Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2497/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiаçı İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1001/2024 nömrəli, 20 may 2024-cü il tarix li qərardadından, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh qızı (bundan sonra cavabdeh) qarşı “yaşayış sahəsindən çıxarılma və köçürülmə” tələbinə dair iddia ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 5, 17 saylı yataqxana, otaq 6-ya köçürülməsini, cavabdehin isə ailə üzvləri ilə birlikdə həmin otaqdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
2. Sumqayıt Şəhər Məhkəmə sinin (bundan sonra birinci instansiya məhkəməsi) 21469/2003 nömrəli, 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddiaçının iddiasının təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasını Cavabdeh məxsus mənzil boşaldılanədək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququ bərpa edilməsi üçün İddiaçı ona verilmiş order üzrə eyni sahəsi və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan o, həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir.
3. Qətnamədən tərəflər apellyasiya şikayəti verilmədikləri üçün 28 yanva r 2004-cü il tarixdə qətnamə icraya yönəldilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh oğlu, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs (Vəkil) apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək, şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim Gülnarə Tağızadə) birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətinin bərpası barədə ə rizənin təmin edilməməsi qərara alınmışdır.
6. Qərardaddan qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakim Gülnarə Tağızadə) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-549/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Ayaz Mahmudov) Maraqlı şəxs şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 17 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilmiş və Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinin yerinə yetirilməsi, qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 nömrəli, 17 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim Gülnarə Tağızadə) Maraqlı şəxs iş üzrə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması, tərəfindən birinci instansiya məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpası barədə ərizəsinin təmin edilməsi, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərardadından İddiaçı şikayət verərək, qərar dadın ləğv edilməsini, Maraqlı şəxs ərizəsinin təmin edilməməsi, onun tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim Gülnarə Tağızadə) şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1001/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Ayaz Mahmudov) şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 26 aprel 2024-cü il tarixli qərardadı ləğv edilmiş, birinci instansiya məhkəməsinin 27 dekabr 2003cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Maraqlı şəxs apellyasiya şikayətindən görünür ki, o qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını məhkəmə mübahisəsi zamanı onun 15 yaşı olması, yetkinlik yaşına çatmaması, həmçinin Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Həmkarlar İttifaqı Komitəsinin 20 aprel 2009-cu il tarixli, 32 nömrəli protokoluna əsasən mübahisəli evin ona verilməsi və həmin mənzil üzərində mülkiyyət hüquqlarının 04 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əsaslandırmışdır.
14. Məhkəmə kollegiyası il k öncə qeyd etmişdir ki, iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını tələb etsə də, ailə üzvləri anlayışı qeyrimüəyyən olduğundan konkret olaraq cavabdeh qismində hər hansı bir şəxsi ehtiva etməməkdədir. Maraqlı şəxs məhkəmə mübahisəsi zamanı onun 15 yaşı olmasını, yetkinlik yaşına çatmamasını qeyd etsə də iş materiallarından göründüyü kimi o, xx.xx.1985-ci il təvəllüdlü olmaqla, qətnamə qət edilən zaman 18 yaşında olmaqla, yetkinlik yaşına çatmışdır. Birinci instansiya məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsinin nəticə hissəsindən isə belə aydın olur ki, həmin qətnamə ilə mübahisəli evdən yalnız Cavabdeh çıxarılması qət edilmişdir. Mübahisəli mənzildən Maraqlı şəxs çıxarılması ilə bağlı qətnamə ilə qərar qəbul edilməsi müəyyən edilmədiyindən, mübahisəli evdən çıxarılma tələbinə münasibətdə qətnamənin onun hüquq və vəzifələrinə toxunması istisna olunmuşdur.
15. Məhkəmə kollegiyası iddiaçının mübahisəli evə köçürülməsi tələbinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələb də Maraqlı şəxs qarşı deyil, Cavabdeh qarşı yönəlmişdir. Bundan başqa Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Həmkarlar İttifaqı Komitəsinin 20 aprel 2009-cu il tarixli, 32 nömrəli protokoluna əsasən mübahisəli evin ona verilməsi və həmin mənzilə dair mülkiyyət hüquqlarının 04 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını deməyə əsas verməmişdir. Belə ki, mübahisələndirilməsi istənilən qətnamə 2003-cü il tarixdə qət edilmiş, qeyd olunan hüquqmüəyyənedici sənədlər isə Maraqlı şə xs tərəfindən həmin qətnamə çıxarıldıqdan təxminən 6 il sonra əldə edilmişdir. Buna görə də mübahisəli evə köçürülmə tələbinə münasibətdə də qətnamənin onun hüquq və vəzifələrinə toxunması istisna olunmuşdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Maraqlı şəxs birinci instansiya məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti vermək hüququ olmamış və Maraqlı şəxs münasibətdə Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinin tələbi tətbiq edilə bilməz. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermək hüququ istisna olunduğundan, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması da əsassız hesab olunmuşdur. Birinci instansiya məhkəməsi isə Mülki Prosessua l Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, hər hansı bir əsaslandırma aparmadan, əsassız olaraq qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması qənaətinə gəlmiş və verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpasına dair ərizəyə baxmışdır.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 357.2, 363.1.1, 364.2, 366.2, 366.3, 366.4 və 398.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:
18. Qərardaddan qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaçının apelly asiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, dövlət reyestr qeydiyyatından keçməklə, heç bir pozuntu etmədən mənzilə sahib olmuş, lakin ləğv olunmuş qərardadlarla onun mülkiyyət hüquqları pozulmuş və hakim qərar çıxararkən işin bu əsaslı hissəsinə diqqət yetirməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, tələsik qərar verməklə qanunla qorunan hüququnu pozmuşdur. O, qərardadda yazıldığı kimi qətnaməni xx.xx.2003-cü il tarixdə almamışdır. Bundan başqa Maraqlı şəxs 2003-cü il tarixli mülki iş üzrə tərəf olmamış, həmin məhkəmə çəkişməsi zamanı iş üzrə tərəf olması üçün subyektiv hüquqa malik olmamışdır. Mübahisəli evlə bağlı üzərindən müd dət keçdikdən sonra mülkiyyət hüququ dəyişilərək mülkiyyətinə keçmişdir. Ev onun mülkiyyətinə keçərkən sözü gedən qətnamədən məlumatlı olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən, məhkəməyə təqdim olunan ərizələrin surətinə əsasən, 2023-cü il tarixdə gedən məhkəmə mübahisəsi zamanı məhkəməyə müraciət edərək qətnaməni əldə etmişdir. Hətta həmin qətnamə arxiv idarəsindən məhkəməyə göndərilərkən kserosurətinin yazıları köhnə olduğundan dəqiq oxunmamış, bununla bağlı məhkəmə arxiv idarəsinə təkrar ərizə ilə müraciət etmişdir. Bütün bunlara baxmayaraq məhkəmə bunu üzrlü hal kimi qiymətləndirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni q üvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
21. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
22. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
23. Maddə 363.1.1-1. Apellyasiya şikayə ti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
25. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
26. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab ed ilir.
27. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanı qeyri-mümkün sayarkən mövqeyini onunla əsasland ırmışdır ki, Maraqlı şəxs məhkəmə mübahisəsi zamanı onun 15 yaşı olmasını, yetkinlik yaşına çatmamasını qeyd etsə də iş materiallarından göründüyü kimi o, xx.xx.1985-ci il təvəllüdlü olmaqla, qətnamə qət edilən zaman 18 yaşında olmaqla, yetkinlik yaşına çatmışdır. Birinci instansiya məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsinin nəticə hissəsindən isə belə aydın olur ki, həmin qətnamə ilə mübahisəli evdən yalnız Cavabdeh çıxarılması qət edilmişdir. Mübahisəli mənzildən Maraqlı şəxs çıxarılması ilə bağlı qətnamə ilə qərar qəbul edilməsi müəyyən edilmədiyindən, mübahisəli evdən çıxarılma tələbinə münasibətdə qətnamənin onun hüquq və vəzifələrinə toxunması istisna olunmuşdur. İddiaçının mübahisəli evə köçürülməsi tələbi də Maraqlı şəxs qarşı deyil, Cavabdeh qarşı yönəlmişdir. Bundan b aşqa Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Həmkarlar İttifaqı Komitəsinin 20 aprel 2009-cu il tarixli, 32 nömrəli protokoluna əsasən mübahisəli evin ona verilməsi və həmin mənzilə dair mülkiyyət hüquqlarının 04 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını deməyə əsas verməmişdir. Belə ki, mübahisələndirilməsi istənilən qətnamə 2003-cü il tarixdə qət edilmiş, qeyd olunan hüquqmüəyyənedici sənədlər isə Maraqlı şəxs tərəfindən həmin qətnamə çıxarıldıqdan təxminən 6 il sonra əldə edilmişdir. Buna görə də mübahisəli evə köçürülmə tələbinə münasibətdə də qətnamənin onun hüquq və vəzifələrinə toxunması istisna olunmuşdur.
37. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiyası məhkəməsinin qət namə və qərardadlarından, işdə iştirak etməyə cəlb edilməyən şəxslərin şikayət vermə hüququ o halda yaranır ki, qətnamə onların hüquq və vəzifələrinə toxunmuş olsun (MPM-nin 357.2-ci maddəsi).
38. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 357.2-ci maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuşdur. Həmin norma o şəxslərin apellyasiya şikayəti vermək hüququnu tanıyır ki, qətnamə və ya qərardad işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmuş olsun.
39. Bu qaydanın əsasında mülki icraa tın əsas prinsiplərindən biri olan dispozitivlik prinsiri dayanır. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
40. Hazırki iş üzrə də müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, həmin qətnamə ilə mübahisəli mənzildən Maraqlı şəxs çıxarılması qət edilməmiş, mübahisəli evdən çıxarılma tələbinə münasibətdə qətnamənin onun hüquq və vəzifələrinə toxunması istisna olunmuş, iddiaçının mübahisəli evə köçürülməsi tələbi də Maraqlı şəxs qarşı deyil, Cavabdeh qarşı yönəlmişdir ki, belə olan halda Maraqlı şəxs qətnamə hüquq və v əzifələrinə toxunan şəxs kimi birinci instansiya məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verəsi istisna olunur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətini üzrə apelyasiyanı qeyri-mümkün hesab etmək barədə düzgün qənaətə gəlmişdir.
42. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
43. Bu səbəbdən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaət i qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1001/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.