Məhkəmə qərarları › İş №2(102)-2501/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2501/2022

13.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2501/2022 13.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mülkiyyətində olan əmlakından istifadəyə yar adılan maneələrin aradan qaldırılması və vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası, iddiaçı tərəfində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi və mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11622/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Cavabdeh2 Başçısının xx.xx.1992-ci il tarixli, 532/5 saylı sərəncamı ilə iddiaçının anası X15 04 nəfər ailə tərkibi ilə (özü, oğlu, gəlini, nəvəsi) yaşadığı Nizami küçəsindəki 53 saylı evin yaşayış sahəsi 25,9 kvadrat metr olan 02 otaqlı mənzili ilə həmin evin yaşayış sahəsi 36,5 kvadrat metr olan boşalmış digər mənzili birləşdirilmiş və X20 yaşayış sahəsi 62,4 kvadrat metr olan mənzilin kirayəçisi hesab olunmuşdur.

2. Bakı şəhəri Cavabdeh2 Başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə iddiaçının anası X17 verilmiş Nizami küçəsindəki 53 saylı evin 36 saylı mənzilinin bölünərək 41,9 kv.m sahəli 3 otaqlı mənzil İddiaçı, sahəsi 17 kv.m olan 1 otaqlı mənzil isə X17 verilmişdir.

3. Nizami küçəsindəki 53 saylı evin 37 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ Bakı şəhəri İHB aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən reyestr kitabında xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır.

4. X20 25 avqust 2011-ci il tarixdə vəfat etmişdir.

5. X8 07 saylı evin 31 kv.m yaşayış sahəsindən ibarət 02 otaqlı mənzili X5 xüsusi mülkiyyətindədir.

6. X8 07 saylı evin 35 kv.m yaşayış sahəsindən ibarət 02 otaqlı digər mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir.

7. Mehriban Tofiq qızının mənzili 07 saylı binanın birinci, Cavabdeh1 mənzili isə ikinci mərtəbədə yerləşir. İddiaçı yaşadığı Nizami küçəsindəki 53 saylı evin 37 saylı mənzili, Cavabdeh1 yaşadığı binanın yanında yerləşməklə qonşu binaya aiddir.

8. Cavabdeh1 yaşadığı mənzildə yanğın baş verib və bundan sonra Yasamal rayonu, X18, 7 saylı ünvanda yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tiki nti işləri mövcud vəziyyətində razılaşdırılmış layihəyə uyğun ölçülərdə onun adına sənədləşdirilməsi barədə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi və iddia tələbinin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamın ləğv edilməsi, ünvan 2 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, ona məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzildən cavabdeh tərəfındən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz bağlanmış pəncərəsinin açılması, cavabdehdən mənzilindən istifadəyə yaratdığı qanunsuz maneələr nəticəsində ona vurduğu maddi zərərə görə 5000 manat və mənəvi zərərə görə 50000 manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzil anası X17 məxsus olmuş, anasının vəfatından sonra həmin mənzil vərəsəlik qaydasında adına rəsmiləşdirilmiş və mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Texniki pasporta görə ona məxsus mənzil 2 yaşayış otağından və köməkçi sahələrdən ibarətdir. Eyni zamanda 1992-ci ildə yaşadıqları 53 saylı evdə ona məxsus mənzilə bitişik yaşayış sahəsi 36,5 kv.metr olan mənzil boşalmış və Bakı şəhər i Yasamal rayon İHB-nin xx.xx.1992-ci il tarixli 532/5 saylı sərəncamı ilə həmin mənzil də ailəsinin sərəncamına verilmiş, mərhum anası X20 yaşayış sahəsi 62,4 kv.metr olan 4 otaqlı mənzilin kirayəçisi hesab edilmişdir. Anasının vəfatından sonra yaşayış sahəsi 62,4 kv.metr olan 4 otaqlı mənzil onun və ailə üzvlərinin mülkiyyətindədir, həmin mənzildə yaşamaqda davam edirlər. 2017-ci ilin aprel ayında mənzilin yerləşdiyi binanın yanında - ünvan 2 ünvanda yerləşən mənzildə yanğın baş vermiş və nəticədə cavabdehin mənzili yanmış, eyni zamanda həmin yanğın zamanı ona məxsus mənzilin balkonu və bir otağın avadanlıqları da yanmış, otağın özü isə istifadəyə yararsız vəziyyətə düşmüşdür. Ona məxsus mənzil 3 mərtəbəli evin 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə qonşu 2 mərtəbəli binanın 2- ci mərtəbəsində yerləşir. Cavabdeh1 yanğından sonra mənzilinə vurduğu ziyanı ödəyəcəyini vəd etsə də, bu günədək ödəməmiş, əksinə bu müddət ərzində binanın 2-ci mərtəbəsində yerləşən mənzilini bərpa etmiş, mənzilinin üstündə qanunsuz olaraq 3-cü və 4-cü mərtəbələri inşa etməyə başlamış və hazırda da evin 4-cü mərtəbəsinin inşasını davam etdirir. Cavabdehin qanunsuz inşa etdiyi tikililər onun mənzilinin açıq eyvanının və pəncərələrinin 0,5-1,0 metrliyindədir, açıq eyvanına və otaqlara düşən havanın və gün işığının qarşısını kəsir, divarda quraşdırılan kondinsionerin, havatəmizləyici aparatların səsindən mənzildə yaşamaq olmur. Bu məsələlərlə bağlı müvafiq İcra Hakimiyyəti və Polis orqanlarına etdiyi müraciətlər nəticəsiz qalmış, mübahisənin yalnız məhkəmə qaydasında həll edilməsinin mümkün olduğunu bildirirmişlər. Eyni zamanda hesab edir ki, cavabdehin mənzilində baş vermiş yanğın nəticəsində mənzilinə dəymiş ziyan da ödənilməlidir.

11. İş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X21 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi və iddia tələbinin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 Başçısının xx.xx.2017-ci il tarixli 157 saylı sərəncamının ləğv edilməsi, Cavabdeh1 tərəfindən ünvan 2 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, T.Xəlil küçəsi, 7 saylı evdə yerləşən iki otaqlı mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, mənzildən istifadəyə yaratdığı maneələr nəticəsində iddiaçıya vu rulmuş 5000 manat maddi və 50000 manat mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayının 10-da Bakı şəhəri, Yasamal rayonu, X18, ev 7 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan mənzildə yanğın baş vermişdir. Yanğından bir müddət sonra cavabdeh “öz mənzilində təmir işləri aparılması” adı altında yenidənqurma işləri aparmağa başlamışdır. Tikintinin dayandırılması barədə onun və qonşuların dövlət orqanlarına dəfələrlə edilən müraciətlərinə baxmayaraq, cavabdeh tikintini davam etdirmiş və tikili demək olar ki, artıq yekunlaşmaq üzrədir. Qeyd edilən ünvanda onun iki mənzili var və hər ikisi binanın birinci mərtəbəsində ye rləşir (qeydiyyat vəsiqələri ərizəyə əlavə olunmuşdur.) Cavabdehin tikilisi onun mənzillərinin düz üstündədir. Cavabdeh ikimərtəbəli daş binanın üzərində əlavə 2 mərtəbəli monolit beton bina yüksəltmişdir. Köhnə daş binanın üzərində iki mərtəbə ucaltmaq binanın uçmasına səbəb ola bilər. Bundan başqa, yeni tikili onun mənzilini günəş işığından və havadan məhrum etmiş, evə giriş hissəsi məhdudlaşdırılmışdır. Mənzillərinin divarlarında çatlar əmələ gəlmişdir. Dövlət orqanlarına müraciətləri heç bir nəticə verməmiş, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Cavabdeh tərəfindən ona məxsus mənzillərin üzərində özbaşına inşa edilmiş əlavə tikililər onun və ailə üzvlərinin həyatını təhlükə altına alır, həmin tikililər qanunsuz hesab edilməklə sökülməlidir.

13. Cavabdeh1 iddia tələblə rinə etiraz edərək bildirmişdir ki, ünvan 2 evin 3-cü və 4-cü mərtəbələrində müvafiq tikinti işləri qanunvericilin tələblərinə və müəyyən olunmuş qaydalara (yanğın-təhlükəsizlik və s.) uyğun şəkildə aparılmışdır (əsas: Yasamal Rayon İHB-in xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı, Memarlıq və Şəhərsalma Baş idarəsinin məktubları; Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun müsbət rəyi və diyər sənədlər). Bu səbəbdən həmin tikinti qanunsuz hesab edilə və sökülə bilməz. Bundan başqa iş materiallarına əlavə edilmiş, Cavabdeh2 Başçısının xx.xx.1992-ci il tarixli, 532/5 nömrəli "boşalmış mənzil sahəsinin Ə.M.Məmmədovaya verilməsi” haqqında sərəncamından görünür ki, Bakı şəhəri, Nizami küçəsindəki 53 nömrəli evin yaşayış sahəsi 36,5 kv.m. olan boşalmış mənzili X13 mənzilinə əlavə edilmi ş və o, yaşayış sahəsi 62,4 kv.m. olan mənzilin kirayəçisi hesab edilmişdir. Həmçinin işdə olan Cavabdeh2 Başçısının xx.xx.1994-cü il tarixli, 121/11 nömrəli “Nizami küçəsi 53 nömrəli evin 36-cı mənzilinin bölünməsi haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami küçəsində 53 nömrəli evin 36cı mənzilində yaşayan X20 ərizə ilə müraciət edib, ona məxsus olan 4 otaqlı sahəsi 58.9 kv.m. mənzilin bölünməsini xahiş etmişdir və İcra Hakimiyyəti tərəfindən onun xahişi nəzərə alınaraq, evin 41,9 kv.m. sahəsi olan üç otağı ev sahibinin oğlu İddiaçı (yəni. İddiaçının) adına keçirilmişdir (mənzil bölündüyünə görə. İddiaçı ayrılmış hissə (3 olaq) sonradan 37 sayı ilə nömrələnmişdir). Həmin sərəncamla, eyni zamanda evin 17.0 kv.m. sahəsi olan 1 otağı ev sahibi X15 adına keçirilmişdir. Bundan sonrakı müddətdə, X20 Bakı şəhəri, Nizami küçəsi, 53 saylı evin 36 nömrəli mənzilini (öz adına qalan 17.0 kv.m-lik hissəni) digər şəxsə - X1 (çıxarışın surəti əlavə olunur). Qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, iddiaçı hazırda ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisidir. İşdə olan, həmin mənzilin texniki pasportunun surətindən, o cümlədən Məhkəmə Ekspertiza Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli rəyindən də görünür ki, iddiaçının mənzili 3 yaşayış otağından, şüşəbənddən, mətbəx tikilisindən, sanitar qovşağından və eyvan (balkon) tikilisindən ibarətdir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli rəyindən o da görünür ki, mənzilin texniki pasportu üzrə 3 saylı kimi göstərilən otağın yan divarında qapı boşlu ğu açıldığı və divarın digər tərəfindəki (qonşu sahədə) sahəsi 7.7 kv metr (3.2 x 2.4) olan otağın 37 saylı mənzilə birləşdirildiyi müəyyən edilmişdir (bax: ekspert rəyi: səhifə 3. abzas 3). Beləliklə, iddiaçının cavabdeh tərəfindən maneə yaradıldığını qeyd etdiyi otağın ümumiyyətlə, iddiaçının mənzilinə hər hansı aidiyyətı yoxdur. Başqa sözlə, həmin otaq iddiaçının mülkiyyətində deyil və otaq onun mülkiyyətində olmadığına görə, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzilindən istifadəyə hər hansı maneənin yaradıldığı da istisna olunur (belə çıxır ki, sözügedən otaq məhz iddiaçı tərəfindən özbaşına inşa edilmişdir). Bundan əlavə, üçüncü şəxsin mülkiyyətində olan mənzillər binanın 1-ci mərtəbəsində yerləşir. Cavabdeh tərəfindən tikinti işləri isə binanın 3-cü və 4-cü mərtəbəsin də aparılmışdır. Odur ki, cavabdeh tikinti işləri apararkən üçüncü şəxsin hüquqlarına müdaxilə etməmiş, digər tərəfdən cavabdeh üçüncü şəxsin hüquqlarının həyata keçirilməsinə hər hansı maneə yaratmamışdır. Hazırda da belə maneə mövcud deyil.

14. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli sərəncamında göstərilir ki, X18, 07 ünvanda yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1 Cavabdeh2nə icra hakimiyyətinə müraciət edərək, həmin mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2017-ci il t arixli, 18/03-8/1358 nömrəli məktubla X18, 7 saylı ünvanda yerləşən evin üzərində vət. Cavabdeh1 tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsini, xx.xx.2017-ci il tarixli, 18/03- 8/1420 nömrəli məktubla işçi layihəsinin memarlıq hissəsini razılaşdırmışdır. Qeyd olunanlara əsaslanaraq: Yasamal rayonu, X18, 7 saylı ünvanda yerləşən mənzilin mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işləri mövcud vəziyyətində razılaşdırılmış layihəyə uyğun ölçülərdə onun adına sənədləşdirilsin.

15. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) tə rəfindən məhkəməyə ünvanlanmış 01/182 saylı, 03 iyun 2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan İnşaat və Memarlıq X2 3.6-cı bəndinə əsasən ödənişli əsaslarla hüquqi və fiziki şəxslər üçün elmi-tədqiqat və layihə işləri aparmaq, tikintiyə və layihələndirməyə dair normativ sənədləri hazırlamaq və fəaliyyətinə uyğun qanunvericilikdə qadağan olunmayan digər xidmətlər göstərmək İnstitutun hüququ kimi müəyyən edilmişdir. Bununla əlaqədar bildirmişlər ki, müqavilə bağlanaraq İnstitutun hesabına ödəniş həyata keçirildikdən sonra müvafiq tikililərə texniki baxış keçirilərək rəy veriləcək.

16. Fövqəladə Hallar Nazirliyi Tikintidə X16 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-02791 saylı, 13 may 2019-cu il tarixli, xx/xx-02962 saylı, 15 may 2019-cu il tarixli və 37/36 saylı, 24 may 2019-cu il tarixli cavab məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələlər nəticəsində yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması və eyni zamanda, 2019-cu il yanvarın 1-dək tikinti quraşdırma işləri başa çatmış və istismar edilən çoxmənzilli yaşayış binalarının istismara hazırlığı baxımından müayinələrin aparılması Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Qeyd olunan tapşırıqların çox həcmli və onların icra müddətləri məhdud olduğundan, hal-hazırda həmin tədbirlərin həyata keçirilməsinə Agentliyin tabeliyində olan bütün qurumların mütəxəssisləri cəlb olunmuşlar. Bu səbəbdən də məhkəmə ekspe rtiza tədqiqatının aparılması üçün tərəflərindən yaxın müddət ərzində mütəxəssislərin ayrılması imkan xaricindədir. Eyni zamanda bildirmişlər ki, Respublikada istismara qəbul olunmuş binaların texniki vəziyyətinin müayinəsi aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdindəki Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) tərəfindən həyata keçirilir. Bununla bağlı, bu müddət ərzində məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin, yaxud da müvafiq yerli icra hakimiyyətinin memarlıq və tikinti şöbələrinin mühəndislərinin cəlb edilməsini məhkəmədən xahiş etmişlər.

17. Fövqəladə Hallar Nazirliyi X28 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx/x x-08648 saylı, 07 oktyabr 2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, ev 7-də yerləşən dörd mərtəbəli yaşayış evinin üçüncü və dördüncü mərtəbələrinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu barədə YTNƏŞ-0588 saylı, xx.xx.2018-ci il tarixli akt, 37/N-00793 saylı, xx.xx.2018-ci il tarixli məktubla X28 Xidməti tərəfindən vətəndaş Cavabdeh1 göndərilmişdir. Akta əsasən təqdim olunmuş sənədlərin araşdırılmış və yerində yanğın-texniki müayinədən obyektin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğ ular” TN və Q-nın; 2.04- 09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının. “X4 Qaydalarının, 2 02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğıntexniki ləvazimatlarla təmin edilmişdir.

18. Fövqəladə Hallar Nazirliyi Tikintidə X16 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-06888 saylı, 17 oktyabr 2019-cu il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, məhkəmənin 17 sentyabr 2019-cu il tarixli, 2(004)-50 nömrəli məktubu ilə əlaqədar olaraq, Tikintidə X16 Agentliyinin mütəxəssisi Bakı şəhəri, Yasamal rayonu, X18 7 ünvanında müvafiq tədqiqat işləri aparmış, tədqiqat işləri nəticəsində tərtib olunmuş 10 oktyabr 2019-cu il tarixli mütəx əssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəy verilməsindən ötrü həmçinin “Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun 2 nömrəli Memar - inşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi də cəlb edilmişdir. Mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqat hissəsi: Baxış keçirilən Bakı şəhəri, Yasamal rayonu, X18 7 saylı ünvanda yerləşən yaşayış evi 4 mərtəbəli, 1 girişli olub planda düzbucaqlı şəkillidir. Yaşayış binasının yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəngdaşından yerinə yetirilmişdir. Damı mansard tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Mərtəbəarası örtükləri 1-ci və 2-ci mərtəbələrdə ağac konstruksiyasından, 3-cü və 4-cü mərtəbələrdə isə monolit dəmir-betondandır. Baxış zamanı evin 3 saylı mənzilində, divarın qalınlığı 0,2 metr olan sani tar qovşağının hörgü birləşmələrində 2-3 mm qalınlığında aralanmalar müşahidə olundu. 3 saylı mənzilin əsas yükdaşıyan divarlarında çat və zədələnmələr müşahidə edilmədi. Baxış zamanı yaşayış evinin 6 saylı mənzilinin giriş qapısının yerinin dəyişdirilməsi müşahidə olundu. Belə ki, evinin tağvari formada olan əsas giriş qapısı əhəng daşı ilə hörülüb, təqribən əsas qapıdan 2,5 - 3,0 metr məsafədə yeni qapı boşluğu açılmışdır. Yeni qapı boşluğu tikinti norma və qaydalarına əməl edilmədən - qapı üzəri atmalardan istifafə edilməməklə açılmışdır. Açılmış qapı boşluğunun üzərində qalınlığı 2-3 mm olan iki tərəfli və birtərəfli çatlar yaranmışdır. 6 saylı mənzilin digər əsas yükdaşıyan divarlarında da müxtəlif ölçülü birtərəfli çatlar müşahidə olundu. Baxış zamanı 7 saylı yaşayış evinin üzərində monolit dəmir-betondan olmaqla 3-cü və 4-cü mərtəbəsinin inşa edilməsi müşahidə olundu. Yeni inşa edilmiş tikiliyə tam şəkildə baxış keçirmək mümkün olmadı. Sonradan inşa edilmiş hissələrdə (fasad və baxış keçirilən hissələrdə) çat və deformasiyalar müşahidə edilmədi. Tədqiqatın nəticəsi: ünvan 2 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qimətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün X25 tərəfindən müvafiq instrumental müayinə - tədqiqat işləri aparılmalıdır. 1, 2, 3, 5, 6, 7, 8, 9 və 10-cu suallar üzrə: Bu suallar inşaat konstruktor unun səlahiyyətlərinə aid olmadığı üçün tərəfindən cavablandırılmır.

19. Fövqəladə Hallar Nazirliyi Tikintidə X16 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-02756 saylı, 30 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, məhkəmənin sübutun tələb edilməsi barədə 11 mart 2020-ci il tarixli, 2(004)-17/2020 nömrəli sorğusuna cavab olaraq, Agentliyin “Azərdövlətsənayelayihə“ Dövlət Layihə İnstitutu tərəfindən tərtib olunmuş Bakı şəhəri, Yasamal rayonu, X3, 7 saylı ünvanda mövcud 2 mərtəbəli yaşayış evinin üzərində inşa edilmiş üçüncü və mansard mərtəbələrinin müayinəsi haqqında Texniki rəyin surətini məhkəməyə təqdim etmişlər. Eyni zamanda bildirmişlər ki, alınması ilə bağlı sifarişçi müraciət etmədiyinə görə tikintinin istismara hazır olması barədə akt tərəflərindən tərtib olunmamışdır.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən: 1-ci sual üzrə: tədqiq olunan binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti orqanın icazəsi, qabaqcadan İH orqanı ilə razılaşdırılmış tikinti layihəsi mülki iş materiallarına əlavə edilməmişdir. Lakin Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X18 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmiş, həmçinin Azərbaycan Respublikası Memar lıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli, 18/03- 8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıq planlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır; 2-ci sual üzrə: tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağa həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin təbii işığın qarşısı nə qədər alınması və normalara uyğun olubolmaması həmin sahə üzrə mütəxəs sis tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə ölçülərək müəyyən oluna bilər; 3-cü sual üzrə: sanitar, havaçəkən, istilik və kondisioner qurğularının quraşdırılmasının qanunun tələbinə uyğun olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı; 4-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X16 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qiymətləndirilməs i və çatların yaranma səbəblərinin araşdırılması üçün X25 tərəfindən müvafiq instrumental müayinə - tədqiqat işləri aparılmalıdır; 5-ci sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanın Nəzarəti Xidmətinin X9 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, YTNƏŞ0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın, 2.04- 0984 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının, “X4 Qayadaları”nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi müəyyən olunmuşdur; 6-cı, 7-ci və 8-ci suallar üzrə: mülki iş materiallarındakı məlumatlara əsasən, tədqiq olunan binanın 2017-cı ilin aprel ayınadək 2 mərtəbədən ibarət olduğu, hazırda 2-ci mərtəbənin üstündə 3-cü və mansard mərtəbəsi inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X18 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmirbərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmi ş, eləcə də Azəbaycan Respublikası Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıq-planlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X16 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin tikililər müayinə edilərək müsbət rəy verilmiş, həmçinin Fövqəladə Hallar Nazirliyi X28 Xidmətinin X9 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, YTNƏŞ-0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azə rbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q- nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının, “X7 Qayadaları”nın, 2.02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi qeyd olunmuşdur; 9 və 10-cü suallar üzrə: tədqiq olunan tikililərin digər şəxslərə məxsus mənzillərə maneə yaratmasının müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu suallar üzrə tədqiqat aparılmadı.

21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2020 nömrəli, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Hüseyn Səfərov) İddiaçı iddiası və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiasının qismən təmin edilməsi, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X18, 7 saylı evin 2-ci mərtəbəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsi, Bakı şəhər Cavabdeh2 Başçısının xx.xx.2017-ci il tarixli 157 saylı sərəncamının ləğv edilməsi, iddiaların qalan hissədə təmin olunmaması qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə edilən Yasamal rayonu, X18 7 saylı ünvanda yerləşən bina 2017-cı ilin aprel ayınadək 2 mərtəbədən ibarət olmuşdur. Sonradan həmin binada 2-ci və 3-cü mərtəbələr inşa edilmişdir. Həmin bin anın hazırda mübahisə predmeti olan 3 və 4-cü mərtəbələrinin inşasına hər hansı bir səlahiyyətli orqan tərəfindən icazə verilməsi iş üzrə müəyyən edilmədi. Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı isə tikiliyə icazə verilməsinə dair rəsmi sənəd deyil. Buna görə də həmin binanın hazırda mübahisə edilən 3-cü və 4-cü mərtəbələrinin tikintisi özbaşına tikili hesab edilir. Həmçinin hazırkı iş üzrə həmin özbaşına tikiliyə məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınmasına dair hər hansı bir sübut müəyyən edilməmişdir.

23. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə aparılmış həmin özbaşına tikili nəticəsində cavabdeh İddiaçı məxsus olan və özbaşına tikilinin aparıldığı 2017-cı ilin aprel ayınadək mövcud olan mənzilin pəncərəsinin qarşı tərəfindən, diva rdan 30 sm. aralı məsafədə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən edilmişdir. Bu da iddiaçının həmin otağına düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur.

24. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən özbaşına tikinti aparılan anadək iddiaçının mövcud olan mənzilinin 30 santimetrliyində özbaşına tkilinin aparılması, tikili nəticəsində iddiaçının evinə düşən təbii işığın qarşısı alındığından, bu özbaşına tikili iddiaçının qanunla qorunan mənafelərini pozur, divarda çatların əmələ gəlməsi həmin binanın və qonşu binada mənzili olan iddiaçı fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Ona görə də hazırkı iş üzrə iddiaçılar maraqlı tərəf kimi həmin özbaşına tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldıra bilərlər. Bundan əlavə müəyyən edilir ki, həmin ünvanda yerləşən 3 saylı mənzilin divarlarında çatlar əmələ gəlmişdir. Bu hal binanın təhlükəli hala salınması barədə, bina sakinlərinə, iddiaçıların təhlükə yaratması barədə iddiaçıların nümayəndəsinin izahatında qeyd edilən faktları təsdiqləyir. Ona görə də gələcəkdə yarana biləcək binanın uçub dağılması təhlükəsinin qarşısının alınması üçün iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə də yol verilir.

25. Məhkəmə həmçinin Yasamal RİH-nin sərəncamının ləğv edilməsi hissəsində də hesab etmişdir ki, iddialar təmin edilməlidir. Çünki həmin sərəncam tikilinin nəticələrinin sənədləşdirilməsi barədədir. Belə olduğu təqdirdə tikilinin sökülməsi qərara alındığından, həmin tikilinin nəticələrinin sənədləşdirilməsinə dair sərəncam da ləğv edilməlidir.

26. Məhkəmə iddia tələbin in cavabdehin apardığı tikili nəticəsində iddiaçının evinə vurduğu ziyan tələbi hissinə münasibətdə qeyd etmişdir ki, iddiaçı dəymiş maddi ziyanın dəqiq məbləği barədə məhkəməyə sübut təqdim etməmişdir.

27. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, mənəvi zərər tələb edilsə də, həmin tələb edilən mənəvi zərərin məbləğinin ağlabatan olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, tikilinin sökülməsi ilə iddiaçının pozulmuş hüquqları bərpa edildiyindən, bu halın özü də mənəvi zərərin aradan qaldırılması formasında çıxış edə bilər. Yəni tikili sökülməklə vurulmuş mənəvi zərər kompensasiya edilə bilər.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1, 170.2, 180-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 v ə 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələblərinin təmin edildiyi hissələrdə ləğv edilməsi və həmin hissələrdə iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, T. Xəlil küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində müvafiq tikinti işləri qanunvericiliyin tələblərinə və müəyyən olunmuş qaydalara (yanğın təhlükəsizliyi və s.) uyğun aparılmışdır (əsas Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubları, Fövqəladə Hallar Nazirliyininin müvafiq qurumlarının müsbət rəyi və digər sənədlər). Bu səbəbdən həmin tikinti qanunsuz hesab edilə və sökülə bilməz. Həmçinin iddiaçı və üçüncü şəxs hazırki iddia tələbini irəli sürməkdə hər hansı subyektiv hüquqa malik olmamışlar. Lakin məhkəmə bu hala qiymət verməmişdir.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1049/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi- nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv edib, iddia tələbinin mülki mübahisəyə aid hissədə rədd edilməsi, inzibati tələbə aid hissədə isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmşdır ki, məhkəmə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin ona qarşı irəli sürdüyü tələblər üzrə subyektv hüququnun olub-olmamasını araşdırmamışdır. Məhkəmə göstərmişdir ki, iddiaçılar və cavabdeh qonşudurlar. Halbuki onun mülkiyyətində olan 7 saylı mənzil T.Xəlil küçəsində, İddiaçı yaşadığı mənzil Nizami küçəsi ev 53-də yerləşir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mehriban Əliyeva qonşuluqda yaşasa da onun inşa etdiyi tikililər M.Əliyevanın mülkiyyətində olan mənzildən istifadəyə heç bir maneə törətmir, hüquqlarına müdaxilə edilmir. Onun mülkiyyəti ilə bağlı Bakı şəhəri Cavabdeh2 xx.xx.2017-ci il tarixli 157 saylı sərəncamı, Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinn məktubları, Fövqəladə hallar Nazirliyinin müvafiq qürumlarının müsbət rəyi və digər lazımı sənədlər əsasında Bakı şəhəri Y asamal rayonu T.Xəlil küçəsi 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində müvafiq tikinti işləri aparmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20905 saylı xx.xx.2020-ci il tarixli rəyindən və “Azərdövlətsənayelayihə“ Dövlət Layihə İnstitutunun texniki rəyindən də görünür ki, ünvan 8 ünvanda yerləşən 2 mərtəbəli binanın üzərində və əlavə inşa edilmiş üçüncü və dördüncü mərtəbələrinin müayinəsi zamanı tikilinin mövcud vəziyyətinin qənaətbəxş olduğu göstərilir. Binanın yük daşıyan konstruksiyalarında zədələr müşahidə olunmamışdır. Ona aid tikililərin iddiaçılara məxsus mənzillərə maneə yaratması iş materialları ilə sübuta yetmir. İddiaçılar öz mənzillərindən istədikləri kimi istifadə edirlər. Bundan başqa ona qarşı irəli sürülən tələbin bir hissəsi inzibati orqanın qəbul etdiy i inzibati aktın sərəncamın ləğv edilməsi ilə də bağlıdır. Bu cür mübahisələndirməyə isə inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4460/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Əliyev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin Bakı şəhər Cavabdeh2 Başçısının 05 iyun 2017-ci il tarixli sərəncamının ləğv edilməsi hissədə iş üzrə icraata xitam verilməsi, mülki işin qətnamənin mübahisələndirilən qalan hissəsində, yəni iddia tələbinin və üçüncü şəx sin iddia tələbinin təmin edilən Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X18, 7 saylı evin 2-ci mərtəbəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

35. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərini Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi hissəsində icraat qəbul edib mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermiş, bu hissədə məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Belə ki, mübahisələndirilən Sərəncam Bakı şəhəri Cavabdeh2 Başçısı tərəfindən qəbul edilmiş inzibati aktdır.

36. İddia tələbinin digər hissələri, yəni Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X18, 7 saylı evin 2-ci mərtəbəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti qətnamədə təkrarlamış, ümumi ifadələrlə apellyasiya şikayətindəki dəlillərin formal mülahizələrdən ibarət olduğunu göstərərək şikayəti təmin etmədən, qətnaməni is ə dəyişdirmədən saxlamış, bununla da prosessual normaların tələblərini pozmuşdur.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçının cavabdeh tərəfindən maneə yaradıldığını qeyd etdiyi otağın ümumiyyətlə, iddiaçının mənzilinə hər hansı aidiyyətin olmadığını, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzildən istifadəyə hər hansı maneənin yaradıldığının istisna olmasını bildirmiş, iddiaçı və üçüncü şəxsin hazırki iddia tələbini irəli sürməkdə hər hansı subyektiv hüquqa malik olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu dəlillərə qiymət verməmiş, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı, yəni cavabdeh tərəfindən inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin iddiaçıya məxsus sahədə günəş işı ğının qarşısının alınmasını iddia etdiyi tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədlərinin olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyində məhkəmənin ekspert qarşısında qoyduğu 2-ci sual üzrə cavabında ekspert qeyd etmişdir ki, tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağın həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin təbii işığın qarşısı nə qədər alınması və normalara uyğun olub-olmaması həmin s ahə üzrə mütəxəssis tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə ölçülərək müəyyən oluna bilər. Göründüyü kimi ekspert rəyində işıq düşən hissənin (otağın) texniki pasport üzrə nəzərdə tutulmayan tikinti olması öz əksini tapmış, məhkəmə bu hala əhəmiyyət verməmiş, qeyd edilən tikili ilə bağlı iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir.

38. Bundan başqa məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin iddiası üzrə onun mülkiyyətində olan tikililərin üzərində cavabdeh tərəfindən inşa edilmiş mərtəbələrin üçüncü şəxsin tikilisinə hər hansı bir qəza vəziyyəti törətməsi, təhlükə yaratması iş üzrə keçirilmiş ekspert rəyi ilə sübuta yetirilmir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyində məhkəmənin ekspert qarşısında qoyduğu 2ci sual üzrə cavabında ekspert qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X16 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qiymətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün Elmi-Tədqiqat İnstitutu tərəfindən müvafiq instrumental müayinə - tədqiqat işləri aparılmalıdır. Məhkəmə ekspert rəyinin qeyd edilən ikinci sual üzrə rəyinə istinad edərək həmçinin üçüncü şəxsin iddiasını da təmin etmiş, lakin üçüncü şəxsin iddia tələbi nin faktiki əsası kimi istinad etdiyi halların mövcud olub-olmaması üzrə hər hansı bir araşdırma aparmamışdır.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bu baxımdan, həmçinin iddia tələbinin özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşasının qanunsuz hesab edilməsi və sökülməsi hissəsi üzrə məhkəmənin gələcəyi nəticə Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinin nəticəsindən asılı olması nəzərə alınmaqla qətnamə iddia tələbinin və üçüncü şəxsin iddia tələbinin təmin oluna n qalan hissəsində ləğv edilməklə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Məhkəmə öz mövqeyini Mülki Prossesual Məcəllənin 88, 292.2, 417.1.3, 418.1-ci maddələrinə, “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, “İcra haqqında” Azərbaycan R espublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarlarına istinadla əsaslandırmışdır. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11622/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17 /2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X18, 7 saylı evin 2-ci mərtəbəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddiaçının və üçüncü şəxsin tələbləri təmin edilməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulan 2-ci sual üzrə cavabında ekspert tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililərin təbii işıqla təmin olunmasını, baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağa həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyinin müəyyən olunduğunu, bunun da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olduğunu qeyd etmişdir.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı onun tərəfindən mənzilin texniki pasportunda göstərilməyən özbaşına qaydada sonradan əlavə (zəbt və ya inşa) etdiyi, üzərində mülkiyyət hüququ tanınmayan otağa münasibətdə cavabdehə qarşı hər hansı bir iddia qaldırmağa subyektiv hüquqa malik deyildir.

44. İddiaçının anası Əzizə Məmmədovanın sərəncamında olan 25,6 kv.m sahəli yaşayış sahəsinin qonşuluqda boşalmış 2 otaqlı 36,5 kv.m sahəli mənzillə birləşdiril məsi ilə anasının 62,4 kv.m sahəli 4 otaqlı mənzilin kirayəçisi hesab edilməsi, daha sonra isə həmin mənzilin bölünərək 41,9 kv.m sahəli 3 otaqlı mənzilin onun, sahəsi 17 kv.m olan 1 otaqlı mənzilin isə anasının icarəsində saxlanması, Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncama əlavə edilmiş mənzilin bölgüsünün mümkünlüyü ilə bağlı verilmiş rəy və rəyə əlavə edilmiş mənzilin plan-sxemindən iddiaçının sərəncamında saxlanılmış 41,9 kv.m yaşayış sahəli, 3 otaqlı mənzilin 2 saylı tikilidən 1 saylı 7,7 kv.m sahəli köməkçi tikiliyə keçid qapısının mövcud olmasının müəyyən edilməsi, mənzilin 2 saylı tikilidən 1 saylı 7,7 kv.m sahəli tikiliyə keçid qapısının 1994-cü ildən mövcud olması, həmin tikilin o vaxtdan da qeyd edilmiş sərəncam əsasında onun qanuni istifadəs ində və sərəncamında olması kimi qiymətləndirilməli olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin işıq düşən hissəsi (otağı) iddiaçının faktiki istifadəsində olsa belə, iddiaçının həmin otaq üzərində hər hansı bir hüququ təsdiqlənməmiş və müvafiq olaraq dövlət qeydiyyatına alınmadığı üçün, sonuncunun həmin otağa düşən təbii işığın qarşısının qismən alınması ilə bağlı tələb irəli sürməsi əsassızdır.

45. Məhkəmə kollegiyası üçüncü şəxsin cavabdehə qarşı irəli sürdüyü tələbin əsaslılığı baxımından qeyd etmişdir ki, əvvəla Ali Məhkəmənin hazırki iş üzrə olan qərarında da qeyd olunduğu kimi iddia tələbinin özbaşına inşa edilmiş mərtəbələrin inşasının qanunsuz hesab edilməsi və sökülməsi hissəsi üzrə məhkəmənin gələcəyi nəticə Bakı şəhəri Cava bdeh2 Başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinin nəticəsindən asılıdır. Digər tərəfdən isə hazırki vəziyyətdə üçüncü şəxsin mülkiyyətində olan tikililərin üzərində cavabdeh tərəfindən inşa edilmiş mərtəbələrin üçüncü şəxsin tikilisinə nisbətdə hər hansı bir qəza vəziyyəti törətməsi, təhlükə yaratması iş üzrə keçirilmiş ekspert rəyi ilə sübuta yetirilmir.

46. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 139.3-cü, Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlanna uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi heç bir maddi hüquq normasına istinad etmədən mübahisə edilən tikiliyə dair sənədləşmə işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparıldığına dair nəticəyə gələrkən Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79-80, 75-ci, Mülki Məcəllənin 139-1.1.10.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən 59,0 kv.m sahəli mənzilin üstündə 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanın icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış tikinti layihəsi mövcud olmamışdır.

49. Həmçinin kassator qeyd etmişdir ki, qanunsuz inşa ed ilmiş tikilinin inşası zamanı təkcə Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncamı ilə qanuni istifadəsinə verilmiş və 30 il ərzində həmin sərəncam əsasında istifadəsində olan 7,7 kv.m olan iş otağın yeganə pəncərəsi hörülməmiş, eyni zamanda mülkiyyətimdə olan digər otağın və aynabəndin tam qarşısında (1 metr aralığında) sanitar, havaçəkən, istilik gurğuların və kondisionerlərin quraşdırılması nəticəsində evində həmin gurğuların səsindən, gurultusundan və qoxusundan bağlı pəncərələrlə yaşamağı dözülməz hala düşmüşdür. Məhkəmə kollegiyası bu hallarla bağlı iş üzrə komission məhkəmə ekspertizasının təyin edilməsinə dair qaldırılmış vəsatəti təmin etməməklə Azərbaycan Respublikası MPM-nin 77.1, 88 və 386-387-ci maddələrinin tələblərini pozmuşdur.

50. Bundan başqa, iş materiallarına əlavə edilmiş rəsmi sənədlərlə iddiaçının 3 otaqlı, sahəsi 62,4 kv.m sahəli mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçdiyi, ilkin olaraq iddiaçının anası Əzizə Məmmədovanın sərəncamında olan 25,6 kv.m sahəli yaşayış sahəsinə qonşuluqda boşalmış 2 otaqlı 36,5 kv.m sahəli mənzil birləşdirilərək sonuncunun 62,4 kv.m sahəli 4 otaqlı mənzilin kirayəçisi hesab edilməsi, daha sonra isə həmin mənzilin bölünərək 41,9 kv.m sahəli 3 otaqlı mənzilin iddiaçının, sahəsi 17 kv.m olan 1 otaqlı mənzilin isə iddiaçının anası Əzizə Məmmədovanın icarəsində saxlanılması və Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1994cü il tarixli 121/11 saylı sərəncamına əlavə edilmiş mənzilin bölgüsünün mümkünlüyü ilə bağlı verilmiş rəy və rəyə əlavə edilmiş mənzilin plan-sxemindən iddiaçının sərəncamında saxlanılmış 41,9 kv.m yaşayış sahəli, 3 otaqlı mənzili əks edilmiş tikililərdən 2 saylı (sahəsi 7,7 kv.m olan) tikilinin pəncərəsi cavabdeh tərəfindən qanunsuz hörülmüş köməkçi sahəsi olması müəyyən edilmişdir. Ona görə də cavabdehin qanunsuz inşa etdiyi tikili nəticəsində həmin otağın pəncərəsini bağlamaqla iddiaçının qanunla qorunan sahiblik, köməkçi sahələrindən istifadə hüquqlarını pozması müəyyən edildiyi halda məhkəmə kollegiyasının həmin otağın texniki pasportda göstərilməməsi, iddiaçının mülkiyyətində olmaması, özbaşına qaydada sonradan əlavə edilmiş tikili olması səbəbi ilə qeyd edilmiş tikiliyə dair cavabdehə qarşı hər hansı bir iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququnun olmamasına dair gəldiyi nəticə əsassızdır və Mülki Məcəllənin 1391.1.8-ci mad dəsinin tələblərinə zidd hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikin ti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

53. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

55. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

56. Qanunun tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş edilməsinə baxmayaraq, qətnamə ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə kassatora aid hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı iddiası üzrə araşdırma apararaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi əsasında müəyyən etmişdir ki, Nizami küçəsindəki 53 saylı evin 37 saylı mənzilə sonradan əlavə edilmiş otağa həyətə tərəf olan pəncərənin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəf indən tikili inşa edilmişdir və bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin məhkəmə müəyyən etmişdir ki, İddiaçı tərəfindən mənzilin texniki pasportunda göstərilməyən özbaşına qaydada sonradan əlavə (zəbt və ya inşa) etdiyi, üzərində mülkiyyət hüququ tanınmayan otağa münasibətdə cavabdehə qarşı hər hansı bir iddia qaldırmağa subyektiv hüquqa malik deyildir.

60. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin m ənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. 61. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

62. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növb ədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

63. İddiaçının anası Əzizə M əmmədovanın sərəncamında olan 25,6 kv.m sahəli yaşayış sahəsinin qonşuluqda boşalmış 2 otaqlı 36,5 kv.m sahəli mənzillə birləşdirilməsi ilə anasının 62,4 kv.m sahəli 4 otaqlı mənzilin kirayəçisi hesab edilməsi, daha sonra isə həmin mənzilin bölünərək 41,9 kv.m sahəli 3 otaqlı mənzilin onun, sahəsi 17 kv.m olan 1 otaqlı mənzilin isə anasının icarəsində saxlanması, Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncama əlavə edilmiş mənzilin bölgüsünün mümkünlüyü ilə bağlı verilmiş rəy və rəyə əlavə edilmiş mənzilin plan-sxemindən iddiaçının sərəncamında saxlanılmış 41,9 kv.m yaşayış sahəli, 3 otaqlı mənzilin 2 saylı tikilidən 1 saylı 7,7 kv.m sahəli köməkçi tikiliyə keçid qapısının mövcud olmasının müəyyən edilməsi, mənzilin 2 saylı tikilidən 1 saylı 7,7 kv.m sahəli ti kiliyə keçid qapısının 1994-cü ildən mövcud olması, həmin tikilin o vaxtdan da qeyd edilmiş sərəncam əsasında onun qanuni istifadəsində və sərəncamında olması kimi qiymətləndirilməli olması ilə bağlı dəlilləri də apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin işıq düşən hissəsi (otağı) iddiaçının faktiki istifadəsində olsa belə, iddiaçının həmin otaq üzərində hər hansı bir hüququ təsdiqlənməmiş və müvafiq olaraq dövlət qeydiyyatına alınmadığı üçün, sonuncunun həmin otağa düşən təbii işığın qarşısının qismən alınması ilə bağlı tələb irəli sürməsi əsassızdır.

64. Məhkəmə kollegiyası kassatorun apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyi n olunması üçün konkret əsaslar müəyyən olunub. İddiaçı təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

65. İş materialları ilə həm də müəyyən olunur ki, X5 mülkiyyətində olan, X8 07 saylı evin 31 kv.m yaşayış sahəsindən ibarət 02 otaqlı mənzildə tikinti işləri zamanı çatların əmələ gəlməsi ilə bağlı Cavabdeh1 əməlləri barəsində Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən xx.xx.2021-ci il tarixli, 2(102)-4460/2021 saylı xüsusi qərar çıxarılmışdır. Həmin qərar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs ində araşdırma aparılmış və qərardadda göstərilən xüsusatlarla bağlı cinayət faktları aşkar edilməmişdir.

66. Kassatorun işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlilləri kassasiya instansiyası məhkəməsində araşdırılmır və onlara qiymət vermir.

67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11622/2021 nömrəli, 8 dekabr 2021ci il tarixli qətnaməsi İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar