Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-250/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Ağalarov Mirdamət Hadi oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(046)-271/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddiatələbi təmin olunmuş, mərhum x3 miras qalmış Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən iddiaçının mərhum bacısı x4 ilə ümumi birgə mülkiyyətdə olan 0,65 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin, yəni mirasın mərhum x4 tərəfindən qəbul edilmə faktının müəyyən olunması, Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,65 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə iddiaçının bacısı x4nın qanun üzrə vərəsəlik hüququ və həmin əsasda mülkiyyət hüququnun tanınması, mərhum x4ndan miras qalmış Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsinə iddiaçı x1nun qanun üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-2193/2019 saylı mülki iş) hazırki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(046)-271/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat kontoruna qarşı iddia qaldıraraq mərhum x3 miras qalmış, Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən, mərhum bacısı x4 ilə ümumi birgə mülkiyyətdə olan 0,65 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin, yəni mirasın mərhum bacısı x4 tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi, həmin əmlaka x4nın qanun üzrə vərəsəlik hüququ və həmin əsasda mülkiyyət hüququnun tanınma sı, mərhum x4ndan miras qalmış, Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Ağalarov Mirdamət Hadi oğlu kassa siya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1 25.02.1958-ci ildə Göyçay rayonunda anadan olmuş, atası x5, anası x6 (İ-İE 549645 nömrəl i, 26.03.1958-ci il tarixli doğum haqqında şəhadətnamə). x4 08.05.1952-ci ildə Göyçay rayonunda anadan olmuş, atası x5, anası x6 (İ-İE 790045 nömrəli, 13.05.1952-ci il tarixli doğum haqqında şəhadətnamə). x4 ilə x3 arasında nikah 30.05.1973-cü ildə bağlanmışdır (AZ 185698 nömrəli, 30.05.1973cü il tarixli nikah haqqında şəhadətnamə). x3 12.01.2011-ci ildə vəfat etmişdir (AZ-İ 439615 nömrəli, 07.02.2011-ci il tarixli ölüm haqqında şəhadətnamə). x4 08.04.2016-cı ildə vəfat etmişdir (AZ-İ 791703 nömrəli, 14.04.2016-cı il tarixli ölüm haqqında şəhadətnamə). x1 miras qoyan olan bacısı x4ndan qalmış miras əmlakın qəbul etməsi barədə 08.07.2016cı ildə mirasın açıldığı yer üzrə Göyçay rayon notariat kontoruna ərizə vermişdir. 21.07.1998-ci il tarixdə verilmiş Göyçay rayon Ləkçıplaq kəndində yerləşə n 0,65 ha torpaq sahəsinə aid olan JN284A nömrəli dövlət aktında qeyd edilmiş “x7” adlı şəxs eyni şəxs x4dır (Göyçay Rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli qətnaməsi). Göyçay rayon Ləkçıplaq kəndində yerləşən 0,65 ha torpaq sahəsi x3 və x4nın ümumi mülkiyyətindədir (Torpağın mülkiyyətə verilməsinə dair JN-284A nömrəli şəhadətnamə). x2 ailə üzvləri ilə birlikdə Göyçay rayonu Ləkçıplaq kəndində yaşayır (Göyçay rayonu Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.03.2019-cu il tarixli arayışı). 22.12.2003-cü ildə Göyçay rayonu Ləkçıplaq kəndində vəfat etmiş x8 xx.xx.2011-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində vəfat etmiş x3nun qardaşıdır, mərhum x3nun x2in əmisidir (Göyçay Rayon Məhkəməsinin 14.08.2018-ci il tarixli qətnaməsi). x2in Azərbaycan Respublikasına 05.01.2011 -ci girişi, 12.01.2011-ci ildə çıxışı, 07.07.2011-ci idə girişi, 17.07.2011-ci ildə çıxışı, 21.10.2011-ci ildə girişi, 31.10.2011-ci ildə çıxışı, 19.04.2012-ci ildə girişi, 05.05.2012-ci ildə çıxışı, 21.05.2012-ci ildə girişi, 06.07.2012-ci ildə çıxışı, 13.11.2013-cü ildə girişi, 06.12.2013-cü ildə çıxışı, 05.08.2014-cü ildə girişi, 15.08.2014-cü ildə çıxışı, 13.09.2014cü ildə girişi, 26.09.2014-cü ildə çıxışı qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3, 375.1, 375.2, 377.1, 384.0.4, 1133.1, 1145, 1146, 1159.1.1.ş 1159.2, 1160, 1243.2, 1246, 1255, 1267 və 1272- ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223. 3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti edilmir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzr ə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1267-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yo l verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2in kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-250/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-250/2020
08.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver