Məhkəmə qərarları › İş №2(102)-2512/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2512/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2512/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, istifadə hüququna xitam vermək üçün yetərli kompensasiya məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılma” tələbi barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 2(104)-605/2023 nömrəli, 16 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 3.600 manat kompensasiya verilməsi müqabilində onun mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən 12 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, mərhum oğlunun həyat yoldaşı olan cavabdeh 2004-cü ildən etibarən ona məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 12 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Oğlunun vəfatından sonra cavabdeh onunla yola getmir və aralarında olan davamlı narazılıqdan dolayı o, öz evində rahat yaşaya bilmir. O, yaşlı qadındır və hər an qayğıya ehtiyacı vardır. Bu səbəbdən digər övladlarının evində qalmağa məcbur olmuşdur. Cavabdeh artıq onun ailə üzvü sayılmır və ona məxsus evdə onunla yaşaması mümkün deyildir. Bu baxımdan cavabdehə ağlabatan məbləğdə kompensasiya ödənilməsi şərti ilə istifadə hüququnun itirilməsi ilə bağlı təkliflər etmiş, lakin sonuncu buna razılıq verməmişdir.

3. Cavabdeh bildirir ki, onun yaşamaq üçün başqa yeri yoxdur. İddiaçı tərəfindən təklif olunan məbləğlə o, özünə heç bir şərait qura bilməyəcəkdir.

4. İşin mübahisəsiz halına görə, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi xx. xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Ağstafa Rayon Məhkəməsinin 2(015)-401/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi əsasında verilmiş "xxxx" MMC-nin 28 sentyabr 2022-ci il tarixli, 29 saylı hesabatına əsasən iddiaçıya məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqının 150 manat təşkil etdiyi müəyyən edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iş üzrə ekspertizanın nəticəsində yaşayış sahəsinin aylıq kirayə haqqının bazar dəyəri ilə 150 manat müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, üç illik kirayə qiymətinə müvafiq surətdə kompensasiya məbləğinin artırılaraq 5400 manat olmasına etiraz etməmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia təmin edilmiş, iddiaçı tərəfindən cavabdehə 5400 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (iddiaçıya məxsus **********24-10301 reyestr nömrəsi) yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehin Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən çıxarılması, cavabdehin yaşayış evindən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh uzun müddət həmin evdə yaşasa da, mübahisəli yaşayış evi iddiaçının adı na dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən də məhkəmə mülkiyyətçinin mənafeyindən çıxış edərək iddiaçının mülkiyyət hüququnu müdafiə etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda o və uşaqları mübahisəli evdə qeydiyyatdadır. İddiaçı torpaq sahəsinə bələdiyyədən qeyri-qanuni yolla sənəd düzəldərək, onun həyat yoldaşının onlara tikdiyi evi qeyri-qanuni yolla adına keçirmiş və hazırda onu və uşaqlarını həmin evdən çıxartmaq istəyir. İddiaçının ona təqdim etdiyi kompensasiya ilə 3 ay yaşamaq belə mümkün deyildir. Onun həmin evin tikintisinə çəkdiyi xərcləri hesablayanda bu böyük bir məbləğ edir. Ona təklif edilmiş 5400 manat məbl əğində pul yetkinlik yaşına çatmamış uşaqları ilə davamlı surətdə və müəyyən müddət daxilində həmin evə oxşar evdə yaşamağına imkan vermir. Təklif edilən məbləğ çox azdır. Belə ki, hazırda kirayələr 300-350 manat təşkil etdiyi halda məhkəmə bunu nəzərə almamışdır.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-605/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X1) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qurtardıqdan sonra onun ümumiyyətlə hər h ansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Çünki, cavabdehə 5400 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi onun qanunla qorunan mənafeyinin yüksək dərəcədə müdafiəsini təmin etməməklə yanaşı, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona təklif edilən 5400 manat məbləğində kompensasiya hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz.

12. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu i l tarixdə doğulmuş X6 anaları X3 himayəsində qaldıqlarından sonuncuya yetərsiz məbləğdə kompensasiya verilərək, istifadə hüququna xitam verildikdən sonra onun uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı olmadığı halda, həmin hal yetkinlik yaşına çatmamış uşaqların da hüquq və mənafelərini pozmuş olacaqdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətinin dəlili və tələb et diyi 15000 manat kompensasiya məbləği reallığı əks etdirmir. Həmçinin, cavabdehin evin kirayə haqqının 300-350 manat arası təşkil etməsi ilə bağlı mövqeyi və bununla bağlı apellyasiya instansiya məhkəməsinin qətnamədə göstərilən hallar heç bir sübut ilə öz təsdiqini tapmır. Yəni, həmin məbləğ mövcud bazar qiyməti ilə uzlaşmır və buna dair iş materiallarında heç bir sübut olmadığından cavabdehin bununla bağlı tələbinin nə faktiki, nə də ki hüquqi əsası yaranmır. Apellyasiya instansiya məhkəməsi bütün bu halları nəzərə almamış və cavabdehin kompensasiya məbləği ilə razı olmasına dair əsası olmayan dəlillərinə istinadən cavabdehin mövqeyindən çıxış edərək qərəzli və yanlış qətnamə qəbul etmişdir. Həmçinin, apellyasiya instansiya məhkəməsi keçirdiyi yeganə məhkəmə iclasının nəticəsi olaraq, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan habelə mübahisəli yaşayış evinin tərkib hissəsi ilə və oradakı mövcud vəziyyət barədə vizual təsəvvürə malik olmadan, qətnamədə cavabdehin mübahisəli evdəki şəraiti ilə, cavabdehə təklif olunan 5400 manat kompensasiya müqabilində başqa yaşayış evindəki yaşam şəraiti arasında əsassız müqayisə aparmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əm ələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

27. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qət namə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək, kompensasiya məbləğinin kifayət qədər olmadığını qeyd etsə də, nə qədər məbləğin kifayət edəcəyinə, başqa sözlə, cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edəcək məbləğin nə qədər olması ilə bağlı mövqe bildirməmiş, bununla da Konstitusiya Məhkəməsi Plenumunun analoji işlərlə bağlı mövqeyini nəzərə almamışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşd irilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən, birinci instansiya məhkəməsi istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi işlərinə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompens asiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamaqla, ehtimal və güman xarakteri daşıyır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan məbləğin cavabdehin mənafeyinə zidd olmasını hər hansı mötəbər dəlillə əsaslandırmamış, həmçinin cavabdeh də öz növbəsində bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi nə qədər kompensasiya məbləğinin yetər li olması istiqamətində araşdırma aparmamış, yalnız bir məhkəmə iclası keçirməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması nəticəsinə gəlmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, onu da nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsinə verdiyi əlavə ilə kompensasiya məbləğini 3800 manatdan 5400 manata qədər artırmışdır. Belə olan halda, istisna deyildir ki, iddiaçı məhkəmənin müəyyən etdiyi məbləğə mütənasib olaraq kompensasiya məbləğini yenidən artıra bilərdi.

37. Məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, məhkəmə tərəfindən müəyyən olunan məbləğin iddiaçı tərəfindən təklif olunan məbləğdən yuxarı olması iddia tələbindən kənaraçıxma kimi qiymətləndirilməməklə, gələcəkdə eyniməzmunlu təkrar iddia tələblərinin irəli sürülməsinin və məhkəmə lərdə əlavə iş yükünün yaranmasının qarşısını alan prosessual qənaət mexanizmidir.

38. Bu halda, məhkəmə kollegiyası işdə olan sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun analoji işlərlə bağlı şərhini nəzərə alaraq mülkiyyətçi ilə istifadə hüququ olan şəxsin mənafeləri arasında ədalətli tarazlığı qorumaqla ödənilməli olan kompensasiya məbləği ilə bağlı mövqe sərgiləməli, iddiaçının həmin məbləğlə razılaşıb-razılaşmadığını nəzərə almaqla iddia tələbinə münasibət bildirməlidir.

39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da qan uni və əsaslı olmayan qətnamə çıxarılmışdır.

40. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§25).

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-605/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar