Məhkəmə qərarları › İş №2(102)-251/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-251/2024

01.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-251/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-251/2024 Açar sözlər:ilkin müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Notariat Ofisinə qarşı “fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)977/2023 saylı, 22 iyun 2023-cü i l tarixli qətnaməsindən üçüncü şəxs Süleymanov Elşad Firuddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 2024-cü il 01 fevral tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli ilkin müqaviləyə əsasən, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 24.200 manata Cavabdeh2 satıb. Müqavilənin şərtlərinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məxsus olan evin daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyat alındıqdan sonra 30 il müddətində başa çatdırılmalı idi.

2. Bakı şəhəri, 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16 aprel 20 21-ci il tarixli arayışına görə, İddiaçı ünvan 2 evdə qeydiyyatsız yaşayır. 3. "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, İddiaçı enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə 160 manat pul tələb olunub.

4. Bakı "xxxx" ASC tərəfindən verilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* saylı protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılan sayğac yenisi ilə əvəz olunub. 5. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “Daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsi haqqında ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçiril ib, qaz xətləri və cihazlar istismara yararlı kimi qiymətləndirilib. 6. "xxxx" ASC tərəfindən verilmiş 08 may 2017-ci il tarixli “Su sayğacının quraşdırılmasına dair” aktdan görünür ki, İddiaçı ünvanına CS-920 markalı su sayğacı quraşdırılıb.

7. Cavabdeh1 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 28 yanvar 2020-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 evin **********000 abonent kodunun Cavabdeh2 adına keçməsinə sərəncam verilməsini xahiş edib. 8. 29 yanvar 2020-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısına dair bir tipli müqavilə”dən görünür ki, "xxxx" ASC ilə X6 arasında elektrik müqaviləsinin alqı-satqı müqaviləsi bağlanıb.

9. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə X4 İddiaçı və Cavabdeh1 cəlb edilməklə Cavabdeh2 qarşı “mənzildən çıxarılma” barədə iddiası əsassız olduğundan rədd edilib.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə X4 apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

11. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Cavabdeh1 və İddiaçı qarşı “evə köçürülmə” barədə iddiası təmin edilərək, Cavabdeh2 ünvan 2 evə köçürülməsi qət edilib.

12. İddiaçı ilə X7 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”dən görünür ki, X1 İlhamə Əlimirzə qızına ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin alqı-satqısına görə 27.500 manat pul verib. 13. 10 aprel 2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”yə xitam verilməsi barədə 01 sentyabr 2021-ci il tarixli razılaşmadan görünür ki, tərəflər razılığa gəlirlər ki, onlar arasında bağlanılmış 10 aprel 2019-cu il tarixli “Daşınmaz Əmlak Üzrə Fərdi Müqavilə”yə tərəflərin qarşılıqlı razılığı əsasında 01 sentyabr 2021-ci il tarixdən xitam verilib. Aİıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli müqaviləyə əsasən onun tam istifadəsinə verilmiş ünvan 3 ünvanda yerləşən torpaq sahəsini və üzərində yerləşən yaşayış evini (ö/t) o, 25 fevral 2021-ci il tarixindən etibarən satıcının tam sahibliyinə və istifadəsinə geri təhvil verib. Alıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli müqaviləyə əsasən onun tərəfindən ödənilmiş 27.500 m anat hazırki razılaşma bağlanan anda satıcı tərəfindən alıcıya tam şəkildə qaytarılıb. Tərəflər təsdiq edirlər ki, hazırki razılaşma ilə xitam verilən müqavilə üzrə ödəniş geri qaytarılması ilə bağlı bütün hesablaşmalar tam başa çatdırılıb və bu mövzuda tərəflər arasında hər hansı fikir ayrılığı mövcud deyil. Alıcı öhdəliyinə götürür ki, bu razılaşma bağlanan gün ərzində hazırda ünvan 3 ünvanda onun adına olan kommunal abonent kodlarının (işıq, qaz və su) satıcının adına köçürülməsini təmin edir. Tərəflər təsdiq edirlər ki, onların bir birinə qarşı hər hansı iddiaları yoxdur və gələcəkdə də olmayacağına qarşılıqlı zəmanət verirlər. 14. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair müqavilədən görünür ki, abonent X2 məxsus ünvan 4 ünvanda yerləşən ev ə qaz sayğacı quraşdırılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahibliyində və istifadəsində olan ünvan 5 ünvanda, 175 kv.metr torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı barədə cavabdehlər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə öz vəsaiti hesabına ünvan 5 ünvanda yerləşən 175 kv.metr torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evini tikdirərə k həmin vaxtdan bu günədək həmin ünvanda 16 ildir yaşayır. 2005-ci ilin dekabr ayından etibarən həmin evə onun adına qeydiyyata alınmaqla, elektrik, işıq və qaz sayğacları, 2017-ci ildən isə su sayğacı quraşdırılıb. Həmin sayğaclar quraşdırıldığı dövrdən etibarən mütəmadi olaraq vaxtıvaxtında tərəfindən elektrik enerjisi, qaz və su pulu ödənilməkdədir və hazırda həmin xidmətlər üzrə heç bir borcu yoxdur. 2021-ci ilin may ayında ona məlum olub ki, cavabdehlər arasında qanunsuz olaraq 16 ildir onun qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin alqı-satqısı haqqında qanunsuz və əsassız “İlkin müqavilə” bağlanıb və həmin müqavilə üzrə özünü həmin daşınmaz əmlakın satıcısı qismində təqdim edən Cavabdeh1 “daşınmaz əmlakı” 24.200 manata Cavabdeh2 satıb. Cavabdeh1 heç bir aidiyyat i olmadığı və bir gün də belə yaşamadığı ünvan 5 ünvanda hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi göstərilməsi qanunsuz və əsassızdır. Bundan əlavə, həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, ‘‘Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir.” Satıcı tərəfindən ona məxsus olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyata alındıqdan sonra 30 il müddətinə başa çatdırmalıdır. Müqavilənin bu bəndindən görünür ki, özünü satıcı qismində təqdim edən Cavabdeh1 Bakı şəhəri, 2 saylı notariat ofisi vasitəsilə həmin müqaviləni faktiki olaraq özü üçün hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına n ail olub. Cavabdeh2 aldadaraq, onun evinin alqı-satqısı haqqında həmin uydurma əqdi bağlamaqdan ötrü əvvəl Cavabdeh1 saxtakarlıq yolu ilə həmin ünvanda hələ onun adına qeydiyyata alınmaqla quraşdırılmış və illərdir ki, onun adına abonent kodu olan elektrik işığı və qaz sayğaclarını, həmçinin, su sayğacını özünün adına keçirib. Beləliklə, artıq 16 ildir ki, onun qanuni sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka münasibətdə tamamilə qanunsuz və əsassız olaraq, həmin əmlaka hər hansı aidiyyəti olmayan cavabdehlər arasında 28 yanvar 2020ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə”ni bağlamaqla konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarını kobud şəkildə pozub. Başqa sözlə, qanunsuz yolla və saxtalaşdırma üsullarından istifadə etməklə işıq, qaz və su sayğaclarının abonen t kodlarını öz adına keçirməsi azmış kimi, Cavabdeh1 Cavabdeh2 etibarından sui-istifadə edərək onu aldatmış və görünüş üçün uydurma müqavilə bağlamaqla sonuncunun xeyli miqdar sayılan 24.200 manat pul vəsaitini ələ keçirib. Halbuki, ünvan 6 ünvanda yerləşən 175 kv.metr torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 107,68 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evi ona məxsusdur və həmin evdə son 16 ildir ki, yaşayır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmin evdə quraşdırılmış işıq, qaz və su sayğaclarının göstəricilərinə uyğun ödənişlərin edilməsi özü özlüyündə evin ona məxsus olduğunu və gələcəkdə həmin evin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacağını təsdiq edir. Həmin ünvanda yerləşən tikililərin materialları isə onun qanuni mülkiyyətində olan əmlaklardır.

17. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək, İddiaçı onunla Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə”nin tərəfi və həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı üçün iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib, həmçinin izahatında göstərmişdir ki, mübahisəli evi 2020-ci ildə alıb və həmin evdə 1 il 3 ay yaşayıb, evin təmir-tikintisi üçün xərc çəkib. 02 mart 2021-ci ildə Kürdəmir şəhərinə gedib və qayıtdığı zaman isə İddiaçı ona məxsus evin çöl qapısını sındıraraq evə daxil olub və orada yaşamağa başladığını görüb.İddiaçını məhz həmin vaxtdan tanıyıb. Hazırda o, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə mübahisəli evə köçürülüb, lakin iddia çı onun həmin evə köçməsinə mane olur. Bundan əlavə, evin həyətində ona məxsus 3.000 manat dəyərində tikinti materialları vardır ki, onlar da baş verənlər üzündən məhv olur.

18. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı Süleymanov Elşad Firuddin oğlu 1993-cü ildə İddiaçı ilə ailə qurub və onların birgə nikahından övladları olmayıb. 2005-ci ildə qardaşı Süleymanov Elşad Firuddin oğlu avtomobil alqı-satqısı ilə məşğul olmaq üçün ondan pul alaraq Rusiya Federasiyasına gedib və vəziyyəti yaxşılaşdıqdan sonra arvadı İddiaçı 6.100 ABŞ dolları pul göndərib. 2006-cı ildə qardaşı Süleymanov Elşad Firuddin oğlu Bakı şəhərinə qayıdaraq əlində olan pul ilə evin tikintisi ilə məşğul olmağa başlayıb. Evin yerləşdiyi torpaq sahəsinə 4.000 manat pul ödənilib və fərdi yaşayış ev i qardaşı Süleymanov Elşad Firuddin oğlunun tapşırığı ilə inşa edilib. İddiaçı qardaşı Süleymanov Elşad Firuddin oğlunun razılığı ilə işıq və qaz xidmətinə dair müqavilələri öz adına keçirdiyindən, hazırda həmin qəbzlərdən istifadə etməklə haqqı olmayan fərdi yaşayış evini öz mülkiyyəti kimi əldə etmək istəyir. 2010-cu ildə İddiaçı ilə Süleymanov Elşad Firuddin oğlu arasında nikahın pozulması qeydə alınıb. İddiaçı Bakı şəhərində yaşayış yerinin olmamasını əsas tutub fərdi yaşayış evinin ona qalması şərti ilə ona pul ödəyəcəyini öhdəliyinə götürüb. 2013-cü ildə İddiaçı işıq və qaz xidmətlərinə dair müqavilələri öz adına keçirib. Bu hal aşkarlandıqdan sonra haqlı narazılığa səbəb olub və razılaşmanın əvəzi olaraq ondan pul tələb olunub. Pulun İddiaçı tərəfindən ödənilmədiyini gördükdən sonra, 2017-ci ildə qardaşı Süleymanov Elşad Firuddin oğlu onun adına etibarnamə verib və birgə vəsaitləri hesabına tikilmiş evin üzərində sərəncam verməyi ona həvalə edib. 2019-cu ildə o, İddiaçı məhkəməyə verib və sonuncu evin qapısını qıraraq özgəsinin mülkiyyətində olan evə daxil olub. Halbuki, Cavabdeh2 aldığı evi təmir etmək fikrinə düşüb və bu məqsədlə tikinti materiallarını alaraq həyətə gətirib. Hansı ki, hal-hazırda həmin tikinti materiallarını İddiaçı şəxsi materialları kimi təqdim edir. Artıq il yarımdan artıqdır ki, fərdi yaşayış evi tam olaraq Cavabdeh2 mülkiyyətindədir. Qeyd olunan hallar İddiaçı mübahisəli fərdi yaşayış evinə hər hansı hüququnun olmadığını sübut edir. Dəfələrlə tərəflər arasında olan məhkəmə çəkişmələri qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməklə ə dalətli qətnamələr qəbul edilib. Tərəflər arasında davam edən məhkəmə çəkişmələri zamanı İddiaçı orada yaşaması və bildirdiyi digər hallar barədə faktlar müəyyən edilməyib və məhkəmə aktlarında hər hansı formada öz təsdiqini tapmamaqla sübuta yetirilməyib.

19. Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə edilən “İlkin müqavilə”nin tərəflərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olmaqla mübahisə predmeti barədə iddia irəli sürməklə iddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını, “fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab ed ilməsi” hansı qaydada pozulmuş hüquqlarının bərpa ediləcəyini əsaslandıra bilməyib. Bundan əlavə, iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Belə ki, müqavilənin bəndləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, öz-özlüyündə ilkin müqavilənin şərtlərinə müqavilə tərəfləri (cavabdehlər) tərəfindən əməl olunub, bunun əksini sübut edən hər hansı hal məhkəmə iclasında müəyyən edilməyib, digər tərəfdən müqavilənin 3-cü şəxsin hüquqlarına hansı qaydada təsir göstərməsi müəyyən edilməmişdir.

21. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı, iddia ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməyib və işin tədqiq olunan hallarına görə, iddia öz təsdiqini tapmır. Belə ki, ilkin müqavilənin etibarsızlığı ilə bağlı iddiaçının gətirdiyi dəlillər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təqdim olunmuş məhkəmə aktları ilə təkzib olunduğu işin mübahisəsiz halı kimi qiymətləndirilmişdir.

22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-337.3, 339.1, 339.2, 339.5, 402, 427.3, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilmə si barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova sədrlik edən, məruzəçi,T.Quliyev və G.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1337.3, 402-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəm əsindəki birinci icraat

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)122/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov sədrlik edən, məruzəçi, V.Həsənov və İ.Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq norm alarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərətərfli və obyektiv araşdırmamışdır.

31. Belə ki, işin mübahisə olunmayan hallarına görə mübahisə predmeti olan ö/t 19 “A” saylı ev- Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 175 kv.metr torpaq sahəsində yerləşir və evin ümumi sahəsi 107,68 kv.metrdir. Həmin ev lazımi icazələr almadan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi vəziyyətinə görə özbaşına tikilidir. Həmin evə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial qaydada təsdiq edilməklə 28 yanvar 2020-ci il tarixli ilkin müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 öhdəsinə götürmüşdür ki, sözügedən evi bu günə razılaşdıqları məbləğə, yəni 24.200 manata Cavabdeh2 satır, sonuncu isə evin razılaşdırılm ış qiyməti olan 24.200 manat pulu notariusun depozit hesabına qoymaqla Cavabdeh1 ödəyir. Müqavilənin predmeti olan evə sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı Cavabdeh1 ona məxsus olan evi özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra 30 il müddətinə başa çatdırmalıdır. Satıcı Cavabdeh1 evi alıcı Cavabdeh2 bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 28 yanvar 2020-ci il tarixdən alıcı Cavabdeh2 faktiki sahibliyinə verməyi öhdəsinə götürüb.

32. İşin yuxarıda qeyd olunan faktiki hallarından görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi “İlkin müqavilə” sözügedən mübahisəli evə, yəni özbaşına tikliyə dair bağlanıb. Həmin evin kimin tərəfindən inşa edilməsi və kimə məxsus olmasına dair tərəflər arasında mübahis ə, fikir ayrılığı vardır. İddiaçı öz növbəsində sözügedən evi öz vəsaiti hesabına inşa etdiyini və son 16 il müddət ərzində həmin evə faktiki sahiblik etməklə orada yaşadığını və sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edir.

33. Sahiblik mülki-hüquqi mənada əşyaya faktiki olaraq nail olmaq, yiyələnmək və onu özündə saxlamaq kimi anlaşılır. Sahiblik konkret əmlakın real olaraq konkret şəxsdə olmasını əks etdirən hüquqi kateqoriyadır. Sahiblik mülkiyyət hüququna, istifadə hüququna, idarəetmə hüququna və təsərrüfatçılıq hüququna əsaslana bilər. Başqa sözlə sahiblik əşyanın müəyyən bir şəxsdə olması haqqında gerçəklikdir. Mülahizəyə əsaslanan sahiblik qanuni yolla tanınmasa və mübahisəli əmlak faktiki olaraq şəxsə verilməsə hüquqi əhəmiyyətə malik deyil. Sahiblik hüququ y alnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır (Mülki Məcəllənin 159-cu maddəsi).

34. Əşyaya sahiblik hüququ əşyanın mülkiyyətçisinə, eləcə də əşyanın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Mülkiyyətçinin sahiblik hüququnun müdafiəsi mülkiyyət hüququnun müdafiəsinin tərkib hissəsidir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini pozaraq, iddiaçının mübahisəli ev üzərində sahiblik hüququnun olub-olmadığını dəqiqləşdərmədən, onun son 16 il müddət ərzində həmin evdə fasiləsiz və etirazsız olaraq yaşamasını, faktik sahib kimi həmin evə yiyələnməsini, cavabdehlər arasında sözügedən “İlkin müqavilə”nin predmetinin isə bilavasitə həmin evin təşkil etməsini nəzərə almadan, Cavabdeh1 m übahisəli evə hər hansı bağlılığının olub-olmadığını, orada faktiki yaşayıb-yaşamadığını və ümumiyyətlə onun mübahisəli evə dair hər hansı əqd bağlamaq səlahiyyətinə, hüququna malik olub-olmadığını və sair araşdırmadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü dəlillərlə kifayətlənərək, “İlkin müqavilə”nin iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığı qənaətinə gəlib.Halbuki, Cavabdeh1 iddiaya etiraz ərizəsi, məhkəmə iclaslarında verdiyi izahatları ilə müəyyən olunur ki, onun qardaşı Süleymanov Elşad Firuddin oğlu ilə iddiaçı arasında bağlanmış nikah pozulduqdan sonra mübahisəli ev iddiaçının faktiki sahibliyində qalıb, lakin o, evin dəyərini ödəmədiyi üçün 2017-ci ildə qardaşı Süleymanov Elşad Firuddin oğlu onun adına etibarnamə verib və birgə vəsaitləri hesabına tikilmiş ev üzərin də sərəncam verməyi ona həvalə edib, o isə həmin evi notarial qaydada “İlkin müqavilə” bağlamaqla 24.200 manata Cavabdeh2 satıb.

36. Göründüyü kimi, Cavabdeh1 ümumiyyətlə mübahisəli evdə yaşamayıb və həmin ev heç vaxt onun faktiki sahibliyində olmayıb. Cavabdeh1 qardaşı Süleymanov Elşad Firuddin oğlunun onun adına 3 il müddətinə verdiyi 29 iyun 2018-ci il tarixli etibarnamə üzrə onu təmsil edib.

37. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, sözügedən “İlkin müqavilə”nin Süleymanov Elşad Firuddin oğlu ilə Cavabdeh2 arasında deyil, sonuncu ilə bilavasitə Cavabdeh1 arasında bağlanmasını, sonuncunun faktiki olaraq özünə aid olmayan əmlaka dair “İlkin müqavilə” bağlamasını nəzərədə almadan, iddianı rədd etməklə əslində Cavabdeh2 gələcəkdə evə yiyələnməsi üçün qanunsuz əsas yaradıb.

38. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən ilkin müqavilə gələcəkdə bağlanacaq əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan vermədiyindən, yəni ilkin müqavilənin predmetini təşkil edən mübahisəli evin iddiaçının faktik sahibliyində olması mülki iş materialları ilə istisna edilmədiyindən, həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması nəticəsinə gəlməyə əsas vermir.

39. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur və hazırki halda sözügedən “İlkin müqavilə” qeyd olunan maddələrin tələblərinə cavab vermir. d). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

40. Apelyasiya instansiya məhkə məsi tərəfindən Süleymanov Elşad Firuddin oğlu 3-müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və üçüncü şəxs Süleymanov Elşad Firuddin oğlunun nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.

42. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, A.Mahmudov, A.Süleymanova ) 2(105)-977/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, ünvan 7 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərd i yaşayış evinin alqı-satqısı haqqında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “ilkin müqavilə” etibarsız hesab edilmişdir.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsini, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müəyyən etmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “İlkin müqavilə” sözügedən mübahisəli evə, yəni özbaşına tikliyə dair bağlanmış və iddiaçı, həmin evi öz vəsaiti hesabına inşa etdiyini və son 16 il müddət ərzində həmin evə faktiki sahiblik etməklə orada yaşadığını və sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edir. Məlumdur ki, əşyaya sahiblik hüququ əşyanın mülkiyyətçisinə, eləcə də əş yanın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Mülkiyyətçinin sahiblik hüququnun müdafiəsi mülkiyyət hüququnun müdafiəsinin tərkib hissəsidir.

44. Birinci instansiyası məhkəməsi, Mülki Məcəllənin 157 və 164-cü maddələrinin tələblərini pozaraq, iddiaçının mübahisəli ev üzərində sahiblik hüququnun olub-olmadığını dəqiqləşdərmədən, onun son 16 il müddət ərzində həmin evdə fasiləsiz və etirazsız olaraq yaşamasını, faktik sahib kimi həmin evə yiyələnməsini, cavabdehlər arasında sözügedən “İlkin müqavilə”nin predmetinin isə bilavasitə həmin evin təşkil etməsini nəzərə almadan, Cavabdeh1 mübahisəli evə hər hansı bağlılığının olub-olmadığını, orada faktiki yaşayıbyaşamadığını və ümumiyyətlə onun mübahisəli evə dair hər hansı əqd bağlamaq səlahiyyətinə, hüququna malik olub-olmadığını və sai r araşdırmadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü dəlillərlə kifayətlənərək, “İlkin müqavilə”nin iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığı qənaətinə gəlmişdir. Nəzərə alsaq ki, Cavabdeh1 iddiaya etiraz ərizəsi, məhkəmə iclaslarında verdiyi izahatları ilə müəyyən olunur ki, onun qardaşı Süleymanov Elşad Firuddin oğlu ilə iddiaçı arasında bağlanmış nikah pozulduqdan sonra mübahisəli ev iddiaçının faktiki sahibliyində qalıb, lakin o, evin dəyərini ödəmədiyi üçün 2017-ci ildə qardaşı Süleymanov Elşad Firuddin oğlu onun adına etibarnamə verib və birgə vəsaitləri hesabına tikilmiş ev üzərində sərəncam verməyi ona həvalə edib, o isə həmin evi notarial qaydada “İlkin müqavilə” bağlamaqla 24.200 manata Cavabdeh2 satmışdır.

45. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh1 ü mumiyyətlə mübahisəli evdə yaşamayıb və həmin ev heç vaxt onun faktiki sahibliyində olmayıb. Cavabdeh1 qardaşı Süleymanov Elşad Firuddin oğlunun onun adına 3 il müddətinə verdiyi 29 iyun 2018-ci il tarixli etibarnamə üzrə onu təmsil etmişdir.

46. Mübahisəni həll edən birinci instansiyası məhkəməsi isə bu hala diqqət yetirmədən, mövcud “İlkin müqavilə”nin Süleymanov Elşad Firuddin oğlu ilə Cavabdeh2 arasında deyil, sonuncu ilə bilavasitə Cavabdeh1 arasında bağlanmasını, sonuncunun faktiki olaraq özünə aid olmayan əmlaka dair “İlkin müqavilə” bağlamasını nəzərədə almadan, iddianı rədd etməklə əslində Cavabdeh2 gələcəkdə evə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır.

47. Qeyd olunmalıdır ki, müqavilələr yaratdıqları hüquqi nəticələrə görə əmlak müqavilələri və təşkilati müqavilələr deyə iki qrupa ayrılırlar. Əgər əmlak müqaviləsi əmlak və sair maddi nemətlərin verilməsini nəzərdə tutursa, təşkilati müqavilə belə nemətlərin verilməsi üzrə mülki hüquq münasibətlərinin yaradılmasını təşkil etmək vəzifəsini daşıyır (Mülki Məcəllənin 402.1-402.3-cü maddələri). Həmin maddələrdə nəzərdə tutulmuş ilkin müqavilə təşkilati müqavilədir. Belə ki, ilkin müqaviləyə əsasən əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir.

48. Qanunvericiliyin adı çəkilən maddələrinin mənasına görə, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə də əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan verən şərtlərlə yanaşı, əsas müqaviləni tərəflərin hansı müddətə bağlamağı öhdələrinə götürdükləri də nəzərdə tutulmalıdır.

49. Məhkəmə kollegiyası iddiaçının şikayətin dəlilləri ilə razılaşıb hesab etmişdir ki, ilkin müqavilə gələcəkdə bağlanacaq əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan vermədiyindən, yəni ilkin müqavilənin predmetini təşkil edən mübahisəli evin iddiaçının faktik sahibliyində olması mülki iş materialları ilə istisna edilmədiyindən, həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması nəticəsinə gəlməyə əsas vermir.

50. Məhkəmənin qənaətinə görə əqdin etibarlı olması üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlan ması tələb olunur və hazırki halda sözügedən “İlkin müqavilə” qeyd olunan maddələrin tələblərinə cavab vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)kassasiya şikayətinin dəlilləri

51. Üçüncü şəxs Süleymanov Elşad Firuddin oğlu (Vəkil3 Elma oğlu) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

52. Şikayət belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 402-ci maddəsinin tələblərinə əsasən ilkin müaavilədə əsas müqavilənin bağlanması müddəti göstərilməyibsə, bu müqavilə 1 il müddətində bağlanmalı, bağlanmadıqda isə ilkin müqaviləyə xitam verilmiş hesab edilir. Belə olan halda, hazırkı ilkin müqavilə heç bir şəxsin hüquq və vəzifələrinə toxuna bilməzdi. Bu isə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququn un olmadığını göstərir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

54. Maddə

157. Mülkiyyətçi hüquqları qanunda və müqavilədə nəzərdə tutulduğu əsaslarla mülkiyyətçi olmayan, əmlaka sahiblik edən şəxsə də mənsubdur.

55. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

56. Maddə

164. Mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də mənsubdur.

57. Maddə. 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyy ətsiz əqdlər ola bilər;

58. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 59. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 60. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 61. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 62. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müdd ət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 63. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Həmçinin işə təkrar baxan apellyasiya məhkəməsi bu məsələ ilə bağlı kassasiya məhkəməsinin iş üzrə qərarında əks olunmuş hüquqi mövqelərini də nəzərə almış və MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir.

73. Kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, kassator ilkin müqavilənin bir il müddətində bağlanmadığına görə qüvvədən düşdüyünü və heç kimi hüquq və vəzifələrinə toxunmadığını qeyd etsə də, həmin müqavilə əsasında mübahisəli evə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr həmin müqavilə üzrə alıcı Cavabdeh2 adına keçmişdir. Eyni zamanda, ilkin müqavilə əmlaka hər hansı hüququ olmayan şəxs tərəfindən bağlanmış, yəni bağlandığı andan hər hansı hüquqi nəticə yaratmadığı halda, iddiaçının sahiblik hüquqlarını pozmuşdur.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayə tinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-977/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar