artıq formalizm” meyarı
24. Avropa Məhkəməsi öz qərarında vurğulamışdır ki, “tərəflərin mülki mübahisənin həllini təmin edən rəsmi mülki prosessual qaydalara riayət etməsi diskresiyanı məhdudlaşdırmaq, tərəflərin bərabərliyini təmin etmək, özbaşınalığın qarşısını almaq, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini təmin etmək, habelə hüquqi müəyyənliyi və məhkəməy ə hörməti təmin etmək qabiliyyətində olduğundan dəyərli və vacibdir”.
25. Bununla belə, Avropa Məhkəməsinin presedent hüququnda təsbit edilmişdir ki, “həddindən artıq formalizm” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə əsasən məhkəməyə müraciət etmək praktiki və səmərəli hüququnun təmin edilməsi tələbinə zidd ola bilər. Bu, adətən, ərizəçinin hərəkətinin mahiyyəti üzrə araşdırılmasına mane olan prosessual qaydanın xüsusilə ciddi şəkildə qurulması hallarında baş verir və bununla əlaqədar həmin ərizəçinin səmərəli məhkəmə müdafiəsi hüququnun pozulacağı riski vardır (bax, Běleš and Others v. the Czech Republic, № 47273/99, §§ 50-51 və 69, ECHR 2002 İX, və Walchli v. France, № 35787/03, § 29, 26 iyul 2007-ci il).
26. Həddindən artıq formalizm məsələsinin qiymətləndirməsini apararkən Avropa Məhkəməsi tez-tez həddindən artıq formalizm və prosessual formallıqların məqbul tətbiqi arasında fərqin müəyyən edilməsi üçün iki mərkəzi element kimi, “hüquqi müəyyənlik” və “ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi” məsələlərini vurğulayır.
27. Avropa Məhkəməsi həmçinin hesab etmişdir ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyrimümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, ali məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (bax, yuxarıda qeyd edilən Zubac v. Croatia, § 122).
28. Bununla da, müvafiq qanunvericilikdə dövlət rüsumunun dəyərinin və bunun ödənilməməsinin hüquqi nəticələrinin dəqiq göstərilməsi nəzərə alınaraq, Ali Məhkəmənin həmin normaların tətbiqi ilə bağlı qərarı həddindən artıq formalizm təşkil edə bilməz.
29. Əksinə, Ali Məhkəmənin qərarında hüquqi müəyyənlik və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi təmin edilməlidir. Hazırkı işdə Ali Məhkəmə onun yurisdiksiyasına toxunan məsələ üzrə icraat zamanı ərizəçi və apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş səhv prosessual addımla əlaqədar qanunun aliliyini bərpa etməlidir. Bununla da, ədalət mühakiməsinin həyata keçirilməsində səmərəlilik prinsipi dəstəklə nilməli və belə şəraitdə, apriori, heç bir həddindən artıq formalizmdən söhbət gedə bilməz. “Qanunun aliliyi demokratik dövlətin və Konvensiyanın əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması ilə bağlı Konvensiyadan və ya başqa cür irəli gələn heç bir gözlənti ola bilməz” (bax, yuxarıda qeyd edilən Zubac v. Croatia, § 123).
30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödənilməsi ilə bağlı imtiyazlar nəzərdə tutulan şəxslərin bir neçə kateqoriyası müəyyən edilsə də, hazırkı məhkəmə mübahisəsinin tərəfləri bu kateqoriyalara daxil deyil. Hər halda, kassator dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı imtiyazın tətbiq edilməsi üçün müraciət etməmişdir.
31. Bir daha nəzərə alınmalıdır ki, hazırkı işdə kassator olan cavabdehin peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir.
32. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Ali Məhkəmə tərəflərin kassasiya şikayətinin verilməsi ilə bağlı səhvlərini düzəltmək vəzifəsini daşımır.
33. Belə halda, cavabdehin kassasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.
34. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsinə görə kassasiya şikayətinin qaytarılması kassa torun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən özbaşınalığın qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir.
35. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir.
36. Qeyd edilənlərə əsa sən, kassasiya şikayəti müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 407.4 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 3 fevral tarixli 2(103)969/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.