Məhkəmə qərarları › İş №2(102)-2506/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2506/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2506/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə onun mülkiyyətində olan evdən və torpaq sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: verilməsi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, onun vəkili Vəkil1 və Cavabdeh2 iştirakları ilə, Şəki Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(107)-1848/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Şəki Rayon Məhkəməsinin 23 may 2011-ci il tarixli, 2(075)-137/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Şəki şəhər VVADQ şöbəsində 10 dekabr 1986-cı il tarixdə bağlanmış 327 nömrəli nikahın pozulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli, 2(075)-162/2011 saylı qətnaməsinə əsasən Cavabdeh1 20 dekabr 1988-ci il tarixdə anadan olmuş Cavabdeh2 və 21 aprel 2009-cu il tarixdə anadan olmuş X4 ilə birlikdə İddiaçı adına olan ünvan 4 nömrəli evd ən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqlarının tanınması və onlar həmin evə köçürülmələri qət edilmişdir. Şəki şəhər XDS İcraiyyə Komitəsinin 29 iyul 1982-ci il tarixli 16 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, vətəndaşların fərdi mənzil tikintisi haqqında qərara ilə şəhərin 20-ci rayon, Nizami küçəsi, 54 nömrəli evdə yaşayan Yerli inşaat materialları istehsal kombinatında naqqaş sexində işləyən İddiaçı həmin ünvanda atasının istifadəsində olan torpaq sahəsinin 300 kv.m. verilməsi, vətəndaşa həmin torpaq sahəsində birtipli layihə əsasında 45 kv.m. yaşayış, 12 kv.m. qeyri-yaşayış sahəsi olan ev tikməyə icazə verilməsi qərara alınmışdır. Etibar Əkbərov, Elxan İsmiyev və İsmayıl İsmayılovun imzaları ilə təsdiq etdikləri 28 mart 2011-ci il tarixli akt dan görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı şəhər icra hakimiyyətinə yazdığı ərizəsinə əsasən onun həmin ünvandakı fərdi yaşayış evinə texniki baxış keçirdikdə aşağıdakıları müəyyən edilmişdir: Şəki Şəhər XDS İK-nin 29 iyul 1982-ci il tarixli 16 saylı iclasının qərarına əsasən şəhərin 20ci rayon, ünvan 2 ünvanda yerli inşaat materialları istehsal kombinatında işləyən İddiaçı həmin ünvanda atasının istifadəsində olan torpaq sahəsinin 300 kv.m-də fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Təqdim olunmuş sənədlərə əsasən ünvan 3 ünvanda inşa edilən fərdi yaşayış evi 8453 inventar nömrəli Texniki pasportla İddiaçı adına qeydə alınmışdır. Texniki pasporta əsasən 1982-ci ildə inşa edilmiş 10.65m x 7,65m ölçüdə olan 2 otaqlı fərdi yaşayış evinə ev sahibinin deməyinə görə qeydiyyat vəsiq əsi (Kupçi) alınmayıb. Baxış zamanı fərdi yaşayış evinin üst örtüyünün tamamilə götürüldüyü, döşəmə və tavanın olmadığı və binanın yükdaşıyıcı divarlarında çatlar olduğu, həmçinin həyətyanı torpaq sahəsində müvafiq icazə alınmadan mebel sexinin fəaliyyət göstərdiyi tərəflərindən müəyyən edilmişdir. Yuxarıda göstərilənləri və mülk sahibinin müraciətini nəzərə alıb, ona özünə məxsus torpaq sahəsində köhnə evin sökülərək yeni fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilməsinə etiraz edilmir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmurları X6, X3, X5, borclu İddiaçı, tələbkarlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərtib edilmiş 17 may 2019-cu il tarixli aktın surətindən görünür ki, icra sənədi üzrə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zam anı sözügedən mənzilin təmirdə olması, təmir işlərinin başa çatdırılmadığı müəyyən edilmişdir. Tələbkarlar Cavabdeh1 və Cavabdeh2 həmin sahənin yaşayış üçün əlverişli olmamasını əsas gətirərək həmin ünvanda yerləşən evə köçməkdən imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlı 21 aprel 2009-cu il tarixdə anadan olmuş X2 5000 (beş min) manat kompensasiya ödənilməklə ona məxsus olan evdən və həmin evin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə tələbin artırılması və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 21 aprel 2009-cu il tarixdə anadan olmuş X2 10000 (on min) manat kompensasiya ödənilməklə ona məxsus olan evdən və həmin evin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sabiq həyat yoldaşı Cavabdeh1 ilə 10 dekabr 1986-cı il tarixdə Şəki şəhər VVADQ şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Həmin nikahdan onların 10 oktyabr 1987-ci il tarixdə Tural, xx xxxxxx 1988-ci il tarixdə isə Könül adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən 23 may 2011-ci il tarixdə nikahları Şəki Rayon Məhkəməsində pozulmuşdur. Cavabdehlər artıq 10 ildir ki, Bakı şəhərində yaşayırlar. Nikahları pozulandan sonra iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şəki Rayo n Məhkəməsində ona qarşı yaşayış evindən istifadə hüquqlarının təmin olunması, evdən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmələri tələbinə dair iddia qaldırmış və məhkəmənin 2(075)-162/2011 saylı, 28 fevral 2011-ci il tarixli qətnaməsinə əsasən onun iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 ilə birlikdə onun adına olan ünvan 4 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinin təmin edilmələri barədə qətnamə çıxarılmışdır. Bundan sonra, Şəki Rayon Məhkəməsinin 2(075)-162/11 saylı, 28.02.2011-ci il tarixli icra sənədi üzrə dəfələrlə icra hərəkətləri edilmiş, lakin cavabdehlər nikahları pozulduqdan sonra bir gün də olsa mübahisəli mənzildə yaşamamışlar. Göstərmişdir ki, əslində qeyd ed ilən mübahisəli mənzil natamam olduğundan cavabdehlərin həmin evdə yaşmalarına şərait yoxdur. Belə ki, aralarında olan nikah pozulduqdan sonra cavabdeh Mehribanın gəlin köçdüyü köhnə uçuq evi sökərək yerində hal-hazırda mövcud olan natamam evi tikdirmişdir. 17 may 2019-cu il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Məmməd Məmmədovun, tələbkarların, borclunun və həmin aktda adları qeyd olunmuş bir neçə şəxslərin iştirakı ilə tələbkarlar Cavabdeh1, Cavabdeh2, X4 ona məxsus olan Şəki şəhəri, 20 yanvar küçəsi, ev 34-dən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqlarının tanınmaları və onların həmin evə köçürülmələri ilə bağlı qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış keçirilən zaman mənzildə təmir-tikinti işlərinin tam başa çatdırılmadığı müəyyən olunm uşdur. O, həyətə girişdən sol tərəfdə yerləşən bir otaqlı yaşayış sahəsini yaşamaq üçün tələbkarlara təklif etmişdir. Lakin tələbkarlar həmin yaşayış sahəsinin yaşayış üçün əlverişli olmadığını əsas gətirərək qeyd edilən ünvanda yerləşən evə köçməkdən imtina etmişlər. Halhazırda onun qeyd edilən evi təmir edib yararlı vəziyyətə gətirməsi üçün vəsaiti yoxdur və yaxın illərdə də evi təmir edib başa çatdırması mümkün deyildir. O hətta, evin bir otağını təmir edərək yaşamaları üçün tələbkarların istifadəsinə verməsini təklif elsə də, tələbkarlar bir daha evin yaşayış sahəsinin tam yararlı vəziyyətdə olmadığını, həyətdə olan tikilidə isə yaşaya bilməyəcəklərini əsas gətirərək evə köçməkdən imtina etmişlər. Tələbkarların evə köçməkdən imtina etmələri səbəbli icra sənədi üzrə tələbin evə köçürülm ə hissəsinin icrası mümkün olmamışdır. Artıq 2011-ci ildən nikahları pozulmuş və bu günə kimi də ailəsi ilə birgə ona məxsus olan evdən istədiyi kimi istifadə edə bilmir. Ancaq bütün bunlarla yanaşı o, maddi imkanlarının aşağı olmasına baxmayaraq cavabdehlərə 10000 (on min) manat məbləğində kompensasiya ödənilməklə ona məxsus evdən, həmin evin torpaq sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun təklif etdiyi 10000 (on min) manat davamlı surətdə cavabdehlərin müəyyən müddət daxilində əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün yetərlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin 30 ok tyabr 2019-cu il tarixli, 1010/19 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 30 sentyabr 2019-cu il tarixinə olan bazar dəyəri 29000 manat təşkil edir. “xxxx” MMC-nin 21 yanvar 2020-ci il tarixli, ƏEM/Y09-009/20 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin qiyməti 21 yanvar 2020-ci il tarixinə 30000 manat təşkil edir. Xidmət haqqı 150 manat təşkil edir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı Mərkəzinin 10 mart 2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı yaşadığı Şəki şəhər 20 yanvar küçəsi 34 nömrəli evə tərəflərindən baxış keçirmiş, baxış keçirilən zaman İddiaçı məxsus olan, 300 (üç yüz) kv.metr torpaq sahəsinin üzərində 2 mərtəbəli 2 otaqlı 1 mansar 1 dəhlizdən ibarət olan yaşayış üçün qismən yararlı yarımçıq fərdi yaşayış evi aşkar olunmuşdur. Qeyd olunan fərdi yaşayış evinin bir otağı qismən yaşayış üçün yararlı, digər bir otağı isə döşəmə, tavanı, qapıpəncərəsi olmadığından, yaşamaq üçün tam yarasız vəziyyətdədir. Hazırda Məzahir ailəsi ilə birgə yaşadığı qismən yararlı evlərin bir aylıq kirayə haqqı 50-60 manat, yarımçıq fərdi yaşayış evlərin və həmin evlərə aid olan torpaq sahəsi ilə birlikdə evin satış qiyməti bugünkü bazar məzənnəsi 20.000-22.000 manat civarındadır. Qeyd: yarım tikili fərdi yaşayış evinin mətbəxi və normal yaşamaq üçün digər şəraitlərin olmaması səbəbli kirayə haqqının qeyd olunan məbləğdən yuxarı verilməsi mümkün deyildir. Şəki Rayon Məh kəməsinin (hakim Cahid İmanov) 09 iyun 2020-ci il tarixli, 2(075)-118/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və X2 10000 (on min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 4 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2 və X1 istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin qeyd edilən mübahisəli evə köçürülmələri qət edilsə də həmin tarixdən sonra cavabdehlər 1 gün də olsa həmin evdə yaşamamış, əvvəlcə Şəki şəhərində, artıq 9 ilə yaxındır ki, Bakı şəhərində demələrinə görə 170200 manat kirayədə qalırlar. İcra sənədinin icrası ilə bağlı dəfələrlə cavabdehlərin həmin mənzilə köçürülmələrinə cəhd edilmiş, lakin ev yaşamağa yararlı vəziyyətdə olmad ığından tələbkarların evə köçürülmələri baş tutmamışdır. Sonuncu dəfə 2019-cu ildə mübahisəli evə baxış keçirilən zaman mənzilin hal-hazırda istifadəyə yararlı olmaması və təmir işlərinin tam başa çatdırılmadığı müəyyən olunmuşdur. Borclu iş üzrə cavabdehlərə həyətə girişdən sol tərəfdə yerləşən bir otaqlı yaşayış sahəsini yaşamaq üçün tələbkarlara təklif etmiş, lakin cavabdehlər həmin yaşayış sahəsinin yaşayış üçün əlverişli olmadığını əsas gətirərək qeyd edilən ünvanda yerləşən evə köçməkdən imtina etmişlər. İddiaçı cavabdehlərin onun sahibliyində olan evdə yaşamasına maneələr yarandığını göstərərək onlara 10000 manat kompensasiya ödənilməklə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehl ər isə iddianı qəbul etməmişlər. Məhkəmə qeyd edilənlərə əsaslanaraq iddiaçının təklif etdiyi 10.000 (on min) manat kompensasiya məbləği ilə razılaşaraq hesab etmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehlərin davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün yetərlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehlərin özlərinin qeyd etdikləri kimi onlar, artıq xeyli müddətdir ki, kirayədə yaşayırlar. Onların qeyd edilən evdən istifadə hüququ isə məhkəmə tərəfindən 2011-ci il tarixdə tanınmışdır. Göründüyü kimi iddiaçı ilə cavabdehlərin münasibətləri əvvəldən də kəskin olmuş, sonradan məhkəmə qətnaməsi ilə həmin evə istifad ə hüququ tanınmış və cavabdehlər bu yolla yaşamadıqları evdəki istifadə hüquqları üçün iddiaçıdan daha çox kompensasiya əldə etmək niyyətləri aşkardır. Məhkəmə həmçinin qeyd etmişdir ki, artıq cavabdehlər təxminən 10 ildən artıqdır ki, Bakı şəhərində deməsinə görə kirayədə yaşayırlar. Həmçinin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıdan əsasən Bakı şəhərində 2 otaqlı mənzil alınaraq onlara verilməsini istəyir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan mübahisəli evin hal-hazırkı bazar qiyməti 25-30 min arasında dəyişir. Həmin evdə bir aylıq kirayə haqqı isə 50-60 manat civarında olması müəyyən olunmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1, 152.5, Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 228.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdehlər apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 9 iyun 2020-ci il tarixli, 2(075)-118/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı məhkəmə kollegiyasına kompensasiyanın həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, kompensasiyanın həcmini artıraraq 15.000 (on beş min) manat kompensasiya verməklə ünvan 4 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2 və X1 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov sədrli k edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) 2(107)-1848/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(075)-118/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların və X1 ünvan 4 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüququna xitam verilməsi üçün verilməli olan kompensasiyanın məbləğinin 15.000 (on beş min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə ə saslı və reallığa uyğun olan nəticəyə gəlmiş olsa da, kompensasiyanın məbləğini iddiaçının təklif etdiyi 10.000 manat müəyyən etməkdə haqlı olmamışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1848/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına uyğun qərar qəbul edilmişdir, kassasiya şikayətinin dəliləri əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər k i, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hi ssəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzlə şdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədl əri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə verilmiş kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir, belə ki, həmin dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəf lər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(107)-1848/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar