Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2517/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Arif oğluna və Cavabdeh3 Cəbrayıl qızına qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin miras payların müəyyən edilməsi ilə bağlı mübahisələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X5 qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(104)-24/2024 nömrəli, 30 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh3 Cəbrayıl qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə “ASAN xidmət” X8 tərəfindən 13 fevral 2020-cı il tarixdə verilmiş № 05/70-319 nömrəli arayışa əsasən X6 20 aprel 2017-ci il tarixdə Göygöl rayonunun Qızılca kəndində ölmüşdür.
2. Azərbaycan SSR nümunəli 12 oktyabr 1989-cu il tarixdə verilmiş XİV-JQ seriyalı, 300960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 30 aprel 1988-ci il tarixdə doğulmuşdur, atası X6, anası isə X2r.
3. Gəncə şəhəri, Nizami rayonu VVADQ şöbəsi tərəfindən 01 iyun 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 748752 nömrəli Doğum haq qında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 23 fevral 1991-ci il tarixdə doğulmuşdur, atası X6, anası isə X2r.
4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-2957-1217 saylı 10 iyun 2017-ci il tarixli məktubundan görünür ki, “QAZ-31029” markalı 25-BA298 nömrəli, “VAZ-21061” markalı, **-BA-*** nömrəli və “Nissan Patrol” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X6 adına qeydiyyatdadır.
5. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-9022- 1218 saylı 23 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, “QAZ-31029” markalı 25-BA298 nömrəli və “VAZ-21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X6 adına qeydiyyatdadır.
6. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-3892-1219 saylı 09 oktyabr 2019 -cü il tarixli məktubundan görünür ki, Nissan Patrolmarkalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X6 adına qeydiyyatda olmuşdur. xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Yalqışlaq kəndində qeydiyyatda olan Cavabdeh3 adına rəsmiləşərək ona **-VS-*** dövlət qeydiyyat nişanı verilmişdir. “QAZ-31029” markalı **-BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşın X6 adına qeydiyyatdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, mərhum ataları X3 miras qalmış Göygöl rayonu, Sevinc qəsəbəsində yerləşən t orpaq sahəsinin, Gəncə şəhəri, Abbas Səhhət və Sadılı qəsəbələrində yerləşən torpaq sahələri və fərdi yaşayış evlərinin, “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Nissan Patrol” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində vərəsəlik hüquqlarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1645/2019 nömrəli 16 may 2019cü il tarixli qərardadı ilə qeyd olunan iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir.
9. İddiaçıların nümayəndəsi vəkil Nümayəndə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinə “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiy yat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və “Nissan Patrol” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində iddiaçıların vərəsəlik hüquqlarının müəyyən edilməsi həcmində baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddiaçı tərəfin ərizəsinə əsasən Cavabdeh2 Arif oğlu və Cavabdeh3 Cəbrayıl qızı cavabdehlər kimi işdə iştiraka cəlb edilmişlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 ilə X1 qeyri-rəsmi nikahlarından iddiaçılar İddiaçı1 və İddiaçı2 anadan olmuşdur. İddiaçıların doğum haqqında şəhadətnamələrinin ata qrafasında mərhum X6 qeyd olunmuşdur. X6 20 aprel 2017-ci il tarixdə Göygöl rayonunun Qızılca kəndində vəfat etmiş, onun ölümündən sonra “QAZ-31029” markalı **-BA-*** nömrəli, “VAZ-21061” markalı, **-BA-*** nömrəli və “Nissan Patrol” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X6 adına qeydiyyatda olmaqla ondan miras qalmışdır. İddiaçılar vərəsəlik haqqında şəhadətnamənin alınmasına görə notariusa müraciət etmiş, lakin onlara şifahi olaraq məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. 12.Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X3 miras qalmış “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və “Vaz” 21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə hər birinə 1/5 hissəsinə pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 13.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mərhum Arif Məmmədovun vəfatından sonra onun birinci növbə vərəsələri kimi onun uşaqları İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 Arif oğlu və arvadı Cavabdeh3 Cəbrayıl qızı qalmışdır. Belə olan halda mərhum Arif Məmmədovun mülkiyyətində olmuş “QAZ 31029” markalı, **BA-*** dövlət qeydiyyat nişanlı və “Vaz” 21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hər birinə iddiaçıların 1/5 hissəsinə pay hüququ tanınmalıdır. 14.Eləcə də “Nissan Patrol” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin avtomobil alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış və adına rəsmiləşərək **-VS-*** dövlət qeydiyyat nişanı verilmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. 15.Məhkəmə gəldiyi nəticən i Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1247-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 16.İddiaçılar (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 “Nissan Patrol” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı hər hansı vərəsəlik işinin aparılmas ını təmin etməmiş, varisləri gizlətməklə avtomobili birbaşa alqı-satqı etmişdir. Məhkəmə isə avtomobilin ölümdən sonra necə miras açılmadan alqı-satqı edilməsini araşdırmamış, birtərəfli qətnamə qəbul etmişdir. 18.Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, “Nissan Patrol” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 20 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 19.Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-163/2022 nömrəli 08 iyul 2022-ci il tarixli qərardadı ilə hazırki işin icraatı iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 Cəbrayıl qızına qar şı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək dayandırılmışdır. 20.Göygöl Rayon Məhkəməsinin 2(066)-111/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, “Nissan Patrol” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. 21.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2096/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Rəhman Muradov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon M əhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(066)-111/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. 22.Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-39/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılmağa başlanılmışdır. 23.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-24/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, iddianın təmin edilməmiş - X3 miras qalmış “Nissan Patrol” markalı **BF-*** qeydiyyat nişanlı (hazırki qeydiyyat nişanı **-VS-*** olan) avtomaşın üzərində iddiaçıların paylarının müəyyən edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi mübahisələndirilən hissədə təmin edilərək, mərhum X4 qanun üzrə vərəsələri olan İddiaçı1 və İddiaçı2 hər birinin, mərhum X3 miras qalmış “Nissan Patrol” markalı **-BF-*** qeydiyyat nişanlı avtomaşının 1/5 (beşdə bir) hissəsi üzərində payları müəyyən edilmişdir. 24.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə icraat iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 Cəbrayıl qızına qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraat yekun məhkəmə aktı çıxarılanadək dayandırılmış və hazırda qeyd edilən mülki iş mahiyyəti üzrə həll edilmiş, yekun məhkəm ə qərarı qəbul edilərək, qətnamə qanuni qüvvəsini almışdır. 25.Odur ki, hazırki vəziyyətdə qeydiyyat nişanı **-VS-*** olan “Nissan Patrol” markalı avtomaşın əvvəlki qeydiyyat nişanı **-BF-*** olan avtomaşın kimi X3 miras qalmış əmlak kimi qiymətləndirilməlidir. 26.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 1133, 1145, 1146, 1151, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1255; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 27.Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 104)-24/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. 28.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mübahisəli avtomaşına iddiaçıların paylarını müəyyən edərkən, həmin avtomaşının mərhum Arif Məmmədovla birgə nikah dövründə əldə edildiyini və onun da həmin avtomaşına ½ hissədə mülkiyyət hüququnun olmasını nəzərə almamış, nəticədə Mülki Məcəllənin 225.6-cı və Ailə Məcəlləsinin 33.4-cü maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 30.Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə o lunur. 31.Maddə 29.Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 33.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 34.Maddə 1133.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 35.Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 36.Maddə 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 37.Maddə 1151.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüq uqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 38.Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 39.Maddə 1159.1.Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 40.Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 41.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlad ıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 42.Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 43.Maddə 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 44.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 48.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 50.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 51.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 52.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 53.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 54.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 55.Baxılan iş üzrə iddiaçılar miras qalmış “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və “Nissan Patrol” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində vərəsəlik hüquqlarının müəyyən edilməsini xahiş etmişlər. 56.Birinci instansiya məhkəməsi miras kütləsi nə daxil olan “QAZ 31029” markalı, **-BA*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində iddiaçıların 1/5 hissədə paylarını müəyyən etmişdir. 57.İşə baxılarkən miras aktivinə daxil olmadığına görə “Nissan Patrol” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə bölgü aparılmamışdır. 58.Göygöl Rayon Məhkəməsinin qanuni qüvvədə olan 19 mart 2020-ci il tarixli qətnaməsi ilə sözügedən avtomaşına görə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və nəticədə həmin əmlak miras kütləsinə qaytarılmışdır. 59.Baxılan iş üzrə apellyasiya məhkəməsi iddiaçıların tələbi əsasında həmin avtomobil üzərində də iddiaçıların 1/5 payını müəyyən etmişdir. 60.İş üzrə Cavabdeh3 göstərmişdir ki, apellyasiya məhkəməsi tərəfindən bölgü aparılarkən həmin əmlakın ər-arvadın birgə nikahı müddətində və birgə vəsait əsasında əldə edilməsi nəzərə alınmamış və nəticədə əmlakının bir hissəsindən məhrum olmuşdur. 61.Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. 62.Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunmas ı və s.). Bu mənada miras qoyanın miras əmlakına daxil olan əmlakın həcminin, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejiminin (ümumi mülkiyyət rejimi) müəyyən edilməsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. 63.Aydın olduğu kimi vərəsəlik hüququ daha çox ailə münasibətləri ilə əlaqəlidir. Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 32-ci maddəsində nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olm ayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 64.Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. 65.Kassasiya şikayətinin dəlilləri baxımından qeyd edilməlidir ki, apellyasiya məhkəməsi mübahisəli avtomobilin birgə mülkiyyət hesab edilib-edilməməsini müəyyən etmədən onu miras əmlak kimi bərabər paylarla vərəsələr arasında böl ərkən istinad olunan maddi hüquq normalarının müddəaları nəzərə alınmamışdır 66.Bu isə vərəsə kimi Cavabdeh3 Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. 67.Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətlidəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin (Konstitusiya Məhkəməsi Plenumunun S.Mahmudovanın şikayəti üzrə 1noyabr 2013-cü il tarixli Qərarı).
68. Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbu l edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər 69.Qeyd olunmalıdır ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmə formal mülahizələrdən çıxış etməməli, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar.
70. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarda Cavabd eh3 miras qoyanla rəsmi nikah olduğu müəyyən edilmiş faktdır. Miras əmlak isə həmin müddət ərzində əldə olunmuşdur. Bu faktlar məhkəmələrin paylarının müəyyən edilməsi ilə bağlı gəldiyi nəticələrlə müəyyən olunmuş olur. 71.Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə,işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardanistifadə edir. 72.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan miras əmlak üzərində payları müəyyən etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. 73.Odur ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 74.Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-24/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.