Məhkəmə qərarları › İş №2(102)-2518/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2518/2023

19.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2518/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mühafizə zonasına düşən tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-940/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisəli qaz xətti 1983-cü ildə çəkilərək istismara verilmişdir.

2. X6 Mican kənd “Oktyabr” kolxozunun ümumi yığıncağının 18 mart 1989-cu il tarixili 3 nömrəli protokol qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 3. 1989-cu ildə X7 İsmayıllı rayonu, Mican Kəndi ərazisində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta tərtib edilmişdir. 4. 1991-ci ildə İsmayıllı rayonu, Mican kəndi ərazisində X2 adına fərdi yaşayış evinin tikintisi barədə texniki pasport tərtib edilmişdir.

5. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə X13, X9, X14 və Cavabdeh mülkiyyətinə Mican kəndi ərazisindən 0,19 ha torpaq sahəsi verilmiş, 06 dekabr 2005-ci i l tarixdə verilmiş JN – 546F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X18 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbayc an Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X18 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin əraz idə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 3xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqq ında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X18 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək Tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.

8. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mərhum atası X6 İsmayıllı rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mətəbəli,4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Həmin dövrdə də onların maddi imkanları olmadığından sözügedən evi onlara dövlət tikib vermişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X13, bacıları X9, X14 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin yaşayış evi tikildikdən sonra dəfələrlə evlərindən qaz xəttinin keçməsi ilə bağlı qaz idarəsinə və icra hakimiyyətinə müraciət etsələr də heç bir tədbir görülməmişdir. Hazırda həmin evdə 9 nəfər ailə üzvləri yaşayır, ev sökülərsə onların yaşayacaq başqa yaşayış evləri yoxdur. Əgər ev qeyri-qanuni olsa idi dövlət həmin evi onlara tikib verməzdi. Ona görə də həmin torpaq sahəsində qeyd edilən tikililər qanuni inşa edilmiş və hazırkı vaxta qədər ailəsi ilə birlikdə fasiləsiz və etirazsız olaraq orada yaşamışdır. Odur ki, tikilinin sökülməsi tələbinə dair iddianı qəbul etmir.

9. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/231 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X18 İdarəsinin balansında və istismarında olan,diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin həyətdən yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan mə safə 2,1 m, qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1,5 m təşkil edir. Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikulyar olaraq keçir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2,1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1,5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 və nömrəli əlavələr) tələblərin ə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X18 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yeraltı keçən hissəsi həyətyanı sahədən hansı dərinlikdə keçməsi sualı üzrə vəsatət təmin edilmədiyinə görə tədqiqat aparılmadı.

10. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 102 manatın İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsində sökülməsi tələb olunan həmin tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda sözügedən fərdi yaşayış evinin özbaşına tikinti kimi qiymətləndirilməsi mümkün deyildir.

12. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Göründüyü kimi qanunverici özbaşına tikintinin hüquqi əsasını müəyyən etmişdir. İş materiallarından da göründüyü kimi, sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 1989-cu ildə smeta ayrılmış və həmin smeta əsasında isə 1991-ci ildə fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Bu hal isə hazırkı fərdi yaşayış evinin özbaşına tikinti kimi qiymətləndirilməsini istisna edir.

13. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə görə fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hü quqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Bu hala cavabdeh həmin fərdi yaşayış evində sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışdır. İddiaçı iddia etdiyi vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən ona qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuş, yalnız 2021-ci ildə tikilinin sökülməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh atasının adına texniki pasport tərtib edilməklə inşa edilmiş fərdi yaşayış evi üzərində birinci növbəli vərəsə kimi qanuni gözləntiyə malik olmuşdur. Bel ə olan halda həmin tikili qeyri-qanuni və özbaşına tikili kimi qiymətləndirilə bilməz.

14. Məhkəmə hesab etmişdir ki, həmin tikililər fərdi yaşayış evinin texniki pasportu tərtib edilməklə icazə əsasında inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Ona görə də həmin tikililər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehə məxsus həmin tikililərin özbaşına tikili hesab edilərək əvəzi ödənilmədən sökülməsi, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, cavabdehin istifadəsində olan həmin fərdi yaşayış evində yaşaması onun ailəsi ilə birlikdə uzun müddət təşəkkül tapmış ailə maraqlarının və qanuni mənafelərinin səmərəli müdafiəsini təmin edir.

16. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab etmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”ın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əs ası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi sözügedən fərdi yaşayış evi 1991-ci ildə tikilmiş və bu barədə smeta tərtib edilərək texniki paspot verilmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırda sökülməsi tələb edilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd (texniki pasport) qüvvədədir və həmin sənədin etibarsızlığı və ya ləğvi ilə bağlı aidiyyəti məhkəməyə müraciətin olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda texniki pasporta əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evi (tikinti) qanunsuz tikinti sayıla bilməz və bunun üçün ilk növbədə həmin hüquqmüəyyənedici sənəd ləğv edilməli və sonra sözügedən tikinti q anunsuz tikinti hesab edilərək sökülməsi barədə iddia qaldırılmalıdır.

17. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənəbiləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2, 152.1, 180.1 və 180.4-cü, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 və 124.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, X23 məhkəməsinin V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, və Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, Cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X18 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonunun Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxla nmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Göründüyü kimi Qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Hazırkı vəziyyətdə orta təyziqli qaz kəmərinin həyətdə yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafə 2,1 metr, qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1,5 metr təşkil edir. Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikuliyar olaraq keçir. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Fotoşəkillərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli,10/231 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən sübut qismində düzgün istifadə edilməmişdir. Qaz kəmərinin iddiaçının həyətyanı ərazisindən və onun yaşayış evinə yaxın məsafədən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

21. İd diaçı” nümayəndəsi X20 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, məhkəmədən kənar qaydada cavabdehə mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, sonda cavabdeh həmin tikilinin sökülməsinə etiraz etmişdir. Qaz xətti mübahisəli ərazidən 1983-1985-ci illərdən keçir. Lakin cavabdeh tərəf tikili inşa edərkən bunu nəzərə almamış, qaz xəttini hasara almaqla öz həyətinə keçirmişdir. Mövcud qaz xətti yeraltı hissədə daha təhlükəli olmaqla cavabdehin tikilisinin altından keçir. Ekspert rəyindən də göründüyü kimi həmin tikili mühafizə zonasında yerləşir.

22. Cavabdeh izahat verərək bildirmişdir ki, tikili və onun yerləşdiyi torpaq sahəsi mərhum atasının adınadır. Atası öləndən sonra həmin tikilidə daim o yaşamış, hazırda da ailəsi ilə birl ikdə həmin tikilidə yaşayır. Düzdür, onun yaşadığı evin yaxınlığından, hətta yeraltı hissədən (pilləkənin altından) qaz xətti keçir. Lakin onun başqa yerdə yaşamağa yeri yoxdur. Əgər dövlət ona başqa yerdə ev tikib verərsə iddianı qəbul edər, əks halda iddianı qəbul etmir.

23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-940/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X17 (sədrlik edən və məruzəçi), X8 və X10) İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X18 İd arəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin öz hesabına sökülərək, mühafizə zonasından çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı hesabına, 102 manat ekspertiza xərcinin isə Cavabdeh alınaraq Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, Cavabdeh atası mərhum X12 rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evi nin texniki pasportu tərtib edilmişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİKnın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X13, bacıları X9, X14 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Lakin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə tərəfindən də təklif olunmasına baxmayaraq cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi (ilkin sənədləşmə hesab olunan texniki pasport istisna olmaqla) təqdim edə bilməmiş, sorğusual nəticəsində də evinin hasarının kənarından və pilləkən hissəsinin altından qaz xəttinin keçməsini in kar etməmişdir. Həmçinin apellyasiya icraatı zamanı sorğu əsasında iddiaçı tərəf elektron kabinet vasitəsilə məhkəməyə məlumat və mövcud qaz kəmərinin texniki göstəricilərini əks etdirən sənədləri məhkəməyə təqdim etmişdir ki, həmin sənədlərdə sözügedən d-219 mm-lik qaz xəttinin 1983-cü ildə çəkilərək istismara verilməsi müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi sənəddə (texniki pasportda) isə mübahisəsi gedən tikilinin qaz xəttindən sonra, yəni 1989-cu ildə inşa edilməsi müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin dəlillərin tam araşdırmamış, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcud olmamasına, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməklə qaz xəttinin istismarından s onra inşa edilməsinə diqqət yetirməmiş, həmin tikilinin mühafizə zonasında tikilməsinə dair verilmiş ekspertiza rəyi ilə razılaşmamasının səbəbini əsaslandırmamışdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23, 2.24-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər baycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ötən 34 il müddət ərzində torpaq sahəsində mübahisəsi gedən fərdi yaşayış evinin sökülməsi barədə iddia qaldırmamışdır. Bununla da iddia müddətini öt ürmüşdür. 1 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan RespublikasıMülki Məcəlləsinin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilirdi. Yəni mülki mübahisələrə baxmağa səlahiyyələri olan orqanlar tərəflərin vəsatətlərindən asılı olmayaraq iddia müddətini məcburi tətbiq edirdi. Aralarında mübahisəyə baxıldıqda nə iddiaçı, nə də cavabdeh iddia müddətinin tətbiqindən imtina edə bilməzdi. X19 Məhkəməsi mülki işə baxarkən, 1 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan RespublikasıMülki Məcəlləsinin 77-ci maddəsinə əsasən iddia müddətini tətbiq etməmiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməklə, qanun pozuntusuna yol vermişdir. Bundan başqa i ş materiallarında olan İsmayıllı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 1871 saylı arxiv arayışından görünür ki, X6 1989-cu ildə Mican kənd “Oktyabr” kolxozunun protokolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 1989-cu il tarixli yaşayış evinin tikintisi barədə smetanın surətindən görünür ki, X6 İsmayıllı rayonu, Mican Kəndi ərazisində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta tərtib edilmişdir. İş materiallarında olan 1991-ci il tarixli fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllırayonu, Mican kəndi ərazisində X6 adına fərdi yaşayış evinin tikintisi barədə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan JN-546F KOD-407190 18 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllırayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə X13, X9, X14 və X1 Mican kəndi ərazisindən 0,19 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi cavabdeh İsmayıllırayon Mican kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun əldə etməklə yanaşı, həmin torpaq sahəsində inşa etdirdiyi tikiliyə mülkiyyət hüququnu da qnunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsi qeyd edilən faktları açıq-aşkar müəyyən etmiş olsa da, heç bir maddi hüquq normasına istiad etmədən və digər heç bir fakt olmadan cavabdehə məxsus tikilini qanunsuz tikili hesab etməkdə haqlı olmamışdır. Şəki Apellyasiya Məhkəməsi qanunsuz tikili hesab etdiyi evin sökülməsini əsaslandırarkən Azərbaycan RespublikasıNazirlər Kabinetinin 21 iyun 1999cu il tarixli «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təstiq edilməsi haqqında 103 saylıQərarına istinad etmişdir ki, bununla da mülki qanunvericilik normalarının geri şamili qaydalarını və mülki hüquq subyektinin hüquqlarını pozmuşdur. Çünki, sözügedən d-219 mm-lik qaz xətti 1983-ci ildə çəkilərək istismara verilmiş, mübahisəsi gedən tikili isə 1989-cu ildə inşa edilmişdir. X19 Məhkəməsi evin tikilməsindən 10 il sonra qüvvəyə minmiş qanunu tətbiq edərək, qanun pozuntusuna yol vermiş, bununla da mülki qanunvericilik normalarının geri şamili qaydalarını və mülki hüquq subyektinin hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 7.3-cü maddəsinə əsasən mülk i hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Hazırkı işdə sökülməsi tələb edilən tikili qanunsuz tikili sayıla bilmədiyi, həmin tikilinin təhlükəsizlik zolağına düşməsi və bununla da cavabdehin əlverişsiz vəziyyətə gətirilməsi dövlət orqanlarının təqsiri səbəbindən baş vermişdir. Yəni ayrılmış torpaq sahəsinin qaz kəmərinin təhlükəsizlik zolağına düşməsi və bu ərazidən fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılmasının mümkünsüzlüyü məsələsinə Göyçay rayon dövlət orqanları diqqət etməliydi. Bu diqqətsizlik cavabdehi və eyni zamanda onun ailə üzvlərini əlverişsiz vəziyyətə salmaqla yanaşı, hal hazırda əvəzi ödənilmədən həmin tikilinin sökülməsi onların konstitsion hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, hazırkı işə birbaşa hüquqi qüvvəyə malik olan konstitsion normalar tətbiq edilməlidir.

28. Həmçinin qeyd edilmişdir ki, tikili o zaman qanunsuz tikili sayıla və müvafiq icra hakimyyəti orqanın müraciəti əsasına qəbul edilmiş məhkəmə qərarı ilə sökülə bilər ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Hazırkı mübahisələndirilən evin tikilməsi (və eyni zamanda onun altında yerləşən torpaq sahəsinin ayrılması) zamanı cavabdehin təqsiri səbəbindən maddənin dispozisiyasında göstərilən qanunsuzluğa dəlalət edəcək heç bir hal müəyyən olunmur. Bu səbəbdən də qeyd edilən maddi hüquq norması iddia tələbinin hüquqi əsasını təşkil edə bilməz. Hazırkı idd ia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159.7 və 246-cı maddələri təşkil edə bilər ki, bu maddələrin məzmunu da mülkiyyətin dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödənilməklə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə cavabdehə məxsus olan torpaq sahəsində inşa edilmiş evin sökülməsi barədə qərar qəbul etməklə, həm də, onun mülkiyyət hüququna müdaxilə etmişdir.

29. Mülki məhkəmə icraatında təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndiriməsi məhkəmənin vəzifəsidir. İ şə baxmış Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını sadalamaqla, təqdim olunmuş sübutları araşdırmamış, Mülki prosessual Məcəllənin 103.1-ci və bu Məcəllənin 88-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunu r.

32. Maddə 13 (İİİ hissə). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

34. Maddə 149 (Vİİ hiss). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyas ının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

36. Maddə 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.

37. Maddə 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.

38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüqu qu əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

40. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

41. Maddə 19 (2-ci hissə) Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”

52. Bənd 2.23 Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.

53. Bənd 2.24 Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 54. 2-ci bənd. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının v ə kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Mülki kollegiyasının qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

58. Belə ki, tərəflərin təqdim etdikləri sübutlara və işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrini, 29-cu maddəsinin İV hissəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrini, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Q aydaları”nın 2.23, 2.24-cü bəndlərini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndini tətbiq etməklə iddianı təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin sahibliyində və istifadəsində olan, İsmayıllı rayonu Mican kəndində yerləşən yaşayış evinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması müəyyən edilməmiş, cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi (ilkin sənədləşmə hesab o lunan texniki pasport istisna olmaqla) təqdim edə bilməmiş, həmin ev özbaşına özbaşına tikinti olmaqla cavabdeh ona mülkiyyət hüququ əldə etmir və əldə etmək imkanı da istisna olunur. Cavabdehin özü də evinin hasarının kənarından və pilləkən hissəsinin altından qaz xəttinin keçdiyini inkar etmir. D219 mm-lik həmin qaz xətti 1983-cü ildə çəkilərək istismara verilməsi, cavabdehə məxsus evin isə qaz xətti çəkiləndən sonra, 1989-cu ildə inşa edilməsi müəyyən edilmişdir. Cavabdehə məxsus tikili (yaşayış evi) qaz kəmərinin mühafizə zonasında yerləşmişdir ki, bu da həmin evdə yaşayan şəxslərinə həyatına və səhhətinə təhlükə yaradır, həm də həmin kəmərin istismarına maneəçilik törədir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin, xüsusi ilə cavabde h tərəfin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, yaşayış evinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi və tikintinin aparılmasına müvafiq icra hakimiyyəti orqanlarının razılıqların olması barədə sübutları, tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməməsinə dair yanlış nəticəyə gəlmişdir.

60. İş materiallarında olan və cavabdeh tərəfindən rayon məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, İsmayıllı rayonu “Oktyabr” kolxozunun ümumi yığıncağının 18 mart 1989-cu il tarixili 3 nömrəli protokol qərarı ilə cavabdehin atası X6 Mican kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sahədə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün layihə və smeta tərtib edilmiş,smeta sənədi rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən, layihə isə rayonun baş arxitektoru tərəfindən təsdiqlənmişdir. 1991-ci ildə tikilib başa çatandan evin Texniki pasportu işqlənmişdir. Texniki pasporta görə yaşayış evininə aid tikililərinə ümumi sahəsinin 205,6 kv metr, torpaq sahəsi sənəd üzrə 1200 kv metr, əslində isə 1290 kv metr olması göstərilmişdir.

61. X15 öləndən sonra yaşayış evi oğlu, hazırkı iş üzrə cavabdehin sahibliyinə və istifadəsinə keçmiş, sonuncu ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam edir. 62. 06 dekabr 2005-ci il tarixdə verilmiş JN – 546F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mübahisənin predmeti olan yaşayış evinə aid 0,19 ha torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvləri X13, X9 və X3 ümumi mülkiyyətinə verilmiş, torpaq sahəsi üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

63. Göründüyü kimi cavabdehin sahibliyində və istifadəsində olmuş yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin ev Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikintiyə aid edilməsi üçün kifayət qədər əsaslar olmamışdır, evin həyətyanı sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, cavabdehi torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir, torpaq sahəsi yaşayış səlahiyyətli dövlət orqanı (Rayon XDS İK) tərəfindən yaşayış evinin inşası üçün ayrılmışdır, evin inşası üçün layihə-smeta sənədləri təsdiq edilmişdir (Rayon XDS İK və baş arxitektor), 1991-ci ildən hal-haz ıra kimi cavabdeh yaşayış evindən davamlı olaraq təyinatı üzrə istifadə etmiş, buna hər hansı dövlət orqanının və digər şəxslərin etirazı olmamışdır. Sonuncu fakt evin tikintsi zamanı tikinti normalarının və qaydalarını ciddi surətdə pozulmaması halına dəlalət edir.

1. İşdə olan Texniki pasporta görə cavabdehə məxsus yaşayış evi 1991-ci ildə inşa edilmişdir, həmin tarixdən də təyinatı üzrə istifadə edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi evin yaxınlığından keçən qaz kəmərinin 1983-cü ildə istismara verildiyini əsas gətirərək iddianı təmin etmiş, qanunun zamana görə qüvvəsini tənzimləyən normaların tələblərini nəzərə almamış, evin tintisi başa çatandan sonra qəbul edilmin qanunların, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Q ərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nı, 30 iyun 1998-ci il “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq etməklə mübahisəni həll etmişdir. Bununla da məhkəmə maddi hüquq normalrının tətbiqində də səhvə yol vermişdir.

2. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zirəddin Yusub oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-940/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar