Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2498/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6i Xidməti 3-cü Ərazi X6 İdarəsi və Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6i Xidməti 3-cü Ə razi X6 İdarəsi və Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1472/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli 107 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Gəncə prospekti 29/35A ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 1A mərtəbəsində ümumi sahəsi 51 kv metrolan mənzil izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi cəmi 31000 manata payçı - İddiaçı verilmişdi r.
2. Xətai rayon Məhkəməsinin 2(011)-1378/2018 saylı 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2935 A ünvanında tikilən yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən sahəsi 51 kv metr olan mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 107 saylı müqavilə etibarsız hesab edilmiş, İddiaçı həmin mənzili boşaldaraq sahədən çıxarılması, sahənin X3 təhvil verilməsi, ona faktiki sahibliyi həyata keçirməsini və ondan istifadə etməsini məhdudlaşdıran manelərin aradan qaldırılması və həmin sahəni 2 hissəyə ayıran divarların sökülməsi vəzifəsinin "xxxx" MMC və İddiaçı üzərinə qoyulması, sahənin ətrafında tikilmiş layihədə nəzərdə tutulmayan qanunsuz tikililərin "xxxx" MMC və "xxxx" MMC-nin hesabına sökülməsi qət olunmuşdur.
3. Bakı Apellya siya Məhkəməsinin 2(103)271/2019 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-1378/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)271/2019 saylı, 12 mart 2019-cu il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xətai rayonu, ünvan 3 ünvanında yerləşən, yaşadığı 7 a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdeh "xxxx" MMMC-nin hesabına sökülərək ilkin vəziyyətə gətirilməs i vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMMC-nin "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən yaşadığı 7a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdeh "xxxx" MMC-nin hesabına sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 08 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmış və Xətai rayonu, ünvan 3 ünv anında 12 mərtəbəli yaşayış evinin 7 nömrəli mənzili iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin mənzilin pəncərəsinin qarşısında "xxxx" MMC tərəfindən qeyriqanuni tikili inşa edilmiş, nəticədə iddiaçının iki övladı ilə yaşadığı mənzildə neçə illərdir ki, təbii işıqlanmanın, hava axınının qarşısı alınmış, ara məsafəsi saxlanmamış, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamışdır. Əgər qanunsuz tikilidə evdə yanğın baş verərsə, onun mənzilinə keçmə ehtimalı böyükdür. Bütün bu narahatçılıqlarla əlaqədar olaraq inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi barədə köməklik göstərilməsi üçün müvafiq qurumlara müraciət edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6i Xidməti 3-cü ərazi X6 İdarəsinin 21 yanvar 2020-ci il tarixli Qərarı ilə Gəncə prospekti 29/35 A ünvanda yerl əşən "xxxx" MMMC yə məxsus 12 mərtəbəli yaşayış binasının arxa hissəsində qeyri-qanuni tikili olduğu müəyyən olunmuşdur, qeyd olunan tikili evə işıq, hava gəlməsinə maneə olur, onun tikinti işlərinin həyata keçirilməsi zamanı iddiaçının heç nədən xəbəri olmamışdır, ümumiyyətlə iddiaçıya bu barədə məlumat verilməmişdir, özbaşına hərəkət edilmişdir, ekspert rəyində də bu təsbit olunmuşdur. 2018ci ilin hesabatından görünür ki, onun pəncərəsi olmayıb, sonradan qoyulub, iddiaçıya məxsus 51 kv metr 74 kv metr sahənin daxilindədir, qeyri-qanuni tikiliyə doğru nə zaman pəncərə açıldığını bilmir, bu barədə onda məlumat yoxdur, bunu cavabdeh bilər, pəncərə sonradan yəqin ki, təxminən 2019-da açılıb, çünki 2018-ci ilin hesabatında pəncərənin olması göstərilməmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Ə.Qocayev iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus 51,74 kv metr sahə qeyri-yaşayış sahəsi olan 74,28 kv metrin bir hissəsidir, ondan ayrılaraq iddiaçıya satılmışdır, iddiaçı həmin sahəni alan zaman orada pəncərə olmamışdır, sahə binanın layihəsi üzrə qeyriyaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. İddiaçı həmin sahəni alandan sonra onu 2 otaqlı mənzil etmiş, pəncərə açmışdır, qeyri-yaşayış sahənin yaşayış sahəsinə çevrilməsi barədə sərəncam yoxdur. Pəncərə "xxxx" MMC-nin dövründə açılıb, mənzildə ön tərəfdə pəncərə yoxdur, mənzilin yerləşdiyi mərtəbə 1A-dır, lakin belə bir mərtəbə ola bilməz, qeyri-qanuni tikilinin də həmin sahəyə aidiyyəti yoxdur, qanunsuz tikili 2014-cü ildə "xxxx" MMC-nin direktoru Əkbər Cəfərov tərəfindən tikilmişdir, tik intinin sənədi yoxdur, yəni qanunsuz tikilidir, bu ərazi layihədə də nəzərdə tutulmayıb, lakin buna baxmayaraq "xxxx" MMC bu ərazini sataraq mənfəət əldə etmişdir, bu "xxxx" MMC tərəfindən də qəbul edilmişdir ki, o vətəndaşları aldadıb, bu barədə hökm də var, 2019-cu ildə "xxxx" MMC-nin rəhbəri özü seçilmişdir, AENT dövründə cəmi 2 dəfə oraya getmişdir, qeyri-qanuni sahənin "xxxx" MMC ilə bir əlaqəsi yoxdur, ekspert rəyində ekspert layihəyə deyil, öz fikirlərinə istinad etmişdir, çünki mənzilin layihəsindən də – birinci səhifəsindən görünür ki, 391,96 kv metr cahəsi 1-ci mərtəbədə qeyri—yaşayış sahəsidir, burdan da görünür ki, birinci mərtəbədə 4 ədəd qeyri-yaşayış sahəsi var, iddiaçı özü də "xxxx" MMC-nin işçisi olmuşdur, həmin dövrdə qanunsuz tikinti tikilirdisə, tikinti zamanı o məhkəmə yə müraciət edə bilərdi, lakin indi müraciət edib. İddiaçı indi qərəzli şəkildə bunları edir, həmin sahəni alarkən iddiaçıya ayrılan hissədə pəncərə olmamışdır, iddiaçı özü sonradan layihədən kənar pəncərə yeri açmışdır ki, bu da qanuni deyildir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli 10/5340 saylı rəyinə əsasən ünvan 6 ünvanında yerləşən 7a nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş tikiliyə dair yuxarıda qeyd edilən müvafiq icazə verici sənədlərin olmadığını nəzərə alaraq həmin tikilinin icrası zamanı Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq olunmuş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obye ktlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” tələblərinə riayət olunmadığı müəyyən edilir, tədqiq olunan mənzilin faktiki olaraq yaşayış və yardımçı otaqlardan ibarət olduğunu, elektrik, su, kanalizasiya xətləri ilə təchiz olunduğunu, tikililərdə təyinatı üzrə müvafiq avadanlıqlar quraşdırıldığını, həmçinin tikililərin təmirli vəziyyətdə olduğunu nəzərə alaraq, həmin mənzilin texniki cəhətdən yaşayış üçün yararlı vəziyyətdə yerləşdiyi müəyyən olunmuşdur, lakin mənzilin qonaq otağının pəncərəsinin qarşısından iddiaçıya məxsus mənzilin divarına bitişik şəkildə, uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv metr təşkil edən əlavə bir tikili inşa edildiyindən, həmin mənzilə düşən təbi i işığın və havaalmanın qarşısının tamamilə kəsildiyi müəyyən edilmişdir. Mənzilin pəncərəsinin qarşısında inşa edilmiş tikili hazırki vəziyyətdə, həmçinin onun istifadəyə veriləcəyi təqdirdə, həmin mənzilə təbii işığının düşməsinə və hava axının keçməsinə maneələr yaratdığı müəyyən edilmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 10/3642 saylı rəyi ilə ünvan 6 ünvanında yerləşən 7a nömrəli mənzilin yerləşdiyi sahənin iş materiallarında olan Bakı şəhəri Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsində nəzərdə tutulduğu müəyyən olunmuşdur, lakin layihədə sahəsi 74,28 kv metr kimi göstərilən tikilinin təyinatı qeyd olunmadığından, həmin sahənin təyinatını müəyyən etmək mümkün olmamışdır. Layihədə ünvan 6 ünvanında yerləşən 7a nömrəli sahənin giriş qapısının nəzərdə tutulmadığı, lakin binanın ön fasad tərəfə olan hissəsində pəncərənin nəzərdə tutulduğu və həmin 7a nömrəli sahənin, həmçinin pəncərənin layihə üzrə sahəsi 74,28 kv metr kimi göstərilən tikilinin yerləşdiyi sahəyə düşdüyü müəyyən olunmuşdur.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 11 noyabr 2022-ci il tarixli, 2(011)-210/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur.
13. Birinci instansiya məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC və iddiaçı arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Gəncə prospekti 29/35A, 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 1A mərtəbəsində yerləşən 7a nömrəli, ümumi sahəsi 51 kv metr olan 1 otaqlı sahə sonuncuya satılmışdır, həmin sahə binanın e skiz layihəsində nəzərdə tutulmuş ümumi sahəsi 74,28 kv metr olan qeyri-yaşayış sahəsindən izole olunmuşdur, mənzil hazırda iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə edilir. Qeyd olunan binanın ön hissəsi Gəncə prospektinə, arxa fasad isə iddiaçının mənzilinə bitişik olan uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv metr olan müvafiq icazə verici sənədləri olmayan əlavə (qeyriqanuni) tikiliyə baxır, həmin yaşayış sahəsindən qanunsuz tikiliyə tərəf açılmış pəncərə binanın layihəsində nəzərdə tutulmamışdır, binanın Bakı şəhəri Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş layihəsinə əsasən, iddiaçıya məxsus 7a nömrəli sahənin ön fasad tərəfə olan hissəsində pəncərə olması nəzərdə tutulmuşdur, hazırki mübahisə, iddiaçıya məxsus mənzilin arxa hissəsində layihədə nəzərdə tutu lmayan pəncərənin önündə yerləşən əlavə tikilinin sökülməsi barədədir, iddiaçı iddia tələbinin faktiki əsası kimi ona məxsus yaşayış sahəsində olan pəncərənin qarşısının qanunsuz tikili ilə tutulması və bununla da onun qanuni mənafeyinin cavabdeh tərəfindən gözlənilməməsi və hüquqlarının pozulmasıdır. Bununla belə, binanın arxa fasad hissəsində yerləşən əlavə tikilinin, iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik törətməsinə (hədsiz təsirinə), habelə onun əmlak hüquqlarını əhəmiyyətsiz dərəcədə pozmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.
14. Məhkəmə, mülki iş üzrə 08 aprel 2022-ci il və 10 oktyabr 2022-ci il ekspert rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəylər sübut kimi məhkəmə tərəfindən qəbul edilməli dir.
15. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın eskiz layihəsində iddiaçıya məxsus sahənin arxa hissəsində pəncərənin olması nəzərdə tutulmadığı, habelə alqı-satqı zamanı mənzilin həmin hissəsində pəncərə mövcud olmadığı (1 otaqlı sahə iddiaçı tərəfindən alındıqdan sonra yaşayış sahəsi kimi istifadə edilməklə arxa hissəyə pəncərə açılmışdır) halda iddiaçı həmin sahəni müqavilə əsasında almaqla oranı yaşayış yeri kimi seçməsi ilə razılaşmışdır və onun sonradan yaşayış sahəsində açdığı pəncərə layihədən kənardır, həmçinin ona dair heç bir icazə sənədi yoxdur (açılmış pəncərə qeyri-qanunidir). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmlak əldə edərkən mövcud olmayan və sonradan qeyri-qanuni olaraq yaşayış s ahəsində pəncərə açmaqla yaratdığı əlverişsiz vəziyyət (mənzilə təbii işıqlanma, havanın qarşısının kəsilməsi və s.), onun mənafeləri və hüquqlarına təsir etməməklə, mübahisələndirilən qeyri-qanuni tikintinin sökülməsi üçün də əsas ola bilməz.
16. Həmçinin məhkəmə göstərmişdir ki, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (və ya onun hissəsi) sökülməsi barədə qərarın qəbul edilməsi, qanunvericiliklə, onun hallarından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanları və onların müraciəti əsasında məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli tikili, iddiaçının maraqlarına toxunmadığından, onun tələbi ilə sökülə bilməz və ona görə də İddiaçı hazırki iddia tələbi rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublika sı Konstitusiyasının 24-cü maddəsinə, Mülki Məcəllənin 5, 16, 18, 157, 180 və 560-cı maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 107, 115, 119, 124 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətində işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, təqdim olunmuş süöutlara düzgün hüquqi qiymət verilməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər N.Cəfərov - sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov) 2(103)-1472/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuş, İddiaçı aid olan, Xətai rayonu, Gəncə prospekti, ev № 29/35“A” ünvanında yerləşən, mənzil kimi istifadə olunan 7 “a” №-li sahənin pəncərəsinin qarşısında, həmin sahənin divarına bitişik şəkildə inşa edilmiş, uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv metr təşkil edən özbaşına tikintinin "xxxx" MMC-nin hesabına sökülməsi və ərazinin tikinti materiallarından təmizlənməsi qət olunmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qey d etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırmışdır.
23. Birinci, sökülməsi tələb olunan tikilinin uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv metrdir. Həmin tikili özbaşına tikinti hesab olunur. Belə ki, tikiliyə dair müvafiq icazəverici sənədlər yoxdur. Həmin tikilinin inşası zamanı Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənəd ləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmayib. Bu, ilkin ekspertizanın rəyində müəyyən olunub.
24. İkinci, iddiaçı özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. İşdə olan sübutlar iddiaçının “maraqlı tərəf” sayılmasına əsas verir. Çünki özbaşına tikinti iddiaçıya aid olan sahənin (faktiki mənzil kimi istifadə olunan sahənin) divarına bitişik şəkildə inşa edilib. Bu, ilkin ekspertizanın rəyində müəyyən olunub (iş v. 153). Özbaşına tikintinin iddiaçıya aid sahənin divarına birişik olması faktı kifayətdir ki, o, özbaşına tikintinin sökülməsin i tələb etsin.
25. Üçüncü, özbaşına tikinti iddiaçıya aid olan sahənin (faktiki mənzil kimi istifadə olunan sahənin) pəncərəsinin qarşısında inşa olunub, həmin sahəyə düşən təbii işığın və havalandırmanın qarşısını tamamilə kəsir. Bu, ilkin ekspertizanın rəyində müəyyən olunub (iş v. 153). Bu hal isə bir daha iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsinin məqsədi baxımından “maraqlı tərəf” sayılmasına əsas verir. Həmin pəncərənin qanuni olubolmadığı isə hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, çünki cavabdeh pəncərənin qanuniliyini mübahisələndirmək hüququna malik deyil. Pəncərinin qanuniliyini 2 subyekt mübahisələndirə bilər: 1) müvafiq icra hakimiyyəti orqanı; 2) pəncərinin mövcudluğu nəticəsində hüququ və ya qanuni maraqları pozulan şəxs. Əgər özbaşına tikintiyə cavabde hin hüququ və qanuni marağı olsayıdı, o, pəncərənin qanuni olmadığına (layihədə nəzərdə tutulmadığına) etirazının əsası kimi istinad edə bilərdi.
26. Dördüncü, iddiaçıya aid olan, “7a №-li mənzil” adlandırılan sahə qeyri-qanuni deyil. Belə ki, həmin sahə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş, Xətai rayonu, Gəncə prospektində yerləşən 29/35A №-li evin eskiz layihəsində nəzərdə tutulub. Bu, əlavə ekspertizanın rəyində müəyyən olunub (iş v. 175). Odur ki, iddiaçı ona aid olan sahənin divarına bitişik inşa olunmuş, habelə həmin sahənin pəncərəsinin qarşısını kəsən özbaşına tikintinin sökülməsini tələb edə bilər.
27. Beşinci, “7a №-li mənzil” adlandırılan sahəyə dair iddiaçının adına müqavilə var. Yəni iddiaçı həmin sahəni zəbt etməyib, dəyərini ödəməklə müqavilə əsasın da əldə edib. Həmin müqavilənin etibarsız sayılması barədə məhkəmə qətnaməsi yoxdur. Odur ki, iddiaçı dəyərini ödəməklə əldə etdiyi sahənin divarına bitişik inşa olunmuş, habelə həmin sahənin pəncərəsinin qarşısını kəsən özbaşına tikintinin sökülməsini tələb edə bilər.
28. Altıncı, iddiaçıya aid olan, “7a №-li mənzil” adlandırılan sahə faktiki olaraq yaşayış və yardımçı otaqlardan ibarətdir, su və kanalizasiya xətləri ilə təchiz olunub, orada təyinatı üzrə müvafiq avadanlıqlar quraşdırılıb, həmçinin sahə təmirli vəziyyətdədir, odur ki, texniki cəhətdən yaşayış üçün yararlı hesab olunur. O cümlədən layihəyə əsasən həmin tikilinin (iddiaçıya aid sahənin) təyinatını müəyyən etmək mümkün deyil, çünki lahiyədə tikilinin təyinatı qeyd olunmayıb. Bu hallar ilkin ekspertizanın rəyində müəyyən olun ub (iş v. 153). Odur ki, iddiaçının həmin sahədən yaşayış sahəsi kimi istifadə etməsi hazırkı mübahisənin həlli baxımından qanuna zidd hesab olunmur. İddiaçı yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin divarına bitişik inşa olunmuş, habelə həmin sahənin pəncərəsinin qarşısını kəsən özbaşına tikintinin sökülməsini tələb edə bilər.
29. Yeddinci, sökülməsi tələb olunan özbaşına tikinti cavabdehə aiddir. Belə ki, tikintinin başqa şəxsə aid olduğunu təsdiq edən hər hansı sübut (müqavilə və s.) məhkəməyə təqdim olunmadı. Özbaşına tikintinin bitişik olduğu binaya (Gəncə prospektidən yerləşən 29/35A №-li 12 mərtəbəli çoxmənzilli evə) dair mövcud olan sənədlər cavabdehə aiddir. Belə ki, həmin binanın tikintisinin layihələndiriməsinə icazə cavabdehə aiddir (iş v. 129, Bakı ŞİHB-nın sərəncamı), o c ümlədən binanın eskiz layihəsi də cavabdehə aiddir (iş v. 164). Başqa sübutlar olmadığına görə hesab olunur ki, həmin binaya bitişik inşa olunmuş özbaşına tikinti də cavabdehə aiddir. Odur ki, hazırkı iddia düzgün olaraq cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülüb.
30. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh MMC (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyasının gəldiyi nəticə qanunsuzdur, eyni zamanda həmin nəticə maddi hüquq normaları baxımından əsaslandırılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə istinad etməsi tamamilə əsassız və qanunsuzdur, həmin normalar düzgün tətbiq edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin binanın tikintisinin layihələndirilməsinə icazənin cavabdehə aid olması, guya başqa sübutlar olmadığına görə, hazırkı iddianın düzgün olaraq cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülməsi barədə nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarından göründüyü kimi, ünvan 6 ünvanında yerləşən bina Bakı şəhəri İHB-nın torpaq sahəsinin ayrılması haqqında xx.xx.2005-c il tarixli 267 saylı sərəncamına və Bakı şəhəri Şəhərsalma Baş idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş “İnşaat pasportu”, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 7383 saylı rəyi, eskiz layihəsi əsasında inşa olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin nəticəsi tamamilə qanunsuzdur, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmənin iş materiallarında olan Məhkəmə Eksperti zası Mərkəzinin 04 aprel 2022-ci il tarixli 10/5340 saylı Ekspert rəyinə və həmin rəydə istinad redilmiş Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq olunmuş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmas Qaydaları”na istinad etməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır kı, "xxxx" MMC və iddiaçı arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən iddiaçıya satılmış ümumi sahəsi 51 kv metrolan 1 otaqlı sahə binanın eskiz layihəsində nəzərd ə tutulmuş ümumi sahəsi 74,28 kv metr olan qeyri-yaşayış sahəsindən izole olunmuşdur, mənzil hazırda iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə edilsə belə, qeyd olunan sahə qeyri-yaşayış sahəsidir, iddiaçıya satılmış həmin qeyri-yaşayış sahəsindən qanunsuz tikiliyə tərəf açılmış pəncərə də Bakı şəhəri Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş binanın layihəsində nəzərdə tutulmamışdır, həmin pəncərə iddiaçı tərəfindən 2019-cu ildə qanunsuz olaraq açılmışdır. Hazırki mübahisə iddiaçıya məxsus mənzilin arxa hissəsində layihədə nəzərdə tutulmayan pəncərənin önündə yerləşən əlavə tikilinin sökülməsi barədədir. Bu hal Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli 10/5340 saylı Ekspert rəyi ilə də müəyyən olunmuşdur. Bu hal birinci instansiya məhkəməsində iddiaçının nüm ayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatı ilə təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “2018-ci ilin hesabatından görünür ki, onun pəncərəsi olmayıb, sonradan qoyulub, iddiaçıya məxsus 51 kv metr 74 kv metr sahənin daxilindədir, qeyri-qanuni tikiliyə doğru nə zaman pəncərə açıldığını bilmir, bu barədə onda məlumat yoxdur, bunu cavabdeh bilər, pəncərə sonradan, təxminən 2019-da açılıb, çünki 2018-ci ilin hesabatında yoxdur). Bu hal həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)271/2019 saylı, 12 mart 2019-cu il tarixli Qətnaməsi ilə (həmin qətnamə ilə Xətai rayon Məhkəməsinin 2(011)1378/2018 saylı 13 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir) ilə müəyyən olunur, belə ki, həmin qətnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsində izahat vermiş ekspert Şükür Hüseynov göstərmişdir ki, iddiaçının müqaviləsində göstərilmiş sahəsi 74,28 kv metr olan 2 otaqlı mənzil yaşayış binasının layihəsində 1-ci mərtəbədə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini kobud surətdə pozmuş, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmamış, iddia tələbindən kənara çıxmış, lakin bu zaman hakim qanunda göstərilən müstəsna halların nədən ibarət olmasını qətnamədə göstərməmiş və əsaslandırmamış, bununla da tamamilə qanunsuz olaraq iddia tələblərindən kənara çıxmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddi açı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
34. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh bəzi maddi və prosessual hüquq normalarının mətninə formal istinadlar etsə də, həmin normaların mübahisəyə bilavasitə aidiyyətini göstərə bilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olduğuna dair mövqeyini əsaslandırmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 6.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, hab elə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
37. Maddə 157.2. Mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər.
38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
39. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
40. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
41. Maddə 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirilməsi hüquqdan sui-istifadədəir.
42. Maddə 560.1. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
43. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;
44. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
44. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, süb utları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1472/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.