Məhkəmə qərarları › İş №2(102)-2502/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2502/2020

24.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2502/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən İddiaçı və vəkili X16 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, mərhum valideynləri X13 və X5 miras qalmış, ünvan 1 ünvanında 0,1248 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 126,8 kv.m, köməkçi sahəsi 126, 7 kv.m olan fərdi yaşayış evinə vərəsəliyin müəyyən edilməsi və həmin evin tam miras payı olaraq onun mülkiyyətinə verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin (hakim A.Səmədov) xx xxxx 2018-ci il tarixli x nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehdiyev (sərlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.İ.Məmmədov) xx xxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) x nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasi ya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-R.Muradov (sərlik edən və məruzəçi), Ş.Əliyeva və Ş.Rzaquliyev) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Qazax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, X7 xx xxxxxx 2014-cü il tarixdə ölümündən sonra Qazax şəhəri, Bakı küçəsi ev 241-də miras qalmış 0,1248 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, yaşayış sahəsi 126,8 kv.m, köməkçi sahəsi 126,7 kv.m olan f ərdi yaşayış evinə, Cavabdeh2, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 hər birinin 1/4 hissədə müəyyən olunması qət edilmişdir. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin cavabdehlərin hər birinin 1/4 hissədə miras payının müəyyən olunması hissəsində ləğv olunmasını və işin yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehlər bir dəfə də olsun məhkəmələrdə iştirak etməmişlər. Cavabdehlər bu əmlakın onunla birlikdə idarə edilməsində də iştirak etməyiblər. Cavabdehlər bu mübahisəli evdə yox, Bakı şəhərində daimi əsaslarla yaşayırlar. Ca vabdehlərin İddiaçı ölümündən sonra gəlib bu evdə qisa bir müddət qalib sonra daimi yaşayış yerlərinə gedməsi hələ əmlaka sahiblənmək demək deyil. Məhkəmə kollegiyası, qətnaməni İddiaçı mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 ilə X3 xx xxxxxx 1978-ci il tarixdə ailə qurmuşlar və onların birgə nikahlarından xx xxxxxx 1978-ci il tarixdə qardaşı Elnur, xx xxxxxx 1979-cu il tarixdə isə o, anadan olmuşlar. Valideynləri birgə nikah dövründə Qazax şəhəri Bakı küçəsində 0,1248 ha torpaq sahəsində yaşayış sahəsi 126,8 kv.m, köməkçi sahəsi 126,7 kv.m olan fərdi yaşayış evi tikdirmişlər. X3 xx xxxxxx 1987-ci ildə vəfat etmiş və bundan sonra atası Yaqub X1 ilə ailə qurmuş, birgə nikahlarından isə xx xxxxxx 1991-ci il tarixdə Samir, xx xxx 199 6-cı il tarixdə Cabbar adlı uşaqları anadan olmuşlar. X4 xx xxxxxx 2014cü il tarixdə, analığı X8 isə xx xxxxx 2015-ci il tarixdə vəfat etmişlər. Miras əmlak atası Yaqub Muradovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Miras əmlakı fakti olaraq o, qəbul etmişdir. Digər vərəsələr mirası nə faktiki, nədə notarial qaydada qəbul etməmişlər. İş materiallarında olan: Qazax rayon qeydiyyat şöbəsinin xx xxxxx 2017-cü il tarixli çıxarışından görünür ki, X13 ilə X11 xx xxxxxx 1978-ci il tarixdə nikah bağlamışlar. Qazax rayon qeydiyyat şöbəsinin xx xxxxx 2017-cü il tarixli çıxarışından görünür ki, X13 ilə X8 xx xxxxx 2014-cü il tarixdə nikah bağlamışlar. Qazax rayon qeydiyyat şöbəsinin xx xxxxxx 2017-cü il tarixli arayışından görünür ki, X12 xx xxxxxx 1987-ci il tarixdə ölmüşdür. Ölüm haqqında xx xxxxxx 2014-cü il tarixli AZ-İ seriyalı 690483 nömrəli şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2014-cü il tarixdə ölmüşdür. Qazax rayon qeydiyyat şöbəsinin xx xxxxx 2017-cü il tarixli arayışından görünür ki, X8 xx xxxxx 2015-ci il tarixdə ölmüşdür. Qazax rayon qeydiyyat şöbəsinin xx xxxxx 2017-ci il tarixli arayışından görünür ki, İddiaçı xx xxxxxx 1979-cu il tarixdə Qazax şəhərində anadan olmuş, X4 anası X9r. Qazax rayon qeydiyyat şöbəsinin xx xxxxx 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx xxxxxx 1978-ci il tarixdə Qazax şəhərində anadan olmuş, X4 anası X9r. Qazax rayon qeydiyyat şöbəsinin xx xxxxx 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx xxx 1996-cı il tarixdə Qazax şəhərində anadan olmuş, X4 anası X6r. Qazax rayon qeydiyyat şöbə sinin xx xxxxx 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 xx xxxxxx 1991-ci il tarixdə Qazax şəhərində anadan olmuş, X4 anası X6r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxx 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış və Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Qazax şəhəri Bakı küçəsində mülkiyyətdə olan 0,1248 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 126,8 kv.m yaşayış 126,7 kv.m köməkçi sahədən ibarət 241 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 185 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apelyasiya instansiya məhkəməsi iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir k i, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1133.2. maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Həmin Məcəllənin 1134.1. maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1. maddəsi nə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-1159.1.1. maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər; Həmin Məcəllənin 1243.1-1243.2. maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etmə yə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3. maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X13 ilə X11 fakti olaraq ailə qurmuşlar, xx xxxxxx 1978-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmilər, onların birgə nikahlarından xx xxxxxx 1978-ci il tarixdə Cavabdeh2, xx xxxxxx 1979-cu il tarixdə isə İddiaçı anadan olmuşlar. X12 xx xxxxxx 1987-ci il tarixdə vəfat etdikdən sonra X2 Zenfira Namaz qızı ilə faktiki olaraq ailə qurmuşlar və birgə nikahlarından xx xxx 1996-cı il tarixdə C avabdeh1, xx xxxxxx 1991-ci il tarixdə isə Cavabdeh3 anadan olmuşlar. X7 xx xxxxxx 2014-cü il tarixdə vəfatından sonra Qazax şəhəri Bakı küçəsi 241 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Miras qoyanın ölümündan sonra dörd vərəsəsi, Cavabdeh2, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 qalmış və vərəsələrdən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək mirasın onun tərəfindən qəbul edilməsini qeyd edərək miras əmlaka bütövlükdə payının müəyyən olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesdab etmişdir ki, miras bütün vərəsələr tərəfindən qəbul olunmuşdur. Belə ki, İddiaçı iddia ərizəsində qeyd olunanlardan fərqli olaraq məhkəmə kollegiyasının iclasında dindirilərkən izahatında bildirmişdir ki, atasının ölümündən sonra miras qalmış fərdi yaşayış evində o və qardaşları Cabba r və Cavabdeh3 yaşamış, qardaşı Elnur isə Bakı şəhərində yaşasada, atasının vəfatından sonra Qazax şəhərinə gəlib-getmiş və mirasın idarə olunmasında onlarla birlikdə iştirak etmişdir. Göründüyü kimi, miras əmlakı faktiki olaraq vərəsələrin hamısı qəbul etmişdir. Belə olan təqdirdə kollegiya hesab etmişdir ki, miras əmlak İddiaçı və cavabdehlər Cabbar, Elnur və Cavabdeh3ların hər birinin ¼ hissədə payları müəyyən edilməlidir. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin edilməsinə dair mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göst ərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar