Məhkəmə qərarları › İş №2(102)-2497/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2497/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2497/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, X4 Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Abdullayev Həsənpaşa Veysəl oğl u, X5, Cavabdeh2, X3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-481/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayon filialı ilə Cavabdeh1 ƏN-İ №259617 saylı, M-7411 reyestrli, Xaçmaz şəhəri 20 iyun 2011-ci il tarixli etibarnaməsi əsasında Cavabdeh3 arasında bağlanmış 28 fevral 2013-cü il tarixli, 114KT saylı kredit müqaviləsinə ilə Cavabdeh1 60 ay müdd ətinə illik 7 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit veilmişdir.

2. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında xx.xx.2013-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kreditborcunun vaxtında ödənilməsi üçün Bank qarşısında Borcalanla birlikdə cavabdehlik daşıyır.

3. Verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cü il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0,54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88,9 kv metr yaşayış, 63,5 köməkçi sahədən ibarət fərdi yaşayış evi, xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Qu ba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,1 kv metr yaşayış, 219 kv metr köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evi, xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Abdullayev Həsənpaşa Veysəl oğlu məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0,14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27,3 kv metr yaşayış, 27,3 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, xx.xx.2007-ci il tarixli, MH seriyalı, J09378 nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2 məxsus Xaçmaz rayonu, Sərkarlı kəndində 0,32 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,5 kv metr yaşayış, 181,1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X7ma məxsus Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,6 kv metr yaşayış, 74,8 kv metr köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evləri ipotekaya qoyulmuşdur.

4. Fərdi-yaşayış evlərinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh8 arasında 17 aprel 2013-cü il tarixli, 46SF/1 saylı, Cavabdeh2 arasında 17 aprel 2013-cü il tarixli 44SF/1 saylı, Abdullayev Həsənpaşa Veysəl oğlu arasında 17 aprel 2013-cü il tarixli 20SF/1 saylı, X5 arasında 17 aprel 2013-cü il tarixli 26SF/1 saylı X7 arasında 17 aprel 2013-cü il tarixli 49SF/1 saylı ipoteka müqavilələri bağlanmış və müqavilələr notariat qaydada təsdiq edildikdən sonra müvafiq olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfind ən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarışlar verilmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə, Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma h üququndan məhrum edilmə cəzasına məhkum edilmişdir.

6. Həmin hökmdən müəyyən olunmuşdur ki, iş üzrə mülki iddia qismən təmin edilməklə ödənilməmiş qalan maddi ziyan olan 68996,01 manat pul təqsirləndirilən şəxs Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70008,53 manat əsas, 392,48 faiz, 12778,25 manat cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10371,24 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildi rişin qeydə alınması üçün ödənilmiş 200 manat rüsumlarının cavabdehlər X1 və Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0,54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88,9 kv metr yaşayış, 63,5 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X3 məxsus Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,6 kv metr yaşayış, 74,8 kv metr köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə, X2 məxsus Xaçmaz rayonu Sərkarlı kəndində 0,32 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,5 kv metr yaşayış 181,1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Abdullayev Həsənpaşa Veysəl oğluna məxsus Armudapar kəndində 0,14 ha torpaq sahəsində y erləşən 2 mərtəbəli, 2 otaqlı, 27,3 kv metr yaşayış, 27,3 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2 məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,1 kv metr yaşayış, 219 kv metr köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyriyaşayış sahəsinin və mənzilin boşaldılaraq, Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil v erilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1lə bank arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər ol unmasına, habelə yazılı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş, kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 93550,50 manat təşkil edir. Bundan 70008,53 manat əsas, 392,48 manat faiz, 12778,25 manat cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10371,24 manat faiz borcu təşkil edir.

9. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi vəkili Nümayəndə1 iddianı qəbul etməyərək göstərmişdir ki, hazırkı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh3 CM-nin 195.2 və 308.1-ci maddələri ilə təqsirli bilinərək, məhkum olunanda, mülki iddia kimi 68996 manat məbləğində pulun Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyinin xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin hökmdən şikayət verilməmiş və hökm qanuni qüvvəsini almışdır. Mülki iddia ilə əlaqədar açılmış icra işi hazırda Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Hazırda da qeyd olunan məbləğlə bağlı məsələ mübahisələndirilir. Vətəndaşın barəsində eyni məbləğlə bağlı iki məhkəmə qərarı çıxarıla bilməz, çıxarılarsa bu vətəndaşın hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə iddianın rədd olunmasını xahiş edir.

10. M əhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2013-cü il tarixli 114KT saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-sualda soruşulan tarixlərə olan ümumi borcu aşağıdakı kimi müəyyən edilir (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmaqla), o cümlədən: xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə - 73996,01 manat, faiz borcu üzrə - 1381,26 manat. xx.xx.2021-ci il tarixə (iddia ərizəsi məhkəməyə verilən tarixə) olan borcu üzrə: əsas borc üzrə 68996,01 manat, faiz borcu üzrə - 11629,28 manat. 11. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə, Cavabdeh2 məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,1 kv metr yaşayış, 219 kv metr köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 98000 manat, likvid dəyəri 78500 manat təşkil edir. 12. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə, X2 məxsus Xaçmaz rayonu, Sərkarlı kəndində 0.32 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,5 kv metr yaşayış, 181,1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 75000 manat, likvid dəyəri 60000 manat təşkil edir. 13. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə, Abdullayev Həsənpaşa Veysəl oğlu məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27,30 kv metr yaşayış, 27,30 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 50000 manat, likvid dəyəri 42000 manat təşkil edir. 14. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə, X3 məxsus Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0,04 ha torpaq sahəsi və 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 50000 manat, likvid dəyəri 42500 manat təşkil edir. 15. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə, Cavabdeh8 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0,54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88,90 kv metr yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 75000 manat, likvid dəyəri 60000 manat təşkil edir.

16. Bi rinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh X7 vərəsəsi Cavabdeh7, cavabdeh Abdullayev Həsənpaşa Veysəl oğlu vərəsəsi X8, cavabdeh X5 vərəsələri Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə əvəz edilmişdir.

17. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-10/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə müəyyən edilmişdir ki, kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında 2014-cü ildə iri məbləğli kredit müqaviləsi bağlanmış və İddiaçı ASC kredit müqaviləsinin şərtlərinə əməl olunmamasını bilib, kredit alan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna mü raciət etmişdir. Daha sonra faktla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanmış və kredit müqaviləsi üzrə kredit alan Cavabdeh3 cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Yanında Aqrar Kredit və İnkişaf Agentliyi mülki iddia ilə müraciət edərək, mülki cavabdehdən 68996,01 manat məbləğində mülki iddianın təmin edilməsini xahiş etmiş və Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 195.2 və 308.1-ci maddələri ilə ittiham hökmü çıxarıldıqda, mülki iddia da təmin edilmişdir. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyindən, hökm qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, mülki iddia ilə bağlı isə icra tədbirləri başlanılmışdır.

19. Məhkəmənin mövqeyinə görə, işin mübahisəsiz halları o ndan ibarət olmuşdur ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2013-cü il tarixli 114KT saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh3 həmin kredit məbləğinin bilə-bilə təyinatı üzrə istifadə etməməsi sübuta yetirilmişdir. Bu isə o deməkdir ki, artıq Cavabdeh3lə bank arasında hər hansı bir mülki hüquq münasibətlərinin mövcud olmasını istisna edilir. Məhkəmə hökmü ilə sübuta yetirilmişdir ki, Cavabdeh3 sözü gedən pul vəsaitləri təyinatı üzrə istifadə etməmişdir və onun törətdiyi cinayət əməli nəticəsində mülki iddiaçı qismində tanınmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə maddi ziyanın ödənilməsi barədə hök m çıxarılmaqla, icra vərəqəsi verilmişdir. Buna baxmayaraq, hazırda ləğv prosesində olan İddiaçı ASC yenə də eyni əsaslarla, eyni tələblə Cavabdeh3 qarşı mülki iddia qaldıraraq, kredit müqaviləsi üzrə əsas və faiz məbləğləri tələb etmişdir. İddiaçının nümayəndəsi özü də təsdiq etmişdir ki, cavabdehlərdən tələb olunan əsas məbləğ hökmdə qeyd olunan əsas məbləğlə eynilik təşkil edir. Lakin mülki iddia ilə cavabdehdən təkcə əsas məbləğ yox, faiz və cərimə məbləğləri də tələb olunur.

20. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 güzəştli şərtlərlə krediti götürüb, onu bilə-bilə təyinatı üzrə istifadə etməməsi sübuta yetirildiyindən və bu əmələ görə məhkum olunduğundan (mülki iddia da təmin olunduğundan) artıq onunla bank arasında mülkihüquq münasibətlərinin mövcud olması istisna olunur. Kredit müqav iləsi üzrə faiz və cərimə borclarının tutulması o halda nəzərdən keçirilir ki, tərəflər arasında mülki hüquq münasibətlər mövcud olsun.

21. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verilərək qətnamənin ləğv ediməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışlardır ki, kredit müqaviləsi üzrə kreditor bankın müqavilə üzrə tələb olunan əsas borcu, faizləri, cərimələri, və s. məbləğləri borcludan tələb etmək hüququ vardır. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verərək qətnamədə qeyd etmişdir ki, Cavabdeh3 güz əştli şərtlərlə krediti götürüb, onu bilə-bilə təyinatı üzrə istifadə etməməsi sübuta yetirildiyindən və bu əmələ görə məhkum olunduğundan (mülki iddia da təmin olunduğundan) artıq onunla bank arasında mülki-hüquq münasibətlərinin mövcud olması istisna olunur. Kredit müqaviləsi üzrə faiz və cərimə borclarının tutulması o halda nəzərdən keçirilir ki, tərəflər arasında mülki hüquq münasibətlər mövcud olsun. Cavabdehin qanunsuz əməlləri nəticəsində Banka zərər dəymiş və LPO Bank cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət Prosessual Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət işinin materiallarından aşkardır ki, zərərçəkmiş LPO Bank cinayət mühakim ə icraatı zamanı mülki iddia verməmiş və mülki mühakimə icraatı çərçivəsində iddia qaldırmışdır. Həmçinin, Mülki Məcəllənin 21-ci maddəsi və delikt institutu mülki qanunvericiliyin tərkib hissəsi olduğundan hazırkı faktiki və hüquqi hallara əsasən LPO Bankla cavabdeh arasındakı münasibət məhz mülki hüquq səciyyəsini daşıyır. Həmin qətnamə qanunvericiliyin tələblərinə uyğun olmayaraq, əsassız qəbul edilmişdir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(067)149/2019 nömrəli hökmündə mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxs Cavabdeh3 ödənilməmiş qalan maddi ziyan olan 68996,01 manat pul alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməli olduğu qeyd olunmuşdur. “Azərbaycan Respubli kasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydasının 1.3-cü və 3.1-ci bəndlərinə əsasən, güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subye ktləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Yuxarıda qeyd edilən bəndlərdən də aşkardır ki, Agentliyin vəsaitindən kreditlərin verilməsi banklara məxsusdur. Həmçinin, hazırkı iş üzrə kredit müqaviləsində kreditor LPO İddiaçı ASC və borclu X6 olduğu üçün əsas borcu tələb etmək hüququ olan Agentlik deyil, iddiaçı LPO bankdır. Müvafiq qaydaya görə həmin vəsaitlərin Agentliyə qaytarılması öhdəliyini müqaviləyə əsasən borclu sahibkarlıq subyektləri deyil, müvəkkil bank daşıyır. Yəni, kredit müqaviləsi üzrə bank borcludan əsas borcu və faizləri tələb edərək Agentliklə arasında bağlanmış müqavilə üzrə Agen tliyə olan öhdəliklərini yerinə yetirir. Belə ki, ləğv prosesində olan İddiaçı ASC-nin ümumilikdə Aqrar Kredit və İnkişaf Agentliyinə 5964040,21 manat məbləğində əsas borc və 12409,48 manat faiz borcu mövcuddur. LPO bank sahibkarlıq subyektlərinə kredit müqaviləsi üzrə verdiyi məbləği sonradan əsas borc və faizlər kimi borcludan alaraq Agentlik qarşısındakı öhdəliklərini yerinə yetirir.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər -X9 (sədrlik edən və məruzəçi), X15 və X13) 2(105)-481/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-10/2024 nömrəli qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, cavabdeh X1 xx.xx.2013-cü il tarixli, 114 KT nömrəli kredit mü qaviləsi üzrə 70377,27 manat əsas borc, 6000 manat dəbbə pulu, kredit müqaviləsi üzrə öhdəliyin icrasının müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 10248,02 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manat, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 2000 olmaqla, cəmi 88855,29 (səksən səkkiz min səkkiz yüz əlli beş manat, 29 qəpik) manat tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0,54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 o taqlı, 88,9 kv metr yaşayış, 63,5 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X3 məxsus olmuş Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,6 kv metr yaşayış, 74,8 kv metr köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə, X2 məxsus olmuş Xaçmaz rayonu, Sərkarlı kəndində 0,32 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,5 kv metr yaşayış 181,1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Abdullayev Həsənpaşa Veysəl oğluna məxsus olmuş Armudapar kəndində 0,14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27,30 kv metr yaşayış, 27,30 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,1 kv metr yaşayış, 219 kv metr köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh8 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0,54 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat, X3 məxsus Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 42500 manat, X2 məxsus Xaçmaz rayonu, Sərkarlı kəndində 0,32 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat, Abdullayev Həsənpaşa Veysəl oğlu məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 42000 manat, Cavabdeh2 məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 78500 manat müəyyən edilməsi, Həmin əmlakların açıq hərracda satılmaqla tələbinin təmin edilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan ən geci 1 ay ərzində boşaldılaraq, təhvil verilməsi, iddia Cavabdeh3 münasibətdə və qalan hissələrdə təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019cu il tarixli hökmü ilə Cavabdeh3 tutulan 68996,01 manat pul məbləği tam və ya qismən icra olunduğu halda hazırkı qətnamə ilə tutulan borclar ilə əvəz olunması iddiaçı “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi, apellyasiya şikayətinin qalan hissədə rədd olunması qət edilmişdir.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi xx.xx.2013-cü il tarix li, 114KT saylı kredit müqaviləsi barəsində hökm çıxarılmış Cavabdeh3 ilə deyil, onun qardaşı Cavabdeh1 arasında bağlanmışdır. Bununla yanaşı xx.xx.2013-cü il tarixli, 114KT saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı qismində İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı Cavabdeh1 qarşı borcalan qismində, Cavabdeh3 qarşı isə zamin qismində kredit müqaviləsi üzrə yaranmış öhdəliyə dair iddia qaldırmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə hazırkı iş üzrə zamin Cava bdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ki, bununla da kredit müqaviləsi üzrə borc məbləğinin Cavabdeh3 tərəfindən bilə-bilə təyinatı üzrə istifadə etməməsi hadisəsi kredit müqaviləsinin tərəfi olmuş Cavabdeh1 münasibətdə hər hansı preyudisial əhəmiyyət kəsb etməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmündə olan Cavabdeh1 izahatından da göründüyü kimi o, qardaşının onun adından kredit müqaviləsi bağlamasından məlumatlı olmuşdur. Beləliklə, Cavabdeh3 barəsində Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmünün mövcudluğu Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığına əsas verməmək lə yanaşı, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi tərəflər arasında mülki hüquq münasibətlərinin olmaması da istisna olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qeyd edilən əsasla iddianı rədd etməsi qanunsuz olmuşdur.

26. İddiaçı cavabdehdən 15 fevral 2021-ci il tarixinə hesablanmış 70008,53 manat əsas, 392,48 manat faiz məbləği olmaqla, cəmi 70400,21 manat tələb etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2013-cü il tarixli, 114KT saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə kredit müqaviləsi üzrə öhdəliyin icrasının müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə əsas məbləğ üzrə 73996,01 manat, faiz üzrə 1381,26 manat bor cun olması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək olan dövr ərzində cavabdeh tərəfindən 5000 manat ödənişin edilməsi nəzərə alındıqda isə cavabdehin iddiaçıya 70377,27 manat əsas borcunun olması müəyyən edilmişdir. Bundan başqa iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək öhdəliyin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə müvafiq olaraq illik 5 faiz olmaqla 10371,24 manat tələb olunsa da Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hesablanmış faiz məbləği (11629,28-1381,26=10248,02) 10248,02 manat məbləğində müəyyən edilmişdir.

27. İddiaçı cavabdehdən müqavilə müddəti üçün öhdəliyin icrasının gecikdirilməsinə görə 12778,25 manat dəbbə pulu tələb etsə də, apellyasiya məhkəməsi əsas borc məbləğinə münasibətdə həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğ Mülki Məcəllənin 467-ci maddəsinin əsasən azaldılaraq 6000 manat məbləğində müəyyən edilməlidir.

28. İpoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlər cavabdehlərə göndərilmiş və müvafiq olaraq reyestrdə qeydə alınmışdır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləği ipoteka predmetlərinə yönəldilməlidir.

29. Məhkəmə borc məbləğinin zamin Cavabdeh3 tutulması tələbinə münasibətdə isə qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın xx.xx.2013-cü il tarixli, 114 KT nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımışdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin müddəti kredit müqaviləsinin bütün şərtləri yerinə yetirilənədək müəyyən edilmişdir.

30. Apellyasiya məhkəməsi müqavilənin həmin bəndinin hüquqi qüvvəsinə münasibətdə isə qeyd etmişdir ki, müqavilənin həmin bəndi Mülki Məcəllənin 367-ci maddəsində nəzərdə tutulan müddət anlayışına uyğun olmamışdır. Qeyd edilən normadan göründüyü kimi mülki qanunvericiliyə əsasən müddət təqvim tarixi ilə və ya hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirilir ki, “kredit müqaviləsinin bütün şərtləri yerinə yetirilənədək zaminlik müqaviləsinin qüvvədə o lması” şərti qeyri-müəyyən olmaqla, mülki qanunvericilkdə nəzərdə tutulan müddət anlayışına cavab verməmişdir.

31. Məhkəmə hesab etmişdir ki, həmin şərt ümumiyyətlə etibarsız şərt olmuşdur, qeyd olunan şərt müfəssəl müəyyənləşdirilmədiyindən iddiaçı tərəfindən müqaviləyə standart şərt kimi daxil edilsə də, Mülki Məcəllənin 420-ci maddəsinin tələbi baxımından da etibarsız olmuşdur Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2013-cü il tarixli, 114 KT nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti isə xx.xx.2018-ci il t arixədək müəyyən edilmişdir ki, bununla da zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verildiyindən həmin müqavilələrin hüquqi qüvvəsi olmamışdır.

32. Hazırkı kredit müqaviləsi üzrə yaranmış borc məbləği Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mülki iddiası əsasında Cavabdeh3 tutulmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin cinayət işi üzrə mülki iddia Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilməsə də, hazırkı iş üzrə borcun zamin qismində Cavabdeh3 tələb edilməsi əsassız olmuşdur.

33. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı hüquqi şəxs olmaqla yanaşı, Cavabdeh8 da f ərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla, fəaliyyət sahəsi daşınmaz əmlakların icarəyə verilməsindən ibarət olmuşdur. Kredit müqaviləsində Cavabdeh8 borcun sahibkarlıq məqsədi ilə götürdüyünü qeyd etsə də iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə onun kredit müqaviləsi üzrə borc almasının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmaması müəyyən edilmişdir. Həmçinin, hazırkı mülki iş dörd ilə yaxın müddət ərzində birinci instansiya məhkəməsinin icraatında olmuşdur. Bununla yanaşı kredit müqaviləsində cavabdeh tərəfindən kreditin təyinatının formal olaraq sahibkarlıq məqsədi kimi qeyd ediməsi mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması kimi qəbul edilməsini də istisna etmi şdir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.5, 279.1, 317, 367.1, 367.2, 367.3, 385, 442, 448, 467, 470, 477 və 485-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

35. Cavabdehlər Cavabdeh7 və Cavabdeh1 (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-481/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfin onların üzərinə qoyduğu öhdəliyin hansı qaydada icra olunacağı sual doğurur. Belə ki, vətəndaş LPO İddiaçı ASC-nə olan bor cunu tam ödəyərək icra sənədi üzrə icraata xitam verildikdə hökm üzrə çıxarılmış icra vərəqəsinin necə olacaq?, Cinayət işi ilə bağlı çıxarılmış hökmə əsasən verilmiş icra vərəqəsi üzrə mülki iddiaçının üzərinə hər hansı öhdəlik qoyulubmu?! Həmçinin işin mübahisəsiz halları ondan ibarətdir ki, təmsilçi Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2013-cü il tarixli 114KT saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh3 həmin kredit məbləğinin bilə-bilə təyinatı üzrə istifadə etməməsi sübuta yetirilməmişdir. Bu isə o deməkdir ki, artıq Cavabdeh3lə bank arasında hər hansı bir mülki hüquq münasibətlərinin mövcud olması istisna edilir. Məhkəmə hökmü ilə sübuta yetirilmişdir ki, Cav abdeh3 sözügedən pul vəsaitləri təyinatı üzrə istifadə etməmişdir və onun törətdiyi cinayət əməli nəticəsində mülki iddiaçı qismində tanınmış Kənd Təsərrüfatı Nazirliyinin Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə maddi ziyanın ödənilməsi barədə hökm çıxarılmaqla, icra vərəqəsi verilmişdir. Buna baxmayaraq, hazırda ləğv prosesində olan İddiaçı ASC yenə də eyni əsaslarla, eyni tələblə Cavabdeh3 qarşı mülki iddia qaldıraraq, kredit müqaviləsi üzrə əsas və faiz məbləğləri tələb etmişdir. İddiaçının nümayəndəsi özü də təsdiq etmişdir ki, cavabdehlərdən tələb olunan əsas məbləğ hökmdə qeyd olunan əsas məbləğlə eynilik təşkil edir. Lakin mülki iddia ilə cavabdehdən təkcə əsas məbləğ yox, faiz və cərimə məbləğləri də tələb olunur. Cavabdeh3 güzəştli şərtlərlə kredit götürüb, onu bilə-bilə təyin atı üzrə istifadə etməməsi sübuta yetirildiyindən və bu əmələ görə məhkum olunduğundan (mülki iddia da təmin olunduğundan) artıq onunla bank arasında mülki-hüquq münasibətlərinin mövcud olması istisna olunur. Kredit müqaviləsi üzrə faiz və cərimə borclarının tutulması o halda, nəzərdən keçirilir ki, tərəflər arasında mülki hüquq münasibətlər mövcud olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir..

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

42. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

43. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

44. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

45. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdi kdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

48. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən, kreditorun həm əmlak mənafeləri, həm də, bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kredito ru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

50. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır.

51. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

52. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə m üddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

53. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı ö hdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu

54. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

55. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh7 və Cavabdeh1 tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

66. Belə ki, iddianı rədd edən rayon məhkəməsinin qətnaməsi ilə razılaşmayan apell yasiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2013-cü il tarixli, 114KT saylı kredit müqaviləsi üzrə zamin Cavabdeh3 Cinayət Məcəlləsinin 195.2 və 308.1-ci maddələri məhkum olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş hallar, yəni kredit müqaviləsi üzrə bankdan alınmış borc məbləğinin zamin Cavabdeh3 tərəfindən bilə-bilə təyinatı üzrə istifadə edilməməsi hadisəsi hazırkı mübahisənin həllində üstün hüquqi qüvvəyə malik deyildir, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bank ilə Cavabdeh1 arasında bağlanmışdır, həmin müqavilə mübahisələndirilməmiş və etibarsız hesab olunmamışdır, həmin müqavilə üzrə öhdəliklərin icrasına borc alan Ağası Abdullayev məsuliyyət daşıyır. Xaçmaz Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə müəyyən e dilmiş halların iddiaçı bank ilə cavabdeh Ağası Abdullayev arasında mülki hüquq münasibətlərinin olmasını istisna etməsi barədə rayon məhkəməsinin qənaəti işin hallarına uyğun olmamışdır.

67. İş materiallarından görünür ki, iddiaçı bank ilə cavabdeh X6 arasında 200000 manat kreditin verilməsi barədə olan xx.xx.2013-cü il tarixli, 114KT saylı kredit müqaviləsinin bağlanmasında kredit alanın adından 20 iyun 2011-ci il tarixli etibarnamə əsasında Cavabdeh3 çıxış etmiş, bu həm Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə güzəştli şərtlərlə kreditin alınması üçün sənədlərin hazırlanması, həm də müqavilə bağlanandan sonra kredit məbləğinin hesabdan çıxarılması və həmin vəsaitin xərclənməsində, kredit müqaviləsi üzrə ödənişlərdə də öz əksini tapmışdır. Kredi t müqaviləsi üzrə tərəf kimi faktiki olaraq zamin Cavabdeh3 çıxış etmişdir.

68. Bu hallar Cavabdeh3 Cinayət Məcəlləsinin 195.2 və 308.1-ci maddələri məhkum olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə də müəyyən edilir. Həmin hökmlə cavabdeh Ağası Abdullayevin adına sənədləşdirilmiş kreditə görə Ağası Abdullayevin deyil, zamin Cavabdeh3 Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə, yəni yalan məlumatlar verərək güzəştli şərtlərlə dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsinə görə məhkum olunması da əsas verir ki, kredit müqaviləsi Cavabdeh3lə Aqrar Kredit və İnkişaf Agentliyi və İddiaçı ASC yaranmış münasibətləri pərdələmək məqsədi ilə bağlanan əqd olmuşdur.

69. Hökmlə həmçinin müəyyən edilmişdir ki, 28 fevral 2013-cü il tarixli, 114KT saylı kredit müqaviləsinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müvəkkil bank vasitəsilə İddiaçı ASC vasitəsilə Cavabdeh1 adına verilmiş 200000 manat dövlət kreditinin əsas borcdan qalıq qalan hissəsini, yəni 68996,01 manatı zamin, cinayət işi üzrə isə təqsirləndirilən şəxs Cavabdeh3 alınması barədə cinayət işi üzrə mülki iddia qaldırılmış, Xaçmaz Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə mülki iddia təmin edilmiş və Cavabdeh1 verilmiş 200000 manat kreditin qalıq qalan əsas borc hissəsinin, yəni 68996,01 manat pulun təqsirləndirilən şəxs Cavabdeh3 tutularaq Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi qərara alınmışdır. Cinayət işi üzrə İddiaçı ASC zərərçəkmiş şəxs kimi tanınmasına baxmayaraq bank Xaçmaz Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verməmiş, Ağası Abdullayevin bankdan aldığı 200000 manat kredit məbləğinin qalıq qalan 68996,01 manat pulun zamin Cavabdeh3 tərəfindən müvəkkil banka deyil, Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi, Ağası Abdullayevin bank qarşısındakı öhdəliyinin zamin Cavabdeh3 tərəfindən icrasının Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qəbul olunması ilə razılaşmış, bununla da bank müqavilə tərəfinin faktiki olaraq Cavabdeh3 olmasını inkar etməmiş, Cavabdeh3 cinayət əməlləri nəticəsində banka vurulmuş zərərin tələb olunması ilə bağlı hərəkətlər də etməmişdir.

70. Apellyasiya məhkəməsi həm qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş halları, həm də hazırkı iş materiallarından görünən halları, işdə o lan sübutları, xüsusilə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş halları nəzərə almadan kreditin əsas borcunun qalıq hissəsinin Ağası Abdullayevdən tutulması hissədə düzgün nəticəyə gəlməmiş, müvafiq olaraq iddianın dəbbə pulu, öhdəliyin icrasının gecikdirilməsinə görə zərərin təmin olunması da düzgün olmamışdır.

71. Məhkəmə kollegiyası qeyd edir ki, kredit məbləğinin cavabdeh Ağası Abdullayevdən tutulması düzgün sayılmadığına görə apellyasiya məhkəməsinin qətnaməsi digər hissələrdə, o cümlədən tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissədə də əsaslı hesab oluna bilməz.

72. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-481/2025 nömrəli iş üzrə 9 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar