Məhkəmə qərarları › İş №2(102)-250/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-250/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-250/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti İddia tələbi: “müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi və əmanət üzrə hesablanmış illik faiz dərəcəsinin hesablanması” Açar sözlər: müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4737/2020 nömrəli iş üzrə 16 iyun 2020- ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən bank əmanətçinin 50.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 84 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdə 2 ilin faizi vergi tutulduqdan sonra 11.412 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 1 ilin faizi 6.000 ABŞ dolları məbləğ ində pulu Cavabdeh ASC-dən qəbul etmiş, 2019-cu il tarixdə bankdan depozit faizlərini almaq istəyərkən isə məlum olmuşdur ki, cavabdeh bank onun razılığı olmadan birtərəfli qaydada müqavilə üzrə faizləri 2%-ə endirmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 12% (on iki) dərəcə ilə hesablanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)1153/2020 saylı qə tnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə Cavabdeh ASC tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 12% (on iki) dərəcə ilə hesablanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4737/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və V.Ə.Baxışova) Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 2(006)-1153/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh ASC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübut lar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, depozit müqaviləsinin müvafiq bəndlərində göstərilmişdir ki, bütün əlavələr və dəyişikliklər yazılı qaydada tərtib edilir və hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Lakin məhkəmə depozit müqaviləsinin hansı bəndində belə bir göstərişin və ya müqavilə şərtinin olmasını göstərməmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi, yəni faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarının bank tərəfindən birtərəfli qaydada azaldılması yolverilməzdir. Tərəflər arasında bağlanmış klassik əmanət (depozit) hesabı haqqında müqavilənin 3.4-cü bəndind ə də göstərilmişdir ki, əmanət üzrə faizlər qanunvericilikdə müəyyən olunan qaydada vergiyə cəlb edildikdən sonra ödənilir və bu ödəniş şərti müqavilənin 1.5-ci bəndində göstərilən müddət ərzində dəyişdirilə bilməz. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən isə bu müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minərək bu Müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin hazırki işdə cavabdeh müqavilənin faiz dərəcəsinə dair şərti birtərəfli qaydada dəyişdirirək 12%-dən 2%-ə endirdiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin dəyişikliyin etibarsız hesab edilməsini və Mülki Məcəllənin 948.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmanət üzrə faizlərin bank əmanəti müqaviləsi ilə müəyyənləşdi rilmiş illik 12% dərəcə ilə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Kasasiya kollegiyası kasatorun bütün əlavələr və dəyişikliklər yazılı qaydada tərtib edilir və hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir müddəasının depozit müqaviləsinin hansı bəndində göstərilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilməməsinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi klassik əmanət (depozit) hesabı haqqında müqavilənin 8.1-ci bəndinə istinad etməklə bunu qeyd etmişdir (i/v 69). Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4737/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar